Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-145/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1518/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçıxxxx“xxxx”xxxx“xxxx” ASC-dən AS 583/18 saylı müqavilə üzrə 4048,8 manat, AS 008/19 saylı müqavilə üzrə 4241,6 manat, ümumilikdə 8290,4 manat sığorta ödənişinin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1518/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, AS 583/18 nömrəli və AS 008/19 nömrəli nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən, sığortalı İddiaçıxxxx“xxxx” ASC tərəfindən sığortalanmışdır. 583/2018 nömrəli sığorta şəhadətnaməsi üzrə 28 ədəd markası Ravon, model Nexia R3, buraxılış ili 2017 olan nəqliyyat vasitəsi xx.xx.2018-xx.xx.2019-cu il müddəti üçün sığortalanmışdır. Sığorta haqqı isə 2 saylı qoşmaya uyğun olaraq xx.xx.2018-ci il tarixdə 8099 manat, xx.xx.2019-cu il tarixdə isə 8099 manat olmaqla ödənilməli idi. xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən 8100 manat, xx.xx.2019-cu il tarixdə isə 8098 manat pul sığortaçıya ödənilmişdir. AS 008/19 nömrəli nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi üzrə isə 22 ədəd markası Ravon, model Nexia R3, buraxılış ili 2017 olan nəqliyyat vasitəsi xx.xx.2019-xx.xx.2020-ci il müddəti üçün sığortalanmışdır. Sığorta haqqı 2 saylı qoşmaya müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 6363,50 manat, xx.xx.2019-cu il tarixdə isə 6363,50 manat olmaqla ödənilməli idi. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC tərəfindən 6363,50 manat, xx.xx.2019-cu il tarixdə isə 6363,51 manat pul sığortaçıya ödənilmişdir. Sığorta şirkəti xx.xx.2019-cu il tarixli 261/19 və 260/19 saylı xəbərdarlıq məktubları ilə müraciət edərək müqavilələrə vaxtından əvvəl xitam veriləcəyini bildirmiş və xx.xx.2019-cu il tarixdən müqavilələrə xitam verilmişdir. İddiaçı bildirir ki, “xxxx” ASC xx.xx.2019-cu il tarixli 261/19 və 260/19 saylı xəbərdarlıq məktubu ilə İddiaçı MMC-yə müraciət edərək müqaviləni heç bir əsas olmadan vaxtından əvvəl xitam veriləcəyini bildirmiş və sığorta tədbirlərini dayandırmışdır. Sığorta şirkəti müqavilələrin birtərəfli qaydada ləğv etməsinə baxmayaraq geri qaytarılmalı olan sığorta ödənişlərini İddiaçı MMC-yə geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 12-ci bəndinə əsasən sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında sığorta haqqının müvafiq hissəsi sığortalıya geri qayatılmaldır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sığorta müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi qanuna uyğundur. Belə ki, sığorta müqaviləsinin tərəflərdən birinin tələbi ilə pozulması Mülki Məcəllənin 919.1.9, 920 və 921-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda əgər həmin müqavilə üzrə sığorta ödənişi verilmişdirsə bu ödənişin məbləği sığorta haqqının qaytarılmalı hissəsindən bütün hallarda çıxılır. İddiaçı ilə bağlanmış sığorta şəhadətnamələri üzrə “xxxx” ASC tərəfindən verilmiş sığorta ödənişləri sığorta predmeti üzrə sığorta haqqının ümumi məbləğindən xeyli çoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 921-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər (m. 921.2). Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 12-ci bəndinə əsasən də sığorta müqaviləsi vaxtından əvvəl xitam verilməsi halında sığorta haqqının müvafiq hissəsi sığortalıya geri qaytarılmalıdır. Lakin hazırki işdə bunun üçün əsaslar mövcud deyildir. Belə ki, əvvələ kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilələrə xitam verilməsinin qanuni olub-olmaması yoxlanılmalıdır. Mülki Məcəllənin 920.1-ci maddəsinə əsasən, bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Həmin Məcəllənin 920.2-ci maddəsinə əsasən, sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Hazırki işin də mübahisəsiz halıdır ki, hər iki müqavilə 1 il müddətinə bağlanmış və cavabdeh müqavilələrə xitam veriləcəyi barədə 30 gün əvvəlcədən iddiaçıya xx.xx.2019cu il tarixli bildirişlər göndərmiş və hər iki müqaviləyə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Göründüyü kimi cavabdeh qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirmiş və müqavilələrə xitam verilməsi zamanı qanunvericiliyin tələblərini pozmamışdır. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, AS 583/18 nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta haqqı olaraq 16198 manat ödənilmiş, lakin baş vermiş sığorta hadisələri nəticəsində 28069 manat sığortalıya ödəniş edilmişdir. Həmçinin AS 008/19 nömrəli nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi üzrə sığorta haqqı olaraq 12727 manat ödənilmiş, lakin baş vermiş sığorta hadisələri nəticəsində 18900 manat sığortalıya ödəniş edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixədək, yəni hər iki sığorta müqaviləsinə xitam verilənə qədər sığortaçı tərəfindən sığortalıya hər iki müqavilə üzrə sığorta haqqından artıq sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 921.3-cü maddəsində isə təsbit olunmuşdur ki, sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır. Bu baxımdan kollegiya hesab edir ki, xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından çox miqdarda sığorta ödənişi verildiyi üçün sığorta haqqı sığortalıya qaytarılmamalıdır. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1518/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-145/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-145/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver