Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-186/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "X4 Azerbaijan" MMC-nin (əvvəlki adı:İddiaçı MMC) Cavabdehnə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 63/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "X4 Azerbaijan" MMC (əvvəlki adı: İddiaçı MMC) Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 17.493,88 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən inşaat kimyəvi məhsullarının alıcıya satılması və alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən gecikmə halında alıcı hər geçikən gün üçün 0,1 % penya ödəməyi qəbul və təsdiq edir. Ancaq bu 10 faizdən artıq olmamalıdır. Alıcı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmamış, xx.xx.2018-ci il tarixə qədər 15.285,35 borc, 1.528,53 manat penya yaranmışdır. Bu tərəflər arasında bağlanılmış xx.xx.2016-ci il tarixli üzləşdirmə aktı və xx.xx.2018-ci il tarixli məktub və xx.xx.2018-ci il tarixli 043 nömrəli pretenziya məktubu da təsdiq edir. Mddiaçı ilə fiziki şəxsi X2 arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış hüquqi xidmət müqaviləsinə əsasən xidmət haqqı 650 manat müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2020 saylı, xx.xx.2020-ci ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh şirkətdən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 17.493 manat 88 qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında imzalanmış xx.xx.2016-ci il tarixli üzləşdirmə aktı həqiqəti əks etdirmir. Belə ki, həmin akt tərtib edilərkən bah mühasib texniki səhvə yol vermiş və baş direktor onun imzası əsasında borju araşdırmadan aktı imzalamışdır. Əslində, cavabdeh iddiaçıya 18500 manat ödəniş həyata keçirmiş, iddiaçıya 15.285,35 manat borcu olmuşdur. Beləliklə iddiaçının cavabdehə ümumilikdə 3214,65 manat borcu olduğu aydın olur. Əslində, iddiaçı artıq ödənilmiş pul vəsaitini şirkətə geri qapytarmalıdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 448.1-ci və 567-ci maddələrinin tələbləri pozulmuş və artıq ödənilmiş 3214,65 manat vəsait nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri də pozulmuşdur. Bundan əlavə, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi X5 onun öz işçisidir. fiziki şəxs X3 ilə iddiaçı arasında isə xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinin isə hazırkı işə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi B.Məmmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, tərəflər arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin bağlandığı, habelə, xx.xx.2016-ci il tarixli üzləşdirmə aktının imzalandğı onun tərəfindən mübahisələndirilmir. Apellyasiya şikaytində cavabdeh ilk öncə onu mübahisələndirir ki, qeyd olunan xx.xx.2016-ci il tarixli üzləşdirmə aktı tərtib olunanrkən baş mühasib tərəfindən texniki səhvə yol verilmiş, müəssisənin direktoru da baş mühasibin imzası əsasında həmin aktı təsdiqləmişdir. Baxmayaraq ki, cavabdeh tərəfindən baş mühisibin yol verdiyi texniki səhvin nədən ibarət olduğu əsaslandırılmamışdır, hər bir halda, iddiaçıya 18500 manat ödəniş həyata keçirildiyini qeyd edərək, əslində əksinə, iddiaçının cavabdehə 3.214,65 manat məbləğində borcu olduğunu mubahisələndirir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, birincisi, cavabdeh MPM-in 77.1-ci maddəsinin tələbi qaydasında istinad etdiyi, 18500 manat məbləğində ödənişi təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir İkincisi, xx.xx.2016-ci il tarixli qarşılıqlı üzləşdirmə aktı cavabdeh - müəssisə rəhbəri (direktoru Xalis Zöhrabov) tərəfindən imzası ilə təsdiq olunduğu halda, həmin aktı mübahisələndirmək hüququnu da itirmişdir. Belə ki, Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbinə cörə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, o, mübahisə etmək hüququnu itirir. Üçüncüsü, iş materiallarından görünür ki, hər iki tərəfin imzalayıb müəssəsələrin möhürləri ilə təsdiq olunmuş aşağıdakı qaimə fakturalara əsasən ümumilikdə 15.285,35 manat dəyərində malların cavabdehə təhvil verildiyi sübuta yetirilir - xx.xx.2016-cı il tarixli, 987367 №-li qaimə-faktura üzrə təqdim edilmiş malların ƏDV daxil yekun məbləği - 5.180,20 manat; -xx.xx.2016-cı il tarilxi, 987948 №-li qaimə-faktura üzrə yekun məbləği - 1.740,50 manat; -xx.xx.2016-cı il tarixli, 275178 №-li qaimə-faktura üzrə yekun məbləği 4.572,50 manat; -xx.xx.2016-cı il tarixli, 275203 №-li qaimə-faktura üzrə yekun məbləği 3.776,00 manat Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qarşı əsas borc tələbinə tamamilə haqlıdır. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qarqşılıqlı üzləşmə aktında baş mühasibin texniki səhvə yol verdiyini, əslində iddiaçının cavabdehə borclu olduğunu mübahisələndirən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Cavabdeh apellyasiya şikayətində ikinci bir dəlili ilə mübahisəlndirir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri pozulmuşdur . Məhkəmə kollegiyası həmin hissədə cavabdehin dəlilləri ilə razılaşır. Belə ki tərəflər arasındakı alqı-satqı müqaviləsinin 3.3-cü bəndindən görünür ki, alıcı malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində satıcıya nəğd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq edir. Bütün hallarda penya toplamı mal dəyərinin 10% artıq olmamalıdır. Tədqiq olunan qaimə fakturalardan göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixli sonuncu qaimə faktura ilə mallar cavabdehə təhvil aldığı vaxtdan üç ilə yaxın müddət ərzində 15.285,35 məbləğində borcunu ödəməmiş və iddiaçı konkret halda alqı-satqı müqaviləsinin qeyd olunan şərtinə müvafiq olaraq, ödənilməyən mallyrın dəyərinin 10 faizindən çox olmamaqla, 5.285,35 manat məbləğində penyanın ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə onun həmin tələbi tam təmin olunmuşdur. Halbuki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanunun həmin tələbləri axımından cavabdehin əsaslı mənafeləri nəzərə alınmamış, mövcud şəraitdə tələb olunan 1.528,53 manat penya məbləğinin onun maliyyə və əmlak vəziyyətinə münasibətdə tənasübsüzlüyünə diqqət yetirməmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci inqstansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmayraq, həmin penya məbləğinin yarabayarı əsas borc məbləğinin 5 faizi miqdarına qədər azaldılması, yəni 764,27 manat məbləğində müəyyən ediliməsi, tərəflərin qarşılıqlı vəziyyətinə və iddiaçının əmlak və əsaslı mənafelərinə uyğun və ədalətli hesab edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, cavabdehin apellyasiya şikayətinin qətnamə ilə hüquqi xidmət haqqına görə ondan iddiaçının xeyrinə 650 manat pulun tutulmasının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə də razılaşır. Belə ki, iddiaçının, xidmətlərindən istifadə etdiyini istinad etdiyi, X2 müəssisənin işçisi sayılmır. Beli ki, iş materiallarından görünür ki, o, (N.Məstanov) müəssisə arasında əmək müqaviləsi yox, xx.xx.2018-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır Həmin müqavilədə isə müəssisəyə hüquqi xidmət göstərilməsi ilə bağlı müddəalar mövcud deyil. Üstəlik həmin müqavilənin tərəfi olan N.Məstanov heç vəkil statusu da malik deyil. Belə olan halda, birincisi MPM-in 69-cu maddəsinin tələbləri baxımından məhkəmədə iddiaçının adından onu təmsil etmək səlahiyyətinə malik ola bilməz. Həmin Məcəllənin 121.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəf verilməsi nəzərdə tutulmuşdur. Lakin birinci instansyia məhkəməsi tərəfndən isə qeyd olunanlar nəzərə alınmamış, heç tutulması tələb olunan 650 manat xidmət haqqının ödənilməsinə dair sübutun məhkəməyə təqdim edilmədiyinə varmadan belə, məhkəmə həmin məbləği hüquqi xidmət haqqı kimi dəyərləndirərək, cavabdehdən iddiaçının xeyrinə tutulması barədə səhv nəticəyə gəlmişdir. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur ki, bu da MPM-in 385.1.1-ci maddəsi baxımından, apellyasiya qaydasında həmin qətnamənin ləğv olunması üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası cavabdeh «Cavabdeh” şirkətinin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə ləğv edilməli və iddia qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 15.285,35 əsas borcun, 764,27 manat penyanın tutulması, qalan hissədə iddianın rədd edilməsi və MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə (25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulması (qalan 5 manatı iddiaçının özünə aid edilir) barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «Cavabdeh” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən iddiaçı "X4 Azerbaijan" MMC-nin xeyrinə 15.285,35 əsas borc və 764,27 manat penya tutulsun. Qalan hissədə iddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 25 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-186/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-186/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver