Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-182/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5656/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan 06 may 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli № 013/20 saylı müqavilələri üzrə ödənilməmiş 310331,88 manat məbləğində borcun, mediasiya xərci üçün ödənilmiş 400 manat, hüquqi yardım üçün ödənilmiş 2000 manat məbləğində pulun, ümumilikdə 312731,88 manat pul vəsaitinin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC vəsatətlə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətində son qeydiyyatdan sonra Cavabdeh MMC-nin təsisçisinin, qanuni təmsilçisinin və hüquqi ünvanının dəyişdiyini, şirkətin hüquqi ünvanının ünvan 1nunun isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğunu nəzərə alaraq hazırkı işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh vəsatətini hüquqi şəxsin hüquqi ünvanının Abşeron rayonunda yerləşməsi ilə əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş, kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin reyestr məlumatlarında dəyişikliklər edilmiş və həmin dəyişikliklərə əsasən qurumun yeni hüquqi ünvanı ünvan 4 hüquqi ünvan kimi ünvan 5 Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsində isə təsbit olunmuşdur ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı işdə də iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərkən, yəni xx.xx.2022ci il tarixdə cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Bakı şəhərində yerləşmiş, yəni iddiaçı “İdeal Office MMC” hazırkı iddia ilə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən aidiyyət qaydalarının pozulmasına yol verməmişdir. Cavabdehin hüquqi ünvanının sonradan dəyişdirilməsi isə Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbləri baxımından aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edilmiş işin ərazi aidiyyəti üzrə göndərilməsi üçün əsas vermir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5656/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-182/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-182/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver