Məhkəmə qərarları › İş №2-2(103)-1536/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1536/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1536/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızından, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4881/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) verilmiş cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8,128 manat məbləğində əsas borc, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 634,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 8.762,58 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4881/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində məhkəmə aktının ləğv edilməsini xahiş etsə də, qətnamə ləğv edildikdən sonra iddiaya münasibətdə şikayət vermiş şəxsin tələbi (iddianın tam və ya qismən rədd olunması) qeyd edilməmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4881/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən verilmiş cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-4881/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən verilmiş cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin qaytarılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar