Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-157/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin tarixli 2-2(82)-283/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il qərardadından borclu "xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "X3 Təsərrüfatı” MMC cavabdeh "xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və iddiaçı ilə cavabdeh arasında olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, "X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və "X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh "xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-467/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı "X3 Təsərrüfatı” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 151/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 545/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin necə müəyyən edilməsi barədə izah verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-2(82)-283/2018 saylı qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə izah verilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə əmlakın dəyərinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi kimi başa düşülməsi qərara alınmışdır. Tələbkar "X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, həmin qərardadın ləğv edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96.174 manat məbləğində müəyyən edilməsi” kimi izah verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-2(82)-283/2018 saylı qərardadı ilə tələbkar "X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 2(82)-283/2018 saylı qərardadının dəyişdirilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi kimi izah verilməsi və tələbkar "X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu "xxxx” ASC həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti borclunun nümayəndəsi X1 imzalamış, lakin şikayətə cavabdehin adından nümayəndənin adına verilmiş etibarnamə əlavə edilməmişdir. Belə olun halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin tarixli 2-2(82)-283/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il qərardadından borclu "xxxx” ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-157/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver