Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1375/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlundn Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2 (113)-944/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 apelyasiya şikayəti üzrə təyin edilmiş məhkəmə iclasında M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 17955.99 AZN (on yeddi min doqquz yüz əlli beş manat, doxsan doqquz qəpik) manat əsas borcun, 3847.45 AZN (üç min səkkiz yüz qırx yeddi manat, qırx beş qəpik) faiz borcunun, 3169.15 AZN (üç min yüz altmış doqquz manat ,on beş qəpik) gecikdirilmiş günlərə görə cərimə borcunun, 17065.40 AZN (on yeddi min altmış beş manat, qırx qəpik) məbləğində sığorta haqqının, ümumilikdə 42037,99 (qırx iki min otuz yeddi manat, doxsan doqquz qəpik) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvanın sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Daha sonra ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6 Müqaviləsiüzrə təhvil verilmiş 68 baş damazlıq heyvanın 40 günlük karantin müddətində saxlanması və yenilənməsinə xərclənən 30.000 AZN (otuz min manat) məbləğində vəsaitin və məhkəməyə müraciətlə bağlı ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-944/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi ilə .ilk iddia qismən təmin edilərək İddiaçı ASC ilə X4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi ləğv edilmiş, İddiaçı ASC ilə X4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6 Müqaviləsi üzrə 17955.99 manat (on yeddi min doqquz yüz əlli beş manat, doxsan doqquz qəpik) manat əsas borc, 3847.45 manat (üç min səkkiz yüz qırx yeddi manat, qırx beş qəpik) faiz borcu, 17065.40 manat (on yeddi min altmış beş manat, qırx qəpik) məbləğində sığorta haqqı, 1.795 manat (bir min yeddi yüz doxsan beş manat) gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla cəmi 40.663,84 (qırx min altı yüz altımış üç manat, səksən dörd qəpik) manatın X1 İddiaçı ASCnin xeyrinə tutulması, 17 yanvar 2020-ci il tarixli, KTA-DM-20/0001 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X6 müqaviləsi üzrə lizinq obyekti olan 68 baş Simmental cinsli damazlıq heyvan sağlam şəkildə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verilmiş, apellyasiya şikayəti 05.11.2021-ci il tarixli qərardadla mümkün sayılaraq işə baxılması 22.12.2021-ci il tarixə təyin edilmiş, lakin tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə apelyasiya şikayətini bir daha nəzərdən keçirərək hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiyaşikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində məhkəmə aktının ləğv edilməsini xahiş etsə də, qətnamə ləğv edildikdən sonra iddiaya münasibətdə şikayət vermiş şəxsin tələbi (iddianın tam və ya qismən rədd olunması) qeyd edilməmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-944/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2 (113)-944/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılsın və cavabdehin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1375/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1375/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver