Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-208/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Ağazadə Nüsrət Qasım oğlunun katibliyi, ilkin iddiaçının nümayəndəsi Nümayəndə, həmin iddia üzrə Cavabdeh və onun nümayəndəsi vəkil X1 iştirakı ilə, İlkin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (“ASC”) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun, zərərin tutulmasına dair” ilkin və Cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı - iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2895/2021 №-li qətnaməsindən verilmiş hər iki tərəfin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İlkin iddia üzrə iddiaçı "xxxx" ASC Cavabdeh (VÖEN: **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2020-ci il tarixli, KTA KTT-20/1145 nömrəli “Aqrar Kredit və X13 ilə verilən subsidiya tətbiq edilən X15 Müqaviləsi”nə əsasən 9908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh da İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli КТA КTТ-20/1145 nömrəli Aqrar kredit və X13 ilə verilən subsidiya tətbiq edilən X15 müqaviləsinin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45039,8 manat pul və ona dəymiş 13000 manat ziyan olmaqla, cəmi 58039,8 manat pulun İddiaçı ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2895/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş və cavabdeh "xxxx" ASC-dən 35800 (otuz beş min səkkiz yüz) manat məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödəniməsi, qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İlkin iddiaçı "xxxx" ASC, apellyasiya şikayətində qətnamənin dəyişdirilərək Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə İddiaçı ASC-nin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1145 nömrəli Aqrar Kredit və X13 ilə verilən subsidiya tətbiq edilən X15 müqaviləsinin 11.1-ci və 8.2.1-ci bəndləri nəzərə alınmaqla, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin hakimi isə qeyd olunan xüsusatları nəzərə almadan, iddia tələbini əsassız şəkildə rədd etmişdir. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış 12.5, 12.5.1, 12.5.2, 12.5.3-cü 12.5.4-cü maddələrinə əsasən müqavilə ilə şərtləndirilmişdir ki, lizinq alan tərəfindən sığorta hadisəsinin (yanğın) baş verdiyi andan dərhal "xxxx"ASC-yə, həmçinin Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinə məlumat verməli idi. Sığorta hadisəsi qeydə alınmadığından lizinq obyekti olan texnikanın təmiri üçün xərclənən vəsait Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Hakim isə öz qərarında qeyd edib ki, “lizinq obyektinin alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır.” Halbuki yanğın hadisəsinin kimin təqsiri üzündən baş verməsi məhkəmə mübahisəsi olmamışdır. Bu faktın araşdırılması, təqsirin olubolmamasının müəyyənləşdirilməsi halı müvafiq təhqiqat orqanının işidir (təhqiqatçı təqsirin olub-olmamasını müvafiq ekspertizaların keçirilməsi, şahid ifadələrinin alınması, hadisə yerinə baxış keçirilməsi, yanğın təhlükəsizliyi qaydalarına əməl-olunub olunmaması, təbii və ya texniki amillərin yanğına və onun həcminə təsiri barədə mütəxəssis rəyinin alınması və.s üsullarla təsbit edir). Hakim isə heç bir zərurət olmadan lizinq obyektinin yanğını zamanı lizinq alanın təqsirli olub-olmamasına qənaət gətirir və bununla da qərarını öz qənaətinə görə əsaslandıraraq ədalətsiz qərar qəbul edir. Hakim qərarını əsaslandırarkən nəzərə almalı idi ki, lizinq müqaviləsi bağlandıqdan sonra lizinq obyekti lizinq alanın istifadəsində olmuşdur və istismar olunarkən alışıb yanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1 maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2895/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilib, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Qalan bütün nöqsanlara görə isə məsuliyyət daşıyır. Göstərilənlər qarşılıqlı iddia üzrə iddiada göstərilmiş və məhkəmə araşdırmasında da öz təsdiqinin tapmışdır. Qətnamədə də göstərilən, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Elə isə bu göstərilənlər məhkəmədə təsdiqini tapmasına baxmayaraq məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbini irəli sürsə də, həmin tələbini əsaslandırmaması səbəbindən iddianın bu hissəsini təmin etməmişdir. Qarşılıqlı iddianın ziyanın Cavabdeh 13000 manat məbləğində ziyanın vurulması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qətnamədə də göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığında Cavabdeh tərəfindən İddiaçı ASC-nin AZ40AİİB******************** nömrəli hesabına 35800 manat məbləğində vəsait ödənilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli 02 nömrəli ödəniş tapşırığında Cavabdeh tərəfindən İddiaçı ASC-nin həmin hesabına 6739,80 manat məbləğində və xx.xx.2021-ci il tarixli 03 nömrəli ödəniş tapşırığında onun tərəfindən İddiaçı ASC-nin sözügedən hesabına 2500 manat məbləğində vəsaitin ödənilməsi müəyyən olunmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh 45039,8 manat pulun ödəyib, kombayn almasının məqsədi gəlir əldə etmək olmuşdur. Məhkəmə araşdırılmasından da görünür ki,qarşılıqlı iddia üzrə cavabdehin təqsiri ucbatından qarşılıqlı iddiaçı gəlir əldə etmək əvəzinə, az müddətdə kombaynı iki dəfə təmir etdirmiş və kombaynın onun istifadəsində olmamasına görə ödədiyi pullara görə heç bir gəlir əldə edə bilməmişdir. Qarşılıqlı iddiaçının heyvanları satıb ödədəiyi pullar özündə olsaydı,həmin pullarla gəlir əldə edə bilməsinin sübut olmasına ehtiyac yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi – ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 693/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ilk iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi qismən – Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “...iş materiallarındakı 2020-ci il 12 may tarixli, “Sığortaçı” "xxxx" ASC ilə “Sığortalı” "xxxx" ASC arasında bağlanmış CPMİ 00328-20 saylı sığorta Şəhadətnaməsinin sonuncu bəndinə əsasən sığorta hadisəsi baş vedikdə Sığortalı (yəni "xxxx" ASC) olduqca tez bir zamanda (7/24) Sığortaçıya 050 253 55 22 və sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq dövlət orqanlarına xəbərdarlıq etməlidir. Beləliklə, həmin Şəhadətnamə ilə sığorta müqaviləsinin tərəfləri sığorta hadisəsi barədə sığortaçıya məlumat verilməsini faydalanan şəxs olaraq Cavabdeh deyil, məhz, “Sığortalı” "xxxx" ASC-nin vəzifəsi olaraq müəyyən etmişlər. Məhkəmələr tərəfindən müəyyən edilmiş hal isə ondan ibarətdir ki, Cavabdeh yanğın hadisəsi barədə dərhal lizinq şirkətinə - sığortalıya məlumat vermişdir... apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Sığorta Şəhadətnaməsinin qeyd edilən bəndi nəzərə alınmamış, Sığortalının vəzifəsi olaraq müəyyən edilmiş hadisə barədə xəbər vermə əsassız olaraq Cavabdeh öhdəliyi kimi müəyyən edilmiş, bu isə öz növbəsində düzgün olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir( b.b. 61-63)...” İşə yoxlanılan olunan hissədə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak edən ilkin İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmşdir ki, sığorta hadisəsi (yanğın) barədə Cavabdeh tərəfindən sığortaçıya dərhal məlumat verilməmiş, lizinq verənə 1 ay sonra məlumat verilmiş, bundan sonra yalnız lizinq verən (sığortalı) tərəfindən sığortaçıya sığorta ödənişi ilə bağlı müraciət olunmuş, beləliklə də cavabdehin təqsiri üzündən sığorta ödəniş verilməsindən imtina olunmuşdur. Odur ki, hesab edir ki, həmin hissədə qətnamə ləğv olunaraq ASC-nin iddiası təmin olunaraq kombaynın təmirinə sərf olunmuş 26.262,52 manat pul vəsaiti cavabdehdən idiaçının xeyrinə tutulmalıdır. İlkin iddia üzrə Cavabdeh və onun nümayəndəsi A.Həsənov məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişlər ki, xx.xx.2020-ci il tarixində sığorta hadisəsi baş verdiyini, elə həmin gün də "xxxx" ASC-yə yanğın aktında göstərilən əlaqə telofonunna (051 207-11-98) zəng edərək yanğın hadisəsi barədə məlumat vermiş, cavabdehin Hafiz Mirzəyev adında əməkdaşı hadisə yerinə gəlmiş və onın iştirakı ilə yanmış kombayn yanğın hadisəsi baş verən tarladan təmir yerinə gətirilmiş, bu barədə onun iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Ona görə də lizinq obyektinin təmirinə görə iddiaçının cavabdehə qarşı pul tələbi əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmasını məhkəmədən xahiş edirlər. İİ. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri, MPM-in 420-ci maddəsinin tələbləri qaydasında nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçı "xxxx" ASC-nin apellysiya şikayəti təmin edilmədən , yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, hazırkı məhkəmə araşdırmasının predmetini ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq obyekti olan kombaynın təmiri üçün xərclənən 26262,52 manat məbləğində vəsaitin sonuncudan iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təşkil edir. Həmin xərc məbləğin yaranma mənşəyi ilə bağlı birinci instansiya məhkəməsi öz qərarında istinad etdiyi hallar aşağıdakılardan ibarətdir: “ - 000551 nömrəli xx.xx.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, texnikaya baxış zamanı aşkar olunmuşdur ki, yanacaq sisteminə su düşüb. Aşağı su ayrıcı filteri açdıqda məlum olmuşdur ki, filter yarısından su ilə doludur. Bu da filterin suyu yanacaq nasosuna buraxmasına səbəb olmuşdur. - 000560 nömrəli xx.xx.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, yanacaq sisteminə su düşdüyü üçün forsunka və nasos sıradan çıxmışdır. Elektrik bölməsində əsas magistral kabel qısa qapanmada əsas kabel və relyelər sıradan çıxmışdır. Bütün elektrik göstəriciləri işləmir. Ötürücü kameranın sol yastığında səs var. Qarğıdalı başlığına qoşulan kardanın qoruyucusunun üstündə sınıq var. Başlığın içərisində də zədə var. Biçici çinlərin bir neçəsi (iki ədəd) dəyişilmişdir. Pilləkan aşağısı dəyişilmişdir. Salonun içərisinə əlavə çexol çəkilimişdir. Elektrik sistemi nasaz olduğu üçün elektrik işıqları yoxlanılmamışdır. Bazada təkrar olaraq yoxlanılacaqdır. - xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X5, Qobustan rayon Xilmilli kənd sakini X10, Qobustan rayon Xilmilli kənd sakini X3 və Claas Dominator 130 kombayn sürücüsü X6 bu aktı ondan ötəri tərtib etmişlər ki, Qobustan rayon Xilmilli kənd ərazisində X2 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman xx.xx.2020-ci il tarixində Claas Dominator 130 kombayn qəflətən alışmış, sürücüsü X6 və kənd sakinləri X10, X5, X3 tərəfindən kombaynda olan yanğınsöndürən balonla söndürülmüşdür - "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış hesab fakturadan görünür ki, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26262,52 manat (22256,37 manat əsas + 4006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00328-20 saylı Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız xx.xx.2020-ci il tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixində İddiaçıASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-nin əməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danşığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldığdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərəkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubunuzda qeyd edilən hadisənin xx.xx.2020-ci il tarixində deyil iyun ayında baş verdiyi, həmçinin hadisə barədə məlumatın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil yalnız 2 ay sonra İddiaçıASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub olmadığını müəyyənləşdirmək təəssüf ki mümkün olmamışdır. Daha sonra, məhkəmə, tədqiq olunan sübutlarla müəyyən edilən hallara qiymət verərək qeyd etmişdir ki, “...Cavabdeh lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyul ayında kombaynla bağlı yanğın hadisə baş verdikdən sonra kombaynı "xxxx" ASC-yə təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, kombaynın lizinq alanın istifadəsində qısa müddətdə (xx.xx.2020-xx.xx.2020-ci il) istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış, onda yuxarıda qeyd olunan nasazlıqlar aşkar olunmuşdur. İlk iddia üzrə cavabdeh iddiaçıya müraciətlər edərək, lizinq obyektinin başqası ilə əvəz olunmasını təklif etmişdir. lizinq alan lizinq obyektindən qısa müddət ərzində istifadə edə bilmiş, onda da kombayn iki dəfə təmirə getmiş, sonra qeyd olunan hadisə baş vermişdir.Göründüyü kimi, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. lizinq alan lizinq obyektinin onun istifadəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. lizinq obyektinin təhvil alandan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia əsassız olduğundan təmin olunmamalıdır...” İşin tədqiq olunan sübutlarla müəyyən olunan halları belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının, lizinq obyekti olan kombaynın təmirinə çəkilən xərcin ödənilməsinə dair iddia tələbinin rədd edilməsi əsaslıdır. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən əsas etibarı ilə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh yanğın hadisəsi baş verdikdən 2 ay sonra ona məlumat verdiyindən, ASC sığortaçıdan ("xxxx"ASC-dən) sığorta ödənişi ala bilməmişdir. Lakin iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmaq mümkün deyil. Birincisi ona görə ki, onun öz əməkdaşının (Hafiz Mrzəyev) iştirakı ilə, həm də ona məxsus xüsusi formaya malik yaşıl rəngli forma blankda tərtib olunmuş xx.xx.2020-ci il tarixli 000560 No-li təmir aktında (i.v.103) iddiaçının istinad etdiyi yanğın hadisəsi barədə məlumat verdiyi əlaqə nömrəsi (051 207-11-98) mövcuddur və həmin aktda kombaynın texniki nasazlıq üzündən, başqa sözlə, cavabdehin təqsiri olmadan yandığı təsbit olunur. İkincisi, qeyd olunduğu kimi, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X5, Qobustan rayon Xilmilli kənd sakini X10, Qobustan rayon Xilmilli kənd sakini X3 və Claas Dominator 130 kombayn sürücüsü X4 iştirakı ilə tərtib olunmuş aktda da məhz, yanğın hadisəsinin xx.xx.2020-ci il tarixdə kombaynın yanması faktı təsdiq olunur. Üçüncüsü, Qala Sığorta” ASC-nin qeyd olunan məktubundan göründüyü kimi hadisəsindən 1 ay 10 gün keçdikdən sonra, xx.xx.2020- ci il tarixində yalnız ilkin İddiaçı ASC-nin (sığortalı) əməkdaşı Zaur Adıgözəlov sığortaçı "xxxx" ASC-yə məlumat vermiş, sonuncu isə artıq mübahisələndirilən texniki təmir olunduğundan hadisənin sığorta hadisəsi olub olmadığını müəyyənləşdirmək mümkün olmadığı əsas gətirilərək sığortalı İddiaçı ASC-yə sığorta ödənişi aparmaqdan imtina etmişdir. Tədqiq olunan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş təmir aktından isə görünür ki, sığortalının nümayəndəsinin iştirakı ilə texniki təmir yerinə aparılmışdır. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış X15 müqaviləsindən isə görünür ki, lizinq obyekti 5 il müddətinə lizinq verən tərəfindən sığortalanır (b.12.1), lizinq alan sığorta hadisəsi baş verdikdə, lizinq obyekti və ya hissələri zədələndikdə (korlandıqda) tam məhv edildikdə, itirildikdə, talandıqda hadisənin baş verməsi barədə bildiyi andan dərhal birinci növbədə lizinq verənə məlumat verməlidir (b.12.5.1.) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbindən isə görünür ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından da göründüyü kimi, Cavabdeh tərəfindən lizinq müqaviləsinin qeyd olunan bəndi ilə üzərinə düşən həmin müqavilə öhdəliyini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin iddiaçının qeyd olunan tələbi üzrə mülki məsuliyəti istisna olunur. Onu da qeyd etmək lazıdır ki, tərəflər arasında bağlanmış X15 müqaviləsinin 12.1-ci bəndinin şərti qaydasında lizinq verən İddiaçı ASC ilə "xxxx" ASC ilə sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) bağlanmış və işə əlavə olunmuş həmin müqaviləyə əsasən sığorta hadisəsi baş vedikdə Sığortalı ("xxxx" ASC) olduqca tez bir zamanda (7/24) Sığortaçıya 050 253 55 22 və sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq dövlət orqanlarına xəbərdarlıq etməlidir (sonuncu bənd). Göründyü kimi, sığorta hadisəsi barədə sığortaçını xəbərdar etmək vəzifəsi sığortalı "xxxx" ASC-nin müqavilə öhdəliyi olduğu halda, sonuncu üzərinə düşən həmin öhdəliyini lazımnca yerinə yetirməmiş, lizinq obyekti zədələnsə və yansa da, sığortalı bu barədə təmir aktları tərtib etməklə kifayətlənmiş, sığortaçıdan sığorta ödənişinin almaq üçün demək olar ki, hərəkətsizlik etmiş, ən azından sığortaçıya qarşı sığorta ödənişi tələbi ilə məhkəmədə iddia qaldırmaq imkanını belə qaçırmış, mübahisəli texnikaya çəkilmiş həmin xərci cavabdehdən məhkəmə yolu ilə almağı üstün tutmuşdur. Mülki Məcələsinin 448.2-ci maddəsi isə nəzərədə tutur ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı "xxxx" ASC-nin təmir xərclərinə görə 26262,52 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə iddia tələbi əsassızdır. Bu baxımdan məhkəmə kollegiyası həmin hissədə id ilkin iddiaçının tələbinin rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun təmir xərclərinə dair iddia tələbinin rədd edilməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2895/2021 №-li qətnaməsi, yoxlanılan hissədə (Cavabdeh "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması tələbinin rədd olunması hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2895/2021 №-li qətnaməsi, yoxlanılan hissədə (Cavabdeh "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması tələbinin rədd olunması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-208/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-208/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver