Məhkəmə qərarları › İş №2-2(103)-181/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-181/2020

10.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-181/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Baxışova Vüsalə Ələkbər qızından ibаrət tərkibdə; Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsinə müraciət edərək, ”Cavabdeh” ASC-nin Şirvan filialı ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli RB/SHF-5111 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə Cavabdeh ASC-dən “Sahibkarlığa Kömək Milli Fondu” hesabına 15.000 manat məbləğində güzəştli kredit götürmüşdür. Cavabdeh ASC ilə “xxxx” ASC ilə həmin əmlak üzrə xx xxxxxx 2012-ci il tarixindən xx xxxxxx 2015-ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığortanın növü əmlakın yanğın və digər əlavə risklərdən sığortasıdır. Bankdan götürülmüş 15.000 manat kredit sığortalanmışdır. İddiaçıya məxsus mağazada xx xxxxxxxx 2013-cü ildə yanğın baş vermiş və sığorta etdirdiyi üçün “xxxx” ASC kreditin qalan hissəsini Cavabdeh ASC-yə ödəməli idi. Lakin sığortaçı sığorta öhdəliyinə əməl etməmişdir. xx xxxx 2014-cü il tarixdə “xxxx” ASC iddiaçıya 7.000 manat pul vermiş, qalan hissəsini isə Cavabdeh ASC-yə ödəyəcəkdirlər. Aldatma yolu ilə Cavabdeh ASC-nin Şirvan filialı ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli RB/SHF/5111 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən illik 6% olmaqla 36 ay müddətinə 11.000 manat məbləğində kredit verilşmişdir. Lakin iddiaçıya nəğd şəklində pul verilməmişdir. Beləliklə, Cavabdeh ASC hansısa səbəbdən “xxxx” ASC-dən 8.000 manat sığorta məbləğinin tələb etməmiş və iddiaçı ilə yeni kredit müqaviləsi bağlamışdır. Cavabdeh ASC 2016-cı il tarixdə iddiaçıya qarşı iddia qaldıraraq 11.000 manat əsas borcun, faiz və cərimənin tələb etmiş və tutmanın mağazaya yönəlməsini xahiş etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan iddianı təmin etmişdir. Cavabdeh ASC ikinci dəfə kredit müqaviləsi bağlamaqla heç bir pul məbləği vermədən iddiaçını aldatmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə müddətin ötürülməsini qeyd edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan : - İddiaçı ilə Cavabdeh ASC arasında tərtib edilmiş xx xxxxx 2014-cü il tarixli “Baş kredit müqaviləsi”nə əsasən Bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 6% faiz olmaqla 11.000 məbləğində kredit verilmişdir. Müqavilədən görünür ki, hər iki tərəf müqaviləni imzaları ilə təsdiq etmişlər. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-629/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta məbləğinin ödənilməmiş hissəsinin qaytarılması”na dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və “xxxx” ASC-yə qarşı “sığorta məbləğinin ödənilməmiş hissəsinin qaytarılması”na dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4235/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək qərardadın ləğv edilməsini və iş üzrə icraata başlanılmasını xahiş etmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4235/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(006)-4235/2019 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. - Sabirabad Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-(056)-1422/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2014-cü il tarixli RB/SHF-5111 saylı kredit müqaviləsi üzrə 10.963,97 manat əsas borc, 950,41 manat faiz borcu, 200 manat cərimə borcu, 12.114,38 manat məbləğində kredit borcu tutularaq Cavabdeh ASC-nin xeyrinə tutulması, tutulma İddiaçı məxsus Sabirabad rayonu, Muğangəncəli kəndi ərazisində istifadəsində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 142,7 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənilməsi, satıldıqdan sonra əmlakın boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı müqavilə bağlanarkən cavabdeh tərəfindən əqd bağlanması məqsədilə aldadıldığını bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı Mülki Məcəllə ilə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-cu maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, İddiaçı xx.xx.2014-cü il tarixli RB/SHF-5111 saylı kredit müqaviləsinin etibarsız sayılmasını tələb etsədə, Mülki Məcəllənin 339-354-cü maddələrində əqdlərin etibarsız sayılması üçün müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlandığını sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdlərin etibarsız hesab edilməsi üçün MM-nin 337- 354-cü maddələrində göstərilən halların mövcud olması faktı müəyyən edilməmişdir. Əqdlərin etibarlı sayılması onun əqdin subyektlərinin əldə çalışdıqları hüquqi nəticəni doğuran hüquqi fakt keyfıyyətinə malik olmasının tanınmasıdır. MM tərəfındən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fıziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradənin ifadəsinin müvafıqliyi; 4) əqdin formasına riayət edilməsi. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2014-cü il tarixli RB/SHF-5111 saylı kredit müqaviləsinin etibarsız hesab olunması üçün hər hansı əsas mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar