Məhkəmə qərarları › İş №2-2(103)-196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-196/2024

09.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-196/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3795/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qətnaməsi ilə ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmişdir. İşdə iştirak etməyən şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və ərizəçinin ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadı ilə həmin apelyasiya şikayəti geri qaytarılmış, Maraqlı şəxs izah edilmişdir ki, apellyasiya şikayəti "xxxx" MMC adından deyil, Maraqlı şəxs adından verilməli və dövlət rüsumu da sonuncunun adından ödənilməlidir. Daha sonra Maraqlı şəxs şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadının ləğv edilməsi və Bakı Kommersya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3795/2023 saylı qətnaməsindən maraqlı şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, əks təqdirdə şikayəti işlə birlikdə həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3795/2023 nömrəli qərardadından (müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən) Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə elektron sisteminin olması məhkəmənin iş rejimini yaxşılaşdırmaqdan ibarətdir. Lakin onun kimi insanların hüquqları pozulur. Çünki onun məhkəmə elektron sistemindən anlayışı yoxdur. Buna görə də, onun kimi insanların müraciətləri və şikayətləri nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnaməsi və qərardadı onun yaşayış ünvanına rəsmi qaydada göndərilməmiş və məhkəmənin müvafiq qətnaməsi və qərardadından məlumatı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 135.8 və 268.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadı elektron imza ilə təsdiq edilməklə Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində xx.xx.2023-cü il tarixdə avtomatik yerləşdirilmişdir (rəsmi qaydada verilmiş hesab edilir), lakin Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti xx.xx.2023-ci il tarixdə məhkəməyə 1 ay 13 gün gecikməklə daxil olmuşdur (e-məhkəmə sistemində yerləşdirilmişdir). Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadından apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırki işin hallarından da görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadı üzrə əsas məhkəmə aktı xx.xx.2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Bununla yanaşı, həmin aktın proses iştirakçısı Maraqlı şəxs məxsus elektron kabinetə yerləşdirilməsinə dair “Elektron məhkəmə” informasiya sistemindən çıxarış iş materiallarında mövcud deyildir (mövcud olmuşdursa belə çap edilərək, işə əlavə edilməmişdir). Eyni zamanda hazırda “Elektron məhkəmə” informasiya sistemində həmin çıxarışın elektron qaydada mövcud olduğu görünmür. “Elektron məhkəmə” informasiya sistemində yalnız həmin qərardadın proses iştirakçısı Maraqlı şəxs ünvanlanması barədə göndəriş məktubu mövcuddur ki, həmin məktub da aktın yerləşdirildiyi tarixdən 24 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadının elektron imza ilə təsdiq edilməklə Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində xx.xx.2023-cü il tarixdə avtomatik yerləşdirildiyini qeyd etsə də, bu nə iş materiallarından, nə də “Elektron məhkəmə” informasiya sistemindən görünmür. Ümumiyyətlə, Maraqlı şəxs məxsus elektron kabinetin nə zaman işə əlavə olunduğu da müəyyən olunmur. Əksinə, yuxarıda da qeyd olunduğu kimi məhkəmə xx.xx.2023-cü il tarixli qərardadın xx.xx.2023-cü il tarixdə maraqlı şəxsə göndərilməsi barədə məktub imzalayaraq işə əlavə etmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsinin Maraqlı şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3795/2023 nömrəli qərardadından şikayət vermə müddətinin ötürülməsinə istinad etməsi əsaslı hesab edilə bilməz. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan halların araşdırılması və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3795/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar