Məhkəmə qərarları › İş №2-2(103)-168/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-168/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-168/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçı Nümayəndə və İddiaçı MMC-nin qanuni nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar Nümayəndə və İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3010/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar Nümayəndə və İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsi tam yararsız vəziyyətə düşdüyündən 40000 manat məbləğində sığorta ödənişinin, vurulmuş maddi ziyanın əvəzi olaraq 42750 manat məbləğinin və iş üzrə ödənilmiş 339 manat məbləğinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3010/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ümumilikdə 39000 manat məbləğində vəsaitinin Cavabdeh Sığorta Şirkəti” ASC-dən tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(113)-3010/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə sonuncu dəfə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçı Nümayəndə, İddiaçı MMC-nin qanuni nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında tərəflər arasında bağlanmış barışıq sazişini və ərizəni məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3010/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(113)-3010/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(113)-3010/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin.

1. Cavabdeh hazırki barışıq sazişi qüvvəyə mindiyi tarixdən 7 iş günü ərzində iddiaçı və sığorta müqaviləsi üzrə faydalanan şəxs (sığorta ödənişi almaq hüququ olan şəxs) İddiaçı MMC-yə 27.000 manat məbləğində sığorta ödənişi verməyi öhdəsinə götürür.

2. İddiaçılar – Nümayəndə və İddiaçı MMC xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Audi A6” markalı ** SX *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə qarşı olan 40.000 manat sığorta ödənişinin, 42.750 manat vurulmuş maddi ziyanın, 14.440 manat dəbbə pulunun və 339 manat dövlət rüsumunun ödənilməsi barədə iddia tələbindən imtina edirlər.

3. İddiaçılar və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.

Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar