Məhkəmə qərarları › İş №2-2(103)-140/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-140/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndələri X2, X1 iştirakı ilə, İddiaçı-nın Cavabdeh İB-yə qarşı borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)- 93/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən (hakim Etibar Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq hesablanmış 459.986 manat borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki olaraq mənzil tikintisi,şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olur. Cavabdeh tərəfindən İddiaçı-nın 500 şagirdlik məktəb binasının və idman kompleksinin qazanxanası üçün xx xxxx 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt, həmçinin, “Qurtuluş 93” yaşayış kompleksi üçün xx xxxxxx 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt verilmişdir. Cari ilin 01 avqust tarixində əraziyə nəzarət edən əməkdaşlar gələrək borcun olduğunu bildirmişlər və xəbəri olmadan MTK-ya verilən qazı dayandırmışlar. Cari ilin iyul ayının 18-i üçün iddiaçının qalıq borcunun 459986 manat olduğu bildirilmişdir. Aşağıda qeyd olunanlar sübut edir ki, sözügedən məbləğ şişirdilmiş və əsassız hesablanmış məbləğdir. 2017-ci ilin yanvar ayından müəssisəyə məxsus qaz sayğacını götürüb aparmış, bu səbəbdən də 2017-ci il yanvar və fevral aylarında müəssisədə qaz sayğacı olmamışdır. İki ay sonra sayğacı geri gətirmişlər. Yanvar və fevral aylarında sayğac olmasa da qaz işçiləri özlərindən məbləğlər uyduraraq borc kimi yazmışlar. Sayğacı geri qaytardıqdan sonra sayğac əvvəlki aylara nisbətdə qat-qat artıq hesablamalar aparmağa başlamışdır. Həmin maraqlı vəziyyət 2018-ci il üçün müəyyən edilmiş borc cədvəlində də təsdiqini tapır. Belə ki, cari ilin yanvar ayı üçün 186519,80 manat, fevral ayı üçün 180176,19 manat, mart ayı üçün 235936,80 manat, aprel ayı üçün 152814,40 manat borc hesablanmışdır. Göründüyü kimi, 2017-ci il mart və aprel aylarında qeyd olunan məbləğ ilə 2018-ci il mart və aprel aylarında qeyd olunan məbləğ bir-birinə ziddir. 2017-ci ilin aprel ayında ən yüksək məbləğ hesablansa da bu il isə mart ayı üçün ən yüksək məbləğ hesablanılıb. Hesablanmış 4599xx xxxxx 2017-ci ildən bu vaxta qədər cavabdeh tərəfin əməkdaşlarının etdikləri qanunsuzluğun nəticəsidir. Sözügedən məbləğin hansı qaydada, hansı meyarlar əsasında hesablanmasına heç bir aydınlıq gətirilmir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-93/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Mənzil- Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317.476,02 manat borcun silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin yanvar və fevral ayının ilk 6 günü sayğacsız dövr üçün təbii qazdan istifadə etmişdir. Sayğacsız dövr üçün əvvəlki ilin (2016-cı ilin) eyni dövrü üçün normativ hesabat aparılmışdır. Tərəflər arasında bununla bağlı heç bir narazılıq olmamışdır. 2016-cı ilin dekabr ayından Tarif Şurasının qərarına əsasən qeyri-əhali abonentləri üçün qazın hər m3 üçün ödəniş 20 qəpik olduğundan ödənişlərdə artım olmuşdur. 2018-ci il üçün iddiaçının ödəməli olduğu məbləğ sərfiyyata uyğun hesablanmışdır. İddiaçının qaz sayğacı istismara yararlı olduğu üçün qaz xəttinin üzərinə quraşdırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-228/2019 saylı (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi-iddianın qismən təmin olunaraq, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317476,02 manat borcun silinməsi hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-228/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş yenidən apelyasiya baxışına qaytarıldıqdan sonra cavabdeh apellyasiya şikayətinə əlavə vermiş, əlavədə qeyd edilmişdir ki, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə iddiaçının qaz sayğacı dövlət yoxlamasında olmuş, həmin müddət üçün istifadə etdiyi qaza görə sərfiyyat aşağıdakı kimi hesablanmışdır. xx.xx.2016-xx.xx.2016 ərzində-387212 m3 qaz sərfi (2016-cı ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmış)-38721,2 manat, xx.xx.2016-xx.xx.2016 ərzində-773397 m3 qaz sərfi (2016-cı ilin fevral ayının sərfiyyatına uyğun hesablanmış), 154679,4 manat, xx.xx.2017-xx.xx.2017 ərzində - 727094 m3 qaz sərfi (2016-cı ilin mart ayı üzrə sərfiyyata uyğun hesablanmış) , 145418,8 manat, xx.xx.2017-xx.xx.2017 ərzində-198730 m3 qaz sərfi (sayğac quraşdırıldıqdan sonra fevral ayının sərfiyyatına uyğun hesablanmış)-39746 manat. xx.xx.2017-ci ildə sayğac quraşdırıldan sonra sərfiyyat sayğac göstəricilərinə uyğun hesablanmışdır. Cavabdeh nümayəndələri məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-93/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 257405,58 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş texniki şərtlərin surətlərindən görünür ki, İddiaçı Mənzil- Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş məktəb binasının, idman kompleksinin qazanxanasına və “Qurtuluş 93” yaşayış kompleksinə qaz təchizatı üçün texniki şərtlər verilmişdir. İddiaçının abunə haqqında saldosundan görünür ki, xx.xx.2014-cü il tarixədək qazdan istifadəyə görə ödənilməmiş borcu olmamış, xx.xx.2015-ci il tarixə 7000 manat qalıq borcu olmuş, sonradan hər il həmin məbləğ artaraq 2018-ci ilin dekabr ayının sonuna olan borc 364358 manat təşkil etmişdir. İşə apelyasiya qaydasında yenidən baxılarkən işdəki sənədlər və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş “Qurtuluş 93” yaşayış kompleksinin və məktəb binasının qazanxanasında qazdan istifadə ilə bağlı hesablanmış borcdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borcun bir hissəsi xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə iddiaçının G- 1000 markalı 83045291 zavod nömrəli qaz sayğacının dövlət yoxlamasında olduğu dövrdə hesablanmış borc məbləği, bir hissəsi isə 2017-ci ilin fevral ayında yeni sayğac quraşdırıldıqdan sonra hesablanmış borcdur. İddianın dəlilləri bundan ibarətdir ki, qaz sayğacı dövlət yoxlamasında olduğu dövrdə qaz sərfiyyatı qanunvericiliyin tələblərinə uyğun hesablanmamış, həmin dövrdə qaz verilişi dayandırıldığı üçün qazdan istifadə edilmədiyi halda sərfiyyat hesablanmış, yeni sayğac isə yararsız olduğu üçün sərfiyyat əvvəlki aylardan artıq yazılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavədən və iş materiallarındakı “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması haqqında” aktlardan görünür ki, xx.xx.2016-cı ildə iddiaçının dövlət yoxlamasına göndərilmiş sayğacında qüsurlar olduğu müəyyən edilmiş, lakin bu qüsurların yaranmasında istehlakçının təqsiri müəyyən edilməmişdir. Əlavə qeyd edilənlərə əsasən, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə iddiaçının qaz sayğacı dövlət yoxlamasında olduğu müddət üçün istifadə edilmiş təbii qaza görə sərfiyyat aşağıdakı kimi hesablanmışdır.

1. xx.xx.2016-xx.xx.2016-cı il ərzində-387212 m3 qaz sərfi (2016-cı ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmış)-38721,2 manat, 2.xx.xx.2016-xx.xx.2016-cı il ərzində-773397 m3 qaz sərfi (2016-cı ilin fevral ayının sərfiyyatına uyğun hesablanmış) 154679,4 manat, 3.xx.xx.2017-xx.xx.2017-ci il ərzində - 727094 m3 qaz sərfi (2016-cı ilin mart ayı üzrə sərfiyyata uyğun hesablanmış) 145418,8 manat,

4. xx.xx.2017-xx.xx.2017 ərzində-198730 m3 qaz sərfi (sayğac quraşdırıldıqdan sonra 2017-ci ilin fevral ayının sərfiyyatına uyğun hesablanmış)-39746 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya məxsus obyektin qaz sayğacının istehlakçının təqsiri olmadan yararsız vəziyyətə düşdüyü, sayğaca müdaxilə edilmədiyi işin mübahisəsiz halı olduğundan iddiaçının qaz sayğacının dövlət yoxlamasında olduğu xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün istifadə edilmiş təbii qaza görə sərfiyyatın cavabdeh tərəfindən qeyd edilən qaydada, yəni əvvəlki ilin və ya yeni sayğacdan sonrakı ayın sərfiyyatına uyğun hesablanması “Qazdan istifadə Qaydaları”-nın tələblərinə uyğun olmamışdır. 2016-cı ilin noyabr ayı üçün isə sərfiyyat Qaydalarda nəzərdə tutulmuş qaydada, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın sərfiyyatına uyğun hesablanmış, 2016-cı ilin 24-31 oktyabr tarixlərində sayğac göstəriciləri əsasında iddiaçının istehlak etdiyi qaz sərfiyyatının 87435 m3 olduğu nəzərə alınaraq 1 günlük sərfiyyatın 12490 m3 olduğu müəyyən edilərək noyabr ayı üçün (31 gün) 387212 m3 sərfiyyat və 38721,2 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün istehlak edilmiş qazın dəyəri cavabdeh tərəfindən “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada, yəni 2016-cı ilin oktyabr ayının orta gündəlik sərfiyyatına uyğun hesablanarsa (orta gündəlik sərfiyyat 12490 m3, bir gün üçün ödənişin məbləği 1249,07 manat) iddiaçı tərəfindən həmin dövr üçün ödənilməli olan borcun məbləği aşağıdakı kimi müəyyən olunmalı idi: xx.xx.2016-xx.xx.2016-cı il ərzində- 30 gün üçün 37472,1 manat, xx.xx.2017-xx.xx.2017-ci il ərzində - 30 gün üçün 37472,1 manat, xx.xx.2017-xx.xx.2017 ərzində-6 gün üçün 7494,42 manat, cəmi 82438,62 manat. Qeyd edilən dövr üçün cavabdeh tərəfindən iddiaçıya 339844,2 manat borc hesablandığı nəzərə alınarsa 257405,58 manat borcun artıq hesablandığı müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin məbləğdə borcun silinməsi hissəsində qanuni və əsaslı hesab edilməlidir. İşin hallarından görünür ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus obyektdə yeni sayğac quraşdırıldan sonra sərfiyyat sayğac göstəricilərinə uyğun, həmin dövrdə qüvvədə olmuş tariflə hesablandığından həmin borcların silinməsi üçün qanuni əsaslar müəyyən edilmir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndinə istinad edərək iddiaçıya hesablanmış borc məbləğinin həmin normaya uyğun hesablanmadığı barədə düzgün nəticəyə gəlsə də, silinməli olan borcun məbləğini düzgün müəyyən etmədiyindən məhkəmə hesab edir ki, qətnamə dəyişdirilməli, sayğacın yoxlamada olduğu dövrdə iddiaçıya məxsus obyektlərə təbii qazın verilməsinin dayandırılması, o cümlədən xx.xx.2017-ci il tarixdə quraşdırılmış yeni sayğacın qüsurla işləməsi və sərfiyyatı artıq qeyd etməsi barədə birinci instansiya və ya apellyasiya instansiyası məhkəməsinə mötəbər sübutlar təqdim edilmədiyindən iddia yalnız cavabdeh tərəfindən hesablanmış 257405,58 manat borcun silinməsi hissəsində əsaslıdır. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi elektrik enerjisi haqqının ödənişi barədə sənədlərin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi MPM-nin 372-ci maddəsinin tələbinə əsasən istisna olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı kassasiya şikayətinə əlavə etdiyi sənədlərin hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilmədiyini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)- 93/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 257405,58 manat məbləğində borc silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-93/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 257405,58 manat məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar