Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-168/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4790/2024 saylı qətnaməsindən ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. EBDM seriyalı, 342963 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 18280,60 manat, EBDL seriyalı, 834746 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 22593,79 manat, EBDT seriyalı, 920143 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 25119,20 manat, MT2312 seriyalı, 00173167 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5388,11 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir
2. İddiaçı direktoru tərəfindən təsdiq edilmiş 10 yanvar 2024-cü il tarixli aktdan görünür ki, "xxxx" şirkətinin Satış şöbəsinə təhkim olunmuş müştəri - Bakı Bulvar adlanan alıcı olan hüquqi şəxs - RDC şirkətinə (VÖEN: **********) aid Milli Dənizkənarı Parkda qurulan köşklərə 2023-ci ilin Avqust - Dekabr ayları ərzində ona satılmış dondurma məhsullarına görə cəmi 60441,27 manat borcu qalmaqdadır. Şirkətin uçot məlumatlarına əsasən xx.xx.2023 - xx.xx.2024 tarixləri arasında həmin alıcıya toplam olaraq 101315,66 manatlıq məhsul satılmış və təhvil alınan mallara görə bank köçürməsi ilə 2 elektron qaimə-faktura ödənildiyindən 40874,39 AZN-lik pul məbləği kassaya mədaxil olunmuşdur. Cari vəziyyətdə yekun borc qalığını göstərən (xx.xx.2024 tarixinədək) adı qeyd olunan müştəriyə aid ödənməmiş 2 rəsmi hesab-faktura qaimələrinin siyahısı aşağıdakı kimi olmaqdadır: EBDT N-920143 (tarix xx.xx.2023): 25119,20 manat, MT2312 N-173167 (tarix xx.xx.2023): 35322,07 manat, cəmi 60441,27 manatdır.
3. İddiaçı imzaladığı 21 sentyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 20 sentyabr 2023-cü il tarixinə RDC MMC-nin İddiaçınə olan borcu 61409,69 manat təşkil edir.
4. 13.05.2019-cu il 78681 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 915,25 manat məbləğində ödəniş olunmuşdur.
5. 09.12.2019-cu il 136419 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 63,56 manat məbləğində ödəniş olunmuşdur.
6. 20.12.2019-cu il 140621 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 222,46 manat məbləğində ödəniş olunmuşdur.
7. 28.12.2019-cu il 143490 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 286,02 manat məbləğində ödəniş olunmuşdur.
8. 13.01.2020-ci il 146859 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 540,25 manat məbləğində ödəniş olunmuşdur.
9. xx.xx.2023-cü il 510275 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 15492,04 manat məbləğində ödəniş olunmuşdur.
10. xx.xx.2023-cü il 509134 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 19147,28 manat məbləğində ödəniş olunmuşdur.
11. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş UBM/933 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı "xxxx" KB ASC-də mövcud olan bank hesabına xx.xx.2023-cü il tarixində 19147,28 manat, xx.xx.2023-cü il tarixində 15492,04 manat məbləğində ödəniş olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 60441,27 manat və ödənilmiş 271,33 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A olan Cavabdeh MMC (VÖEN: **********) arasında dondurma məhsullarının şifahi alqı-satqı müqaviləsi ilə əlaqədar əldə edilmiş razılığa əsasən və həmin şifahi razılığın şərtləri üzrə İddiaçı tərəfindən 01 avqust 2023-cü il tarixdən, 01 yanvar 2024-cü il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə (xx.xx.2023-cü il tarixli EBDM 342963 nömrəli e-qaimə ilə 18280.60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 834746 nömrəli e-qaimə ilə 22593.79 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT 920143 nömrəli e-qaimə ilə 25119.20 manat məbləğində, xx.xx.2023-cü il tarixli MT2312 00173167 nömrəli e-qaimə ilə 35322.07 manat məbləğində), cəmi 101315.66 manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdeh MMC-yə satılmış, lakin indiyə kimi Cavabdeh MMC tərəfindən həmin şifahi razılaşmanın tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 60441,27 manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş şifahi müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh MMC-nin İddiaçınə cəmi 60441,27 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin şirkətə borclu olduğu 60441,27 manatın ödənilməsi ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün ona borcun 10 gün müddətində İddiaçınə ödənilməsinin təmin edilməsi məqsədi ilə məktub göndərilmişdir. Lakin Cavabdeh MMC borcun ödənilməsi ilə bağlı heç bir real hərəkət etməmişdir. Odur ki, İddiaçı ilə Cavabdeh MMC arasında şifahi alqı-satqı müqaviləsi ilə əlaqədar əldə edilmiş razılığa əsasən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh MMC-nin İddiaçınə cəmi 60441,27 manat borcun olmasını, lakin indiyə kimi Cavabdeh MMC tərəfindən həmin müqavilənin tələbləri pozularaq "xxxx" Şirkətinə borclu olduğu 60441,27 manat ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsi nəzərə alınıb, Cavabdeh MMC 60441,27 manat və ödənilmiş 271,33 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçındən onun xeyirnə 40874,39 manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 212,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı odur ki, tərəflər arasında müxtəlif növ dondurma məhsullarının alqı-satqısına görə şifahi razılaşma mövcuddur və razılaşmanın şərtlərinə əsasən sifarişçi kimi cavabdeh 2023-cü ilin avqust ayının əvvəllərində Camal LTD şirkətinə müxtəlif növlü dondurma məhsulları sifarış verib 40874,39 manat da pul ödəsə də, Camal LTD şirkəti onlara ödədiyi pulun miqdarında dondurma məhsulu təhvil verməmiş, pulunu qanunsuz olaraq öz istifadəsində saxlamışdır. Bundan əlavə olaraq bildirilir ki, Camal LTD şirkəti tərəfindən məhkəməyə verilmiş maddi sübutlardan da göründüyü kimi Camal LTD şirkətinin RDC MMC-yə qarşı iddiası əsassız və qanunsuzdur. Belə ki, Camal Ltd şirkəti tərəfindən qeyd edilmiş 60441,27 maant borc, qaimə əsasında həmin borc noyabr və dekabr aylarını əhatə edir, 21 sentyabr 2023-cü il tarixli üzləşməyə görə 61409,69 AZN borc qeyd edilmişdir, lakin RDC MMC-nin Camal Ltd şirkətinə həmin tarixə qədər 61409,69 manat borcu olmamışdır və 60441,27 AZN borc noyabr və dekabr aylarını əhatə etdiyi halda, 21 sentyabr 2023-cü il tarixdə qanunsuz və heç mötəbərliyi olmayan üzləşmə aktı tərtib edilmişdir. Burdan da belə nəticəyə gəlmək olur ki, Camal Ltd şirkəti tərəfindən RDC MMC-yə 101/315,66 AZN-lik malların heç bir təhvil-təslim aktı, üzləşmə və.s mötəbər sübutu olmadan verildiyi iddia edilir və malın təhvil verilməsini heç cür əsaslandıra bilmirlər. Camal Ltd şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş qanunsuz sübutlardan da görünür ki, iddia ümumiyyətcə əsassızdır və RDC MMC tərəfindən ödənilən 40874,39 manat pul əsassız olaraq Camal Ltd MMC-nin istifadəsində qalmışdır.
5. İlkin və qarşılıqlı iddia tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 385.2, 386.1, 389.2, 427.1, 442.1, 449.1, 567, 598.1, 598.2, 600.1, 600.4, 600.5-ci maddələrinə istinad olunmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4790/2024 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh MMC-dən 60441 manat 27 qəpik məbləğində əsas borc və ödənilmiş 271,33 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 10 və 18 avqust 2023-cü il tarixlərində elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələr üzrə həmin gün və 1 gün sonra ödənişlər olunmuş, həmçinin daha əvvəl 2019-cu ildə də cavabdeh tərəfindən bir neçə ödənişlər edilmişdir. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni şifahi müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir. Cavabdehin nümayəndəsi avqust ayında təqdim olunmuş 2 elektron qaimə üzrə ödənişlərin avans olaraq ödənildiyini, ümumiyyətlə iddiaçının heç bir mal vermədiyini bildirmişdir. Halbuki iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallarla bağlı ödənişlərin edilməsi üçün 2023-cü ilin noyabr və dekabr ayları üzrə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən geri qaytarılmamış və ya imtina olunmamış, həmçinin avans olaraq ödənilmiş məbləğə uyğun mallar verilmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh yalnız iddiaçı məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia qaldıraraq bunu mübahisələndirmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Bundan başqa cavabdehin özünün məhkəməyə təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, 2019-cu ildə də tərəflər arasında rəsmi müqavilə imzalanmasa da, alqı-satqı münasibətləri üzrə işgüzar adətlər, praktika məhz elektron qaimələrin iddiaçı tərəfindən vaxtaşırı olaraq mallar təhvil verildikcə təqdim edilməsi və cavabdeh tərəfindən ödənişlərin aparılması qaydasında formalaşmışdır. Buna görə də qanunvericilik normalarını, tərəflər arasındakı işgüzar adəti və praktikanı, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 60441,27 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddia tələbi təmin edilməli və 60441,27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş 271,33 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4790/2024 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən razılaşmanın şərtlərinə əməl edilsə də, iddiaçı əvvəlcədən aldığı pulun müqabilində vəd verdiyi dondurmaları göndərməmişdir. Qarşılıqlı iddia versələr də məhkəmə səhv nəticəyə gəlib qanuni və əsaslı tələblərini təmin etmədi. Məhkəmə mövqeyindən istifadə edib hüquqlarını və qanunvericiliyin tələbini pozaraq iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə normanın tələbini pozub iddiaya sübutlar və işin halları əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və öz mülahizəsi əsasında qiymət vermişdir. İddiaçı tələbini sübut edə bilməsə də onlar tələblərini sübut etmişlər və işin faktiki halları tələblərinin əsaslı olduğunu tam sübut edir.
10. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında ilkin cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə verdiyi izahatında cavabdehin nümayəndəsi bildirdi ki, alqı-satqı müqaviləsi üzrə mallar onlara təqdim edilməmiş, 2023-cü ilin avqustunda edilmiş ödənişlər avans xarakterlidir. Üzləşmə aktında onların adından imzalanması iddia olunan şəxs onların işçi olmuşdur, lakin həmin şəxs üzləşmə aktını imzalamadığını bildirir.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli elektron qaimələr 2023-cü ilin dekabrında tərtib edilsə də, mallar 2023-cü ilin yay aylarında təqdim edilmiş, göstərilən səbəbdən də 2023-cü ilin sentyabrında tərtib edilmiş üzləşmə aktında 61409 manat məbləğində borcun olması əks edilmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tam təmin edildiyindən, qarşılıqlı iddia isə təmin edilmədiyindən və ilkin cavabdeh, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin tam ləğv edilməsinə və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 2023cü ildə həmin müqavilə üzrə cəmi ƏDV daxil 101315,66 manat məbləğində malları Cavabdeh MMC-yə təqdim etdiyini, həmin malların müqabilində cəmi 40874,39 manat məbləğində ödəniş edildiyini, 60.441,27 manat borcun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə alqısatqı müqaviləsi üzrə ödədiyi 40874,39 manat məbləğində pul vəsaitinin avans olduğunu, lakin ödənilmiş avansın müqabilində onlara mal təqdim edilmədiyini əsas göstərərək 40.874,39 manat məbləğində avansın qaytarılmasını tələb edir.
21. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hal ilkin iddiaçı tərəfindən ilkin cavabdehə ƏDV daxil 101315,66 manat məbləğində malların təqdim edilib-edilməsi ilə bağlıdır.
22. Bununla bağlı kollegiya qeyd edir ki, sözügedən malların cavabdehə təqdim edilməsinə dair ikitərəfli təhvil-təslim imzalanmasa da, malların təqdim edilməsinə dair 4 elektron qaimə tərtib edilərək ilkin cavabdehə göndərilmiş, həmin qaimələrin ikisi tam şəkildə ödənilmiş, digər iki elektron qaimə düzəliş üçün qaytarılmamış, vergi öhdəlikləri yaradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya və ya vergi orqanına hər hansı formada etiraz edilməmiş, bundan əlavə 2019-cu ildə də tərəflər arasında alqı-satqı əməliyyatları aparılmış və onlar da elektron qaimə təqdim edilməklə rəsmiləşmişdir.
23. Qaimələr üzrə 40874,39 manat məbləğində ödənişin avans olması barədə ilkin cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, ilkin cavabdehin ödəniş etdiyi elektron qaimələr malların təqdim edilməsi ilə bağlı tərtib edilməklə avans qaimələri deyildir. İkincisi, həmin ödənişlər qaimələr verildikdən sonra, həmin gün və növbəti gün edilmiş və ödəniş tapşırıqlarında ödənişin təyinatının avans olması göstərilməmişdir.
24. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı halda tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə təqdim edilməklə rəsmiləşdirilməsi barədə işgüzar praktika formalaşmışdır. Odur ki, sübutlara məcmu şəklində qiymət verərək kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 101.315,66 manat məbləğində malların təqdim edilməsi faktı öz təsdiqini tapır.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil ƏDV daxil 101.315,66 manat məbləğində malların təqdim edilməsi, təqdim edilmiş mallara görə cavabdehə tərəfindən ƏDV daxil 40.874,39 manat məbləğində ödəniş edilməsi və belə olan halda cavabdehin iddiaçıya 60.441,27 manat borcun ödənilməmiş qalması müəyyən edildiyindən birinci instansiya məhkəməsi 60.441,27 manat borcun ödənilməsinə dair ilkin iddianı təmin, 40874,39 manat məbləğində pulun qaytarılması barədə qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. Üzləşmə aktına onların adından imzalanması iddia olunan - şirkətlərində satış nöqtələri üzrə məsul şəxs işləmiş Sultanov Cavid adlı şəxsin həmin aktı imzalamasını inkar etməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün həmin akta istinad etməmiş, odur ki, cavabdehin dəlilləri öz təsdiqini tapsa belə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas vermir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin cavabdeh, qarşılıqlı iddiaçıya aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4790/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov