Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-219/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçılar X2 və İddiaçı2 cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar X2 və İddiaçı2 cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prossesində olan Cavabdeh ASC-dən İddiaçı2 MMC-yə məxsus 600000 manat və iddiaçı X1 məxsus 60000 manat pul vəsaitinin tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, e-2-2(113)-6929/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)- 6929/2022 saylı qərardadı ilə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilən şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 saylı qərardaddan iddiaçıların nümayəndəsi və vəkili tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehdən tələb olunan pul məbləğləri ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin debitor-kreditor borcları ilə bağlı deyildir. Məhkəmənin də qeyd etdiyi kimi Cavabdeh müflis elan edildikdən sonra Cavabdeh ASC-nin rəhbər işçiləri barəsində istintaq edilən cinayət işinin istintaqı zamanı iddiaçılara əsassız və qanunsuz olaraq Cavabdeh ASC-nin hesabına 660.000 manat pul vəsaiti köçürdülmüşdür. Həmin cinayət işi iddiaçılara münaslbətdə xitam edilmiş, məhkəmənin qərarı ilə bəraət hökmü çıxarılmış və bu hökm qanuni qüvvəsini almışdır. Banka köçürülmüş qeyd olunan pul vəsaitlərinin bankın müflisləşməsi ilə bağlı Bakı Apellyasiya məhkəməsinin qəbul etdiyi qərara, həmin qərarla müəyyən edilmiş debitor və kreditorların borclarına aidiyyəti yoxdur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-3(103)- 29\2022 saylı qərardadı vardır, həmin qərardad da iddia ərizəsinə əlavə edilmişdir. Nəticədə, ləğv prossesində olan Cavabdeh ASC iddiaçıların hədə-qorxu təsiri altında banka köçürdükləri 660.000 manat məbləğində pul vəsaiti hesabına əsassız varlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 nömrəli qərardadı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6929/2022 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 6929/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, iddia tələbi müflis elan olunmuş ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı irəli sürülmüşdür. Belə ki, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarında deyilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müflis elan olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və qanunun tələbləri baxımından həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan bütün məhkəmə araşdırmaları və cavabdehdən alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar X2 və İddiaçı2 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6929/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-219/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-219/2023
25.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver