Məhkəmə qərarları › İş №2-2(103)-206/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-206/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-206/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, МÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qətnaməsinə əsasən 6103,74 manat əsas borc, 1098,6 manat ƏDV məbləği olmaqla ümumilikdə 7202 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı MMMə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2- 2(113)-2093/2021 saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, e-2-2(113)- 2093/2021 saylı qətnaməsinin nəticə hissəsinin 2-ci abzasında yol verilmiş açıq hesab səhvləri düzəldilərək 11698,94 manat əsas borc, 2568,06 manat ƏDV məbləği, cəmi 14267 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMM-ə ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadından Cavabdeh MMC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkmə qərardadı qəbul edərkən texniki səhvə yol vermişdir. Belə ki, iddiaçı və cavabdeh arasında imzalanan və işdə əsas sübut olan 07.01.2020-ci il tarixli üzləşmə aktını və cavabdeh arasında imzalanan və işdə əsas sübut olan 07.01.2020-ci il tarixli üzləşmə aktını və Cavabdeh MMC tərəfindən edilən ödənişləri qarşılıqlı hesablayarkən məhkəmə cavabdeh tərəfindən imzalanan aktı imzalandıqdan sonra ödənilmiş 20000 manat məbləğində ödənişi aktda göstərilən qalıq məbləğindən (27552,90) çıxmalı olduğu halda, aktda göstərilən cavabdehin artıq iddiaçıya ödədiyi ödənişdən məbləğdən 34267 manat çıxmışdır. Buna əsasən məhkəmə yanlış olaraq 14267 manat məbləğində borcun olduğu qənaətinə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)- 2093/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsi 24 iyun 2021-ci il tarixli qətnaməni tərtib edən zaman onun təsviri-əsaslandırıcı hissəsində məbləğlərdən çıxılmalar edilərkən doğru olaraq 11698,94 manat əsas borc, 2568,06 ƏDV məbləği, cəmi 14267 manat məbləğində pulun cavabdehdən tutulmasını qeyd etmiş, lakin məhkəmə nəticə hissəsində texniki səhvə yol verərək məbləğləri yanlış qeyd etmişdir. Qətnamənin məzmunundan da görünür ki, təsviri-əsaslandırcı hissədə qeyd edilmiş üzləşmə aktında ümumi məbləğin 34267 manat olduğunu nəzərə alınaraq cavabdehin ƏDV ilə birlikdə 14267 manat (34267-20000=14267) borcu qalmışdır. Həmin borcun əsas hissəsi 11698,94 manat, ƏDV məbləği isə 2568,06 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinə əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayət ərizəsində qeyd etdiyi hallar qətnamədə düzəliş deyil, onun mahiyyətinin dəyişməsinə yönəldiyindən yolverilməzdir. Məhkəmə izah edir ki, qətnamənin əsaslandırıcı hissəsi və məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razı olmayan cavabdeh həmin qətnaməni apellyasiya şikayəti verməklə mübahisələndirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, e-2-2(113)-2093/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar