Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-203/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə iddiaçının ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (EİB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 290.161,81 manat əsas borc, 58.032,36 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla ümumilikdə 348.224,17 manat məbləğində pul vəsaitinin Cavabdeh EİB-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddianı təmin etmə tədbiri kimi Cavabdeh EİB-nin bank hesabı üzərinə 348224,17 manat həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşı tərəfin bank hesabları barədə məlumat əldə etmək istədikdə banklar “bank sirridir və yalnız məhkəmə qərardadı və ya sorğusu olduğu halda cavablandıra bilərik” deyərək verilən sorğuları birmənalı şəkildə cavablandırmaqdan imtina edirlər. Borclunun əmlakının aşkarlanması məhkəmə icraçısının vəzifəsidir. Ümumiyyətlə, indiyədək olan məhkəmə praktikasında da bir çox qərardadlar vardır ki, həbs verilib və daha sonra əmlakların aşkarlanması məhz icraçılar tərəfindən operativ şəkildə həyata keçirilərək uğurla tamamlanmışdır. Halbuki, iddianın təmin tədbirinə dair ərizə ilə müraciət etməyin əsas səbəbi cavabdeh şirkətin iddianın təmin olunacağı təqdirdə kompensasiya ödənişlərindən yayınacağı ehtimalı və nəticədə daha bir qətnamənin icrası ilə əlaqədar çətinliyin olması ilə bağlıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Cavabdeh Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Hazırkı halda iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılanadək cavabdehin hesablaşma hesabları üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyini əsaslandırmamışdır. Bundan əlavə iddianı təmin etmə tədbiri görülərkən məhkəməyə mübahisəyə mahiyyəti üzrə qiymət verməsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarin məcmusu nəzərdən keçirilməli və tələb olunan borcun həqiqətən mövcudluğu ilə bağlı kifayət qədər sübutların təqdim edildiyi (iddianın uğurluluq ehtimalı) araşdırılmalıdır. Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsaslılığını sübut etmək üçün tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən başqa sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Cavabdeh Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-203/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-203/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver