Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-146/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, e-2-2(113)- 2644/2020 saylı qərardadından cavabdeh “Your Every Soft” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddiaya əlavə verərək 10 aprel 2019-cu il tarixli 190410 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 45000 manat, 8100 manat ƏDV-nin, Skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin və 2000 manat dəbbə pulunun cavabdeh “Your Every Soft” MMC- dən iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh “Your every Soft” MMC-yə “PAŞA Bank” ASC- də olan hesab vasitəsilə hər hansı əməliyyatların aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2644/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək Cavabdeh MMC-nin “PAŞA Bank” ASC- dəki hesablaşma hesabındakı pul vəsaiti üzərinə 53100 manat məbləğində həbs qoyulmuşdur. Cavabdeh MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan tələbin şirkət barəsində seçilməsi şirkətin işini iflic vəziyyətə sala bilər. “Your Every Soft” MMC kiçik şirkətdir və ümumi illik gəliri 50000 manata bərabərdir. Belə olan halda hesabların üzərinə həbs qoyulması şirkətin fəaliyyətini və mülkiyət hüquqlarını məhdudlaşdırır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2644/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (direktoru) Nümayəndə məhkəmə iclasında şikayətə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2644/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilə bilər. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmaqla qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. Şikayət ərizəsinin dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülərkən cavabdehin üzərinə həbs qoyulmuş əmlakla bağlı hüquqlarının məhdudlaşması və əmlak mənafelərinə ziyan dəyməsi mümkündür. Məhz buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164cü maddəsində nəzərdə tutulur ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2644/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2644/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-146/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-146/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver