Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1455/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD № e-2-2(103)-1455/2021 07.12.2021-ci il Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 01.09.2020-ci il tarixli e-2-2(113)-351/2021 saylı qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ("xxxx" ASC-nin hüquqi varisi) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarantiya üzrə 167.475 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11.09.2018-ci il tarixdə keçirilmiş iclasında "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-288/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29.09.2021-ci il tarixli 2-2(102)-363/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-288/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC 19.11.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə artıq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən tam yoxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İstinad edilən normanın tələbinə əsasən üçüncü şəxslər yalnız birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti vermək hüququna malik olduğundan hazırkı halda üçüncü şəxsin apelyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi (elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1455/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1455/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver