Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-191/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması, zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-131/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 109 825 ABŞ dolları əsas borcun, 131 790 ABŞ dolları gecikməyə görə cərimənin, 2765 ABŞ dolları dəymiş zərərin və 1000 manat hüquqi yardım xərcinin, 400 manat mediasiya xərcinin, ödənilmiş 310 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-131/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 104 944 (yüz dörd min doqquz yüz qırx dörd) ABŞ dolları 02 (iki) sent əsas borc, 7500 (yeddi min beş yüz) ABŞ dolları cərimə borcu, 5165 (beş min yüz altmış beş) ABŞ dolları və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik zərər olmaqla, ümumilikdə 117 609 (yüz on yeddi min altı yüz doqquz) ABŞ dolları 02 (iki) sent və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik məbləğində pulun cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə pulunun azaldılması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı MMC ilə ÇİÇEK ELEKTRİK SANAYİ TİCARET LİMİTED ŞİRKETİ (CİCEK ELEKTRİK SAN. VE TİC. LTD ) arasında 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə ÇİÇEK ELEKTRİKSAN. VE TİC. LTD İddiaçı MMC-nin verdiyi sifariş əsasında hər birinin qiyməti 110 (yüz on) ABŞ dolları olan 2000 (iki min) ədəd 8-metrlik “lighting pole” (Cəmi qiyməti 220000 (iki yüziyirmi min)) və hər birinin qiyməti 150 (Yüz əlli) ABŞ dolları olan 2000 (iki min) ədəd 10-metrlik “lighting pole” (cəmi qiyməti 300000 (üç yüz min)) ABŞ dolları olan işıqlandırma dirəkləri tədarük etməli idi. Müqavilənin ümumi qiyməti 520000 (beş yüz iyirmi min) ABŞ dolları təşkil edir. Müqavilənin şərtlərinə görə ümumi müqavilə qiymətinin 60%-i (altmış) müqavilənin imzalandığı tarixdən 7 (yeddi) iş günü ərzində, qalan 40% (qırx) isə hər yük maşını (hər yük göndərişinin 40%) üçün maddə 3.1-də və əlavə 2-də göstərilən çatdırılma tarixindən əvvəlalıcıİddiaçı MMC tərəfindən Təchizatçı ÇİÇEK ELEKTRİK SAN. VE TİC. LTD-nin bu müqavilədə göstərilən bank hesabına ödənilir. Müqavilənin şərtinə görə tərəfimizdən edilən avans ödənişindən sonra 12 (on iki) həftə ərzində TəchizatçımallarıİNKOTERMİS FCAqaydalarına uyğun olaraq çatdırmalıidi. Müqaviləninyuxarıda göstərilən şərtinə görə İddiaçı MMC tərəfindən avans olaraq ELEKTRİK SAN. VE TİC. LTD xx.xx.2020-ci il tarixdə 312000 (üyçüz on ikimin) ABŞ dolları ödənilmişdir. Cavabdeh müqavilədə göstərilən vaxtdan 12 (on iki) həftə deyiliki ilə yaxın müddət keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərinitamyerinə yetirməmişdir. Hazırkı vaxta ÇİÇEK ELEKTRİK SAN. VE TİC. LTD tərəfindən "xxxx" MMC-yə 325 ədəd 10 metrlik və 1471 ədəd 8 metrlik işıqlandırma dirəyitədarük edilmişdir. Mallarınalınması üçün İddiaçı MMC tərəfindən ÇİÇEK ELEKTRİK SAN. VE TİC. LTD-yə 338164 (üç yüz otuzsəkkizmin yüzaltmış dörd) ABŞ dolları ödənilmişdir. Bundan əlavə 09 yanvar 2021-ci il tarixində cavabdeh tərəfindən göndərilən 8 metrlik 95 ədəd qüsurlu işıqlandırma dirəklərinin daşınma (2500 ABŞdolları) və gömrük xərcləri(2381 ABŞ dolları) üçün 4881(dörd min səkkiz yüzsəksən bir) ABŞ dollarıməbləğində xərcçəkmişik. 23 iyul 2020-ci il tarixli Satınalma müqaviləsinin 3.7-ci maddəsinin tələblərinə görə X2 göstərilən müddətdə , yəni ilk avans ödənildikdən 12 həftə ərzində. çatdırmazsa və ya mallardakı çatışmazlıqları aradan qaldıra bilməzsə hər bir gecikdirilən təqvimgünü üçün ümumi Müqavilənin Qiymətinin 0.2%-i məbləğində cərimə tətbiq edilə bilər. Belə cəza Təchizatçınımüqavilə üzrə öhdəliklərindən azad etmir vəzərərin ödənilməsi üçün Alıcının hüquqlarına təsir göstərmir. 23 iyul 2020-ci il tarixli Satınalma müqaviləsinin 3.1-ci maddəsinin tələblərinə görəAlıcı tərəfindən avans ödənişi edildikdən sonra 12 (on iki) həftə ərzində malı çatdırmağa məsuliyyət daşıyır. Tərəfimizdən tam avans məbləği (312000 ABŞ dolları) xx.xx.2020-ci ildə ödənilmişdir. Cavabdeh 18 oktyabr 2020-ci il tarixə malları təchizedib qurtarmalı idi. Lakin hazırki vaxta kimi 109825 (yüz doqquzmin səkkiz yüziyirmi beş) ABŞ dollarıməbləğində malla təmin etməmişdir.Həmin vaxtdan da məhkəməyə iddia ərizəsini təqdim edən vaxtadək 20 aydan daçox müddət keçmişdir (hazırkı vaxda isə 3 il 4 ay müddət). Ona görə cavabdeh həmin pulu qaytarmaqla yanaşı 131790 (yüz otuz bir min yeddi yüz doxsan) ABŞ dolları məbləğində cərimə ödəməlidir 18 oktyabr 2020-ci il +25 iyun 2022-ci il=20 ay və ya 600 gün. (109825*0.2%)*600=131790 ABŞ dolları. Məhkəmənin nəzərinə çatdırıram ki, cavabdeh tərəfindən bizim ona göndərdiyimiz pul məbləğinin əvəzinə malın verilməsi və ya pulun qaytarılmasını icra etmədiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankıtərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolilə Suraxanı rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 3(010)-5042/2022 saylı qərarla İddiaçı MMC-yə 2765 (iki min yeddi yüz altmış beş) ABŞ dollarcıərimə tətbiq edilmişdir. Bakı Apellyasiya məhkəməsi həmin qərarın dəyişdirilmədən qüvvədə qalması barədə xx.xx.2023-cü iltarixli 3(103)-482/25023 saylı qərar qəbuletmişdir. Dəfələrlə cavabdehə ödədiyimizlakin əvəzində mal ala bilmədiyimiz pulların qaytarılması barəsində müraciətetməyimizə baxmayaraq heç bir nəticə alınmadığı üçün Bakı Kommersiya MəhkəməsinəÇİÇEK ELEKTRİK SAN. VE TİC. LTD-dən EM Consultianngd Maintenance” MMC-nin xeyrinə 109825 (yüz doqquzmin səkkiz yüziyirmi beş) ABŞ dollarıməbləğinə əsas borcun və 131790 ABŞ dollarıməbləğində gecikməyə görə cərimənin, 2765 (ikimin yeddi yüzaltmış beş) ABŞ dollarıməbləğində cərimənin, 1000 (min) manat hüquqi yardıma görə xərc və 400 manat mediasiya haqqı,310 manat dövlət rüsumu və cəmi 244 380 (iki yüz qırx dörd min üç yüzsəksən) ABŞ dolları və 1710 manat məbləğində pulun tutulması barədə qətnaməçıxarılması barədə müracətetmişik. Bakı Kommersiya Məhkəməsi iddianı qismən təmin edirək"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixlialqı-satqımüqaviləsi üzrə 104 944 (yüz dörd min doqquz yüz qırx dörd) ABŞ dolları 02 (iki) sentəsas borc, 7500 (yeddimin beş yüz) ABŞ dollarıcərimə borcu, 5165 (beş min yüz altmış beş) ABŞ dolları və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik zərər olmaqla, ümumilikdə 117 609 (yüz on yeddimin altı yüz doqquz) ABŞ dolları 02 (iki) sent və 3572 (üç min beş yüz yetmiş iki) manat 15 (on beş) qəpik məbləğində pul, həmçinin mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulcavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçıMəhdud MəsuliyyətliCəmiyyətinə ödənilsin. Göründüyükimi məhkəmə Tərəfimizdən tələb olunan 131790 ABŞ dolları cərimə pulununyalnız 7500 (yeddimin beş yüz) ABŞ dollarıməbləğindətutulub bizə verilməsini qətetmişdir. Məhkəmə göstərilənməbləği tutarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin"xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarınınAzərbaycanRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021ciiltarixliQərarınaistinad etmişdir. Qərarda deyilir:“Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-cimaddəsinəəsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüzsurətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddəninmənasına görə, dəbbə pulununməbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıqaşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüzsurətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həmdə bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbuletməlidir”. Hesab edirik ki,məhkəmənin Konstitusiya Məhkəməsinin göstərilən Qərarına istinad edərək dəbbə pulunun 17 dəfəazmüəyyən etməsiniəsassız hesab edirik. 1. Məhkəmə əsassız olaraq hesab edir ki, cavabdeh özöhdəliyini yalnız hissəvi olaraq icra etməmişdir, yəni əgər o öhdəliyini hissəvi icra etmişsə deməli bu qədər cərimənin tətbiq edilməsi tənasübsüzlük yaradır. Məhkəmənin gəldiyi bu nəticəyə münasibət bildiririk ki, cavabdehin üzərinə qoyulan dəbbə pulu bizim ona əvvəlcədən ödədiyimiz 109825 ABŞ dolları məbləğindəpulun 2020-ci ilin oktyabr ayından özündəsaxladığı və öhdəliyinin icra edilməməsinə görədir. Hazırkı vaxta artıq 40 aydan artıqdır ki, göstərilən məbləği və ya ona uyğun malları cavabdeh bizə göndərmək istəmir. 2. Məhkəmə hesab edir ki, eyni zamanda iddiaçı da xx.xx.2020-ci il tarixli satınalma müqaviləsi üzrə sonuncu mal təhvili xx.xx.2022-ci il tarixdə, qüsurlu malların verildiyi isə xx.xx.2022-ci il tarixdə aşkar olsa da, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciətetməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmənin gəldiyibu nəticə ilə də razılaşmaq olmaz. Belə ki, müqavilədə 2020-ci ilin oktyabrayında malların tədarük edilməsi nəzərdə tutulsa da 2020-ci ilin sentyabrayından başlayaraq 17 mart 2022-ci iltarixə kimi hissələrlə davam etmişdir. Məhkəmənin nəzərinə onu da çatdırıramki, tərəf müxtəlif bəhanələrlə malların tədarükünü yubadırdı, 17 mar 2022-ciil tədarükündən əvvəlki mal tədarükü 28 avqust 2021-ci ildə cavabdeh tərəfindən həyata keçirilmişdir. Biz yenə də tədarükü gözləsək də cavabdeh onu həyata keçirmək istəməmiş və nəticədə tərəfimizdən 01 iyun 2022-ci ildə mediasiya prosesinin tətbiqi barədə müraciət etmişik. Cavabdeh hər vəchlə təklifi rəsmialmaqdanimtina etmişdir. Buna görə də 5 saylı X3 mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞH/5-02397 saylıArayış 19 iyul 2022-ci il tarixdə hazırlanaraq ona verilmişdir. 25 iyul 2022-ci ildə məhkəmədə iddia qaldırmışıq. Lakin məhkəmə e-2-2(113)-4272/2022-saylı 26 iyul 2022-ci il tarixli qərardad ilə sənədləri geri qaytarmışdır. Geri qaytarmanın səbəbi kimi isə iddia ərizəsi və ona əlavə edilən sənədlərin rəsmi olaraq cavabdehəçatdırılması barədə məlumatın olmamasını göstərmişdir. Bunun üçün də iddia ərizəsi və sənədləri təzədən 26 avqust 2022-ci ildə məhkəməyə göndərmişik. Əvvəldən də göstərdiyimiz kimicavabdeh hər hansı bir yolla iddiaərizəsi və sənədləri qəbuletməkdən yayınırdı. Yəni dəbbə pulunun artırılması üçün iddia ərizəsinin verilməsinin tərəfindən qəsdən gecikdirilməsi həqiqətə uyğun deyildir. Lakin məhkəmənin Mülki Məcəllənin 467-ci maddəsində ona verilən səlahiyyətdən istifadə edərək dəbbə pulunun 17 dəfədən dəçox azaldılması qənaətinə gələrkən “tənasübsüzsurətdə yüksək olması”nı necə müəyyən etməsi müəyyən deyildir. Məhkəmə dəbbə pulunu azaldarkən bir kreditor kimi bizim əmlak və ümumuyyətlə bütün əsaslımənafelərimizi necə nəzərəaldığını da göstərə bilməmişdir. Bundan əlavə, xx.xx.2020-ciildə ödədiyimiz 109825 ABŞ dollarını, iddia məhkəməyə təqdim edilənə qədər 20 ay üçün hesablanmışsa, məhkəmə işə 14 ay ərzində baxır və 15 aydan sonra qətnaməni rəsmi qaydada tərəflərə verirsə, pul artıq 40 aydan artıq bir müddətdə cavabdehdə qalırsa hansı mənafelərin nəzərə alınmasından söhbət gedə bilər. Hesab edir ki, 131790ABŞ dolları olan dəbbə pulunu azaldaraq 7500ABŞ dolları müəyyən etməklə məhkəmə onun əmlak mənafeləriyini pozmuşdur. Bundan əlavə cavabdeh məxsus 109825 ABŞ dollarını özündə saxladığı dövrdə Azərbaycan Respublikasında 2021-2023- üçüncü illər ərzində 30.8% inflyasiya olmuşdur. İnflyasiya nəticəsində 33 826 ABŞ dolları zərərə düşüb. Tərəfindən verilən sorğuya Azərbaycan Respublikasının Statistika Komitəsinin verdiyi arayış bunu təsdiq edir. (İnflyasiya : 2021-6,7%+2022-13,9%+2023- 10,2 %= 30,8%. 109825 ABŞ dolları x 30,8%= 33826ABŞ dolları) Sorğunun cavabı apelyasiya şikayətinə əlavə edilir. Göründüyü ki, o, bu illər ərzində adi inflyasiya nəticəsində 7500 yox 33826 ABŞ dolları məbləğində zərər çəkib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə tapşırığı vasitəsilə məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
11. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
12. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın cərimə hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın yalnız cərimə hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh 2000 ədəd 8 metrlik və 2000 ədəd 10 metrlik işıqlandırma dirəklərini iddiaçıya satmağı, iddiaçı isə müqavilənin qiymətinin 60%-ni qabaqcadan ödəməyi, İnkotermis FCA (X5. X6. No:4 Hadımköy/İstanbul) standartlarına uyğun olaraq sözügedən malları qəbul etməyi və dəyərinin qalan 40%-ni malların Bakı şəhərində yerləşən müvafiq gömrük məntəqəsinə çatdırılması tarixindən sonrakı 2 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq müqavilənin qiymətinin 60%-ni (312 000 ABŞ dolları) xx.xx.2020-ci il tarixdə, 26164 ABŞ dollarını isə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ödəmiş, cavabdeh müqavilə şərtlərinin tələbinə cavab verən 210560 ABŞ dolları dəyərində malı iddiaçıya təhvil vermişdir. Bundan əlavə cavabdeh iddiaçıya 95 ədəd 8 metrlik keyfiyyətsiz dirək göndərmişdir.
16. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri və cavabdeh tərəfindən 210 560 ABŞ dolları dəyərində malın tədarük edildiyini, 17859,98 ABŞ dolları məbləğində pulun qaytarıldığını, iddiaçının əvəzində 4800 ABŞ dolları logistika xərci çəkdiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əşya üçün qabaqcadan ödənilən məbləğin qaytarılması hissəsinə təmin olunmalı, 23 iyul 2020-ci il tarixli satınalma müqaviləsi üzrə 104 944,02 ABŞ dolları (qabacadan ödənilmiş 312 000 ABŞ dolları + sonradan ödənilmiş 26164 ABŞ dolları – 1471 ədəd 8 metrlik, 325 ədəd 10 metrlik dirəyin dəyəri olan 210 560 ABŞ dolları – cavabdeh tərəfindən çəkilmiş logistika xərci kimi 4800 ABŞ dolları – cavabdeh tərəfindən qaytarılmış 17859,98 ABŞ dolları) məbləğində borc cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
17. İddia ərizəsində iddiaçı həmçinin 131 790 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir.
18. xx.xx.2020-ci il tarixli satınalma müqaviləsinin 3.7-ci bəndinə əsasən, X2 müəyyən edilmiş müddətdə çatdırmazsa və ya mallardakı çatışmazlıqları aradan qaldıra bilməzsə, Alıcı hər bir təqvim günü üçün ümumi müqavilənin qiymətinin 0.2%-i məbləğində cərimə tətbiq edə bilər. Belə cəza təchizatçını müqavilə üzrə öhdəliklərindən azad etmir və zərərin ödənilməsi üçün Alıcının hüquqlarına təsir göstərmir (3.7).
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
22. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2020-ci il tarixli satınalma müqaviləsi üzrə sonuncu mal təhvili xx.xx.2022-ci il tarixdə, qüsurlu malların verildiyi isə xx.xx.2022-ci il tarixdə aşkar olsa da, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
23. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 7500 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 7500 ABŞ dolları məbləğində cərimə cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
24. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi dəbbə pulu məbləği əsas borc məbləğindən bir az yüksəkdir. Məhkəmə formalaşmış məhkəmə təcrübəsinə əsasən əsas borcun 5 faizindən daha artıq məbləğdə dəbbə pulu müəyyən etmişdir. İddiaçının tələb etdiyi dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksəkdir. Ona görə şikayətin dəlilləri əsassızdır.
25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-131/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.