Məhkəmə qərarları › İş №2-2(103)-153/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-153/2025

31.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-153/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, ərizəçi xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 491.927,79 manat (vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 194.449,41 manat, maliyə sanksiyası üzrə 100 manat) məbləğində borcuna görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.

2. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatına əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir.

3. İş materiallarına əlavə edilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli (AVİS **********342100) rəyinə əsasən, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binanın tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.

4. Vergi ödəyicisi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə olan X5n müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vergi borcundan 299.701,44 manat məbləğində azalma verilmiş, qalıq vergi borcu 57.151,48 manat ( o cümlədən əsas borc 12.334,68, faiz borcu 28.512,64 və dövlət torpaq sahələrinin icarəsi üzrə borc 16.321,05 manat) təşkil edir. Birinci instansiya məhkəməsindəki icraat:

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 491.927,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 491927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294378,38 manat, faizlər üzrə 197449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 491927,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********559900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7304/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş ərizədən görünür ki, ərizəçi xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 491.927,79 manat (vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 194.449,41 manat, maliyə sanksiyası üzrə 100 manat) məbləğində borcuna görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatına əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi vergi borcunun əsassız olaraq hesablandığını, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən borc məbləğinin 299.701,44 manat azalmalı olduğunu bildirmiş, ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli (AVİS **********342100) rəyinə əsasən, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binan tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixli elektron qaydada sorğu göndərilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən silinməli olan vergi borcunun silinibsilinməməsi barədə məlumatın Məhkəməyə təqdim edilməsi xahiş edilsə də, sorğuya laqeyd yanaşılmış və ümumiyyətlə hər hansı bir cavab verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsi hesab vərəqinə nəzər yetirildikdə aydın olur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə azalmaya verilmiş 299.701,44 manat manat pul icra edilməmişdir və hazırda da, ərizəçi tərəf qeyd edilmiş qərarda azalmağa verilmiş pul və ona hesablanmış faiz üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir. Məhkəmə bu xüsusda qeyd etmişdir ki, qeyd edilmiş qərarda Vergi orqanının özü tərəfindən verilmiş 299.701,44 manat azalma, Vergi qurumunun digər idarəsi tərəfindən icra edilməmiş, əksinə faiz hesablanmasını davam etdirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, ərizə rədd edilməlidir.. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 (X11) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

9. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı tamamilə əsassızdır və məhkəmənin X6 diqqətsiz və qeyri-dəqiq yanaşması nəticəsində qanunsuz məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* saylı cinayət işi üzrə qəbul edilmiş müvafiq Qərarına əsasən vergi ödəyicisi "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN: **********) 2018-ci ilin 2-ci rübünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin 299701,44 manat hissəsi azaldılaraq X5 müvafiq düzəlişlər edilmişdir. Vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə vergilər üzrə şəxsi hesab vərəqisində 57150.98 manat ( o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28512,67 manat faiz borcu üzrə), muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcu vardır. Göründüyü kimi, məhkəmə tərəfindən borcun müəyyən hissəsinin silinməsi, vergi orqanının təqribi əlli yeddi min manat borcun tələb edilməsi hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. Məhkəmə işə baxarkən qanunun aliliyi və mütənasiblik prinsiplərinə birtərəfli yanaşmışdır. Bakı Kommersiya Məhkəməsinin mübahisəli qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin X6 əsasən onun borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə yalnız vergi ödəyicisinin borcunun azalmasına istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, vergi ödəyicisinin X6 nəzər saldıqda görürlər ki, ərizə üzrə tələb olunan borc tam şəkildə ödənilməmiş qalmaqdadır. Belə ki, X5n də göründüyü kimi, vergi ödəyicisinin dövlət büdcəsinə 57150.98 manat (o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28512,67 manat faiz borcu üzrə), Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcu aktiv olaraq mövcuddur.

11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər İdarəsi ilə rəhbər olduğu "xxxx" MTK arasında olan istintaq və məhkəmə çəkişmələri ünvan 1 ünvanda l (bir) bloklu yaşayış binasının inşasına başladığı andan, başladı. 6 il davam edən məhkəmə və istintaq araşdırılması nəticəsində nəhayət 22 iyul 2024-ci ildə Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi MTK barəsində başlanan ********* saylı Cinayət İşinə xitam verdi. Həmin Qərarda MTK-nin X2suz işlənmiş vergi borclarına görə 299 701,40 manat azalma verilməsi Bakı şəhər Lokal Gəlirlər İdarəsindən tələb olundu və Qərar Bakı şəhər Lokal Gəlirlər İdarəsinə göndərildi. Lakin Bakı şəhər Lokal Gəlirlər İdarəsi Qərarı icra etmədi. Əvəzində 2 ay sonra xx.xx.2024-ci il tarixdə mənim ölkədən çıxmağına Qadağa qoyulması barədə Kommersiya Məhkəməsində rəis müavini Nümayəndə1 tərəfindən verilən iddia ərizəsi əsasında e-2-2(l 13)-7304/2024 saylı məhkəmə işi açıldı. İddia ərizəsində ona qarşı vergi üzrə 294 378,38 manat, faizlər üzrə 197 449,41 manat və maliyyə sanksiya üzrə 100 manat, cəmi 491 927,79 manat məbləğində borcunun olması barəsində iddia qaldırdılar. Təbii tərəfindən bu iddianin əsassız olması barədə, borcumun olmaması əksinə artıq vergi ödəməmin olması barədə Kommersiya Məhkəməsinə sənədlər təqdim etdi. Bakı şəhər Lokal Gəlirlər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədi. X9 tərəfindən xx.xx.2024-ci il tarixli Vergi Cinayətləri İbtidai Araşdırması Baş İdarəsinin Qərarının icra olunub olunmaması barədə sorğu göndərilsə də Bakı şəhər Lokal Gəlirlər İdarəsi sorğuya cavab vermədi və Bakı şəhər Lokal Gəlirlər İdarəsinin iddiası xx.xx.2024-cü il tarixində son məhkəmə iclasında rədd edildi. Çünki Bakı şəhər Lokal Gəlirlər İdarəsi Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-ci il tarixli Qərarını sonuncu məhkəmə iclasına qədər icra etməmişdi. Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin Qərarı yalnız xx.xx.2024-cü il tarixdə Kommersiya Məhkəməsinin Qararından sonra icra edildi, amma Qərar düzgün icra edilmədi. Bu MTK-nin X5 öz əksini tapıb. Bakı şəhər Lokal Gəlirlər İdarəsinin xx.xx.2024cü il tarixli iddia ərizəsində iddia edir ki, MTK-nin 294 378,38 manat vergi borcu var Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi xx.xx.2024-ci il tarixli Qərarında isə 299 701,40 manat məbləğində verginin MTK-nin X5 azalma verilməsini Qərara alır. Nəticədə azalmadan sonra 299 701,40 manat - 294 378,38 = 5 323,02 manat MTK-nin vergilər üzrə artıq ödəməsi qalmalı idi və heç bir vergi faizindən söz belə gedə bilməzdi. Onlar isə X5 xx.xx.2024-ci il tarixdə edilən azalmadan sonra 12 334,68 manat vergi borcu və 28 512,64 manat vergi faizi saxlayırlar. Bu necə olur azalma tələb edilən rəqəm 299 701,40 manat, iddia edilən 294 378, 38 manatdan böyükdür. Necə 12 334 ,68 manat vergi borcu yarana bilər? Çünki tərəflərindən Bakı şəhər Lokal Gəlirlər İdarəsinə X3suz işlənən verginin düzgün olmaması barədə ilk gündən onların nəzərinə çatdırılıb müddət ötürülməyib. Şəxsi hesab Vərəqələrinə Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən xx.xx.20218-ci ildən BTFSV-si kameral vurulub amma MTK isə xx.xx.2018-ci ildən başlayıb bunu Bakı şəhər İcra Hakimiyyətin Memarlıq Və Şəhərsalma Baş İdarəsi tərərəfindən tikinti işlərinə başlanılması üçün əsas olan 255 saylı xx.xx.2018-ci il tarixli Xüsusi Nişan təsdiq edir və onlar bəyannaməni 20 oktyabr 2018-ci il tarixinə qədər təqdim edəcəkdilər. Lazım gəlsə bir portfel müraciətlərini təqdim edə bilər. Müraciətlərinə isə Bakı şəhər Lokal Gəlirlər İdarəsi tərəfindən məhəl qoyulmur və cavab verilmir. Nə də Vergi Məcəlləsinin 94-ci maddəsinin tələbinə uyğun yazdıqlarını subut etmirlər. Son dəfə xx.xx.2024-ci il tarixdə Bakı şəhər Lokal Gəlirlər İdarəsinə onlarda **********705200 nömrəsi ilə qeydə alınan müraciəti və xx.xx.2024-ci il tarixdə qeyd etdiyi iradlar barədə görüşü olub. Amma nəticə yoxdur. Qaldırdığı məsələlər öz həllini tapmır. Cavab belə vermirlər. Cavabları da belə olur, müraciət araşdırılır, qanunamüvafiq tədbir dörüləcək, heç nədə araşdırılmır, tədbir də görülmür və məsələ öz həllini tapmır. Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin Qərarınin 9-cu səhifəsində MTK tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin müəyyən edilmədiyi göstərilir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Maraqlı şəxsin nümayəndəsi məhkəmədə apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

13. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

15. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. -65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. -65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. -65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. -65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. -65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. -65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. -65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. -77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

16. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir.

19. Belə ki, ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 491.927,79 manat (vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 194.449,41 manat, maliyə sanksiyası üzrə 100 manat) məbləğində borcuna görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 22 iyul 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli (AVİS **********342100) rəyinə əsasən, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binanın tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən vergi orqanı tərəfindən sözügedən hüquqi şəxsin vergi borcundan (10 dəfə 29.970,14 manat olmaqla) 299.701,44 manat məbləğində silinmə aparılmış və silinmədən sonra MMC-nin 12.334,68 manat məbləğində vergi borcu, 28.512,64 manat faiz borcu borcu ödənilməmiş qalmışdır.

21. İşə məhkəmədə baxıldığı dövrdə vergi ödəyicisi tərəfindən qalıq borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamış, əksinə maraqlı şəxs borcun əsassız olduğunu bildirməklə vergi orqanı tərəfindən hesablanmış borcu ödəmək niyyətinin olmamasını ifadə etmişdir.

22. Bununla bağlı vergi orqanı tərəfindən vergi borcundan silinmənin düzgün aparılmaması, torpaq icarəsi üzrə borcun düzgün hesablanmaması və s. barədə maraqlı şəxsin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, vergi orqanı tərəfindən hesablanmış borcun əsaslı olub-olmaması hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından həmin dəlillər vergi orqanının ərizəsinin rədd edilməsi üçün əsas vermir.

23. Beləliklə, kollegiya hesab edir ki, hazırkı halda borclu hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

24. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx.xx.1994-cü il tarixdə İmişli şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7304/2024 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri – xx.xx.1994-cü il tarixdə İmişli şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar