Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-193/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1485/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etməsi barədə İddiaçı MMC tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1485/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC-dən əsas borc 18504.60 manat, 536 manat dəbbə pulu, ümumilikdə 19040.60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 “xxxx” ASC-nin İdarə Heyətinin sədri O.V.Məmmədov tərəfindən imzalanmış ərizə (məktub) ilə məhkəməyə müraciət edərək ASC-nin apellyasiya şikayətindən imtina etdiyini və şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətindən imtinasına etiraz etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərədən keçirib hesab edir ki, aşağıdakı əsaslara cavabdehin ərizəsi təmin edilməlidir. MPM-in 369.2-ci maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina etmək tərəfin qanunla müəyyən edilən hüququdur, bu imtina hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və onun apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehə izah edir ki, MPM-in 369.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh “xxxx” ASC-nin ərizəsi təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1485/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-193/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-193/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver