Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-15/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC bank olmayan kredit təşkilatı (BOKT) cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə («MMC») qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və sair iddia tələblərinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-205/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı QSC BOKT cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -«xxxx» MMC-dən onun xeyrinə cəmi 190.355,35 manat kredit borcunun (əsas borc 146.022,00 manat, faiz borcu 44.333,35 manat) dövlət rüsumunun tutulması; -borc tələbinin cavabdəhə məxsus daşınmaz və daşınar əmlaklara önəldilməsi, onun həmin əmlaklar üzərinə mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması və ƏMDK yanında DƏDRX-in və digər səlahiyyətli orqanlarnın üzərinə iddiaçının adına qeyd alınması ilə bağlı öhdəliyin qoyulması -barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(82)- 205/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh «xxxx» MMC-dən 190.355,35 manat (əsas borcu 146.022,00, faiz borcu 44.333,35 manat) məbləğində kredit borcunun və 15 manat dövlət rüsumunun tutularaq «xxxx» QSC BOKT-a ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı, qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilib həmin hissədə də iddia tələbinin təmin olunmasını, cavabdeh isə qətnaməni ləğv edərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT apellyasiya şikayətini Mülki Məcəllənin Məcllənin 139.1-139.3cü, 442-443, 21, 52.1,203, 205.1-205.2-205.3-cü maddələrinin tələblərini sadalamaqla əsaslandırmışdır. Cavabdeh «xxxx» isə apellyasiya şikayətində, ilk öncə, nümayəndəsi (vəkili) tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə verdiyi vəsatətinin müzakirə edilmədiyini, daha sonra iş materiallarında iddiaçının kredit üzrə ödənişlərini təsdiq edən şəxsi vərəqəsi olmadığına baxmayaraq, məhkəmnin xxxx» ASC ilə iddiaçı arasında imzlanmış xx.xx.2017-ci il tarixli təhvil-təslim aktını əsas tutması ilə razılaşmayaraq, həmin aktda göstərilən bütün sənədləri (o cümlədən, məxaric orderi, ödəniş tapşırığı və s.) tələb etmədən, 190.355,35 manat borcun olmasını və işə formal yanaşaraq məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən faiz məbləğinin düzgünlüyünü qəbul etməsini əsassız hesab etmişdir. İşin apellyasiya qaydasında araşdırılması zamanı, ilk öncə iddia müddəti ilə bağlı məsələ müzakirə olunmuş, daha sonra, xxxx» ASC tərəfindən problemli kreditlər, o cümlədən hazırkı mübahisəli kredit üzrə tələb hüququ İddiaçı QSC bank olmayan kredit təşkilatı (BOKT) ilə bağlanmış xx.xx.2015-ci il tarixli 21.04..2017-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2017-ci il tarixli S-91 saylı təhvil-təslim aktı əsasında sonuncuya təhvil verilmiş, lakin həmin aktda göstərilən bir sıra sənədlər (o cümədən: kassa məxaric orderi, ödəniş tapşırıqları və hesabdan çıxarış) məhkəməyə təqdim edilsə də, kredit müqaviləsi üzrə razılaşdırılmış ödəniş qrafikini, habelə, cavabdehə hesablanmış əsas borc və illik faiz məbləğiniin müfəssəl açıqlanması ilə bağlı əsaslandırıcı sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfi (nümayəndəsi K.Əliyevanın) şifahi vəsatəti nəzərə alınaraq məhkəmənin 2-2(103)-632/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 28.2019-cu il tarixli 28123 №-li ekspert rəyi Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonraiş üzrə icraat məhkəmənin 2-2(103)-15/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təzələnmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasıının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi (vəkili) K.Əliyeva məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcglləsinin («MPM») 146, 376.2-ci maddələrinin tələblərini əzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, borc tələbinin iddiaçının əmlakına yönəldilməsi hissəsində də iddianın təmin olunması, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədn xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən dəmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlk öncə, iddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Mülki Məcəllənin qeyd olunan normalarını sadalamaqla, dolayısı ilə sonda borc tələbinin cavabdəhin əmlaklarına yönəldilməsi hissəsində iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin onun qeyd olunan tələbinin təmin olunması üçün hüquqi əsasların mövcudluğu müəyyən edilmir. Ən azından ona görə ki, cavabdenh tərəfindən alınmış bank krediti təminatsızdır. Yəni, aldığı kreditə görə bankqarşısında hər hansı bir daşınar-daşınmaz əmlakını girov və ya ipotekaya qoymamış, əmlakları ilə təminat verməmişdir. Belə olan halda, tələbinin cavabdehin əmlaklarına yönəldilməsi üçün əsasların mövcudlуğunda söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı pul tələbinin cavabdehin əmlaklarına yönəldilməsi iş üzrə yekun məhkəmə qərarı çıxarılıbqanuni qüvvəsini aldıqdan sonra,icra mərhələsində,o cümlədən, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci və 43-cü madələrinin tələbləri qaydasında borclu könüllü olaraq qətnaməni icra etmədikdə, icra məmuru tərəfindən başlanılan məcburi icra hərəkətələri nəticəsində mümkün ola bilər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını zəruri edən faktiki şərtlər mövcud deyil. Cavabdeh «xxxx»-nin apellyasiya şikayətinə gəldikldə isə onun ilkin dəlili ondan ibarətdir ki, məhkəməyə nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə vəsatət verilsə də məhkəmə iddia müddətini tətbiq etməmiş və bunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddia müddətinin təbiqi üçün əsaslar olmadığına görə cavabdehin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 və 399.4, 445 və 449-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında şərh etmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Çünki, kreditin verilməsinə əsas olan, onunla xxxx» ASC arasındakıkredit müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə bağlanmışdır. Həmin müqavilənin 4.4-cü bəndində borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 ay nəzərdə tutulmuşdur.Belə olan halda,müqavilənin icra müddəti xx xxxxxx 2015-ci il tarixində bitir.Həmin tarixdən hesablanan üç illik iddia müddəti isə xx xxxxxx 2018-ci il tarixində tamamlanır. xx xxxxxx 2018-ci il tarixinin həftənin hansı gününə düşdüyü araşdırıldıqda isə müəyyən olunur ki, həftənin qeyri iş günü olan bazar gününə düşür. Mülki Məcəllənin 370.2-ci maddəsinin tələbinə görə əgər müddətin sonuncu gün qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. İş materiallarından görünür ki, iddia ərizəsiməhkəməyə həmin gündən sonra gələn növbəti iş günü (bazar ertəsi), yəni,xx.xx.2018-ci il tarixində məhkəməyə təqdim edilmiş və məhkəmənin daxil olma ştampı vurulmaqla bu barədə iddia ərizəsinin üzərində qeyd aparılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Digər tərəfdən müqavilə bitdikdən sonra cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində 4.000.000 manat məbləğində ödəniş də edildiyini, bununla da onun borcunu etiraf edən hərəkətə yol verildiyini nəzərə alsaq, Mülki məcəllənin 384.1-ci maddəsi baxımından müddətin ötürülməsindən söhbət gedə bilməz. Beləliklə də iddiaçının apllyasiya şikayətinin müddətin ötürüldüyü mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin kredit müqaviləsi üzrə ona hesablanmış əsas borc və illik faiz məbləği ilə bağlı bir sıra sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini əsas gətirməklə qətnaməni əsassız hesab edən dəlilləri ilə qismən razılaşır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləni 739.2-ci Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «xxxx» ASC ilə «xxxx» MMC arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinin 2.2, 2.3, 4.4 və 5.1-ci bəndlərindən görünür ki, bank borcalana illik 18 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit xəttinin açılmasını, borcalan isə krediti qəbul etməyi və həmin krediti və ona hesablanacaq faizləri12 ay ərzində banka qaytarmağı öhdələrinə götürmüşlər. İşin hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim olunmuş (iş materiallarının 161-199-cü vərəqlərində olan), bank hesabından çıxarışlara, bank çekinə (xx.xx.2014;№1444510) və sair sənədlərə əsasən müəyyən olunur ki, borc verən bank tərəfindən müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehə verilmiş, lakin sonuncu aldığı həmin krediti müqavilə müddəti (12 ay) ərzində banka qaytara bilməmiş, həmin müddət bitdikdən sonra yalnız 4000 manat məbləğində ödəniş həyata keçirmişdir (İşin mübahisələndirilməyən hallarından göründüyü kimi həmin məöbləğ onun əsas borcuna aid edilmişdir). Cavabdehin nümayəndəsinin vəsatəti əsasında təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspekrtizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 28123 saylı ekspert rəyindən göürünr ki, cavabdehin, müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinətibanka olan cəmi borcu 164.485,00 manat təşkil etmişdir. O cümlədən: 150.000,00 manat əsas, 14.485,00 manat faiz borcu. Bundan əlavə ekspert müəyyən etmişdir ki, müqaviəl müddəti bitdiyi xx.xx.2015-ci il tarixindən sonra xx.xx.2016-cı il tarixində cavabdeh tərəfindən banka 4.000.000 manat məbləğində ödəniş olunmuşdur. İddiaçının tələbindən göründüyü kimi, həmin ödənişi əsas onun əsas borcuna aid aid edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə inandırıcı yanaşır. Ən azından ona görə ki, iddiaçı tərəfindən nə əsas, nə də faiz borcu ilə bağlı məbləğlərin həqiqiliyi sübutlarla əsasdlandırılmamışdır. Məhz apellyasiya mərhələsində məhkəmənin təklifinə əsasən ekspertizanın aparılması üçün təqdim edilmiş sənədlərin ekspert tədqiqatı ilə müəyyən olunan nəticəsidir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılana qədər cavabdehin əsas və faiz borcunun qeyd olunan məbləğdə olan həqiqiliyi aşkar olunmuşdur. İddiaçının tələbindənisə göründüyü kimi, cavabdəhin 4000 manat məbləğində etdiyi həminödənişi əsas borca aid etsə də,ondan 146.022 manat (yəni 22 manat artıq), faiz borcuna görə isə 44.333,35 manat (yəni,29 848,35 manat artıq) məbləğin tutulmasını tələb edir. Beləliklə də tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc üzrə 146.000,00 manat, faiz borcu üzrə 14.485,00 manat məbəlğində kredit borcunun mövcudluğu sübuta yetirilir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Tərəflər arasındakı müqavilənin 13.4-cü bəndinə görə borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə banka dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Mülki qanunvericiliyin və müqavilənin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə banka 146.000 manat əsas, 14.485 manat faiz, cəmi, 160.485 manat məbləğində borcunu ödəməməklə, həmin məbləğdə ona maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddianın qismən təmin olunması barədə nəticəyə gələrkən məhkəmə cavabdehin əsas və faiz borcunu müəyyənləşdirərilməsi istiqamətində hərtərəfli araşdırma aparmamış, borc məbləğinin həqiqiliyini aşkarlamaq üçün bütün faktiki halların aydınlaşdırılmasına yönələn prosessual hərəkətləri lazımınca yerinə yetirməmişdir. Ona görə də MPM-in 384.0.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyasıhesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin olunmalı, cavabdehdən, kredit borcuna görə 146.000,00 manat əsas, 14.485,00 manat faiz borcu, eləcə də, MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 15 manat, cəmi, 160.500,00 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia rədd edilməli, eləcə də iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan ekspert tədqiqatına görə 145 manat məbləğində ekspertiza xərci, MPM-in 117.1-ci maddəsinin tələbi nəzərə alınaraq, təyin olunmasını xahiş etmiş cavabdehdən tutularaq Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 382, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı QSC bank olmayan kredit təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli 2- 2(82)205/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən kredit borcuna görə 146.000 ( yüz qırx altı min) manat əsas, 14.485 ( on dörd min dörd yüz səksən beş) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 15 manat, cəmi, 160.500 (yüz altmış min beş yüz) manat İddiaçı QSC bank olmayan kredit təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqata görə 145 (yüz qırx beş) manat ekspertiza xərci cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Dövlət Xəzinədarlığı Agentliyi hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-15/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-15/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver