Məhkəmə qərarları › İş №2-2(103)-177/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-177/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-177/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qərardadından iddiaçı “Azərbaycan Kağız və X3” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azərbaycan Kağız və X6” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1331,57 manat məbləğində borc və 33,31 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1364,88 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı “Azərbaycan Kağız və X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin olunaraq, Cavabdeh xx.xx.2024-cü il tarixli 460 nömrəli alqı-satqı müqaviləsi üzrə 1331,57 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 33,31 manat tutularaq iddiaçı «Azərbaycan Kağız və X6» MMC-yə ödənilməsi qət edilmişdir. Daha sonra “Azərbaycan Kağız və X6” MMC-nin nümayəndəsi ərizə verərək iddiaçı “Azərbaycan Kağız və X6” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5932/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsindən açıq hesab səhvinin düzəldilməsi və qiyabi qətnamənin mətnində “1331,57 AZN” ifadələrinin “1767.11 AZN’’ ifadəsi ilə dəyişdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qərardadı ilə iddiaçı “Azərbaycan Kağız və X6” MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2024cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qiyabi qətnaməsinə düzəliş edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Bundan sonra məhkəmənin həmin qərardadından iddiaçı “Azərbaycan Kağız və X6” MMC tərəfindən xx.xx.2024-cü il tarixində şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qərardadı aşağıdakı maddi və prosessual hüquq normalarınını pozulması şəraitində qəbul edildiyindən ləğv edilməli, iddiaçının xx.xx.2024cü il tarixli ərizəsi təmin edilməli və qiyabi qətnamədə açıq hesab səhvinin düzəldilməsi barədə qərardad qəbul edilməlidir. Qərardadın ləğv edilməsi üçün ən ciddi əsas odur ki, məhkəmə işdə iştirak edən şəxsin verdiyi tələb üzrə qətnamə qəbul etməli olsa da, hazırki işdə iddiaçının iddia tələbini və tələbdə qeyd olunan məbləğlə iş üzrə tədqiq olunan sübutların araşdırılması nəticəsində açıq hesab səhvinin olduğunu müəyyənləşdirə və fərqləndirə bilməmişdir. Doğrudur, məhkəmə tələbdən kənara çıxa bilməz, ancaq məhkəmə AR MPM-nin 218.1-ci maddəsinə əsasən iddia tələbini müəyyənləşdirməlidir, bunu da sübutları qiymətləndirərək əhəmiyyətli olan halları müəyyən edərək həyata keçirməli, o cümlədən, məhkəmə qətnaməsində hesab səhvləri olduqda da bunu düzəltməlidir. Birinci instansiya məhkəməsi isə ümumiyyətlə sübutları tədqiq etməmiş, iş üzrə əhəmiyyətli halları müəyyən etməmişdir. Məsələn, məhkəmə qərardadında iddia tələbindən kənara çıxmamalı olduğunu qeyd etsə də, məhkəməyə təqdim edilən və iddia tələbini sübut edən yazılı sənədləri (pretenziya məktubu, qaimə fakturalar, qarşılıqlı üzləşmə aktı) ümumiyyətlə tədqiq etməmişdir. Çünki bu sübutlar tədqiq edilsə idi məhkəməyə aydın olacaqdı ki, iddia tələbi 1767,11 AZN-dir, lakin açıq hesab səhvinə yol verilərək 1331.57 AZN qeyd edilmişdir. Məsələn, Cavabdeh göndərilən pretenziya məktubunda məbləğin 1767,11 AZN olduğu qeyd edilmişdir. Bundan başqa, məhkəməyə təqdim edilən 3 ədəd malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarında hər biri ayrılıqda 549.17 AZN, 183.13 AZN və 1034.80 olmaqla, toplamda 1767,11 AZN olmaqla cavabdehin iddiaçıya borcu yaranmışdır. Əlavə olaraq, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli X7 da cavabdehin iddiaçıya olan olan borcunun 1767,11 AZN olduğu qeyd olunmuşdur. Məhkəmə işi araşdırarkən iş üzrə əhəmiyyətli olan halları da müəyyən etməmişdir, məsəsələn, iddia ərizəsində ümumən cavabdeh tərəfin heç bir ödənişin ödənilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə sübutları tədqiq edərkən bu fakta da qiymət verməmişdir. Görünür ki, əgər birinci instansiya məhkəməsi iddia tələbini müəyyənləşdirərkən sübutları və iş üzrə əhəmiyyətli halları araşdırıb tədqiq etsəydi, iddiaçının açıq hesab səhvini yol verdiyi məhkəmənin gedişatı ərzində aydın olacaq və iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ünvanlanaraq səhv düzəldiləcəkdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, əgər məhkəmə sırf iddia tələbi üzrə qərar qəbul edirsə və təqdim edilən sənədlərdə qeyd edilən məbləğləri nəzərə almırsa, o zaman iddia məbləği sənədlərdə qeyd edilən məbləğdən əskik yox, artıq olsa idi bu zaman da məhkəmə sənədlərdə olan məbləği yox, iddia tələbini üstün tutaraq borcdan artıq məbləğin ödənilməsini təmin edəcəkdi? Bu halda məhkəmə təqdim edilən sənədləri araşdırıb yaranmış borc məbləğini təmin edəcəkdi, iddia ərizəsində tələb edilən məbləği yox. Belə olduqda nə üçün iddia ərizəsində qeyd edilən məbləğ açıq hesab səhvi nəticəsində borc məbləğindən daha az qeyd olunduğu üçün iddia tələbi həmin məbləğ üzrə təmin edilmişdir? Bu da açıq-aşkar prosessual pozuntudur. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etmiş və e-2-2(113)-5932/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnamədə açıq hesab səhvinin düzəldilməsini və qeyd edilən “1331,57 manat borc məbləği” sözlərinin iddia tələbinin hesablanması zamanı açıq hesab səhvinə yol verildiyi üçün “1767,11 manat borc məbləği” olaraq dəyişdirilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsində ayrılıqda yazılan borc məbləğlərini qəbul etmiş, lakin sonda həmin məbləğlərin cəmlənməsi zamanı yanlışa yol verilməsini, açıq hesab səhvinin edilməsini və qiyabi qətnamə qəbul edilən zaman da həmin hesablama səhvinin nəzərə alınmamasını qiyabi qətnamədəki yanlışlıq kimi görməmişdir. Halbuki AR MPM-in 228.2-ci maddəsində hesab səhvləri yanlışlıqlar kimi nəzərə alınır və işdə iştirak edən şəxslərin ərizəsi ilə düzəldilməsi nəzərdə tutulur. İddiaçı “Azərbaycan Kağız və X6” MMC-də öz ərizəsi ilə məhkəməyə müraciət etmiş və çıxarılmış qiyabi qətnamədə borc məbləğlərinin hesablanmasına yaranmış hesab səhvinin dəyişdirilməsini xahiş etsə də, Məhkəmə dəyişdirilmənin mümkün olmadığını qeyd etmişdir. Buna baxmayaraq, AR MPM-in 228.2-ci maddəsində isə səhvlərə düzəliş edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə sadəcə “səhvlərin düzəldilməsi” və “səhvlərin dəyişdirilməsi” ifadələrinə nəzər yetirərək ərizəni təmin etməmişdir. Qeyd etmək lazımdır ki, “1331.57 AZN ifadələrinə düzəliş edilərək “1767.11 AZN ifadəsi ilə dəyişdirilməsi onsuzda həmin hesab səhvinin düzəldilməsi deməkdir. Qərardadın ləğv edilməsi üçün ən ciddi digər əsas ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ümumiyyətlə, həm iddiaçının iddia ərizəsinə, həm də qətnamə qəbul edilən kimi dərhal verdiyi açıq hesab səhvlərinin aradan qaldırılması barədə ərizəyə formal yanaşmış, AR MPM 218.1-ci maddəni nəzərə almadan və iş üzrə sübutlara tədqiq edib qiymət vermədən AR MPM 218.3-cü maddəsini həddən artıq ciddi şəkildə tətbiq etməklə mülki icraatının ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıq nümayiş etdirmişdir. Bu da həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent qərarlarında, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında qadağan edilmişdir. “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında aşağıdakı kimi qeyd olunur: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunu da xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunan mövqeyi dəstəkləmiş, məhkəmələrin prosessual normaları ifrat dərəcədə formal və həddən artıq ciddi şəkildə tətbiqini qadağan etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, MPM-nin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı “Azərbaycan Kağız və X6” MMC iddia ərizəsində 1767.11 məbləğində deyil, 1331,57 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının irəli sürdüyü tələbə uyğun olaraq iddianın təmin edilməsi və 1331,57 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qiyabi qətnamə qəbul etmişdir. Göründüyü kimi təmin edilmiş iddianın tələbinin həcmi ilə bağlı hər hansı yanlışlığa yol verilməmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçı hazırkı ərizəsində qiyabi qətnamənin mətnində “1331,57 AZN” ifadələrinin “1767.11 AZN’’ ifadəsi ilə dəyişdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, yəni ərizə faktiki olaraq qətnamənin məzmununun dəyişdirilməsinə yönəldiyinə yönəldilmişdir. Halbuki MPM-in 228.1-ci maddəsinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qiyabi qətnaməsinə düzəliş edilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsini təmin edilməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Azərbaycan Kağız və X3” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar