Məhkəmə qərarları › İş №2-2(103)-181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-181/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-181/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 2294/2020 saylı qərardadından 3-cü şəxs Azərbaycan Milli Elmlər X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 65.000 (altmış beş min) manat pulun tutularaq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia tələbinə baxılıb həll edilənədək cavabdeh «xxxx» MMC-nin h/h AZ14İBAZ******************** VÖEN: ********** Azərbaycan Beynəlxalq Bankı ASC Mərkəzi filialı Kod: 805722 m/h: AZ03NABZ******************** SWİFT: İBAZ2AZ2X ********** hesabına 65000 (altmış beş min) manat həddində həbs qoyulması və pul vəsaitinin (vergi və məcburi dövlət ödənişləri istisna olmaqla) üçüncü şəxslərə köçürülməsinin cavabdehə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin hesablaşma hesabında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 65.000 manat həcmində həbs qoyulmuş, qalan hissədə ərizə rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin tədbiri kimi cavabdehin ərizədə göstərilən bank hesablarının üzərinə 65.000 manat həddində həbs qoyulmasını və pul vəsaitinin (vergi və məcburi dövlət ödənişləri istisna olmaqla) üçüncü şəxslərə köçürülməsinin cavabdehə və bu banklara qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2294/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin Azərbaycan X1 AZ04İBAZ******************** saylı hesablaşma hesabına və “xxxx” ASC-nin Xətai filialında olan hesablaşma hesablarında olan pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həddində, yəni 65.000 manat həcmində həbs qoyulması, qalan hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan 3-cü şəxs Azərbaycan Milli Elmlər X4 şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2294/2020 saylı iş üzrə xx.xx.2020- ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad mülki prosessual qanunvericiliyin tələbləri baxımından əsassızdır. Belə ki, MPM-nin 157-ci maddəsinin tələbinə görə iddia təmin tədbiri qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədini daşıyır. Təsisçisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olan cavabdeh «xxxx» MMC-nin gələcəkdə qəbul ediləcək bir qətnamənin icra etməmə təhlükəsinin olduğunu qəbul etmək mümkün deyil. Məhkəmə bu faktı nəzərə almadan nizamnamə əsasında AMEA-nın tabeliyində fəaliyyət göstərən cavabdeh «xxxx» MMC-nin hesablarına həbs qoyaraq onun və AMEA-nın effektli fəaliyyətinə lazımsız və qanunsuz müdaxilə etmişdir. Ona görə də həmin qərardadın ləğv olunması qanunvericiliyin tələbidir. Belə ki, qanun hesabdakı puldan əvvəl cavabdehə aid olan qiymətli kağızlar üzərinə həbsin qoyulmasını tələb edir. Lakin məhkəmə bunu araşdırmadan cavabdehin hesabına həbs qoyur ki, bu onun və tabeçiliyində çalışdığı AMEA-nın effektli fəaliyyətinə lazımsız və qanunsuz müdaxilədir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2294/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, nümayəndələri iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2294/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilə bilər. Cavabdeh “xxxx” MMC 3-cü şəxs Azərbaycan Milli Elmlər X2 tabeliyində fəaliyyət göstərsə də müstəqil hüquqi şəxsdir və öz öhdəlikləri üçün öz əmlakı ilə məsuliyyət daşıyır. Şikayət ərizəsində cavabdehin hesablaşma hesabına həbs qoyulması ilə AMEAnın effektli fəaliyyətinə lazımsız və qanunsuz müdaxilə edildiyi qeyd edilsə də, bu tədbirin görülməsi ilə 3-cü şəxsin fəaliyyətinə hansı formada maneə yarandığı konkret olaraq göstərilməmişdir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmaqla qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. Şikayət ərizəsinin dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülərkən iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilməsi prosessual normaların tələblərinə ziddir və bu zaman görülmüş tədbir nəticəsində cavabdehin mülkiyyətində olan əmlakla bağlı hüquqlarının məhdudlaşması, əmlak mənafelərinə ziyan dəyməsi mümkündür. Məhz buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164cü maddəsində nəzərdə tutulur ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Şikayət ərizəsində cavabdehin əmlakı üzərinə həbs qoyularkən MPM-nin 158.3-cü maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasının pozulduğu qeyd edilsə də, məhkəmə bu mülahizəni də əsassız hesab edir. Belə ki, cavabdehin hesabında olan pul vəsaitləri həmin normaya görə birinci növbədə üzərinə həbs qoyulmalı olan əmlaka aid edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 2294/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: 3-cü şəxs Azərbaycan Milli Elmlər X2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2294/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar