Məhkəmə qərarları › İş №2-2(103)-148/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-148/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-148/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin Cavabdeh MMC -yə qarşı “müqavilənin ləğvi, cərimənin tutulmasına”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 1082/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı “xxxx” QSC ilə Cavabdeh MMC arasında bağlanılan xx.xx.2018-ci il tarixli “hüq 506” nömrəli müqavilənin ləğv olunması, Cavabdeh MMC–dən öhdəliyin icrasında yol verilmiş gecikməyə görə 193.500 manat məbləğində cərimənin alınıb iddiaçı “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1082/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli "hüq 506" nömrəli müqavilənin ləğv olunması, öhdəliyin icrasında yol verilmiş gecikməyə görə 120.000 manat cərimə məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1082/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1082/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası 3-cü şəxslərin maraqlarına toxunmadığından ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : Cavabdeh MMC-nin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. Cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar