Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1443/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X5” ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçının Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadından verilən şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, X1, X3 və X4 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binadan verilmiş mənzillərin dəyərinin (qiymətinin) Cavabdeh2 tutulması, tutulmuş pul vəsaitinin 40 faizinin "xxxx" ASC-yə, 60 faizinin isə iddiaçıya ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X6 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X5” ASC-yə iddia qaldıraraq iddiaçı X2 maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış edən X6 məhkəməyə iddia təmin tədbiri barədə ərizə təqdim edərək, 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin və gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında Cavabdeh1 mülkiyyətində olan mənzillərin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi, vəkili Vəkil1 tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında Cavabdeh1 mülkiyyətində olan mənzillərin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması ilə bağlı verilmiş iddianın təmin tədbiri barədə ərizə rədd olunmuşdur. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadının ləğv edilməsini və ərizənin qismən təmin edilərək 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin və gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında Cavabdeh1 mülkiyyətində olan mənzillərin özgəninkiləşdirməsinə qadağa qoyulmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardadını yalnız onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Kommersiya Məhkəməsinin 04.10.2020-ci il tarixli sorğusuna 30.12.2020-ci il tarixində cavab olaraq bildirmişdir ki, 29 ədəd mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmiş, onun mülkiyyətindədir və Unibank KB ASC-nin yüklülüyündədir”. İlk öncə onu bildirmək istəyirik ki, Azərbaycan Respublikası MPM-nin 55-57-ci maddələrinin tələblərinə əsasən üzərinə həbs və ya hər-hansı qadağa qoyulmaq barədə ərizə verilmiş əmlakın başqa şəxsin xeyrinə yüklülükdə olması, bu ərizənin rədd olunması üçün əsas ola bilməz. Bundan başqa işə baxan hakim nəzərə almamışdır ki, hazırki iş üzrə "xxxx" KB ASC-də cavabdehdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş və hazırki iddia tələbinin irəli sürülməsinə əsaslardan biri olan "xxxx" KB ASC, investor İddiaçı və mülkiyyətçi Cavabdeh1 ilə bağlanmış 08 avqust 2017-ci il tarixli üçtərəfli müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən 320.000 manat vəsait qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət bina tikilməli və həmin mənzillər satılaraq satışdan əldə olunan vəsaitin 40%-i Cavabdeh1 "xxxx" KB ASC-nə 07UM/13 saylı 27.09.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna ödənilməli və mənzillərin satışından əldə olunan vəsaitin qalan 60%-i isə investor İddiaçı verilməlidir. Göründüyü kimi, təmin tədbiri barədə ərizədə özgəninkiləşdirilməsinə qadağa qoyulması xahiş edilən mənzillərin satışından əldə olunan gəlirin 40%-nin Cavabdeh1 "xxxx" KB ASC-nə olan (07UM/13 saylı 27.09.2013-cü il tarixli) kredit müqaviləsi üzrə borcuna ödənilməsi məqsədi daşıyır. Yəni iddianın təmin tədbiri barədə ərizənin təmin olunması "xxxx" KB ASC, investor İddiaçı və mülkiyyətçi Cavabdeh1 ilə bağlanmış 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin tələblərindən yaranan zərurət olmaqla yanaşı, həm iddiaçıların, həmdə cavabdehlərin öhdəliklərinin yerinə yetirilməsinə birbaşa zəmin yaratmış olur. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e- 2-2(113)-172/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Kommersiya Məhkəməsinin 04.10.2020-ci il tarixli sorğusuna 30.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 adına qeydiyyatdan keçmiş 29 ədəd mənzil üzərində “X5” ASC-nin xeyrinə yüklülük vardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan mənzillərin üzərində yüklülük olduğundan həmin mənzillərin üzərinə həbs qoyulması əsaslı zərurət olmadan “X5” ASC-nin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, iş üzrə qəbul ediləcək qətnamənin icrasını təmin edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, e-2-2(113)-172/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1443/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1443/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver