Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-152/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5314/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12229,52 manat, dövlət sosial müdafiə fonduna olan 151854,48 manat, işsizlikdən sığorta fonduna olan 1623,28 manat, icbari tibbi sığorta fonduna olan 1959,56 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-5314/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5314/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. xx.xx.2023-cü il tarixdə məhkəməyə “AzeMis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən apelyasiya şikayətinə baxılmadan geri qaytarılması barədə ərizə daxil olmuşdur. Məhkəmə maraqlı şəxsin ərizəsinə baxaraq hesab edir ki, ərizə maraqlı şəxsin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkilinə verilmiş etibarnamədə şikayətdən imtina etmək səlahiyyəti nəzərdə tutulduğundan imtina qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Maraqlı şəxs apelyasiya şikayətindən imtinası qəbul edilsin. Apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-152/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-152/2023
18.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver