Məhkəmə qərarları › İş №2-2(103)-203/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-203/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-203/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh Burak Köleman Musa Zeki oğlunun və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Burak Köleman Musa Zeki oğlunun Cavabdeh MMC-nə qarşı ödənilməmiş 163925 manat məbləğin ödənilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Burak Köleman Musa Zeki oğluna qarşı müqavilənin etibarsız sayılması və s. tələblərinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-713/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-713/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi və iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Burak Köleman Musa Zeki oğluna aid edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi və iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh” məhdud məsuliyyətli cəmiyyətinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişlər. İşin halları: İlkin iddia üzrə iddiaçı Burak Köleman Musa Zeki oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 163925 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdehnə sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirməyi və bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh isə həmin müqavilənin şərtlərinə əsasən Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33% hissəsini vaxtında və tam şəkildə iddiaçıya ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeyd-şərtsiz yerinə yetirilməsi və s. öhdəlikləri üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilənin 1-ci bəndində göstərilın mənfəətdən Burak Köleman Musa Zeki oğlunun əldə edəcəyi qazanc (gəlir) mənfəətin 33% həcmini təşkil etməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə görə mənfəətin 33% qazanc hissəsi “ikinci tərəfin” bu müqavilənin bağlanan tarixdən bu müqavilə qüvvədə olduğu müddətdə satdığı mallara, şirkətlərə xidmət və servis işlərinə görə hesablanır. Həmin müqavilənin 2.3-cü bəndinə görə hesablaşma hər cari ayın sonu növbəti ayın 5-dək nağdsız qaydada həyata keçirilir. Həmin müqavilənin 3- cü bəndinə görə Burak Köleman Musa Zeki oğlu, Cavabdeh əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirmək, bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satışidarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə isə bu müqavilənin şərtlərinə əsasən “ikinci tərəf” əldə etdiyi mənfəətin 33% hissəsini “birinci tərəfin” gəlirini (qazancını) vaxtında və tam şəkildə birinci tərəfə ödəməyi, bu müqavilənin qüvvədə olduğu müddətdə birinci tərəfin əldə edəcəyi 33% qazanc (gəlir) bu müqavilədə adı göstərilməyən başqa bir əmtəə nişanı adı altında malların satın alınaraq həmin mallardan əldə etdiyi mənfəətə də şamil edilir. Həmin müqavilənin 3.2.3-cü bəndi ilə Cavabdeh üzərinə bu müqavilənin 2-ci bəndində göstərilən şərtlərin qeyd şərtsiz yerinə yetirilməsi və bu hissədə şəffaflığı təmin etməyi öhdəlik olaraq götürmüşdür. Məhz həmin müqavilə üzrə Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh 509468 manat məbləğində qazanc əldə etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilə bağlandıqdan sonra bilavasitə Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etmişdir. Qeyd olunan şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılıması bilavasitə Burak Köleman Musa Zeki oğlunun vasitəsi ilə və zəhməti, əməyi hesabına olmuşdur. xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilənin şərtlərinə görə Cavabdeh əldə etdiyi mənfəətin 509468 manatın 33%-ni, yəni 168125 manat məbləği Burak Köleman Musa Zeki oğluna ödənilməli idi. Lakin Cavabdeh həmin qazancdan Burak Köleman Musa Zeki oğluna yalnız 4200 manat məbləğdə vəsait ödəmişdir. Göründüyü kimi Burak Köleman Musa Zeki oğlu tərəfindən müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda Cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Burak Köleman Musa Zeki oğlunun dəfələrlə etdiyi müracitələrə baxmayaraq Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtna etmişdir. Eyni zamanda, məhz Burak Köleman Musa Zeki oğlunun fəaliyyətinin nəticəsi olaraq Cavabdeh bu günədək müxtəlif şirkətlərdən qazanc əldə etməkdədir. Həmçinin, qeyd olunan müştərilərlə bağlanmış müqavilələr Cavabdehndə saxlanılır və Burak Köleman Musa Zeki oğlu həmin müqavilələri məhkəməyə təqdim edə bilmir. xx.xx.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilənin 5.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtləri tərəflərdən hər hansı biri yerinə yetirmədikdə yaxud qismən yerinə yetirdikdə bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı Cavabdeh Burak Köleman Musa Zeki oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən əsassız iddia verdiyinə görə 1000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün iddiaçının çəkdiyi xərclərin əvəzində 32000 manat, cəmi 33000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, ilk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 01 saylı Partnyorluq müqaviləsi bağlanmışdır, həmin müqaviləyə görə o, kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinin maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distribyuterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında xidmət etməyi, Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdlirməyi və bu istiqamətdə töfsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh MMC isə həmin müqavilənin şərtlərinə əsasən onun fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33 %-ni vaxtında və tam şəkildə ona ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeyd-şərtsiz yerinə yetirilməsi və sair öhdəlikləri üzərinə götürmüşdür, həmin müqavilə üzrə onun fəaliyyəti nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC 509468 manat məbləğində qazanc əldə etmişdir. Sözügedən müqavilə bağlandıqdan sonra bilavasitə onun fəaliyyəti nəticəsində Cavabdeh MMC xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ilk iddia ərizəsində adları qeyd edilən şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etdiyindən həmin məbləğin 33%-i, yəni 163925 manat Cavabdeh MMC-dən alınaraq ona ödənilməlidir. Aşağıdakılar təsdiq edir ki, ilk iddia tələbi tamamilə əsassızdır. Belə ki, əvvəla Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə hər hansı müqavilə bağlanmamışdır, bağlanması mümkün də deyildi. Belə ki, Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC ilə, sonuncunun təsisçisi və direktoru olan Bülent Yerlikayaların şəxsində yalnız xx.xx.2019-cu il tarixdə tanış olmuşdur. Həmin tanışlıqdan bir gün əvvəl Burak Köleman Musa Zeki oğlunun xahişi ilə onun SV-si Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən Gülnur xanım tərəfindən Bülent Yerlikayalara təqdim edilmiş, bundan sonra X6 Köleman Musa Zeki oğlunu qəbul etmiş, onunla söhbət etdikdən sonra Bülent Yerlikayalar belə qərara gəlmişdir ki, onunla əməkdaşlıq etmək olar. Belə ki, Burak Köleman Musa Zeki oğlu Bakı şəhərində bir çox şirkətlərlə əlaqəsinin olduğunu, həmin şirkətlərlə Cavabdeh MMC arasında vasitəçilik xidmətləri göstərə biləcəyini, nəticədə həmin şirkətlərdən sərfəli təkliflər alınmasında yardımçı ola biləcəyini bildirmişdir. Onun təklifi qəbul edilmiş və onunla əməkdaşlıq edilməyə başlanılmışdır. Razılaşmaya görə Burak Köleman Musa Zeki oğlu müştərilər gətirməli, Bülent Yerlikayalar da qarşılığında onun göstərdiyi vasitəçilik xidmətinin haqqını ödəməli idi. Beləliklə, Partnyorluq müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra birinci iki ay ərzində Burak Köleman Musa Zeki oğluna hər ay 2100 manat xidmət haqqı verilmiş, bundan əlavə o, Bülent Yerlikayalardan müştəri gətirəcəyi adı ilə 3000 manat əlavə xidmət haqqı və 200 dollar da borc almışdır. Lakin onun heç bir müştəri gətirmədiyini və ümumiyyətlə, bununla bağlı hər hansı fəaliyyət göstərmədiyini görüb, Bülent Yerlikayalar ona daha pul verməmişdir. Bundan sonra isə Burak Köleman Musa Zeki oğlu bir müddət yoxa çıxmışdır. Bülent Yerlikayalar xx.xx.2019-cu il tarixdə onun telefonuna bir neçə dəfə zəng vurmuş, lakin o cavab verməmişdir. xx.xx.2020-ci ildə isə Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC-nin mühasibinin telefonuna zəng vurub onun vasitəsilə Bülent Yerlikayalardan 50.000 manat pul tələb etmişdir. Həmin telefon danışığı zamanı Burak Köleman Musa Zeki oğlu mühasibə demişdir ki, əgər tələb etdiyi pulu ona verməsələr, Bülent Yerlikayalardan vergi orqanına şikayət edərək Bülent Yerlikayaların vergidən yayındığını deyəcəkdir. Bundan sonra isə Bülent Yerlikayalar Baş X1 İdarəsinə teleqram vurub Burak Köleman Musa Zeki oğlunun hərəkətlərindən şikayət etmiş, həmin şikayət ərazi aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. Sonradan ofisdə müqavilələrin qoyulduğu fayıldan Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqaviləni çıxarıb nəzər salarkən Bülent Yerlikayalara məlum olmuşdur ki, həmin müqavilənin 1-ci və 2-ci səhifələrində dəyişkilik edilmişdir. Belə ki, müqavilənin birinci və ikinci səhifələrindən görünür ki, həmin səhifələrdə Bülent Yerlikayalar imza etmədiyi halda, həmin səhifələrdə Burak Köleman Musa Zeki oğlu tərəfindən imzalar edilmişdir, həm də həmin imzalar müqavilənin son səhifəsindəki imzaların icra edilməsində istifadə edilmiş qələmdən fərqli qələmlə icra edilmişdir. Həmçinin, məlum olmuşdur ki, müqavilənin birinci və ikinci səhifələrinə vurulmuş möhür yaşıl rəngdə, son səhifəsinə vurulmuş möhür isə göy rəngdədir. Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqaviləni imzalayan zaman hər iki tərəf müqavilənin bütün səhifələrini eyni qələmlə imzalamış və həmin vaxt müqavilənin bütün səhifələri göy rəngdə olan möhürlə təsdiq edilmişdi. Həmin möhürün mürəkkəbi yaşıl rəngə xx xxxxxx 2019-cu il tarixdə, yəni müqavilə bağlandıqdan və təsdiq edildikdən sonra, möhürün mürəkkəbi qurtarmış olduğundan mühasib Gülnur xanımın yanında dəyişilmişdi. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC-nin ofisi bir otaqdan ibarətdir, həmin otaqda bütün işçilər birlikdə oturur. Burak Köleman Musa Zeki oğlu da həmin otaqda otururdu. Şirkətin bütün sənədləri də həmin otaqda olurdu, möhür isə Bülent Yerlikayaların stolunda olurdu. Buna görə otaqda olan hər kəs kimi Burak Köleman Musa Zeki oğlu da möhürün və sənədlərin harda saxlanıldığını yaxşı bilirdi. Bu səbəbdən hesab edirik Burak Köleman Musa Zeki oğlu işçilər otaqda olmayanda müqavilənin nüsxələrinin birinci və ikinci səhifələrini özünə sərf edən qaydada, yəni əvvəla müqavilənin bağlandığı tarixi dəyişərək həmin tarixi xx.xx.2019-cu il, müqavilənin 2.1, 2.2, 3.2.1, 3.2.2-ci bəndlərini dəyişdirərək, həmin bəndlərdə onun qazancının guya 33 % olmasını göstərmiş, bundan sonra müqavilənin həmin səhifələrini öz imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmiş, lakin bu zaman möhürün yaşıl rəngdə olmasına ya fikir verməmiş, ya da əhəmiyyət verməmişdir. Müqavilənin son səhifələrini isə orada Bülent Yerlikayaların imzasını yalnız saxtalaşdırmaqla dəyişdirə biləcəyini başa düşdüyündən, son səhifəni dəyişərsə, Bülent Yerlikayaların imzasını da saxtalaşdırmalı olacağından çəkinərək, dəyişməmişdir. Müqavilənin birinci və ikinci səhifələrinin dəyişdirilməsinin başqa izahını düşünə bilmirik. Burak Köleman Musa Zeki oğlundan başqa bunu edə biləcək başqa biri də yoxdur. İlk iddiaçı həm də iddiasını onunla əsaslandırmışdır ki, guya Cavabdeh MMC «xxxx» MMC («Bravo-market») ilə onun vasitəsilə tanış olmuşdur və müqavilə bağlamışdır. Halbuki, «xxxx»xxxxCavabdeh MMC arasındakı müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmışdır, xx xxxxxx 2019-cu il tarixdə isə yenilənmişdir. Göründüyü kimi ilk iddia tələbləri tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. İlk iddiaçının məhkəməyə təqdim etdiyi və əsasında ilk iddia tələbini irəli sürdüyü guya onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsi ilk iddiaçı tərəfindən 1-ci və 2-ci səhifələri dəyişdirilərək saxtalaşdırıldığından məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsinə qoşmada məhkəməyə təqdim edilmiş «xxxx»xxxxCavabdeh MMC arasında «Hüquq xidmətlərinin göstərilməsi haqqında» 01/20 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilənin 2.1.4-cü bəndindən görünür ki, «xxxx» MMC Cavabdeh MMC-ni «iddiaçı Burak Köleman Musa Zeki oğlunun Cavabdeh MMC-yə qarşı «müqavilələrdən irəli gələn öhdəliklər üzrə münasibətlər» tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(013)- 236/2020 saylı kommersiya işi üzrə maraqlarını müdafiə etmək üçün məsləhətlər verir və məhkəmə tərəfindən çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-ni vəkil ilə təmin edir. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, ödəniş valyutası azərbaycan manatıdır, müqavilədə göstərilən xidmətlərə görə Cavabdeh MMC 32000 manat məbləğində xidmət haqqı ödəyir və həmin məbləğin 5200 manatını ilkin olaraq avans şəklində ödəyir. Cavabdehxxxx«xxxx» MMC arasında «Hüquq xidmətlərinin göstərilməsi haqqında» 01/20 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilə ilk iddiaçı hazırkı iş üzrə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və telefonla Cavabdeh MMC-nin mühasibinə hədə-qorxu gəldikdən sonra məhz ilk iddiaçının əsassız iddiasından və qanunsuz hərəkətlərindən müdafiə olunmaq məqsədilə bağlanmışdır. Həmin müqavilə üzrə öənilməli olan 32000 manat məbləğində xidmət haqqı da məhz bu məqsədlə ödənilməlidir. Odur ki, hesab edir ilk iddiaçının əsassız iddiasından və qanunsuz hərəkətlərindən müdafiə olunmaq üçün Cavabdeh MMC tərəfindən çəkilməli olan həmin xərc ilk iddiaçıdan tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehə xx.xx.2020-ci il tarixli Pretenziya ilə müraciət edilərək qarşılıqlı iddia üzrə cavabdehin Bakı Kommersiya Məhkəməsinə təqdim etidyi guya onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01 saylı Partnyorluq müqaviləsinin etibarsız olduğunu etiraf etmiş, Cavabdeh MMC-yə qarşı verdiyi əsassız iddiaya görə 1000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün Cavabdeh MMC-nin çəkdiyi xərclərin əvəzində 32000 manat, cəmi 33000 manat məbləğinin Cavabdeh MMC-yə ödənilməsini 3 gün müddətində təmin etməsi xahiş edilmiş, lakin Pretenziyanın qarşılıqlı iddia üzrə cavabdehə çatdırılmış olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh Pretenziyada göstərilmiş müddətdə qarşılıqlı iddia üzrə tələbi icra etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadehin onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellaysiya şikayətini qəbul etməyərək, çıxışında bildirmişdir ki, iş materiallarından da göründüyü kimi cavabdehlə aramlarında Partnyorluq haqqında müqavilə bağlanmış, həmin müqaviləyə görə iddiaçı kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəricilərim sayəsində Cavabdeh MMC-in sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh MMC-in əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirməyi və bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh MMC isə həmin müqavilənin şərtlərinə əsasən iddiaçının fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33% hissəsini vaxtında və tam şəkildə iddiaçıya ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeyd-şərtsiz yerinə yetirilməsi və s. öhdəlikləri üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə Bu müqavilənin 1-ci bəndində göstərilin mənfəətdən "birinci tərəfin” (iddiaçının) ətdə edəcəyi qazanc (gəlir) mənfəətin 33% həcmini təşkil etməlidir. Həmin müqavilənin 2.2,-ci bəndinə görə mənfəətin 33% qazanc hissəsi “ikinci tərəfin” bu müqavilənin bağlanan tarixdən bu müqavilə qüvvədə olduğu müddətdə satdığı mallara, şirkətlərə xidmət və servis işlərinə görə hesablanır. Həmin müqavilənin 2.3-cü bəndinə görə hesablaşma hər cari ayın sonu növbəti ayın 5-dək nağdsız (h/h köçürmə yolıı ) qaydada həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə görə iddiaçı “ikinci tərəfin” (cavabdehin) əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirmək, bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 3.2.-ci bəndinə görə isə bu müqavilənin şərtlərinə əsasən ‘ikinci tərəf’ (cavabdeh) əldə etdiyi mənfəətin 33% hissəsini “birinci tərəfin” (iddiaçının) gəlirini (qazancım) vaxtında və lam şəkildə birinci tərəfə ödəməyi, bu müqavilənin qüvvədə olduğu müddətdə birinci tərəfin əldə edəcəyi 33% qazanc (gəlir) bu müqavilədə adı göstərilməyən başqa bir əmtəə nişanı adı altında malların satın alınaraq həmin mallardan əldə etdiyi mənfəətə də şamil edilir. Həmin müqavilənin 3.2.3-cü bəndi ilə cavabdeh üzərinə bu müqavilənin 2-ci bəndində göstərilən şərtlərin qeyd şərtsiz yerinə yetirilməsi və bu hissədə şəffaflığı təmin etməyi öhdəlik olaraq götürmüşdür. İddiaçı tərəfimdən müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Dəfələrlə edilən müracitələrə baxmayaraq cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtina elmişdir. İş materiallarında olan eləcə də cavabdehin mühasibinin izahatında da göründüyü kimi cavadeh tərəfindən aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı 2 dəfə ödənişlər aparılmışdır. Göründüyü kimi “Cavabdeh’’xxxxpartnyorluq haqda müqavilə bağlayaraq İddiaçı həqiqətən də ona şirkətlərin cəlb olunması, vasitəçilik, nümayəndəlik, xidmətin satışı və s. fəlaiyyətinin yaradılmasında və artıq ona qədər mövcud olan şirkətlərlə əlaqələrin inkişaf etdirilməsində xidmət göstərmiş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və cavabdeh “Cavabdeh’’ MMC-dən ödənilməmiş 163925 manat məbləğin və ödənil miş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh Burak Köleman Musa Zeki oğlu apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellaysiya şikayətini qəbul etməyərək, nümayəndə və vəkillə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və cavabdeh “Cavabdeh’’ MMC-dən ödənilməmiş 163925 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellaysiya şikayətini qəbul etməyərək, çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən aşağıdakılara əsaslanmışdır: mübahisələndirilən müqavilə bağlanılarkən müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırkı mübahisələndirilən müqavilə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən bir il keçdikdən sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müddətin etibarsızlığına dair (tələblərə isə bundan fərqli olaraq qanunuda nəzərdə tutulan «kəsici müddətlər» tətbiq edilməlidir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz, əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həmdə mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, «xxxx» MMC tələblə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin digər hissəbrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin digər hissələri müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxanda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, mülki işdə olan qarşılıqlı iddia ərizəsindən aşağıdakılar müəyyən olunun «...Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə hər hansı müqavilə bağlanmamşdır, bağlanması mümkün də deyildi. Belə ki, Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC ilə, sonuncunun təsisçisi və direktoru olan Bülent Yerlikayalann şəxsində yalnız xx.xx.2019-cu il tarixdə tanış olmuşdur (burada «tanış olmuşdur» ifadəsi «tərəflərin həmin tarixdən əməkdaşlığa başlaması» kimi başa düşülməlidir). Həmin tanışlıqdan bir gün əvvəl Burak Köleman Musa Zeki oğlunun xahişi ilə onun SV-si Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən Gülnur xanım tərəfindən Bülent Yerlikayalara təqdim edilmiş, bundan sonra X6 Köleman Musa Zeki oğlunu qəbul etmiş, onunla söhbət etdikdən sonra Bülent Yerlikayalar belə qərara gəlmişdir ki, onunla əməkdaşlıq etmək olar. Belə ki, Burak Köleman Musa Zeki oğlu Bakı şəhərində bir çox şirkətlərlə əlaqəsinin olduğunu, həmin şirkətlərlə Cavabdeh MMC arasında vasitəçilik xidmətləri göstərə biləcəyini, nəticədə həmin şirkətlərdən sərfəli təkliflər alınmasında yardımçı ola biləcəyini bildirmişdir. Onun təklifi qəbul edilmiş və onunla əməkdaşlıq edilməyə başlanılmışdır. Razılaşmaya görə Burak Köleman Musa Zeki oğlu müştərilər gətirməli, Bülent Yerlikayalar da qarşılığında onun göstərdiyi vasitəçilik xidmətinin haqqını ödəməli idi. Beləliklə, Partnyorluq müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra birinci iki ay ərzində Burak Köleman Musa Zeki oğluna hər ay 2100 manat xidmət haqqı verilmiş, bundan əlavə o, Bülent Yerlikayalardan müştəri gətirəcəyi adı ilə 3000 manat əlavə xidmət haqqı və 200 dollar da borc almışdır. Lakin onun heç bir müştəri gətirmədiyini və ümumiyyətlə, bununla bağlı hər hansı fəaliyyət göstərmədiyini görüb, Bülent Yerlikayalar ona daha pul verməmişdir. Bundan sonra isə Burak Köleman Musa Zeki oğlu bir müddət yoxa çıxmışdır. Bülent Yerlikayalar xx.xx.2019-cu il tarixdə onun telefonuna bir neçə dəfə zəng vurmuş, lakin o cavab vennəmişdir. xx.xx.2020-ci ildə isə Burak Köleman Musa Zeki oğlu Cavabdeh MMC-nin mühasibinin telefonuna zəng vurub onun vasitəsilə Bülent Yerlikayalardan 50.000 manat pul tələb etmişdir. Həmin telefon danışığı zamanı Burak Köleman Musa Zeki oğlu mühasibə demişdir ki, əgər tələb etdiyi pulu ona verməsələr, Bülent Yerlikayalardan vergi orqanına şikayət edərək Bülent Yerlikayalann vergidən yayındığını deyəcəkdir. Bundan sonra isə Bülent Yerlikayalar Baş X1 İdarəsinə teleqram vurub Burak Köleman Musa Zeki oğlunun hərəkətlərindən şikayət etmiş, həmin şikayət ərazi aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. Sonradan (yəni xx.xx.2020-ci il tarixdən sonra) ofisdə müqavilələrin qoyulduğu fayldan Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqavilənin birinci və ikinci səhifələrindən görünür ki, həmin səhifələrdə Bülent Yerlikayalar imza etmədiyi halda, həmin səhifələrdə Burak Köleman Musa Zeki oğlu tərəfindən imzalar edilmişdir, həmdə həmin imzalar müqavilənin son səhifəsindəki imzaların icra edilməsində istifadə edilmiş qələmdən arqli qələmlə icra edilmişdir. Həmçinin, məlum olnmuşdur ki, müqavilənin birinci və ikinci səhifələrinə vurulmuş möhür yaşıl rəngdə, son səhifəsinə vurulmuş möhür isə göy rəngdədir. Burak Köleman Musa Zeki oğlu ilə bağlanmış müqaviləni imzalayan zaman hər iki tərəf müqavilənin bütün səhilələrini eyni qələmlə imzalamış və həmin vaxt müqavilənin bütün səhifələri göy rəngdə olan möhürlə təsdiq edilmişdi Həmin möhürün mürəkkəbi yaşıl rəngə xx xxxxxx 2019-cu il tarixdə, yəni müqavilə bağlandıqdan və təsdiq edildikdən sonra, möhürün mürəkkəbi qurtarmış olduğundan mühasib Gülnur xanımın yanında dəyişilmişdi. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC-nin ofisi bir otaqdan ibarətdir, həmin otaqda bütün işçilər birlikdə oturur. Burak Köleman Musa Zeki oğlu da həmin otaqda otururdu Şirkətin bütün sənədləri də həmin otaqda olurdu, möhür isə Bülent Yerlikayaların stolunda olurdu Buna görə otaqda olan hər kəs kimi Burak Köleman Musa Zeki oğlu da möhürün və sənədlərin harda saxlanıldığını yaxşı bilirdi. Bu səbəbdən nümayəndə və vəkil hesab etmişdir ki, Burak Köleman Musa Zeki oğlu işçilər otaqda olmayanda müqavilənin nüsxələrinin birinci və ikinci səhifələrini özünə sərf edən qaydada, yəni əvvəla müqavilənin bağlandığı tarixi dəyişərək həmin tarixi xx.xx.2019-cu il müqavilənin 2.1, 2.2, 3.2.1, 3.2.2-ci bəndlərini dəyişdirərək, həmin bəndlərdə onun qazancının guya 33 %olmasını göstərmiş, bundan sonra müqavilənin həmin səhifələrini öz imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmiş, lakin bu zaman möhürün yaşıl rəngdə olmasına ya fikir verməmiş, ya da əhəmiyyət verməmişdir. Müqavilənin son səhifələrini isə orada Bülent Yerlikayaların imzasını yalnız saxtalaşdırmaqla dəyişdirə biləcəyini başa düşdüyündən, son səhifəni dəyişərsə, Bülent Yerlikayaların imzasını da saxtalaşdırmalı olacağından çəkinərək, dəyişməmişdir. Müqavilənin birinci və ikinci səhifələrinin dəyişdirilməsinin başqa izahını yoxdur. Burak Köleman Musa Zeki oğlundan başqa bunu edə biləcək başqa biri də yoxdur». Elə təkcə qarşılıqlı iddia ərizəsinin bu hissəsi ilə Cavabdeh MMC-nin müqavilənin 1-ci və 2-ci səhifələrinin sonradan dəyişdirildiyini (saxtalaşdırıldığını) yalnız 15.01,2020-ci il tarixdən sonra bildiyi (aşkar etdiyi) təsdiq olunur. Həmin müqavilədə nəzərdə tutulıruş guya ilk iddiaçıya ödənilməli olan 33 % qazanc məsələsi də məhz, müqavilənin sonradan dəyişdirilmiş (saxtalaşdırıbmış) 1-ci və 2-ci səhifələrində göstərilmişdir. Bundan başqa hazırkı komnrrsiya işi məlikəmə tərəfindən görülmüş iddianın təmini tədbiri barədə tədbirlə bağlı xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, bundan sonra kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsində məhkəmə hazırlıq tlası xx.xx.2020-ci il tarixə təyin edilmiş, növbəti və ilk məlikəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, həmin iclasa qədər isə, yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən mülki iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır, çünki tərəflər ilk iddiaçının cavabdeh tərəfindən işə götürülməsi məsələsi ilə bağlı ilk dəfə xx.xx.2019-cu il tarixdə görüşmüşlər. Bu faktı ilk iddiaçının özü də məhkəmə iclasında etiraf etmiş, müqavilədə xx.xx.2020-ci il tarixinin səhvən yazıldığını göstəmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlıərinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, apelyasiya şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Doğan Dəmirkan ifadəsində bildirmişdir ki, Bülent Yerlikayalar ilə bir evdə qalmışdır. Burak Köleman Musa Zeki oğlu ilə Bülent Yerlikayaların yanında işləyirdi. Burak Köleman Musa Zeki oğluna onunla işləməyi təklif etmiş, lakin Burak Köleman Musa Zeki oğlu təklifi qəbul etməmişdir. Burak Köleman Musa Zeki oğlu, ona Bülent Yerlikayalar ilə qazancın 33 faizinin ödənilməsi şərti ilə işlədiyini bildirmişdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, mağazası var. Türkiyədə ortağı var idi. Bu zaman Burak bəy iş axtarırdı. Türkiyədəki ortağı Burak bəyin cv-sini göndərərək Burak bəylə görüşməyini bildirmişdir. xx xxxxxxxx 2019-cu ildə Burak bəylə görüşmüşdür. İşlərinin pis getdiyini demişdir. Burak bəy 4000 maaş istədiyini, 2000 maaş, 2000 prim olduğu halda da razılaşa biləcəyini bildirmişdir. Bülent bəyi Çinar Plazada işləyən vaxtdan tanıyır. Bülent bəylə Hard Rock adlı kafedə rastlaşmış, ona çox yaxşı bir işçi tanıdığını, onu işə götürə bilmədiyini, onun işə götürməsini bildirmişdir. Bundan sonra Burak bəyin Cv-sini Bülent bəyə göndərmişdir. Bülent bəy Burak bəylə özünün əlaqə saxlayacağını bildirmişdir. Burak bəyə 10 sentyabrda mesaj ataraq yeni işini təbrik etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Burak təxmini xx xxxxxxxx 2019-cu il tarixdə ofisə gəlmişdir. Burakla bağlanmış müqaviləyə şirkət tərəfindən düzəliş edilməmişdir. Şirkətin möhürü göy deyil, yaşıl rəngdə olmuşdur. Möhür əvvəl onun, sonradan Burakın sərəncamında olmuşdur. Buraka müqavilə əsasında iki dəfə, 2019-cu ilin sentyabr və oktyabr ayları üzrə ödəniş olmuşdur. Burakla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdehndə servis menecer işləmişdir. Burak bəy 2019-cu il sentyabrın 5-6-sı işə gəlmişdir. Bülent bəy Burak bəyi onlara rəhbər kimi təqdim etmişdir və koordinasiya rəhbəri kimi işləyirdi. Burak bəyin maaşı 2000 manat idi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Burak Köleman Musa Zeki oğlu vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC xx xxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2019-cu il tarixli Partnyorluq haqqında müqavilənin surətindən görünür ki, Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh MMC isə vasitəçilikdən əldə etdiyi qazanc mənfəətin 33 faiz həcmini Burak Köleman Musa Zeki oğluna verməyi öhdələrinə götürmüşlər. xx xxxx 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X2 və Burak Kölemen Musa Zeki oğlunun qarşılıqlı müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş e-mail yazışmalarından görünür ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif şəxslərlə işlərin görülməsi, yerinə yetirilməsi ilə bağlı yazışmalar aparmışdır. Həmin qərardan müəyyən olunur ki, CavabdehxxxxBurak Kölemen Musa Zeki oğlu arasında bağlanmış müqavilənin sonradan saxtakarlıq yolu ilə dəyişdirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin 5/341 saylı ekspert rəyinə əsasən təsdiqini tapmamışdır. xx xxxx 2019-cu il tarixli EBAH seriyalı 069865 saylı, xx xxxxxxx 2020-ci il tarixli EBAR seriyalı 442672 saylı və 442739 saylı elektron qaimələrin surətlərindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-nə hesabına müvafiq olaraq 6000 manat, 10000 manat və 5200 manat olmaqla, cəmi 21200 manat dəyərində hüquqi xidmət göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Burak Köleman Musa Zeki oğlu ilə Cavabdeh MMC arasında xx xxxxxx 2019- cu il tarixli Partnyorluq haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Burak Köleman Musa Zeki oğlu kommersiya sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəricilərini sayəsində Cavabdeh MMCnin sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh MMC isə vasitəçilikdən əldə etdiyi qazanc mənfəətin 33 faiz həcmini Burak Köleman Musa Zeki oğluna verməyi öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia ərizəsində Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etməsi, şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılıması bilavasitə Burak Köleman Musa Zeki oğlunun vasitəsi ilə və zəhməti, əməyi hesabına olması qeyd edilsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən halların təsdiqi kimi məhkəməyə tədqim edilmiş e-mail və whatsapp yazışmalarında Burak Köleman Musa Zeki oğlu tərəfindən hansı xidmətlərin göstərilməsi, xidmətlərin dəyərinin nə qədər təşkil etməsi, Cavabdeh MMC tərəfindən qazancın məhz Burak Köleman Musa Zeki oğlunun fəaliyyəti nəticəsində əldə etməsi müəyyən olunmadığından həmin sübutlar mötəbər hesab olunmamaqla ilkin iddianın əsaslılığına kifayət etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İlkin iddia ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iş üzrə, ilkin iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X10 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd etmişdir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin digər hissələrinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin digər hissələri müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir, hesab edir ki, birinci instansiya məhkəməsi hər iddianı və qarşılıqlı iddianı rədd edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur, ona görə iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-713/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar