Məhkəmə qərarları › İş №2-2(103)-1439/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1439/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1439/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3901/2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsindən (hakim Kənan Hüseynov) Cavabdeh MMC-nin adından verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4615.00 (dörd min altı yüz on beş) manat əsas borc, 461 (dörd yüz altımış bir manat) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə 5106 (beş min yüz altı) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3901/2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 4615 manat əsas borc, 250 manat cərimə borcu olmaqla, cəmi 4865 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh adından X2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin adından verilmiş apelyasiya şikayəti X2 tərəfindən elektron imza ilə imzalanmış, iş materiallarına həmin şəxsin vəkil orderi və cavabdeh tərəfindən verilmiş etibarnaməsi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Apelyasiya şikayətini imzalamış X1 cavabdeh tərəfindən bu barədə səlahiyyət verildiyi təsdiq edilmədiyindən müəyyən olunur ki, onun cavabdehin adından hər hansı sənədi imzalamağa səlahiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.1.-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apelyasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3901/2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin adından verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3901/2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin adından verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar