Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-146/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliyin gecikdirilməsinə görə məsuliyyət. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli satınalma müqaviləsi və müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin bir hissəsi olan əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür.
3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər bir təchiz olunacaq malın qiyməti qaimə-fakturalar ilə təsdiqlənir.
4. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında alıcıya öz anbarlarında təhvil verir.
5. Müqavilə və müqaviləyə əlavə hər iki hüquqi şəxsin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.
6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547652 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 17.439,37 manat olan profil 50/100, profil 40/80, profil 100/100, profil 80/80, armatur 14, armatur 12 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 104462 saylı xx.xx.2023-cü il tarixli dəyəri 17.439,37 manat olan elektron qaimə göndərilmişdir.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547653 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 15.329,71 manat olan profil 50/100, profil 40/80, profil 100/100 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 238106 saylı xx.xx.2023-cü il tarixli dəyəri 15.329,71 manat olan elektron qaimə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31,999.98 manat əsas borcun və 104,051.57 manat faiz borcunun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 426,10 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli xx/xx/2023 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehin ödənilməmiş borcu vardır. Müqaviləyə uyğun olaraq aşağıdakı elektronqaimə faktura əsasında qeyd edilən dəyərdə mal alıcı tərəfindən satıcıya təqdim edilmişdir: 1) xx.xx.2023-cü il tarixli EBDK seriyalı 104462 nömrəli elektron qaimə-faktura əsasında ƏDV-li 17439.37 manat dəyərində mal; 2) xx.xx.2023-cü il tarixli EBDK seriyalı 238106 nömrəli elektron qaimə-faktura əsasında ƏDV-li 15329.71 manat dəyərində mal. Hər 2 elektron qaimə-fakturanın alıcıya göndərilməsindən 5 iş günündən artıq müddət keçsə də, indiyədək hər 2 elektron qaimə-faktura üzrə tam ödəniş edilməmiş, yəni 31,999,98 manat ödənilməmiş borc yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh müqavilənin icra müddəti ərzində öhdəliyini icra etmədiyinə və ödənişi gecikdirdiyinə (öhdəliyini pozduğuna) görə iddiaçının əsas borc məbləğinə gecikdirilmiş hər gün üçün 1 faiz hesablamaq hüququ vardır. Belə ki, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə təqdim edilmiş mala görə ödənişin icra müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin tarix öhdəliyin cavabdeh tərəfindən pozuntusunun başlandığı tarix hesab edilir. xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə isə təqdim edilmiş mala görə ödənişin icra müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin tarix öhdəliyin cavabdeh tərəfindən pozuntusunun başlandığı tarix hesab edilir. xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə təqdim edilmiş mala görə xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş faiz məbləği 54536,61 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura üzrə təqdim edilmiş mala görə xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş faiz məbləği isə 49.514,96 manat təşkil edir. Beləliklə, ödənişin gecikdirilməsinə görə cəmi 31,999.98 manat əsas borca görə cəmi 104,051.57 manat faiz borcu müəyyən edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4626/2024 saylı xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 31.999 (otuz bir min doqquz yüz doxsan doqquz) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 26 (iyirmi altı) manat, 30 (otuz) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 186 (bir yüz səksən altı) manat, 08 (səkkiz) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547652 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 17.439,37 manat olan profil 50/100, profil 40/80, profil 100/100, profil 80/80, armatur 14, armatur 12 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 104462 saylı xx.xx.2023-cü il tarixli dəyəri 17.439,37 manat olan elektron qaimə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547653 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 15.329,71 manat olan profil 50/100, profil 40/80, profil 100/100 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 238106 saylı xx.xx.2023-cü il tarixli dəyəri 15.329,71 manat olan elektron qaimə göndərilmişdir. Sadə riyazi hesablama ilə elektron qaimələr və aktlardakı məbləğlərin cəmi 32.769,08 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh MMC təhvil-qəbul aktlarını imza və möhürü ilə təsdiq etməklə və elektron qaimələrə irad bildirməməklə qeyd edilmiş dəyərdə malların verildiyini qəbul etmişdir. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən iddiaçı tərəfin nümayəndəsi məhkəməyə izahatında cavabdehdən əsas borc üzrə ödənilməmiş 31.999,98 manat məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqaviləyə əsasən 31.999,98 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddianın 104,051.57 manat faiz borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə Məhkəmə bu xüsusda qeyd edir ki, iddia ərizəsinin əsaslandırıcı və xahiş etdi hissəsinə nəzər yetirildikdə, aydın olur ki, iddiaçı tərəf məhz gecikdirilmiş vaxt üçün faiz borcunun tutulmasını xahiş edir. Mülki Məcəllədə isə, borclunun icranın gecikdirməsi ilə bağlı faiz borcunun tutulmasının qanuni əsasını 445.7ci maddə təşkil edir. Ona görə də, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə istinad edilməklə faiz borcu hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 06 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 26,30 (31.999,98x5/100=1.599,999 (1 il üçün), 1.599,999/365=4,3835 (1 gün üçün), 4,3835x06=26,30 (06 gün üçün) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 567,604, 445.7ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - əsas borca illik 5 faiz hesablanmaqla 26 (iyirmi altı) manat, 30 (otuz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin olunması, həmçinin apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 213.05 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən ödənişi gecikdirdiyinə görə İddiaçının əsas borc məbləğinə gecikdirilmiş hər gün üçün 1% hesablamaq hüququ müəyyən edildiyi halda (Müqavilədə Mülki Məcəllənin 445.7-ci maddəsindən fərqli qayda müəyyən edildiyi halda), əsassız olaraq Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etmişdir. Bununla yanaşı, Məhkəmə heç bir hüquqi əsası olmadan öhdəliyin icrasının başa çatdığı və öhdəliyin pozuntusunun başlandığı anı pretenziya məktubu göndərildiyi tarixdən sonra gələn növbəti tarixi (xx.xx.2024-cü il tarix) götürmüşdür. Bu isə ona işarə edir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olmayan qanunu tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bununla da maddi hüquq normaları düzgün tətbiq olunmayan və işin hallarına uyğun gəlməyən qətnamə çıxarmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə İddiaçı MMC tərəfindən faiz pulu hissəsində mübahisələndirildiyindən yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, “əsas borca illik 5 faiz hesablanmaqla 26 (iyirmi altı) manat, 30 (otuz) qəpik məbləğində pulun Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.
21. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547652 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 17.439,37 manat olan profil 50/100, profil 40/80, profil 100/100, profil 80/80, armatur 14, armatur 12 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 104462 saylı xx.xx.2023-cü il tarixli dəyəri 17.439,37 manat olan elektron qaimə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 547653 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 15.329,71 manat olan profil 50/100, profil 40/80, profil 100/100 adlı mallar iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDK 238106 saylı xx.xx.2023-cü il tarixli dəyəri 15.329,71 manat olan elektron qaimə göndərilmişdir. Sadə riyazi hesablama ilə elektron qaimələr və aktlardakı məbləğlərin cəmi 32.769,08 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh MMC təhvil-qəbul aktlarını imza və möhürü ilə təsdiq etməklə və elektron qaimələrə irad bildirməməklə qeyd edilmiş dəyərdə malların verildiyini qəbul etmişdir. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən iddiaçı tərəfin nümayəndəsi məhkəməyə izahatında cavabdehdən əsas borc üzrə ödənilməmiş 31.999,98 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi cavabdehdən 26,30 manat məbləğində pulun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Mülki dövriyyənin sabitliyini qorumaq və kreditorun haqlı mənafeyini təmin etmək üçün qanunvericilik tərəfləri intizamlandırmaq, öhdəliyi vaxtında və tam şəkildə yerinə yetirilməsi naminə bir sıra məsuliyyət tədbirləri və maliyyə sanksiyaları nəzərdə tutmuşdur. Belə ki, iddiaçının iddia tələbi tərəflər arasında imzalanmış müqaviləyə Əlavəyə əsasən ödənişin gecikdiyi hər gün üçün əlavə olaraq 1 % məbləğində ödənişin ödənilməsidir. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə münasibətdə AR MM 462-ci maddəsini tətbiq etməli olduğu halda AR MM 445.7ci maddəsini tətbiq etmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlili və iddia tələbi kimi qeyd olunmuş 104,051.57 manat məbləğində cərimə həddindən artıq yüksək məbləğdə hesablanmış, hətta əsas borcun məbləğindən 3 dəfə artıqdır. İddia edilən məbləğ əsas məbləğə münasibətdə ədalətli, mütənasib və ağlabatan deyil. Kollegiya hazırkı mübahisəyə AR MM-nin 467-ci maddəsini tətbiq edərək tənasübsüz surətdə yüksək məbləğdə tələb edilən dəbbə pulunu azaltmağı ədalətli hesab edir. Ona görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, tələb edilən dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməlidir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi “əsas borca illik 5 faiz hesablanmaqla 26 (iyirmi altı) manat, 30 (otuz) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. 1500 (bir min beş yüz) manat məbləğində dəbbə pulu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 214 manat məbləğində dövlət rüsumunun 90 manat hissəsi iddiaçıya aid edilsin, 124 manat məbləğində hissəsi Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.