Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1410/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli e-2-2(113)-809/2021 saylı qərardadından (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanılmış 13 oktyabr 2020-ci il tarixli 415 nömrəli və 21 oktyabr 2020-ci il tarixli 428 nömrəli müqavilələrin ləğv edilməsi, hər bir müqavilə üzrə müvafiq olaraq 2.850 manat və 2.850 manat olmaqla ümumilikdə ödənilmiş 5.700 manat xidmət haqqı məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmişdir. 25.10.2021-ci il tarixdə Cavabdeh MMC qiyabi qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, e-2-2(113)-809/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, e-2-2(113)- 809/2021 saylı qiyabi qətnaməsinin ləğvi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli e-2-2(113)-809/2021 saylı qərardadının ləğv edilməsi və qiyabi qətnamənin ləğvi barədə təqdim olunmuş ərizəyə tərəflərin iştirakı ilə baxılaraq prosessual qanunvericiliyə uyğun qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onalara təsadüfən məlum olub ki, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, e-2-2(113)-809/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçı “Green tech“ Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 5730 manat CavabdehMMC-dən tutulub. Həmin işdən xəbərləri olmayıb və bu səbəbdən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişlər. Məhkəmə proseslərində iştirak edərək etiraz etmə hüququndan məhrum olmuşlar. Məhkəmənin qiyabi qətnaməsi rəsmi qaydada onlara verilməyib. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, e- 2-2(113)-809/2021 saylı qiyabi qətnaməsini yalnız müraciətindən sonra 15 oktyabr 2021ci il tarixdə əldə etmişlər. Prosessual qanunvericiliyə uyğun olaraq tərəflərindən 25 oktyabr 2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021- ci il tarixli, e-2- 2(113)-809/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasına dair ərizə ilə müraciət olunmuşdur. Lakin Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli e-2-2(113)- 809/2021 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Mübahisələndirilən qərardad ləğv edilməli və təqdim olunmuş ərizə əsasında Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, e-2-2(113)-809/2021 saylı qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnməlidir. Qərardadda qeyd olunub ki, guya 10 mart 2021-ci il tarixli, e-2-2(113)- 809/2021 saylı qiyabi qətnamə 24 mart 2021-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən rəsmi qaydada qəbul edilib. Lakin həmin qiyabi qətnamə tərəfindən rəsmi qaydada qəbul edilməyib. Xəbərnamədə olan imzanın kimə aid olması barədə heç bir məlumatları yoxdur. Cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən qərardad qəbul edilməyib və bu barədə xəbərnaməyə imza edilməyib. Məhkəmə nəzərə almayıb ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”-lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada(elektron poçt, SMS və s.vasitəsilə) çatdırılır. Lakin 10 mart 2021-ci il tarixli, e-2- 2(113)-809/2021 saylı qiyabi qətnaməsi nə elektron kabinetdə yerləşdirilmiş, nə də ki poçt vasitəsi ilə onlara çatdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-809/2021 saylı, 12.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli e-2-2(113)- 809/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qiyabi qətnaməsi poçt vasitəsilə cavabdeh Vacancy MMC-nin hüquqi ünvanı olan ünvan 1dən 24.03.2021-ci il tarixdə rəsmi qaydada qəbul edildiyi halda cavabdeh tərəfindən həmin qiyabi qətnamənin ləğvi barədə ərizə 25.10.2021-ci il tarixdə elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə sənədlərin elektron qaydada göndərilməsi üçün elektron kabinet təqdim edilmədiyindən məhkəmə tərəfindən qətnamənin kağız daşıyıcıda göndərilməsi prosessual pozuntu hesab edilə bilməz. Qiyabi qətnamənin ləğvi barədə ərizə cavabdeh tərəfindən qətnamənin qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət buraxılmaqla verildiyindən ərizənin qaytarılması barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Şikayət ərizəsinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən göndərilmiş sənədi cavabdehin hüquqi ünvanında qəbul edən şəxsin ad və soyadını poçt xəbərnaməsində aydın şəkildə qeyd etməməsi həmin sənədin çatdırılmaması kimi qəbul edilə bilməz. Belə olan halda sənədin cavabdehə məxsus ünvana deyil, poçt şöbəsi tərəfindən digər ünvana təqdim edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli e-2-2(113)-809/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli e-2-2(113)-809/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1410/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1410/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver