Məhkəmə qərarları › İş №2-2(103)-183/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-183/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-183/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının iştirakı ilə, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «xxxx» X3 Səhmdar Cəmiyyətinə qarşı «pul tələbinə dair» iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-501/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdeh «xxxx» X3 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xidmət üzrə 118.721,21 manat, dəbbə pulu üzrə 35.636,3 manat məbləğində, ümumilikdə 154.357,51 manat məbləğində vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)- 501/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» KB ASC-dən iddiaçı «xxxx» MMC-nin xeyrinə 118.721,21 manat məbləğində xidmət haqqı üzrə borc, 9000 manat məbləğində dəbbə pulu, ümumilikdə 127.721,21 manat və ödənilmiş dövlət rüsumunun 25 maqat hissəsinin ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş, həmin tarixədək də öhdəliklər lazımınca icra edilmişdir. İddiaçı həmin müddət bitdikdən sonra əsassız olaraq müqavilə şərtlərinə istinad edərək pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilə müddəti ərzində, həm də bundan sonra avtomobillərə göstərilən xidmətə görə iddiaçının «xxxx» KB ASC-də olan hesabına xidmət haqqını ödəmişdir. Müqavilənin 10-cu bəndinin şərtlərinə əsasən müqavilədə «UZADİLİB» qeydi aparılmadığından müqavilə üzrə öhdəliklər xx.xx.2016-cı il tarixdə artıq qüvvədən düşmüşdür. İddiaçının pul tələbi tələbi müqavilə qüvvədən düşdükdən sonra 2017-2019cu il tarixlərə aid dövrləri əhatə edir. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində ödəniş tapşırıqları və s. sənədlər əsasında müqavilə müddəti ərzində 39.593,85 manat məbləğində xidmət haqqını iddiaçının «xxxx» ASC-də olan hesabına, müqavilə qüvvədən düşdükdən sonra isə xx.xx.2017 - xx.xx.2019-cu il tarixinədək göstərilən xidmətlərə görə isə 140.692,73 manat məbləğində xidmət haqqı cavabdeh bank öz seçiminə görə iddiaçının xxxx KB ASC-də olan hesabına ödənildiyi sübuta yetirilmişdir. İddiaçı tərəfindən müqavilə qüvvədən düşdükdən sonra göstərilən xidmətlərə görə ödənilən 140.692,73 manat məbləğində xidmət haqqı da onun «xxxx» KB ASC-də olan və hazırda da mövcud olan bank hesabına köçürmüşdür. Mülki Məcəllənin 954.2.-ci maddəsinə əsasən bank hesabında olan pul vəsaitinə dair müştəirinin maneəsiz sərəncam vermək hüququna malik qarantiya verir Beləliklə də cavabdeh bankın xx.xx.2016-cı il tarixində bağlanmış müqavilə şərtlərinə görə onun xx.xx.2016-cı il tarixinədək hər hansı bir öhdəliyi qalmadığından, müqavilədən sonra yaranmış münasibətlər (göstərilmiş xidmətlərə) həmin müqavilə öhdəlikləri kimi qəbul edilə bilməz. Bankın icra olunmayan pul öhdəliyi mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81) 501/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-2(102)-542/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «xxxx» X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-501/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixində “Avtomobillərə texniki xidmət və təmiri haqqında” C-023-S-PCC-16 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus avtomobillərə texniki xidmət göstərməyi, cavabdeh isə iddiaçıya göstərilən texniki xidmətin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2016-cı il olmuşdur. Müqavilənin 5.7-ci bəndinə əsasən Sifarişçi (hazırkı iş üzrə cavabdeh) xidmətin dəyərini nağd və ya köçürmə yolu ilə “İcraçının” (hazırkı iş üzrə iddiaçı) hesablaşma hesabına ödəyə bilər. Müqavilənin 10.3-cü bəndinə əsasən əgər tərəflərdən biri hazırkı müqavilənin müddətinin qurtarmasına bir ay qalmış onun ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi barədə təklif irəli sürməzsə, onda müqavilə eyni şərtlərlə növbəti il üçün uzadılmış hesab olunmalı və bu barədə müqavilədə “uzadılıb” qeydi aparılmalıdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2016-cı il tarixindən bu günədək təqdim edilmiş hesab fakturalar üzrə onun xidmət haqqı üzrə 118.721,21 manat əsas borcu və müqavilənin 5.9cu bəndinin şərtinə müvafiq olaraq ödəmənin gecikdirildiyi hər gün üçün 0,1 faiz hesabı ilə hesablanmış 35.636,30 manat məbləğində dəbbə pulu borcu tələb etmiş və ona istinad etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixindən bu günədək təqdim edilmiş hesab fakturalar üzrə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən cavabdehə göstərilmiş xidmətlərin dəyəri ödənilmiş, lakin iddiaçının «xxxx»dakı hesabına köçürülmüş, daha sonra iddiaçının kredit müqaviləsi əsasında yaranmış borc məbləğinə silinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda tərəflərin aralarında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsi barədə bir-birlərinə müraciətləri olmadığından və iddiaçı həmin müqavilə şərləri əsasında cavabdehə xidmət göstərməyə davam etdiyindən müqavilə 10.3-cü bənddə nəzərdə tutulmuş qaydada uzadılmışdır. Mülki Məcəllənin 423.1-ci maddəsində də məhz nəzərdə tutulur ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müddəti uzadılmış müqavilənin üzərində “uzadılıb” qeydinin aparılmaması isə onun müddətinin uzadılmaması barədə nəticəyə gəlməyə əsas verə bilməz. Belə ki, müqavilədə belə bir şərt olsa da, bu qeydin hansı qaydada, kim tərəfindən icra edilməli olduğu razılaşdırılmadığından belə məlum olur ki, hər bir tərəf müqavilənin özündə olan nüsxəsinə bu barədə qeyd etməli idi. Lakin işə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının cavabdehə qarşı pul tələbi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin heç bir bəndində ödənişlərin məhz iddiaçının «xxxx» ASC-də olan hesabına köçürülməli olduğuna dair konkret şərt olmadığından iddiaçı cavabdeh tərəfindən müqavilənin konkret olaraq hansı şərtini pozduğunu əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra cavabdehdə məxsus avtomobillərə texniki xidmət göstərilməsi davam etdirilmiş, cavabdeh müvafiq ödəmələri iddiaçının “xxxx”dakı hesabına köçürmüş, iddiaçı isə buna etiraz etməmişdir. Deməli ödənişlərin qeyd edilən hesaba köçürülməsinə tərəflərin qarşılıqlı razılığı olmuşdur. Əks halda iddiaçı “xxxx”dakı hesaba ödəniş həyata keçirildiyi vaxtdan xidmət göstərilməsini dayandırardı. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə cavabdeh tərəfindən xidmət haqqının iddiaçının “Azər-Türk” Bankdakı hesabına yox, onun “xxxx”dakı hesabına köçürülməsi, cavabdeh tərəfindən xidmət haqqının ödənilməsi öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, «xxxx» X3 Səhmdar Cəmiyyəti iddiaçının göstərdiyi xidmətlərin dəyərini tam ödədiyindən, cavabdehin öhdəliyin icrasını gecikdirdiyi və iddiaçıya borcu olduğu sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-501/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh «xxxx» X3 Səhmdar Cəmiyyətininapellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-501/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar