Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1377/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 və Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16.03.2018-ci il tarixli podrat müqaviləsini, həmin müqaviləyə olan (görülən işlərə dair 1 kv.m. üçün 29, 37 və 39 manat nəzərə alınmaqla) 1 saylı Əlavə və "Yekun hesabat" sənədlərinə əsasən "xxxx" MTK-dan 371.632,22+14615,02=386.247,24 manat pulun tutulması; 386.247,24 manat məbləğin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş bank faiz uçot dərəcəsi nəzərə alınmaqla cavabdehdən faizlərin tutulması; görülmüş işlərin dəyərinin ödənilməyən 386.247,24 manat olduğunu nəzərə alaraq həmin məbləğin hər gün üçün 1%-i olan, iddianın məhkəməyə təqdim edildiyi 23.05.2019-cu il tarixdən 18.11.2020-ci il tarixədək gecikdirilmiş günlərin sayına (543 gün X müqavilənin dəyərinin 1%-i 3862,47 manat = 2.097.322,51 manat) uyğun olaraq 2.097.322,51 manat pulun cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı MMC-yə verilməsi; İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 16.03.2018-ci il tarixli podrat müqaviləsinə "görüləcək işlərin 1 kv.metrinin dəyəri olaraq 13 manat, 15 manat və 17 manat olmaqla həmin müqavilənin "xxxx" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin sifarişçiyə aid olmasını" özündə əks etdirən digər 16.03.2018-ci il tarixli, 01 saylı əlavənin etibarsız hesab edilməsi; İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 16.03.2018-ci il tarixli podrat müqaviləsinə əsasən müqavilənin icrası ilə bağlı iş üzrə digər iddiaçı Maraqlı şəxs MMC-yə məxsus olan adları iddia ərizəsinə əlavə olunmuş siyahıda qeyd olunan müxtəlif növdə olan mexanizm və avadanlıqların onlara geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MTK ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, 16.03.2018-ci il tarixdə podrat müqaviləsinə imzalanmış görüləcək işlərin 1 kv.metrinin dəyəri 29 manat, 37 manat və 39 manat olmaqla göstərilməsi, həmin müqavilənin "xxxx" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin podratçıya aid olması barədə eyni tarixli, 1 nömrəli əlavənin etibarsız hesab edilməsi; İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək artıq ödənilmiş 1.583.537,3 manat vəsaitin sonuncudan tutularaq Cavabdeh MTK-yə ödənilməsi; İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək artıq ödənilmiş 1.583.537,3 manat məbləğində vəsaitin vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş bank faiz uçot dərəcəsi nəzərə alınmaqla faizlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Maraqlı şəxs MMC cavabdehlər Cavabdeh MTK-ya və İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək "xxxx" MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış 17.03.2018-ci il və 19.03.2018-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr üzrə cəmi 164.025 manat məbləğində pulun cavabdehdən tutulması, cavabdehlər Cavabdeh MTK və İddiaçı MMC-dən iddiaçıya məxsus mexanizm və avadanlıqların məcburi alınaraq qaytarılması və cavabdehlərdən onların dəyəri olaraq 706.589,92 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Maraqlı şəxs MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2019-cu il tarixli e-2-2(81)- 1166/2019 saylı qərardadı ilə həmin iddianın “cavabdehlər Cavabdeh MTK və İddiaçı MMC-dən iddiaçıya məxsus mexanizm və avadanlıqların məcburi alınaraq qaytarılması və cavabdehlərin onların dəyəri olaraq 706.589,92 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ayrıca icraata ayrılaraq hazırkı işə birləşdirilmişdir. Sonradan Maraqlı şəxs MMC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan Maraqlı şəxs MMC-yə məxsus olan mexanizm və avadanlıqların məcburi alınaraq qaytarılması, qaytarılması mümkün olmadıqda və ya yararsız hala düşdüyü halda onların 476.637,29 manat məbləğində dəyərinin tutulması, 24 iyun 2019-cu il tarixdən 24 sentyabr 2020-ci il tarixədək 15 təqvim ayı üçün Cavabdeh MTK-dan əldən çıxmış fayda olaraq 164.025 manat alınaraq iddiaçı Maraqlı şəxs MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq ilk iddia üzrə İddiaçı MMC-yə ödənilməsi, ilk iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, iddiaçı Maraqlı şəxs MMC-nin Cavabdeh MTK-ya qarşı avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddia və ikinci iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumlarının müvafiq olaraq qarşılıqlı iddia və ikinci iddia üzrə iddiaçılara aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 185,52 manat pul məbləğinin 120 manat hissəsinin ilk iddia üzrə Cavabdeh MTK-dan, qalan 85,52 manat hissəsi isə ilk iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və İddiaçı MMC-nin iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK da apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddiaya münasibətdə qismən, yəni cəmi 406.247,24 manat pulun Cavabdeh MTK-dan tutulması hissəsində, qarşılıqlı iddiaya münasibətdə isə tam ləğv edərək, ilk iddianın həmin hissədə də təmin olunmaması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı MMC və Cavabdeh MTK-nın nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər, Maraqlı şəxs MMC-nin nümayəndə və vəkili isə cavabdehin apellyasiya şikayətinə etiraz etdi və iddiaçının apellyasiya şikayəti ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh MTK-nın apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və Maraqlı şəxs MMC tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarıldığını nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız İddiaçı MMC-nin ilk iddiasına və Cavabdeh MTK-nın qarşılıqlı iddiasına aid hissədə yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC (podratçı) ilə Cavabdeh MTK (sifarişçi) arasında 16 mart 2018-ci il tarixli podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən podratçı öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə hazırkı müqaviləyə əsasən təyin olunmuş müddətdə, layihəyə uyğun olaraq ünvan 1 ünvanında və ünvan 2ayış binalarının layihəsinin icrası çərçivəsində özülqazma, svay işlərinin, inşa olunan binalarda qəlib-dəmir-beton və digər tikinti işlərinin yerinə yetirilməsini, sifarişçi isə podratçını dəmir (armatur) və beton materialları ilə vaxtında təmin etmək, işi forma 2-yə əsasən qəbul etmək və hər ayın yekunu üzrə növbəti ayın 15 iş günündən gec olmayaraq görülmüş işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 16 mart 2018-ci il tarixli podrat müqaviləsinə 2 saylı əlavə ilə müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında imzalanmış 16.03.2018-ci il tarixli podrat müqaviləsinin 2.2-ci bəndində qeyd edilən işlərin təhvil verilmə müddəti Səbail rayonunda aparılan inşaat işlərinə münasibətdə iki ay, Binəqədi rayonunda aparılan inşaat işlərinə münasibətdə isə altı ay müddətinə uzadılmasını və ünvan 3 ünvanında inşa edilməli olan ikinci binanın inşası üzrə müddət həmin binanın yerləşdiyi ərazinin Cavabdeh MTK tərəfindən İddiaçı MMC-yə təhvil verilməsindən sonra müqaviləyə əlavə ilə müəyyən edilməsi təsdiq edilmişdir. İddiaçı “Easy Construction" MMC bildirir ki, Səbail rayonunda iki binadan yalnız birinin və iki bina arasında tikilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sifarişçi tərəfindən iddiaçıya təhvil verildiyindən, həmin ərazidəki tikintini yalnız iddiaçıya təhvil verilən hissədə, yəni bir bina və iki bina arasında tikilməli olan qeyri-yaşayış sahəsi üzrə aparıb yekunlaşdırmışlar. Binəqədi rayonundakı ərazi isə tam olaraq təhvil verilmiş və bununla əlaqədar hər iki binanın tikintisi aparılmışdır. Ərazidə iki binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Həmin binalardan biri tam olaraq yekunlaşmış, sonuncu binanın isə son səkkiz mərtəbəsi və onuncu mərtəbəsinin tavanı inşa edilməmiş qalmışdır. Şirkətlər arasında mövcud əməkdaşlıq ərzində Cavabdeh MTK-nın davamlı olaraq ödənilməmiş pul öhdəliyi olduğundan və həmin öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində tikintini dayandırmaq məcburiyyətində qaldıqlarını bildirməklə dəfələrlə həmin pul məbləğinin ödənilməsini xahiş etsələr də, pulun ödənilməsinə MTK-nın rəhbəri Nümayəndə1 tərəfindən vədlər verilmiş, lakin vədlərə əməl edilməmişdir. Halbuki müqavilənin 1.1-ci bəndindən görünür ki, MTK görülmüş işlərin əvəzi olaraq növbəti ayın 15 iş günündən gec olmayaraq görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Podratçı olaraq şirkətlər arasında əməkdaşlığın davamlılığı naminə müqavilənin 1.1-ci bəndində göstərilən müddətdən də artıq dövrdə görülən işlərin əvəzinin ödənilməsi gözlənilmiş, Nümayəndə1 tərəfindən verilmiş şifahi vədlər nəzərə alınmışdır. Ödəniş məsələsi ilə əlaqədar ən son 10.03.2019-cu il tarixdə Nümayəndə1 iştirakı ilə Binəqədi rayonu ərazisində inşa edilən tikilinin ofisində keçirilmiş iclasda Binəqədi rayonunda inşa edilən iki binadan tamamlanmaqda olan birinci binanın sonuncu mərtəbəsinin betonu tökülən ərəfədə icra edilmiş inşaat işlərinə görə MTK-nın ödənilməmiş borcunun qalmayacağı, yəni həmin dövrədək ödənişlərin hissə-hissə olmaqla icra ediləcəyi barədə razılıq əldə olunmuşdur. Lakin 18.05.2019-cu il tarixdə nəzərdə tutulan son mərtəbələrin də inşaat işləri yekunlaşdığında görülmüş işlərin əvəzi olaraq ödənişlər edilməli olduğu halda, ödəniş edilməmiş və əvəzində Nümayəndə1 tərəfindən tikintinin aparılması üçün istifadə olunan və iddiaçıya məxsus qəlib quraşdırılmasında istifadə edilən avadanlıqların tikinti sahəsindən çıxarılmasına əsassız maneə törədilməyə başlanılmışdır. Cavabdeh MTK-ya icra edilməmiş pul öhdəliklərinə görə narazılıqları barədə bir neçə dəfə məktublar ünvanlanmışdır. Belə ki, ilk dəfə 27 mart 2019-cu il tarixdə ünvanlanmış məktubda MTK tərəfindən şirkətə ödənilməli olan vəsaitin bir həftədən çox olmamaq şərtilə ən qısa müddət ərzində ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Həmin məktubdan sonra MTK tərəfindən şirkətə qismən ödəniş olsa da, ödənilməli olan pul öhdəliyi azalmaq əvəzinə artmaqda davam etmişdir. Növbəti dəfə 27.04.2019-cu il tarixli məktubla borc barədə ətraflı məlumat verilməklə, həmin tarixə ödənilməmiş 292.113 manat pul öhdəliyinin olduğu bildirilmiş və ödənişin edilməsi xahiş edilmişdir. Həmin məktubdan sonra da edilmiş ödənişlər yenə də tam deyil qismən olmuşdur. Belə ki, edilmiş ödənişlər nəinki 27.04.2019-cu il tarixə mövcud olan icra edilməmiş 292.113 manat məbləğində olan pul öhdəliyinin əvəzi olmamış, həm də yenidən öhdəliyin artmasına səbəb olmuş, bununla da borc məbləği artmaqda davam etmişdir. MTK tərəfindən üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasına görə şirkətin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə sarsılmağa başladığından və vergi və sosial sığorta haqları, habelə digər xərcləri icra etməkdə çətinliklər çəkdiklərindən, 10.03.2019-cu il tarixdə keçirilmiş toplantıda Nümayəndə1 verdiyi sözü və əldə edilmiş razılaşmanın icrasının 17.05.2019-cu il tarixə qədər yerinə yetirməsi tələb edilmiş, əks təqdirdə 17.05.2019-cu il tarixdən inşaat işlərini dayandırılacağı və məhkəməyə və digər orqanlara müraciət edəcəyi barədə rəsmi xəbərdarlıq (pretenziya) göndərilmişdir. 04.05.2019-cu il tarixli məktuba cavab olaraq Cavabdeh MTK-nın adından 21.05.2019-cu il tarixli 35 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, guya MTK-nın şirkət qarşısında ödənilməmiş pul öhdəliyi yoxdur. Həmin məktub tamamilə əsassız və uydurma xarakterli olduğundan, eyni zamanda məktubdakı imzanın Nümayəndə1 tərəfindən icra edildiyi şübhə doğurduğundan 22.05.2019-cu il tarixli məktubla qeyd edilənlərə aydınlıq gətirilməsi üçün ətraflı izahatın verilməsi Cavabdeh MTK-nın rəhbəri Nümayəndə1 tələb edilmiş, habelə 21.05.2019-cu il tarixli məktubda qeyd edilənlərin onun iradəsini əks etdirdiyi halda, dərhal ödənilməmiş 370.387,67 manat məbləğində pul öhdəliyinin icra edilməsi tələb edilərək, həmin məbləğin tam şəkildə ödənilədək, həmçinin maliyyə mübahisəsi üzrə məsələnin həll edilənədək inşaat işlərini bugündən (22.05.2019-cu il tarixdən) etibarən müvəqqəti dayandırıldığı barədə xəbərdarlıq edilmişdir. Əlavə olaraq şirkətə məxsus olan qəlib quraşdırılmasında istifadə olunan bütün əsas və köməkçi vasitələrdən razılıqları olmadan kənar şəxslərin, o cümlədən, Cavabdeh MTK-nın personalı tərəfindən istifadə edilməsinin ona qadağan edildiyi bildirildi. 22.05.2019-cu il tarixdə Cavabdeh MTK-nın rəhbəri Nümayəndə1 ən azından 21.05.2019-cu il tarixli məktubda qeyd edilənlərlə əlaqədar izahat verməli olduğu halda, şirkətin əməkdaşlarına tikinti sahəsini tərk etmələrini və sahədən heç nə çıxarmayacıqlarını bildirmişlər. Bununla da, cavabdeh 16.03.2018-ci il tarixli podrat müqaviləsini birtərəfli qaydada pozduğunu elan etmiş və hər hansı ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh Mahal MTK üzərinə düşən öhdəlikləri pozmaqla kifayətlənmir, həm də şirkətə məxsus avadanlıqları tikinti sahəsindən çıxarmağa qanunsuz və əsassız olaraq icazə vermir. Qeyd edilənlərə əsasən 16.03.2018-ci il tarixli podrat müqaviləsinə və həmin müqaviləyə edilmiş 1 saylı əlavədə göstərilənlərə əsasən cavabdehin iddiaçı qarşısında mövcud olan 370.387,67 manat məbləğində ödənilməmiş öhdəliyinin icra edilməsinin məhkəmə qaydasında icrasını tələb etməkdən başqa çıxış yolu qalmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 21.05.2019-cu il tarixli 35 saylı məktubla hazırda göstərilən məbləğlə əlaqədar fərqli mövqe nümayiş etdirdiyindən mübahisəli məsələnin məhkəmə qaydasında öz həllini tapması zəruridir. Cavabdehin istinad edəcəyi əsaslı heç bir sübutu olmadığı halda, hər mərtəbənin tikintisindən sonra tərəflər arasından təsdiq edilmiş yekun hesabatlarla görülən işlər və onların dəyəri açıq aydın ifadə olunmaqdadır. Bu hal cavabdeh tərəfindən etiraf edilir. Daha sonra İddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəməyə təqdim olunmuş "Yekun hesabat" və ödəniş sənədlərindən göründüyü kimi, İddiaçı MMC Cavabdeh MTK-ya 22.05.2019-cu il tarixədək 76171,10 m2 həcmində işlər yerinə yetirmişdir. Həmin işlərin dəyəri hər müxtəlif sahə üzrə 1 m2 üçün müvafiq olaraq 29, 37 və 39 manatdan hesablanmaqda 2.808.121,71 manat edir. Bu məbləğdən 2.436.489,49 manat 16.05.2019cu il tarixədək Cavabdeh MTK tərəfindən İddiaçı MMC-yə ödənilsə də, qalan 371.632,22 manat məbləğində pul ödənilməmişdir. Bundan başqa hər iki tərəfin müvafiq imzaları ilə təsdiq olunmuş "Yekun hesabat" sənədlərindən göründüyü kimi tərəflərindən "xxxx" MTKya əlavə işlər görülmüş və həmin işlərin dəyəri 14615,02 manat təşkil edir. Həmin məbləğ də onlara ödənilməlidir. Ona görə də iddia tələbinin həcmini artıraraq "Yekun hesabat" sənədlərinə əsasən "xxxx" MTK-nın hazırda İddiaçı MMC-yə 371.632,22+14615,02=386.247,24 manat borcu vardır. Bundan başqa isə əvvəlki iddia tələbində qeyd olunduğu kimi müqavilənin 7.1-ci bəndində hər gün üçün müqavilə qiymətinin 1%-i həcmində cərimə nəzərdə tutulmuşdur. Müqavilə üzrə 16.03.2018-ci il tarixdən 22.05.2019-cu il tarixədək görülmüş işlərin dəyərinin ödənilməyən 386.247,24 manat olduğunu və həmin məbləğin hər gün üçün 1%-i 3862,47 manat olduğunu nəzərə alaraq iddia tələbinin həcmini artırılır və Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə hazırki iddianın məhkəməyə təqdim edildiyi 23.05.2019-cu il tarixdən hal-hazırkı 18.11.2020-ci il tarixədək gecikdirilmiş günlərin sayına (543 gün x müqavilənin dəyərinin 1%-i 3862,47 manat = 2.097.322,51 manat) uyğun olaraq 2.097.322,51 manat tutulmalıdır. Cavabdeh “Mahal" MTK iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, podrat müqaviləsinə 1 nömrəli əlavədə görüləcək işlərin 1 kv.metrinin dəyəri 13 manat, 15 manat və 17 manat olması və əlavənin “F" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin “Sifarişçi"yə aid olması öz əksini tapmışdır. Bir neçə gündən sonra “Easy Construction" MMC-nin rəhbərliyi “Mahal" MTK-ya şirkətlər arasında bağlanacaq podrat müqaviləsinə eyni tarixli “bir vahidə düşən qiymətlər və bir vahidə düşən qiymət tarifləri barədə" digər bir əlavə imzalanmasını, həmin əlavədə görüləcək işlərin 1 kv.metrinin dəyəri 29 manat, 37 manat və 39 manat olmaqla göstərilməsini, həmin müqavilənin “F" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin “Podratçı"ya aid olmasını və tikintidə tikinti sahəsində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin əvvəlcədən dəyərinin “Mahal" MTK tərəfindən ödənilməsi və həmin ödənilən məbləğin görüləcək işlərin dəyəri kimi gələcəkdə əvəzləşdirilməsini təklif etmişlər. Bu formada müqavilənin onlara vergi qurumuna təqdim olunması üçün lazım olduğunu və məqsədlərinin gələcəkdə vergi öhdəliklərinin icrası zamanı xərclərinin süni şəkildə şişirtmək olduğunu bildirmişlər. Cavabdeh MTK tikinti şirkəti olaraq sadələşdirilmiş vergi ödəyicisi olduğundan və sifarişçi olduğundan bu formada əməkdaşlıq etməyə razılıq vermiş və müqaviləyə əvvəlki əlavə ilə eyni tarixli digər bir əlavəni imzalamışdır. Hansı ki, həmin əlavədə görüləcək işlərin 1 kv.metrinin dəyəri olaraq 29 manat, 37 manat, 39 manat olması və həmin müqavilənin "xxxx" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin podratçıya aid olması qeyd olunmuşdur. Cavabdeh MTK tərəfindən sözügedən qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin alınması üçün İddiaçı MMC-yə qeyri-rəsmi olaraq 200.000 ABŞ dolları ödənilmiş və həmin mallar İddiaçı MMC tərəfindən şərtləndirilmiş qaydada alınaraq Cavabdeh MTK-ya təhvil verilmişdir. Cavabdeh MTK-nın sifarişçi olduğu “X4” və “Panorama Bayıl” layihələrinin tikintisi ilə əlaqədar İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək ümumilikdə 2.436.549,64 manat məbləğində vəsait ödənilmişdir. Göstərilən tarixdən sonra isə ödənişlərin verilməsi dayandırılmışdır. Buna səbəb İddiaçı MMC tərəfindən görülən işlərə görə təqdim olunan Forma 2 aktlarında görülən işlərin 1 kv.metrinin dəyərinin 29 manat, 37 manat, 39 manat kimi göstərilməsi və bunun nəticəsində də podratçı şirkətə kifayət qədər artıq məbləğlərin ödənilməsinin aşkarlanması olmuşdur. Göründüyü kimi İddiaçı MMC Cavabdeh MTK-nın etibarından sui-istifadə edərək sonradan imzalanmış müqaviləyə əlavədə göstərilən qiymətləri əsas götürməklə və ilk imzalanmış müqaviləyə əlavənin şərtlərini pozmaqla Cavabdeh MTK-ya külli miqdarda ziyan vurmuşdur. Vurulmuş ziyanı sadə hesablama ilə müəyyən etmək mümkündür. Belə ki, görülmüş işlərin dəyərini forma 2 aktlara əsasən hesablansa hər iki layihə üzrə ümumilikdə 73.241,98 kv.metr iş görülmüşdür ki, onun da dəyəri 1.098.629,7 manat (73.241,98 kv.metr x 15 manat) təşkil etmişdir. İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək 2.436.549,64 manat vəsait ödənilmişdir. Yaranmış fərq isə 1.583.537,3 manat təşkil edir. İddiaçı MMC-nin rəhbərliyinə bu barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. İddiaçı MMC-nin rəhbərliyi isə artıq hesablanmış məbləğlərin gələcək görüləcək işlərin dəyəri kimi əvəzləşdiriləcəyini bildirmişdir. Lakin bu vədinə də əməl etməyən İddiaçı MMC əksinə olaraq hər dəfə Cavabdeh MTK-ya xəbərdarlıq məktubları göndərərək müxtəlif məbləğlərdə borc iddiaları irəli sürmüşdür. Bu məktublara cavab olaraq İddiaçı MMC-yə rəsmi qaydada da bildirilmişdir ki, görülən işlərə görə İddiaçı MMC-yə kifayət qədər artıq ödəmələr edilmişdir. Hazırda da İddiaçı MMC əsassız borc tələbi ilə məhkəmədə iddia qaldırmaqla özünü sığortalamağa çalışır. İddiaçı “Easy Construction" MMC həmin iddiaya etiraz edir və bildirir ki, qiymətin artıq göstərilməsi xərclərin azalmasına deyil, gəlirlərin çoxalmasına yönələn hərəkətdir. Cavabdeh MTK məhkəməyə 13, 15 və 17 manat qeyd edilməklə 1 saylı Əlavə təqdim etməklə, sənədləri saxtalaşdırdığını elan edir. Belə ki, həmin əlavənin "xxxx" bəndi MTKnın rəhbəri Nümayəndə1 tərəfindən sonradan tərtib edilmişdir. İddiaçı şərtlə müqaviləyə imza çəkməmişdir. Çünki tikinti sahəsinə şirkəti tərəfindən gətirilib quraşdırılmış avadanlıqlar "xxxx" MMC-nin mülkiyyətidir. Həmin mal-material və avadanlıqlar, bütün əsas və köməkçi vasitələri qeyd edilən şirkətdən icarəyə götürülmüşdür. Müqavilənin saxtalaşdırıldığını ona görə iddia edir ki, həmin Əlavə 1-in «B» bəndində “iş yerinə gətirilməli olan hər cür qəlib materialları podratçı tərəfindən təmin ediləcəkdir” qeyd edilmişdir. Görünür ki, MTK-nın rəhbəri Nümayəndə1 bu bəndi saxtalaşdırmağı unudub. Bundan başqa, 16 mart 2018-ci il tarixli podrat müqaviləsinin 1.1-ci bəndi Cavabdeh MTKnın mal-material və avadanlığın ona məxsus olduğunu təkzib edir. Nümayəndə1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə kifayətlənməmiş və hazırda 1 saylı Əlavənin digər bir formasını xəbərsiz tərtib etdirərək ilk iki səhifəsini saxtalaşdırmışdır. Belə ki, həmin saxta 1 saylı Əlavənin 1-ci səhifəsindəki sxemin 3 saylı bəndində görüləcək işin vahidinin qiyməti 13 manat, 4 saylı bəndində 15 manat, 5 saylı bəndində isə 17 manat göstərilməklə bilərəkdən görüləcək işlərin qiymətləri həddindən artıq aşağı göstərilmişdir. Həmçinin Saxta 1 saylı Əlavənin 2-ci səhifəsindəki, "xxxx" bəndinin birinci cümləsinin mətnində “podratçiya” sözü “sifarişçiyə” sözü ilə dəyişdirilmişdir. Bununla da, həm görülən işlərin dəyərini olduğundan qat-qat aşağı təqdim etməklə yanaşı, Maraqlı şəxs MMC-dən icarəyə götürərək, Cavabdeh MTK-nın Səbail və Binəqədi rayonlarında inşa edilən tikinti sahələrinə gətirib quraşdırdıqları mal-materiallar və avadanlıqların ona aid olduğuna dair saxta müqavilə hazırlamışdır. Bundan başqa, Cavabdeh MTK-nın direktoru Nümayəndə1 tərəfindən tərtib etdirilmiş saxta 1 saylı Əlavəyə və həqiqi bir 1 saylı Əlavəyə diqqət yetirərkən aşağıda göstərilən fərqlər də müəyyən edilir. Həqiqi podrat müqaviləsinə 1 saylı Əlavənin 1-ci və 3-cü səhifələrində qeyd edilən 16 mart 2018-ci il tarixi sözlərində 16 rəqəmi və mart sözündəki hərflərlə saxta 1 saylı Əlavənin 1-ci və 3-cü səhifələrində qeyd edilən həmin tarixdəki 16 rəqəmi və mart sözündəki hərflərin yazılışında olan fərq açıq aşkar nəzərə çarpır. Həqiqi podrat müqaviləsinə 1 nömrəli əlavənin 1-ci və 2-ci səhifələri 3-cü səhifədən rənginə və kağızın xüsusiyyətinə görə fərqlənməsə də, saxta 1 saylı əlavədə ki, 1-ci və 2-ci səhifələr tamamilə fərqli kağızdan istifadə edilməklə fərqli vaxtda çap edilmişdir. Belə ki, saxta 1 saylı Əlavənin 1-ci və 2-ci səhifələri 3-cü səhifə ilə müqayisədə kağızın rəngi ağlığın dərəcəsinə görə seçilir, kağızların künclərində printer qurğusunun ləkələri fərqlənir. Bundan əlavə, Cavabdeh MTK malların gömrükdən keçməsi üçün İddiaçı MMC-yə 200.000 ABŞ dolları verdiyini iddia edir ki, bu xüsusatın da heç bir əsası və sübutu yoxdur. Cavabdeh MTK-nın etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında tikinti sahəsinə İddiaçı MMC tərəfindən gətirildiyini təsdiq etməklə, həmin malların Cavabdeh MTK tərəfindən İddiaçı MMC-dən alınmasına dair sübutun olmadığını etiraf edərək, əslində malların Cavabdeh MTK-ya aid olmadığını təsdiq etmişlər. 16.03.2018-ci il tarixli podrat müqaviləsi üzrə Binəqədi və Səbail rayonlarında inşa edilən layihələr üzrə Cavabdeh MTK-nın tikinti sahəsinə İddiaçı MMC tərəfindən gətirilərək quraşdırılan bütün əsas və köməkçi tikinti vasitələri, mal-material və avadanlıqlar əslində mülkiyyət hüququ üzrə nə Cavabdeh MTK-ya, nə də İddiaçı MMC-yə məxsus deyil. Həmin avadanlıqların və bütün növ mal-material və avadanlıqların mülkiyyətçisi Maraqlı şəxs MMC-dir. Belə ki, həmin mal-material və avadanlıqları İddiaçı MMC məhz adı çəkilən MMC-dən icarəyə götürmüş və hissə-hissə olmaqla tikinti sahələrinə gətirərək quraşdırmış və üzərinə götürdüyü öhdəliyi, yəni tikinti işlərini icra etmişdir. İcarəyə götürülən həmin əşyalara görə müqaviləyə əsasən icarə haqqı ödənilməkdədir. Qeyd edilənlərlə bağlı sübutlar gömrük bəyannamələrindən, alqı-satqı müqaviləsindən, müqavilə üzrə nəzərdə tutulan məbləğlərinin köçürülməsi barədə sənədlərdən və icarə müqavilələrindən ibarətdir. Maraqlı şəxs MMC İddiaçı MMC-yə bu mal və avadanlıqları icarə əsasında vermişdir. Qeyd edilən bu hal iş materiallarına əlavə edilmiş icarə müqaviləsi ilə sübut olunur. Bununla qarşılıqlı iddianın bu hissədə yəni mal-material və avadanlıqların Cavabdeh MTKya aid olması hissəsində əsassız olması sübuta olunur. Həmçinin məhkəmədə Cavabdeh MTK-nın nümayəndəsi hakimin sualına cavab olaraq bildirilmişdir ki, 16.03.2018-ci il tarixli əsas podrat müqaviləsinin bütün bəndləri ilə Cavabdeh MTK razıdır və onlar tərəfindən mübahisə edilmir. Bu mövqedən çıxış edərkən aydın olur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK vicdansızcasına əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndi mal materialların və avadanlıqların İddiaçı MMC-yə aid olduğunu təsdiq edir. Cavabdeh MTK sifarişçi olaraq yalnız tikinti ərazisini podratçıya təqdim edib və görüləcək işlərin əvəzini ödəməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Bundan başqa, Cavabdeh MTK 2.436.549,64 manat məbləğində ödəniş edildiyini bildirir, lakin 60 manat 15 qəpik artıq pul qeyd olunmuşdur. Belə ki, MTK tərəfindən şirkətə, ümumilikdə 2.806.877,17 manat məbləğində görülmüş işlərin əvəzi olaraq 2.436.489,49 manat ödəniş edilmiş və görülmüş işlərin əvəzi olaraq ödənilməli olan məbləğ 370.387,68 manat təşkil edir. Həmçinin 16.03.2018-ci il tarixli podrat müqaviləsinin 1 saylı Əlavəsindən görünür ki, görüləcək işlərin adı müxtəlifdir və hər birinin dəyəri müvafiq olaraq fərqlidir. Yəni görülən işlərin hər biri müstəqil qiymət əsasında hesablanır. Hesablama ilə əlaqədar hər mərtəbənin yekununda yekun hesabat tərtib edilərək hər iki şirkətin məsul şəxsləri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir. Həmçinin Cavabdeh MTK-nın nümayəndəsi məhkəmədə 2.436.549,64 manat ilə 1.098.629,7 manatın arasında yaranmış 1.583.537,3 manat fərqin əsaslarını izah və sübut edə bilməmişdir. Cavabdeh MTK-nın özü də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı MMC Cavabdeh MTK-ya 22.05.2019-cu il tarixədək 76136.7m2 iş görmüşdür. Həmin işlərin dəyərinin hər m2 üçün 37 manatdan hesabladıqda 2.817.058,27 manat edir. Lakin görülən işlərin bir qisminin dəyəri m2 üçün 29 manatdan olduğundan ümumilikdə görülən işlərin dəyəri 2.806.877,17 manat təşkil edir. Bu məbləğdən 2.436.489,49 manat, 16.05.2019-cu ilədək Cavabdeh MTK tərəfindən İddiaçı MMC-yə ödənilsə də, 370.387,67 manat məbləğində pul ödənilməmişdir. Həmçinin, 16.03.2018-ci il tarixli əsas podrat müqaviləsinin 6.5-ci bəndinin tələbinə əsasən tərəflər arasında bağlanmış podrat müqaviləsi tam ləğv edilmişdir. Çünki məhkəmə araşdırması zamanı tərəflər işi məhkəmədən kənar həll edəcəklərini bəyan etmişdilər. Hazırda isə Cavabdeh MTK vicdansızcasına əsassız qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, faktiki olaraq həm 16.03.2018-ci il tarixli müqavilənin ləğv edildiyini bəyan edir, həm də faktiki olaraq podratçıya aid olan mal-materialları və avadanlıqları özününküləşdirməyə yönələn hərəkətlər etməyə cəhd etdiyini elan edir. Cavabdeh MTK-nın bu hərəkəti 16.03.2018-ci il tarixli podrat müqaviləsinin 6.5-ci bəndinin təsiri altına düşür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır. Belə ki, İddiaçı MMC tərəfindən irəli sürülmüş podrat müqaviləsi üzrə pulun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, tərəflər arasında podrat müqaviləsinin bağlanması mübahisəsizdir. Eyni zamanda müqaviləyə əsasən podratçı tərəfindən görülmüş işlərin həcmi ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Hazırda mübahisələndirilən məsələ görülmüş işlərin dəyəri ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, 16 mart 2018-ci il tarixli podrat müqaviləsinə Əlavə 1 adlandırılmış iki sənəd tərtib edilərək tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə müqaviləyə əsasən görüləcək qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiymətinin 29, eskiz layihəyə uyğun olaraq +4.20 m-ə qədər qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiymətinin 37, eskiz layihəyə uyğun olaraq +4.20 m-dən yüksək yerlərə qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiymətinin 39 manat olması müəyyən edilmiş, eləcə də həmin əlavənin F bəndində qəlib quraşdırılmasında istifadə ediləcək hər cür ana (əsas) və köməkçi vəsait (qəlib taxtası, yaba, qəlib yağı) və vəsaitlərin amortizasiyası podratçıya aid olması göstərilmişdir. Cavabdeh MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiyməti 13, eskiz layihəyə uyğun olaraq +4.20 m-ə qədər qəlib-dəmirbeton işlərinin 1 m2-nin qiyməti 15, eskiz layihəyə uyğun olaraq +4.20 m-dən yüksək yerlərə qəlib-dəmir-beton işlərinin 1 m2nin qiyməti 17 manat olması müəyyən edilmiş və həmin əlavənin F bəndinə görə qəlib quraşdırılmasında istifadə ediləcək hər cür ana (əsas) və köməkçi vəsait (qəlib taxtası, yaba, qəlib yağı) və vəsaitlərin amortizasiyası sifarişçiyə aid olması göstərilmişdir. Tərəflərin hər biri müqaviləyə əsasən görülmüş işlərin dəyərinin özlərinin təqdim etdiyi əlavə 1-ə əsasən hesablanmalı olmasını iddia edir. Cavabdeh MTK qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiymətinin hündürlükdən asılı olaraq 13, 15, 17 manat məbləğində olmasını müəyyən edən əlavəyə əsasən hesablanmalı olmasına dair mövqeyini təsdiq etmək üçün məhkəməyə həmin qiymətlərə əsasən tərtib edilmiş, görülmüş işlərin bir hissəsini əhatə edən və İddiaçı MMC-nin ştampı ilə təsdiq edilmiş forma-2-ləri təqdim etmişdir. İddiaçı MMC isə görülmüş işlərin dəyərinin hündürlükdən asılı olaraq 1 m2-nin 29, 37, 39 manat qiymətlərinə əsasən müəyyən edilməli olması barədə dəlillərini əsaslandırmaq üçün mübahisəli müqaviləyə əsasən görülmüş bütün işlərə dair tərtib edilmiş yekun hesabatlara, eləcə də İddiaçı MMC (podratçı) ilə Cavabdeh MTK (sifarişçi) arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli podrat müqaviləsinə (həmin müqavilənin Cavabdeh MTK-nın adından sədr Nümayəndə1 tərəfindən imzalanması iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir) istinad etmişdir. İddiaçı MMC-nin istinad etdiyi 12 aprel 2018-ci il tarixli podrat müqaviləsi 18.03.2018ci il tarixli mübahisəli podrat müqaviləsinin də predmeti olmuş ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binalarının qəlib-dəmir-beton işlərinin görülməsi ilə əlaqədar bağlanmış və həmin müqaviləyə 1 saylı əlavədə də beton-dəmir-qəlib işlərin 1 m2-nin qiymətinin 29, 37 və 39 manat olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, mübahisəli podrat müqaviləsinə əsasən faktiki görülmüş işlər Cavabdeh MTK-nın iddia etdiyi qiymətlərlə 1.098.629,7 manat məbləğində qiymətləndirildiyi halda İddiaçı MMC-nin istinad etdiyi qiymətlərə əsasən görülmüş işlərin dəyəri 2.808.121 manat (+14.615,02 manat məbləğində əlavə işlər) təşkil edir. Qeyd olunan məsələ, yəni qiymətlərin hansı Əlavə 1-ə əsasən hesablanmalı olması ilə bağlı kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Əvvəla, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh MTK-nın “X5” (Bina kalıp + Demir + Beton İşleri) tikinti layihəsi üzrə yekun hesabatların detallı açıqlamasından görünür ki, görülmüş beton-dəmir-qəlib işlərin 1 m2-nin qiyməti 29, 37 və 39 manatla hesablanmış və buna dair tərtib olunan bütün sənədlər həm Cavabdeh MTK-nın, həm də İddiaçı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlənmişdir (cild 5, i/v 236-256; cild 6, i/v 1-255; cild 7, i/v 1-171). Məhkəmə icasında da Cavabdeh MTK-nın nümayəndəsi həmin sənədlərin həqiqi olduğunu bildirdi. Bundan başqa Cavabdeh MTK tərəfindən 18.03.2018-ci il tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərin müqabilində İddiaçı MMC-yə 2.400.000 manatdan artıq məbləğdə pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi Cavabdeh MTK müqavilə üzrə görülmüş işlərin dəyərinin 1.098.629,7 manat məbləğində olmasına iddia etdiyi halda, həmin müqavilə üzrə 2.400.000 manatdan artıq məbləğdə ödəniş etmiş, yəni faktiki olaraq 18.03.2018-ci il tarixli podrat müqaviləsi üzrə ödəmələri İddiaçı MMC-nin istinad etdiyi qiymətlərə (29, 37, 39 manat) əsasən aparmışdır. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, podrat müqaviləsinə əsasən görülmüş işlərin qiymətləri ilə bağlı ziddiyyətlər olsa da, Cavabdeh MTK görülmüş işlərin dəyərini beton-dəmir-qəlib işlərin 1 m2-nin qiymətinin hündürlükdən asılı olaraq 29, 37 və 39 manat olmasını müəyyən edən əlavəyə və yekun hesabatlara əsasən ödəməklə, həmin qiymətlərlə razılaşmasına dair iradəsini ifadə etmiş, yəni “beton-dəmir-qəlib işlərin 1 m2nin qiymətinin hündürlükdən asılı olaraq 29, 37 və 39 manat olmasını” müəyyən edən 1 saylı əlavədə nəzərdə tutulmuş müqavilə şərtlərini qəbul etmişdir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan kollegiya hesab edir ki, 18.03.2018-ci il tarixli müqaviləyə əsasən görülmüş podrat işlərinin dəyəri “beton-dəmir-qəlib işlərin 1 m2nin qiymətinin hündürlükdən asılı olaraq 29, 37 və 39 manat olmasını” müəyyən edən 1 saylı əlavəyə əsasən müəyyən edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, Cavabdeh MTK-nın məhkəməyə təqdim etdiyi forma-2 arayışlar qəlib-dəmir-beton işlərinin 1 m2-nin qiymətinin hündürlükdən asılı olaraq 13, 15, 17 manat məbləğində olmasını müəyyən edən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, həmin arayışlarda görülmüş işlərlə bağlı heç bir təfsilat qeyd olunmamışdır. Halbuki, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən “X5” (Bina kalıp + Demir + Beton İşleri) tikinti layihəsi üzrə yekun hesabatların açıqlamasında görülmüş bütün işlər detallı şəkildə açıqlanmış və qiymətləri də təfsilatı ilə göstərilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qiymətlər məhz beton-dəmir-qəlib işlərin 1 m2nin qiymətinin hündürlükdən asılı olaraq 29, 37 və 39 manat olmasını” müəyyən edən 1 saylı əlavəyə əsasən yekun hesabatlara uyğun olaraq müəyyən edilməlidir. Görülmüş podrat işlərinə görə ödənilməli olan muzdun məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş yekun hesabatlara əsasən podrat müqaviləsi üzrə podratçı tərəfindən 2.808.121,71 manat dəyərində işlərin, eləcə də 14.615,02 manat məbləğində əlavə işlərin yerinə yetirilməsi, eləcə də həmin işlərin sifarişçi tərəfindən qəbul edilməsi hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Cavabdeh MTKnın nümayəndəsi də iddiaçı tərəfindən əlavə işlərin görülməsini inkar etməmiş, lakin həmin işlərin dəyərinin də Cavabdeh MTK tərəfindən ödənildiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh MTK görülmüş əlavə işlərinin həcmini və qiymətini müəyyən edən yekun hesabatları imzalamaqla əlavə işləri qəbul etmiş və həmin işlərin dəyərini ödəməsinə razılığını ifadə etmişdir. Belə olan halda isə "xxxx" MMC həmin işlərin dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh MTK tərəfindən 16.03.2018-ci il tarixli müqavilə üzrə ödənilmiş məbləğlərə gəldikdə kollegiya qeyd edir ki, İddiaçı MMC Cavabdeh MTK-nın 2.436.489,49 manat məbləğində ödəniş etdiyini iddia etdiyi halda Cavabdeh MTK 2.436.549,64 manat məbləğində ödəniş etdiyini bildirir. Cavabdeh MTK-nın iddia etdiyi məbləğdə ödəniş etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə Cavabdeh MTK-nın ödənişlərinin İddiaçı MMC-nin etiraf etdiyi məbləğdə - yəni 2.436.489,49 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, yekun hesabatlara əsasən Cavabdeh MTK-nın qəbul etdiyi işlərin dəyərinin cəmi 2.822.736 manat (2.808.121 manat dəyərində işlər, eləcə də 14.615,02 manat) olmasını nəzərə alsaq görülmüş podrat işlərinin dəyəri olaraq Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə tutulmalı olan məbləğ 386.247,24 manat (2.822.736,73-2.436.489,49) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, podrat müqaviləsi üzrə əsas borcun tutulması tələbinə dair hissədə ilk iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Həmçinin kollegiya hesab edir ki, gecikdirilmiş günlərə görə cərimənin tutulması barədə tələblər də qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndinə görə tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə yetirmə müddətlərinin pozulmasına görə günahkar olan tərəf gecikdirmənin hər bir gününə müqavilə qiymətinin 1% həcmində cərimə ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış podrat müqaviləsinin tarixini, müqavilə üzrə ödənilməli olan muzdun məbləğini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tutulmasını tələb etdiyi 2.097.322,51 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq 20.000 manat məbləğində müəyyənləşdirmişdir. Həmçinin kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, iddiaçı həmin tələbləri Mülki Məcəllənin 449-cu maddəsinə əsasən irəli sürmüşdür. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş İddiaçı MMC ilə Cavabdeh MTK arasında bağlanmış 16.03.2018-ci il tarixli podrat müqaviləsinə "görüləcək işlərin 1 kv.metrinin dəyəri olaraq 13 manat, 15 manat və 17 manat olmaqla həmin müqavilənin "xxxx" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin sifarişçiyə aid olmasını" özündə əks etdirən digər 16.03.2018-ci il tarixli, 01 saylı əlavənin etibarsız hesab edilməsi hissəsində də iddia rədd edilməlidir. Belə ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 340.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-ci maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə əhəmiyyətsiz əqdlərlə bağlı yalnız onların nəticələrinin tətbiqi haqqında iddianın irəli sürülməsi imkanı nəzərdə tutulmuşdur. Belə ki, yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi əhəmiyyətsiz əqdlər özü-özlüyündə etibarsız olduğundan onların etibarsız hesab edilməsi məsələsinə məhkəmə qaydasında baxılması zərurəti yoxdur. Eyni zamanda yuxarıda göstərildiyi kimi podrat müqaviləsi üzrə qiymətlər həmin əlavə üzrə deyil, iddiaçının şərtlərini qəbul etdiyi əlavə üzrə hesablandığından və bununla da, iddiaçının mübahisələndirdiyi əlavənin özü-özlüyündə əhəmiyyətsiz olduğu təsdiq olduğundan onun ayrıca məhkəmə tərəfindən etibarsız hesab edilməsinə lüzum yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, müqaviləyə əlavənin etibarsız hesab edilməsi tələbinə dair hissədə ilk iddia tələbi rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, mexanizm və avadanlıqların geri qaytarılması hissəsində İddiaçı MMC-nin iddiası əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı öz avadanlığı və alətləri ilə layihəyə uyğun olaraq tikinti işlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəf də həmin müqavilənin bağlanmasını və şərtlərini qəbul edir. Həmçinin “beton-dəmir-qəlib işlərin 1 m2nin qiymətinin hündürlükdən asılı olaraq 29, 37 və 39 manat olmasını” müəyyən edən podrat müqaviləsinə 1 saylı Əlavənin F bəndində qəlib quraşdırılmasında istifadə ediləcək hər cür ana (əsas) və köməkçi vəsait (qəlib taxtası, yaba, qəlib yağı) və vəsaitlərin amortizasiyası podratçıya aid olması göstərilmişdir. Göründüyü kimi tərəflər tikintidə istifadə olunacaq mexanizm və avadanlıqların məhz podratçı İddiaçı MMC tərəfindən təmin edilməli olduğunu razılaşmışlar. İddiaçı MMC dəbildirir ki, o, mexanizm və avadanlıqları Maraqlı şəxs MMC ilə bağlanmış icarə müqavilələri əsasında sonuncudan icarəyə götürmüş tikintidə istifadə etmişdir. Cavabdeh MTK da tikinti sahələrinin qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların olduğunu təsdiq edir, iddia ərizəsində göstərilən avadanlıqların markasını, sayını və qiymətlərini mübahisələndirmir, lakin bildirir ki, həmin mexanizm və avadanlıqlar ona məxsusdur və onların əldə olunması üçün iddiaçıya 200.000 ABŞ dolları ödəmişdir. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, mübahisəli tikinti sahələrində qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqlar mövcuddur. Göründüyü kimi hazırda Cavabdeh MTK-nın sahibliyində olan tikinti sahələrində iddia ərizəsində markaları, sayı və qiymətləri göstərilən avadanlıqların olması işin mübahisəsiz halını təşkil edir. Mübahisələndirilən yeganə məqam həmin qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların kimə məxsus olması və ya kimin qanuni sahibliyində olması ilə bağlıdır. İddiaçı MMC qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların onun qanuni sahibliyində olmasını təsdiq edən sübut kimi Maraqlı şəxs MMC ilə bağlanmış icarə müqavilələrini və buna dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Belə ki, İddiaçı MMC (icarəçi) ilə Maraqlı şəxs MMC (icarəyə verən) arasında bağlanılmış 17 mart 2018-ci il tarixli mexanizm və avadanlıqların icarə müqaviləsinə əsasən icarəyə verən, qanuni əsaslarla bu müqaviləyə əsasən əlavədə göstərilmiş və təhvil-təslim aktları ilə verilmiş mexanizm və avadanlıqları icarəyə verir, icarəçi isə həmin malları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və icarəyəverənə bu müqaviləyə əsasən icarə haqqını ödəyir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 01 nömrəli, 17 mart 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin mart ayı üçün 800 ədəd üst ayar mili, 800 ədəd alt ayar mili, 800 ədəd çerçeve 150X180, 800 ədəd çarpaz kol, 200 ədəd flansh təhvil verilmişdir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 02 nömrəli, 23 aprel 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin aprel ayı üçün 800 ədəd üst ayar mili, 800 ədəd alt ayar mili, 120 ədəd döşəmə kolonu, 150 ədəd teleskobik direk 4 metre, 150 ədəd teleskobik direk 3 metre, 1 ədəd dəmir bükmə maşını 45 mm, model GMS 31139, 1 ədəd dəmir kəsmə maşını 45 mm, model GMS 31139 təhvil verilmişdir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 03 nömrəli, 11 may 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin may ayı üçün 21 ədəd üst ayar mili, 24 ədəd alt ayar mili, 10 ədəd çerçeve 150X180, 12 ədəd çarpaz kol, 14 ədəd teleskobik direk 4 metre təhvil verilmişdir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 04 nömrəli, 29 iyul 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin iyul ayı üçün 400 ədəd üst ayar mili, 6 ədəd yük platforması, 400 ədəd çerçeve 150X180, 400 ədəd çarpaz kol, 400 ədəd flansh təhvil verilmişdir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 05 nömrəli, 10 noyabr 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin noyabr ayı üçün 200 ədəd üst ayar mili, 200 ədəd alt ayar mili, 200 ədəd çarpaz kol, 100 ədəd teleskobik direk 6MT təhvil verilmişdir. Maraqlı şəxs MMC ilə İddiaçı MMC arasında 06 nömrəli, 03 dekabr 2018-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında imzalanmış 17 mart 2018-ci il tarixli “Mexanizm və avadanlıqların icarə müqaviləsi”nə əsasən 2018-ci ilin dekabr ayı üçün 650 ədəd üst ayar mili, 600 ədəd alt ayar mili, 200 ədəd çerçeve 150X180, 60 ədəd çarpaz kol təhvil verilmişdir. İddiaçı MMC (icarəçi) ilə Maraqlı şəxs MMC (icarəyə verən) arasında bağlanılmış 19 mart 2018-ci il tarixli mexanizm və avadanlıqların icarə müqaviləsinə əsasən icarəyə verən, qanuni əsaslarla bu müqaviləyə əsasən əlavədə göstərilmiş və təhvil-təslim aktları ilə verilmiş mexanizm və avadanlıqları icarəyə verir, icarəçi isə həmin malları xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir və icarəyəverənə bu müqaviləyə əsasən icarə haqqını ödəyir. 19.04.2018, 07.05.2018, 16.05.2018-ci il tarixli gömrük bəyannamələri və onlara aid invoyslardan isə müəyyən edilir ki, qeyd olunan mexanizm və avadanlıqlar Maraqlı şəxs MMC tərəfindən “Doka Kalip-İskele Sanayi ve Ticaret Anonim Şirketi”ndən alınmış və Maraqlı şəxs MMC-nin adına idxal olunmuşdur. Göründüyü kimi İddiaçı MMC istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Eyni zamanda tikinti sahələrində qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların olmasını etiraf edən Cavabdeh MTK həmin əşyaların ona məxsus olduğunu, yəni müqavilə şərtlərindən fərqli olaraq qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların podratçı İddiaçı MMC-yə deyil, məhz sifarişçiyə (özünə) məxsus olduğuna və onların əldə olunması üçün iddiaçıya pul vəsaiti ödədiyinə istinad etdiyi üçün həmin halları sübut etmə yükü onun üzərinə düşür. Lakin o, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Cavabdeh MTK Azərbaycanın daşınmaz əmlak bazarında yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsini, tikintisini və idarə olunmasını təşkil və təmin edən, kifayət qədər böyük büdcəyə və balansa malik olan hüquqi şəxsdir və kifayət qədər bahalı olan, tikinti sahələrində istifadə edilən mexanizm və avadanlıqların onun mülkiyyətində, qanuni istifadəsində və ya balansında heç bir sənəd olmadan mövcud olması inandırıcı və mümkün olan hal deyildir. Bu baxımdan kollegiya hesab edir ki, əksi sübut olunmadığı üçün hazırda Cavabdeh MTK-ya məxsus tikinti sahələrində qəlib quraşdırılmalarında istifadə edilən mexanizm və avadanlıqların hər birinin Maraqlı şəxs MMC ilə bağlanmış icarə müqavilələri əsasında İddiaçı MMC-nin qanuni sahibliyində olması faktı qəbul edilməlidir. Mülki Məcəllənin 157.8-ci maddəsində də təsbit olunmuşdur ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ona görə də kollegiya hesab edir ki, İddiaçı MMC həmin əşyaların Cavabdeh MTKnın qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda kollegiya qeyd edir ki, həmin avadanlıqların bir hissəsinin iddianın təmini tədbiri barədə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli 2-2(81)- 1166/2019 saylı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli 2(005)-4715/19 saylı qərardadı ilə cavabdehin sahibliyindən götürülərək saxlanca verilməsi halı həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki bu məsələ qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Həmin iddia tələblərinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)-1166/2019 saylı, 26.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanılmış 17 mart 2018-ci il tarixli və 19 mart 2018-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr üzrə cəmi 164.025 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı MMC-dən tutularaq Maraqlı şəxs MMC-yə ödənilməsinin qət edilməsi İddiaçı MMC-nin həmin icarə müqavilələri üzrə icarə obyekti olan mexanizm və avadanlıqları icarəyə verən Maraqlı şəxs MMC-yə geri qaytarmaq öhdəliyini istisna etmir. Birinci instansiya məhkəməsi tərəfindən 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019cu il tarixli 2-2(81)-1166/2019 saylı qərardadından verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 08.10.2019-cu il tarixli qərardadına istinad etməsi isə tam əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Bundan başqa mübahisəli tikinti sahələrində qəlib quraşdırılmalar, mexanizm və avadanlıqların olması işin mübahisəsiz halıdır. Çünki Cavabdeh MTK həmin faktı etiraf etmişdir. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Cavabdeh MTK qəlib quraşdırılmalar, mexanizm və avadanlıqların ona məxsus olmasını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh MTK tərəfindən irəli sürülmüş qarşılıqlı iddiaya dair isə kollegiya hesab edir ki, həmin iddia rədd edilməlidir. Belə ki, onun tərəfindən irəli sürülmüş birinci tələb 16.03.2018-ci il tarixdə podrat müqaviləsinə imzalanmış görüləcək işlərin 1 kv.metrinin dəyəri 29 manat, 37 manat və 39 manat olmaqla göstərilməsi, həmin müqavilənin "xxxx" bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin podratçıya aid olması barədə eyni tarixli, 1 nömrəli əlavənin etibarsız hesab edilməsi ilə bağlıdır. Cavabdeh MTK həmin əlavənin formal bağlandığını, yəni uydurma əqd olduğunu bildirir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə əhəmiyyətsiz əqdlərlə bağlı yalnız onların nəticələrinin tətbiqi haqqında iddianın irəli sürülməsi imkanı nəzərdə tutulmuşdur. Belə ki, yuxarıda göstərilən normanın məzmunundan da göründüyü kimi əhəmiyyətsiz əqdlər özü-özlüyündə etibarsız olduğundan onların etibarsız hesab edilməsi məsələsinə məhkəmə qaydasında baxılması zərurəti yoxdur. Lakin mübahisələndirilən əlavənin uydurma əqd olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə işin yuxarıda göstərilən hallarından müəyyən edilmişdir ki, podrat müqaviləsi üzrə ödənişlər məhz həmin əlavədə müəyyən edilmiş qiymətlərlə həyata keçirilmiş, yəni həmin əlavədə müəyyən edilmiş şərtlər müqavilə tərəfləri tərəfindən icra edilmişdir. Belə olan halda isə həmin əlavənin uydurma əqd hesab edilməsi üçün də əsaslar mövcud deyildir. Ona görə də, həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Cavabdeh MTK tərəfindən irəli sürülmüş ikinci tələb podrat müqaviləsi üzrə İddiaçı MMC-yə artıq ödənilmiş 1.583.537,3 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq Cavabdeh MTK-yə ödənilməsi ilə bağlıdır. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin hazırki işdə bu əsaslar müəyyən olunmur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Mahal” MTK-nın İddiaçı MMC-yə artıq ödəniş etməsi, yəni İddiaçı MMC-nin əsassız varlanması öz təsdiqini tapmamış, əksinə Mahal” MTK-nın podrat müqaviləsi üzrəİddiaçı MMC-yə 386.247,24 manat borcunun olması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəlikdən kənar ödənilmiş pul vəsaitin mövcud olması müəyyən olunmur. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin Cavabdeh MTK tərəfindən irəli sürülmüş üçüncü tələb İddiaçı MMC-yə artıq ödənilmiş 1.583.537,3 manat məbləğində vəsaitin vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş bank faiz uçot dərəcəsi nəzərə alınmaqla faizlərin tutulması ilə bağlıdır. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə əsas tələb rədd edildiyindən əsas tələbdən irəli gələn həmin tələbin təmin edilməsi üçün əsaslar mövcud deyil. Ona görə də həmin hissədə də iddia rədd edilməli və birinci instansiya məhkəməsi düzgün olaraq həmin nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı MMC tərəfindən irəli sürülmüş "mexanizm və avadanlıqların geri qaytarılması" barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı MMC tərəfindən irəli sürülmüş "mexanizm və avadanlıqların geri qaytarılması" barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Ümumi dəyəri 4088 manat olan, 514 ədəd Ankraj çubuğu 15.0mm galvanizli 1.0m; Ümumi dəyəri 19051 manat olan, 425 ədəd Doka ahşap kiriş H20 eco P 2.90m; Ümumi dəyəri 13411,78 manat olan, 262 ədəd Doka ahşap kiriş H20 eco P 3.30m; Ümumi dəyəri 17116 manat olan, 287 ədəd Doka ahşap kiriş H20 eco P 3.90m; Ümumi dəyəri 2558,79 manat olan, 255 ədəd Doka sabit ankraj 16x125mm; Ümumi dəyəri 6489 manat olan, 7000 ədəd Doka yaylı dupel 16mm; Ümumi dəyəri 12545 manat olan, 195 ədəd Frami ayarlı kelepçe; Ümumi dəyəri 8031 manat olan, 248 ədəd Frami çox funksiyalı kuşak 0.70m; Ümumi dəyəri 7249 manat olan, 828 ədəd Frami çox funksiyalı sabitleme civatası 5- 12sm; Ümumi dəyəri 1828 manat olan, 4 ədəd Frami eco pano 0.30x3.00m; Ümumi dəyəri 1533 manat olan, 3 ədəd Frami eco pano 0.45x3.00m; Ümumi dəyəri 26849,19 manat olan, 45 ədəd Frami eco pano 0.60x3.00m; Ümumi dəyəri 31077,50 manat olan, 62 ədəd Frami eco pano 0.75x3.00m; Ümumi dəyəri 19590,94 manat olan, 30 ədəd Frami eco pano 0.90x3.00m; Ümumi dəyəri 25958 manat olan, 32 ədəd Frami eco universal pano 0.75x3,00m; Ümumi dəyəri 15608,17 manat olan, 26 ədəd Frami iç künc panosu 3.00m 20cm; Ümumi dəyəri 16738,12 manat olan, 842 ədəd Frami kelepçesi; Ümumi dəyəri 17553 manat olan, 121 ədəd Frami konsolu 60; Ümumi dəyəri 3742 manat olan, 175 ədəd Frami takoz kelepçesi; Ümumi dəyəri 100 manat olan, 1000 ədəd Frami tıkacı; Ümumi dəyəri 1353 manat olan, 8 ədəd Frami vinç kulbu; Ümumi dəyəri 3463 manat olan, 6 ədəd Frami Xlife universal pano 0.60x3.00m; Ümumi dəyəri 67620 manat olan, 56 ədəd Frami Xlife universal pano 0.90x3.00m; Ümumi dəyəri 82 manat olan, 15 ədəd Kafa bağlama mili 15.0 330mm; Ümumi dəyəri 7512 manat olan, 224 ədəd Payanda başlığı EB; Ümumi dəyəri 17223 manat olan, 145 ədəd Payanda uzun kolu 260 İB; Ümumi dəyəri 24885 manat olan, 1600 ədəd Pullu ankraj somunu 15.0; Ümumi dəyəri 9720 manat olan, 648 ədəd Alt ayar mili; Ümumi dəyəri 2132 manat olan, 164 ədəd Çapraz qol; Ümumi dəyəri 36250 manat olan, 725 ədəd Çerçeve 150x180; Ümumi dəyəri 1015 manat olan, 29 ədəd Döşeme qolları; Ümumi dəyəri 2400 manat olan, 600 ədəd Flanş; Ümumi dəyəri 3300 manat olan, 33 ədəd TELESKOP GALVANİZ 6MT. DOKA; Ümumi dəyəri 2500 manat olan, 100 ədəd Teleskop Normal 4 MT.; Ümumi dəyəri 19159 manat olan, 1127 ədəd ÜST AYAR MİLİ; Ümumi dəyəri 2400 manat olan, 6 ədəd Yük platformu; Ümumi dəyəri 840 manat olan, 6 ədəd alüminium nərdivan 3 metre; Ümumi dəyəri 10 manat olan, 1 ədəd balyoz 4kg sait demirçi; Ümumi dəyəri 270 manat olan, 10 ədəd betonçu kerpedeni 280 MM knipex; Ümumi dəyəri 1130,40 manat olan, 4 ədəd X3 Gbh 2-26 Dre; Ümumi dəyəri 1180 manat olan, 4 ədəd BoschGKS 190 DAİRE TESTERE; Ümumi dəyəri 239 manat olan, 2 ədəd Bosch GWS 750; Ümumi dəyəri 10,15 manat olan, 1 ədəd Bosch SDS MAX KİRİCİ UÇ SİVRİ 400 MM; Ümumi dəyəri 20,30 manat olan, 1 ədəd Bosch SDS MAX KİRİCİ UÇ YASSİ 400 MM; Ümumi dəyəri 265 manat olan, 1 ədəd Çalışma masası; Ümumi dəyəri 210 manat olan, 2 ədəd Çelik halat iki ucu halqalı 10 ton 3 metre; Ümumi dəyəri 120 manat olan, 2 ədəd Çelik halat iki ucu halqalı 5 ton 3 metre; Ümumi dəyəri 849 manat olan, 3 ədəd Darbeli Matkap GBH 2-26 dre Bosch; Ümumi dəyəri 90 manat olan, 6 ədəd Demir bükme anahtarı 14 MM Yakar; Ümumi dəyəri 60 manat olan, 2 ədəd Demir bükme anahtarı 20 MM Yakar; Ümumi dəyəri 80 manat olan, 2 ədəd Demir bükme anahtarı 26 MM Yakar; Ümumi dəyəri 150 manat olan, 3 ədəd Demir bükme anahtarı 32 MM Yakar; Ümumi dəyəri 45 manat olan, 1 ədəd Demir kesme makası 12 lik afacan; Ümumi dəyəri 63 manat olan, 1 ədəd Demir kesme makası 16 lik afacan; Ümumi dəyəri 150 manat olan, 4 ədəd əl arabası kaynaklı; Ümumi dəyəri 70 manat olan, 5 ədəd əl fənəri; Ümumi dəyəri 300 manat olan, 1 ədəd əl kaynak maşını 1000 W Rus; Ümumi dəyəri 16 manat olan, 2 ədəd Eltos Şakül 1000 Gr; Ümumi dəyəri 48 manat olan, 4 ədəd Eltos Şakül 2000 Gr; Ümumi dəyəri 5,70 manat olan, 1 ədəd Eltos Şakül 750 Gr; Ümumi dəyəri 1760 manat olan, 80 ədəd təhlükəsizlik kəməri Par. Bel. Ce li ; Ümumi dəyəri 28,16 manat olan, 2 ədəd Epoksi tapancası; Ümumi dəyəri 90 manat olan, 3 ədəd Etriye qolu 12 MM yakar; Ümumi dəyəri 35 manat olan, 1 ədəd Etriye qolu 14 MM afacan; Ümumi dəyəri 1278 manat olan, 360 m2 güvenlik ağı 8 Lik; Ümumi dəyəri 240 manat olan, 2 ədəd isiticıi soba/ufo; Ümumi dəyəri 210 manat olan, 15 ədəd keser dövme çelik yakar; Ümumi dəyəri 968 manat olan, 8 ədəd kule vinç zənciri 4lü 10 ton 4 mt; Ümumi dəyəri 6 manat olan, 1 ədəd kiçik elektron tərəzi; Ümumi dəyəri 45,50 manat olan, 13 ədəd kürek çalo rəngli; Ümumi dəyəri 13,18 manat olan, 2 ədəd lastik tokmak No:70 Eltos; Ümumi dəyəri 625 manat olan, 2 ədəd lazer metrə; Ümumi dəyəri 18 manat olan, 2 ədəd master alçı malası kapalı plastik saplı 40 sm; Ümumi dəyəri 90 manat olan, 6 ədəd ofis oturacağı; Ümumi dəyəri 40 manat olan, 2 ədəd polyester bez sapan 3 ton 5 metre; Ümumi dəyəri 420 manat olan, 12 ədəd polyester bez sapan 6 ton 6 metre; Ümumi dəyəri 312 manat olan, 8 ədəd projektor 100 wat led; Ümumi dəyəri 30 manat olan, 2 ədəd projektor 200 wat; Ümumi dəyəri 948 manat olan, 12 ədəd projektor 400 wat led; Ümumi dəyəri 1089 manat olan, 9 ədəd projektor 500 wat led; Ümumi dəyəri 108 manat olan, 6 ədəd sökü manivelası 110 sm sait demirçi; Ümumi dəyəri 230 manat olan, 10 ədəd sökü manivelası 120 sm; Ümumi dəyəri 130 manat olan, 1 ədəd su matoru marcus; Ümumi dəyəri 176 manat olan, 11 ədəd su tərəzisi 1 MT Fisco; Ümumi dəyəri 246 manat olan, 3 ədəd su tərəzisi 200 sm Fisco; Ümumi dəyəri 39 manat olan, 3 ədəd su tərəzisi 50 sm Fisco; Ümumi dəyəri 55 manat olan, 1 ədəd tabanlı sökü manevelası; Ümumi dəyəri 80 manat olan, 8 ədəd tavsiye çəkiç 1,5 kg yakar; Ümumi dəyəri 420 manat olan, 100 ədəd TİE-ROD KORUYUCU KONİK 20; Ümumi dəyəri 1300 manat olan, 200 ədəd TİE-ROD KORUYUCU KONİK 40; Ümumi dəyəri 1153,90 manat olan, 1049 ədəd TİEROT AYNASİ 10*10/17 4 MM; Ümumi dəyəri 2781 manat olan, 618 metre TİEROT mili 017MM; Ümumi dəyəri 1819 manat olan, 1070 ədəd TİEROT SOMUNU ** MM ***; Ümumi dəyəri 8,10 manat olan, 2 ədəd Tırmık 14 diş; Ümumi dəyəri 7,40 manat olan, 2 ədəd Tırmık 16 diş; Ümumi dəyəri 60 manat olan, 2 ədəd ventilyator; Ümumi dəyəri 1190 manat olan, 17 ədəd vibrator hortumu 4MT; Ümumi dəyəri 75 manat olan, 1 ədəd vibrator hortumu 6MT; Ümumi dəyəri 160 manat olan, 4 ədəd YANĞİN SÖNDÜRME TÜPÜ CO2 6kg adlı mexanizm və avadanlıqlar (ümumi cəmi dəyəri 476.637,29 manat), onlar olmadıqda isə onların dəyəri Cavabdeh MTK-dan alınaraq İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1377/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1377/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver