Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-164/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X11 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə cavabdehin nümayəndəsi X10 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-151/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, T04 saylı müqaviləyə xitam verilməsi və cavabdehin Xəstəxana daxilində, həmçinin balansında olan sahədən istifadəsinə son qoyularaq MMC-yə məxsus avadanlıqların həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3rşı qarşılıqlı iddia qaldıraraq, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, X4 camaşırların yuyulmasına görə 30.000 manat əsas borcun, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi günü üçün bank uçot dərəcəsi nəzərə alınmaqla ödənilməsi və Cavabdeh MMC-yə məxsus olan əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(81)- 151/2019 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2rşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə 30.000 manat pul məbləğinin tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə məxsus olan İPSO İY800 markalı 1 ədəd yuma-sıxma maşını, 1 ədəd İPSO Cİ3200/200 markalı silindrik ütü, İPSO DR75 markalı 3 ədəd qurutma maşını, İPSO DR80 markalı 1 ədəd qurutma maşını, SİDİMONATDİAL FVAL 902 markalı 1 ədəd əl ütüsü, 1 ədəd elektrik panosu, 40 metr əsas şitə birləşən kabel, paslanmaz 1 ədəd masa, resepşn masası, 2 ədəd monitor, su soyuducusu, buz dolabı, 2 ədəd dəmir stellaj, 1 ədəd dəmir seyf tipli şkaf, 2 xətt havalandırma sistemi, 1 ədəd çap qurğusu canon, 1 ədəd dəmir araba, 4 ədəd plastmas arabalar kamasan, 1 xətt kanalizasiya borusu, 1 ədəd İPSO WD400 markalı yuma sıxma maşınının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 alınaraq iddiaçı Cavabdeh MMCyə geri qaytarılması və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsində (müqavilənin ləğv edilməsi istisna olmaqla) yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli T04 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC X6rşısında ikincinin bütün növ çamaşırxana xidmətini əlavə olaraq Protokol No 1-də göstərilmiş olan qiymətlərlə göstərməyi öz öhdəsinə götürmüşdür. X9 Cavabdeh MMC-yə ikincinin göstərmiş olduğu xidmətə görə razılaşdırılmış ödəmələri vaxtı vaxtında əvvəlcədən razılaşdırılmış, ən gec hesab faktura təqdim edildikdən sonra maksimum 10 iş günü ərzində ödəməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC bağlanmış müqavilə əsasında üzərinə düşən vəzifə və öhdəlikləri, həmçinin xidməti vaxtında və qüsursuz yerinə yetirməsinə baxmayaraq, qarşı tərəf üzərinə düşən öhdəliyin bir qismini yerinə yetirsə də 2017-ci ilin dekabr ayı və 2018-ci ilin yanvar və fevral ayları üçün ona olunan xidmətin, yəni hər ay üçün 10.000 manat olmaqla ümumilikdə 3 ay üçün 30.000 manat xidmət haqqını ödəməmişdir. Cavabdeh MMC tərəfindən X8 xx xxxx 2018-ci il tarixdə pretenziya göndərilərək üzərinə düşən öhdəliyi yerinə yetirməsi xahiş edilmiş və bildirmişdir ki, öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacaq. Ona görə də, həmin xidmət haqqı tutulmalı və bundan əlavə X5 daxilində qurulmuş çamaşırxanada olan avadanlıqlar geri qaytarılmalıdır. İddiaçı qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, göstərilən xidmətlərinin qiyməti ilə bağlı tərəflər arasında razılaşma protokolu imzalanmış və müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri həmin protokolda göstərilən qiymətlərə uyğun hesablanmalı idi. Tərəflər razılaşma protokoluna əsasən hər bir çamaşırın yuyulma qiymətini yuyulan paltarların çəkisi və ya sayına uyğun standart qiymət müəyyən etmişdir. Tərəflər müqavilənin heç bir bəndində göstərilən xidmətlərin aylıq qiymətinin 10.000 manat olmağı ilə bağlı razılığa gəlməmişlər. "Cavabdeh" MMC-nin xidmət göstərdiyi 3 ay ərzində göstərilən xidmətlərin qiymətində bir manat belə fərq olmaması anlaşılan deyil və bu onu deməyə əsas verir ki, əslində "Cavabdeh" MMC tərəfindən qeyd olunan məbləğdə xidmət göstərilməyib, yalnız hər aya eyni məbləğdə saxta hesab-faktura tərtib olunub və həmin hesab-fakturada göstərilən məlumatlar həqiqəti əks etdirmir. X5 aylıq çamaşırxana xərcləri 3000-5000 manat miqdarındadır. "Cavabdeh" MMC X8 müqavilədə nəzərdə tutulduğu qaydada keyfiyyətli xidmət göstərməməsi səbəbindən xəstəxana çamaşırxana xidmətini kənardan almağa məcbur olmuşdur. Eyni zamanda "Cavabdeh" MMC tərəfindən istər elektron qaimələr, istərsə də hesab-faktura düzgün tərtib olunmamışdır. Tərtib olunmuş sənədlərdə “Cavabdeh" MMC tərəfindən direktorun adı qeyd olunub imzalansa da, həmin sənədlərdə X9 adından kimin çıxış etdiyi qeyd olunmamış, imzalar isə əl ilə çəkilməyib hazır ştamp şəkilində olan imzadır. Yanvar ayı üçün tərtib olunmuş hesab faktura da isə sifarişçi hissəsində heç bir imza və möhür yoxdur. "Cavabdeh" MMC xəstəxananın əvvəlki rəhbərliyi ilə şifahi razılığa gələrək dövlət büdcəsindən külli miqdarda pulu mənimsəmək məqsədi ilə bu addımı atmışlar. Onlar sadəcə aylıq qaimə-faktura imzalamaqla gələcəkdə bu pulları X4 tələb etməyi planlaşdırmışlar. Digər tərəfdən "Cavabdeh" MMC müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulduğu qaydada keyfiyyətli xidmət göstərməmişdir. Yuyulması üçün "Cavabdeh" MMC təhvil verilmiş paltarlar dəfələrə qeyri-peşəkarlıq nəticəsində korlanmış və ya təmiz yuyulmamışdır. Bundan başqa, "Cavabdeh" MMC tərəfindən gigiyenik qaydalara əməl olunmamış, xəstəxana tərəfindən çamaşırxanaya verilən çamaşırlar mənşəyi məlum olmayan paltarla bir yerdə yuyulmuşdur. Çamaşırxana xidmətləri yalnız X8 göstəriləcəyindən müqavilədə işıq su və s. kimi kommunal xidmətlərə görə ödəniş nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Cavabdeh MMC onunla bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinad edərək, qarşılıqlı iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, həmin müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MMC X6rşısında ikincinin bütün növ çamaşırxana xidmətini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də Cavabdeh MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək X8 çamaşırxana xidmətləri göstərmiş, lakin sonuncu 3 ayın ödənişini həyata keçirməmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 012 nömrəli hesaba əsasən Cavabdeh MMC X8 dekabr ayı üçün yuyulmuş çamaşırlara görə 10.000 manat dəyərində xidmət göstərmişdir. xx xxxxxx 2017-ci il tarixli ASG012 nömrəli təhvil-təslim aktına əsasən X5 sifarişinə əsasən Cavabdeh MMC tərəfindən sifarişçiyə 2017-ci il dekabr ayı üzrə çamaşırların yuyulması xidməti göstərilmiş, göstərilən xidmətin dəyəri 10.000 manat təşkil etmiş, xidmət qüsursuz və zamanında sifarişçiyə təhvil verilmişdir. Hər iki tərəf təhvil-təslim aktı öz imzaları və möhürləri ilə təsdiq etmişlər. xx xxxxxx 2018-ci il tarixli 012 nömrəli hesaba əsasən Cavabdeh MMC X8 yanvar 2018 ayı üçün yuyulmuş çamaşırlara görə 10.000 manat dəyərində xidmət göstərmişdir. xx xxxxxx 2018-ci il tarixli ASG012 nömrəli təhvil-təslim aktına əsasən X5 sifarişinə əsasən Cavabdeh MMC tərəfindən sifarişçiyə 2018 yanvar ayı üzrə çamaşırların yuyulması xidməti göstərilmiş, göstərilən xidmətin dəyəri 10.000 manat təşkil etmiş, xidmət qüsursuz və zamanında sifarişçiyə təhvil verilmişdir. Hər iki tərəf təhvil-təslim aktı öz imzaları və möhürləri ilə təsdiq etmişlər. xx xxxxxx 2018-ci il tarixli ASG015 nömrəli təhvil-təslim aktına əsasən X5 sifarişinə əsasən Cavabdeh MMC tərəfindən sifarişçiyə fevral 2018 ayı çamaşırların yuyulması xidməti göstərilmiş, göstərilən xidmətin dəyəri 10.000 manat təşkil etmiş, xidmət qüsursuz və zamanında sifarişçiyə təhvil verilmişdir. Hər iki tərəf təhvil-təslim aktı öz imzaları və möhürləri ilə təsdiq etmişlər. İddiaçı tərəf təqdim edilmiş təhvil-təslim aktlarının düzgün tərtib edilmədiyini bildirsə də, həmin təhvil-təslim aktlarında təhvil alan qrafasında əks olunmuş möhürün X8 məxsus olduğunu mübahisələndirməmişdir. Belə olan halda isə hesab edilir ki, Cavabdeh MMC tərəfindən görülmüş işlər qüsursuz olmuş və xəstəxana tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin icra edilməsi X9 tərəfindən inkar edilsə də, etirazı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC həmin ödənişlərin həyata keçirilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə qarşılıqlı iddia əsaslıdır. Eyni zamanda avadanlıqların xəstəxanadan çıxarılması barədə qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2017-ci il tarixli 0211/17 nömrəli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən “xxxx” MMC Cavabdeh MMC üçün X8 ayırdığı onlara və üçüncü şəxslərə xidmət göstərilməsi üçün çamaşırxana avadanlıqlarını icarəyə vermişdir. Müqavilənin 1.2-ci bəndində avadanlıqların təsviri verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli T04 nömrəli müqavilənin 4.3-cü bəndinə əsasən Cavabdeh MMC-nin öhdəliklərindən biri X9 daxilində yerləşdiyi sahədə Avropa Standartlarına uyğun şəkildə qurulmuş Belçika və İtaliya istehsalı sənaye tip A qrup çamaşırxana qurub xidmət göstərmək idi. Göründüyü kimi xəstəxana daxilində yerləşmiş sahədə çamaşırxananı avadanlıqları ilə qurmaq Cavabdeh MMC-nin öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nın nümayəndəsi siyahı təqdim edərək, İPSO İY800 markalı 1 ədəd yuma-sıxma maşını, İPSO Cİ3200/200 markalı silindirk ütü 2 ədəd, İPSO DR75 markalı 3 ədəd qurutma maşını, İPSO DR80 markalı 1 ədəd qurutma maşını, SİDİMONATDİAL FVAL 902 markalı 1 ədəd əl ütüsü, 1 ədəd elektrik panosu, 40 metr əsas şitə birləşən kabel, paslanmaz masalar, resepşn masası, monitor, su soyuducusu, buz dolabı, 3 ədəd dəmir stellaj, 1 ədəd dəmir seyf tipli şkaf, 2 xətt havalandırma sistemi, 1 ədəd çap qurğusu canon, plastmas arabalar kamasan 4 ədəd, 1 xətt kanalizasiya borusu, 1ədəd dəmir nərdivan, 1 ədəd İPSO WD400 markalı yuma sıxma maşının X5 daxilində Cavabdeh MMC üçün ayrılmış sahədə olduğunu qeyd etmişdir. X5 nümayəndəsi isə həmin avadanlıqların xəstəxanaya mənsub olduğunu, bu əsasla avadanlıqların götürülməsinə etiraz etdiyini bildirmiş, lakin öz etirazının dəlillərini təqdim etməmişdir. Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə xx xxxxxxx 2019-cu il tarixdə keçirilmiş yerində müayinə zamanı birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, çamaşırxana fəaliyyəti üçün lazımi avadanlıqlar - İPSO İY800 markalı 1 ədəd yuma-sıxma maşını, İPSO Cİ3200/200 markalı silindirk ütü 1 ədəd, İPSO DR75 markalı 3 ədəd qurutma maşını, İPSO DR80 markalı 1 ədəd qurutma maşını, SİDİMONATDİAL FVAL 902 markalı 1 ədəd əl ütüsü, 1 ədəd elektrik panosu, 40 metr əsas şitə birləşən kabel, paslanmaz 1 ədəd masa, resepşn masası, 2 ədəd monitor, su soyuducusu, buz dolabı, 2 ədəd dəmir stellaj, 1 ədəd dəmir seyf tipli şkaf, 2 xətt havalandırma sistemi, 1 ədəd çap qurğusu canon, 1 ədəd dəmir araba, 4 ədəd plastmas arabalar kamasan,1 xətt kanalizasiya borusu, 1 ədəd İPSO WD400 markalı yuma sıxma maşını X9 tərəfindən tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Cavabdeh MMC-yə ayrılmış sahədə mövcud olmuşdur. Yerində müayinə zamanı çəkilmiş video görüntü iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi Cavabdeh MMC “xxxx” MMC ilə müqavilə bağlayaraq, sadalanan çamaşırxana avadanlıqlarını icarəyə götürmüş, X9 ilə bağlanmış müqaviləyə əsasən sonuncunun ona ayırdığı boş sahədə həmin avadanlıqlar vasitəsilə xidmət göstərmişdir. Hazırda isə həmin avadanlıqlar X1suz sahibliyindədir. Çünki tərəflər arasında bağlanmış müqavilə ləğv olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC Xəstəxana daxilində ona ayrılmış sahədə aşkar edilmiş avadanlıqların geri qaytarılmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-151/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsində (müqavilənin ləğv edilməsi istisna olmaqla) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-164/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-164/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver