Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-219/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-880/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İlk iddia üzrə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 36980 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3698 manat cərimənin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərc olmaqla, cəmi 40878 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 45708,48 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3500 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,72 manat olmaqla, cəmi 49948,20 manat məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiasının təmin edilməməsi, tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-cı ıl tarixli beıon alqısatqısı müqaviləsinin ləğv edilməsi, 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq, Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-880/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 45708,48 manat (qırx beş min yeddi yüz səkkiz manat qırx səkksiz qəpik) (ƏDV daxil) qalıq borc, 2000 (iki min) manat cərimə, 500 (beş yüz) hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,12 manat (iyirmi yeddi manat on iki qəpik) olmaqla, cəmi 48435,60 manat (qırx səkkiz min dörd yüz otuz beş manat altmış qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-880/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə pul tələbinə dair qarşıqlı iddia ərizəsi tərəflər arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-cı ıl tarixli beıon alqı-satqısı müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanması qərara alınmışdır.
6. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-880/2024 nömrəli qətnaməsinin ləğv olunması və ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil olmaqla 172361.48 manat (146069.05 manat əsas, ƏDV-si 26292.43) məbləğində beton məhsullarının verildiyini, həmin məbləğin 126.653 manatının (ƏDV daxil olmaqla) ödənildiyini, 45708.48 manat (ƏDV daxil olmaqla) borcunun qaldığını qeyd edir. Cavabdeh MMC isə tərəflər arasında ƏDV daxil olmaqla 172361.48 manat məbləğində beton məhsullarının alqı-satqısının həyata keçirilmədiyini, 45708.48 manat (ƏDV daxil olmaqla) borcunun olmadığını, əksinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə ödənişlər etdiyini, lakin 9499 manat (ƏDV daxil olmaqla) dəyərində betonməhsulunun təhvil verilmədiyini qeyd edir. İş materallarından da göründüyü kimi həmin 6 ədəd elektron qaimələrin təhvil təslim hissəsində Cavabdeh MMC-nin imzası və möhrü yoxdur. Lakin iş materaillarında olan qəbzlər ilə təsdiq edilir ki, həmin qaimələr üzrə ödənişlər edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli 3 ədəd qaimədə və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 20 ədəd qaimədə təhvil təslim hissəsində Cavabdeh MMC-nin imzası və möhürü yoxdur. İddiaçı MMC iddia tələbində məhz bu qaimələr üzrə Cavabdeh MMC-dən pul tələb etməkdədir. Lakin iddiasında həmin elektron qaimlər ilə bağlı heç nə qeyd etməmişdir. Həmin qaimələrdə təhvil təslim hissəsində Cavabdeh MMC-nin imzası və möhrü yoxdur. Qeyd edilən aprel və sentyabr ayları üzrə beton məhsulları Cavabdeh MMC-yə təhvil verilməmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndini əsas götürmüşdür. Həmin bəndə görə satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil təslim aktı imzalaya bilərlər. Müqavilədə belə bir bənd olmasına baxmayaraq elektron qaimənin alıcıya göndərilməsi özü-özlüyündə alqı-satqı müqaviləsinin predmeti olan beton məhsulların da alıcının mülkiyyətinə verməsi (təhvil verilməsi, çatdırılması) və alıcının məhsulu qəbul etməsi kimi qiymətləndirilə bilməz. Çünki alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. Bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində bu cür təsbit edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Lakin iş materiallarında olan müqavilənin 3.7-ci bəndi ilə göstərilmiş qayda alqı-satqı müqaviləsinin qanunda müəyyənləşdirilmiş məcburi qaydalarına (imperativ normalara) uyğun olan şərt olmamışdır. Çünki elektron qaimənin təqdim edilməsi həm də məhsulun təqdim edilməsini, alıcının mülkiyyətinə verilməsini özündə ehtiva edə bilməz. Elektron qaimə vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən göndərilməsi vergi ödəyicisini olaraq vəzifələridir, hüquqi şəxslər arasında hesablaşmaların aparılması üçün edilir və göndərilməməsi (təqdim edilməsi) müvafiq məsuliyyətə səbəb olur. Elektron qaimənin geniş mahiyyəti Vergilər məcəlləsində öz əskini tapmışdır. Qanunvericilikdə elektron qaimə fakturanın “malın alıcının mülkiyyətinə verilməsi”, “təhvil təslim aktını” əvəz etməsi anlamına gəldiyi barədə hər hansı bir norma təsbit edilməmişdir. Bundan başqa müqavilənin 3.7-ci bəndinin məzmununda qeyd edilmişdir ki,elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, malalıcı tərəfindən qəbul edilmiş sayılır. Elektron qaimənin təqdim edilməsi ilə malın təhvil verilməsi eyniləşdirilmişdir. Başqa sözlə bu bəndə görə satıcı elektron qaimə təqdim etdikdən sonra heç reallıqda malı alıcıya verməsə belə alıcıya vermiş sayılır. Təbii ki, bu cür bənd qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına uyğun deyil və məntiqi reallıqdan da uzaqdır. Məhkəmə isə ilk iddianı təmin edəkən, qarşılıqlı iddiaya qiymət verərkən məhz müqavilənin bu bəndinə əsaslanmış, tərəflər arasında təhvil-təslim aktına ehtiyac olmadığı qənaətinə gəlmişdir. Halbuki alqı-satqının baş tutması üçün məhsul həqiqətdə alıcıya təhvil verilməlidir. Elektron qaimənin təqdim edilməsi malın alıcının mülkiyyətinə verilməsi ilə eyniləşdirilməməlidir. Göndərilən elektron qaimələrdən bəzilərinin imzalanıb möhürlənməsi, bəzilərinin isə imzalı-möhürlü olmamasına münasibət göstərərkən də məhkəmə yenə də həmin bəndə istinad etməklə öz mövqeyini əsaslandırmışdır. Əgər məhkəmə obyektiv həqiqətin üzə çıxması üçün araşdırma aparmışdırsa, hansı səbəbdən elektron qaimələrin bir qisminin (daha çox hissəsinin) imzalı, möhürlü, az qisminin isə imzalı, möhürlü olmamasına və ya nəyə görə tərəflərin elektron qaimələri imzalayıb möhürlədiklərini, bunu nə üçün etdiklərinə düzgün qiymət verməli idi. İş üzrə mövcud olan sübutlara düzgün qiymət verilsəydi, aydın olacaq idi ki, İddiaçı MMC–nin iddiası əsassız, Cavabdeh MMC-nin qarşılıqlı iddiası əsaslıdır. Bundan başqa birinci instansiya məhkəməsi təkrar ekspertizanın təyin edilməsinə dair vəsatətə də qiymət verməmişdir. Bütün bu qeyd edilənlər göstərir ki, məhkəmə icraatında olan iş üzrə düzgün araşdırma aparmamış və işdə olan hallara səhv qiymət vermişdir. Beləliklə də aydın olur ki, qətnamə qəbul edilərkən maddi və prosessual normaları pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız ilk iddianın təmin edilən və qarşılıqlı iddia hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
29. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Satıcı qismində "xxxx" MMC (indiki İddiaçı MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, AB/B-10/0922 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC Cavabdeh MMC tərəfindən qalıq borcun qaldığını iddia edərək, hazırkı iddia tələbi ilə müraciət etmiş, Cavabdeh MMC ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə məhkəmə tərəfindən borc məbləğinin müəyyən edilməsindən ötrü məkhəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 9/3413 saylı ekspert rəyi məhkəmə təqdim edilmişdir.
30. Ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan ƏDV depozit hesabından çıxarış sənədləri, ödəniş sənədləri, elektron qaimə məlumatları və s. əsasən iş materiallarında olan hər iki tərəfdən imzalanmış və möhürlənmiş elektron qaimələrə əsasən malın məbləği 100507,05 manat, həmin məbləğin əlavə dəyər vergisi 18091,27 manat, ümumilikdə imzalanmış və möhürlənmiş elektron qaimələrin məbləği 118598,32 manat müəyyən edildi. Bundan başqa təqdim edilmiş iş materiallarında olan tərəflərin möhürü və imzası olmayan elektron qaimələr üzrə malın məbləği 2023-cü ilin aprel ayı üzrə 3 qaimə, 2023-cü ilin avqust ayı üzrə 6 qaimə, 2023-cü ilin sentyabr ayı üzrə 20 qaimə nəzərə alınmaqla, malın əsas məbləği 45562 manat, həmin məbləğin əlavə dəyər vergisi 8201,16 manat olmaqla, ümumilikdə tərəflərin möhürü və imzası olmayan elektron qaimələrin cəmi məbləği 53763,16 manat müəyyən edildi. Göstərilənlə bağlı qeyd edilir ki, Cavabdeh MMC-nin təqdim etdiyi, ikinci cildin 117- 118-ci səhifələrində öz əksini tapmış ərizədə möhürü və imzası olmayan elektron qaimələrin cəmi 6-sı göstərilmişdir ki, həmin qaimələr də 2023-cü ilin avqust ayının qaimələridir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi isə möhürü və imzası olmayan elektron qaimələrin sadəcə 2023-cü ilin avqust ayında deyil, 2023-cü ilin aprel və sentyabr aylarında da mövcud olması müəyyən olundu. İddiaçı MMC-nin tələb etdiyi borcun da böyük hissəsi həmin aylarda yaranmış borcdan ibarətdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla, 172361,48 manat (146069,05 manat əsas, ƏDV-si 26292,43) məbləğində beton məhsullarının verildiyi müəyyən olundu. Təqdim edilmiş iş materiallarında olan ödəniş sənədlərinə əsasən aparılmış ödənişlərin 107333,05 manat əsas məbləğ, ƏDV depozit hesabından çıxarışa əsasən 19319,95 manat ƏDV məbləği, ümumilikdə isə 126653 manat olduğu müəyyən edildi. Beləliklə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış AB/B-10/0922 saylı, 01 sentyabr 2022-ci il tarixli beton alqısatqısı müqaviləsi üzrə qalıq borcun məbləği (əsas məbləğ (146069,05 - 107333,05) 38736 manat, ƏDV məbləği (26292,43 - 19319,95) manat, ümumilikdə qalıq borcun 45708,48 manat olması müəyyən edilmişdir.
31. İlk iddia üzrə cavabdeh tərəf alqı-satqısı müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən rəsmi şəkildə təhvil alınmış beton məhsulunun dəyərinin tam şəkildə ödənildiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
32. Məhkəmədə nümayəndə Cavabdeh MMC-nin 45708,48 manat (ƏDV daxil) dəyərində beton məhsulunu İddiaçı MMC-dən sifariş vermədiyini, o cümlədən sonuncunun həmin dəyərdə hər hansı bir məhsulu və ya həmin məhsulun keyfiyyətinə dair sənədi Cavabdeh MMC-yə təhvil vermədiyini, əksinə, alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC-nin 2023- cü ilin avqust ayı ərzində İddiaçı MMC-yə 9499 manat (ƏDV daxil) pul vəsaiti ödədiyini, lakin sonuncunun bu günə kimi həmin dəyərdə beton məhsulunu Cavabdeh MMCyə təhvil vermədiyini, müqavilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən deyil, İddiaçı MMC tərəfindən pozulduğunu bildirsə də, məhkəmə hesab etmişdir ki, qeyd olunanlar əsassız sayılmalıdır.
33. Belə ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhviltəslim aktı imzalaya bilərlər.
34. Göründüyü kimi, hüquqi şəxs olan tərəflər azad surətdə bağladıqları (həmin hal mübahisələndirilmir) müqavilənin məzmununu müəyyənləşdirmiş və razılaşmışlar ki, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Məhkəmənin qənaətinə əsasən hazırkı halda ödənişi tələb olunan mallar alıcı tərəfindən qəbul edilmişdir. Həmin qənaətə gələrkən eyni zamanda nəzərə alınmışdır ki, əvvəla, göndərilən elektron qaimələr alıcı tərəfindən ləğv edilməmiş, geri qaytarılmamış, mübahisələndirilməmiş, qəbul edilmiş, qismən ödənişlər edilmişdir.
35. Təhvil-təslim aktlarının tərtibinə gəlincə, göründüyü kimi, tərəflər müqavilədə əlavə olaraq müvafiq təhvil-təslim aktlarının imzalaya biləcəyini qeyd etmişlər, yəni belə aktlar tərtib oluna da bilər, tərtib olunmaya da bilər. Müəyyən olunmuşdur ki, tərəflər arasındakı münasibətlərdə heç vaxt təhvil-təslim aktları tərtib olunmamışdır. Göndərilən elektron qaimələrdən bəzilərinin imzalanıb möhürlənməsi, bəzilərinin isə imzalı-möhürlü olmamasına münasibətdə qeyd olunur ki, əvvəla, yenə də müqavilənin 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır, ümumiyyətlə elektron qaimələrin mütləq şəkildə imzalanıb möhürlənməli olması qaydası müqavilədə də nəzərdə tutulmamışdır. Bundan başqa, imzalanıb möhürlənməmiş qaimələr üzrə də ödənişlər edilmişdir ki, bu da ilk iddia üzrə cavabdehin dəlillərinin əsassız olduğunu göstərir.
36. Beləliklə, məhkəmə qanunvericilik normalarını, ilkin iddia üzrə cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və xx.xx.2024-cü il tarixli, 9/3413 saylı ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən 45708,48 manat (qırx beş min yeddi yüz səkkiz manat qırx səkksiz qəpik) (ƏDV daxil) qalıq borc tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan əlavə iddiaçı cavabdehdən 3500 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
38. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh MMCyə ümumilikdə ƏDV daxil olmaqla 172361.48 manat (146069.05 manat əsas, ƏDV-si 26292.43) məbləğində beton məhsullarının verildiyini, həmin məbləğin 126.653 manatının (ƏDV daxil olmaqla) ödənildiyini, 45708.48 manat (ƏDV daxil olmaqla) borcunun qaldığını qeyd edir.
39. Cavabdeh MMC isə tərəflər arasında ƏDV daxil olmaqla 172361.48 manat məbləğində beton məhsullarının alqı-satqısının həyata keçirilmədiyini, 45708.48 manat (ƏDV daxil olmaqla) borcunun olmadığını, əksinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə ödənişlər etdiyini, lakin 9499 manat (ƏDV daxil olmaqla) dəyərində beton məhsulunun təhvil verilmədiyini qeyd edir. İş materiallarından da göründüyü kimi həmin 6 ədəd elektron qaimələrin təhvil-təslim hissəsində Cavabdeh MMC-nin imzası və möhrü yoxdur. Lakin iş materiallarında olan qəbzlər ilə təsdiq edilir ki, həmin qaimələr üzrə ödənişlər edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli 3 ədəd qaimədə və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 20 ədəd qaimədə təhvil-təslim hissəsində Cavabdeh MMC-nin imzası və möhrü yoxdur.
40. Tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər.
41. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 3.7-ci bəndində təhvil təslimin həyata keçirilməsi elektron qaimənin alıcıya təqdim edilməsi ilə razılaşdırılmışdır. Təhvil-təslim aktı isə əlavə sənəd kimi tərtib edilə bilər. Yəni təhvil-təslim aktı imperativ xarakter daşımır. Bəzi qaimələrdə imza və ya möhürün olmamasına münasibətdə qeyd olunmalıdır ki, müqavilənin həmin bəndində qaimənin alıcı tərəfindən qəbul edilməsi təsdiqdən və ya ləğv edilməsindən asılı edilməmişdir.
42. Qarşılıqlı iddia üzrə iddia tələbi isə 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsindən ibarətdir. Həmin məbləğin ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Həmin ödəniş tapşırıqlarından müəyyən olunur ki, ödənişlər (ümumilikdə 8050 manat) xx.xx.2023-cü ildə İddiaçı MMC tərəfindən 2023-cü ilin avqust ayında göndərilən elektron qaimələr üzrə edilmişdir. Qarşılıqlı iddiaçı həmin ödənişlərin əsassız olaraq ödənildiyini bildirərək, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddianı əsassız saymışdır. Həmçinin o da diqqətə alınmalıdır ki, qarşılıqlı iddiaçı ödənişləri 2023-cü ilin avqustunda etsə də, yalnız ilk iddiaçı məhkəməyə müraciət edəndən sonra həmin ödənişlərin geri qaytarılması ilə bağlı müraciət etmiş, həmin vaxtadək həmin ödənişlərin əsassızlığını mübahisələndirməmişdir. Həmçinin ilk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna edir. O baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi ilə əlaqədar qarşılıqlı iddiaçı tərəfindən tələbin əsaslılığını sübuta yetirən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
43. Cavabdehin qeyd etdiyi kimi müqavilənin 3.7-ci bəndi alqı-satqı ilə bağlı mülki hüquq normalarında müəyyən edilmiş imperativ qaydalara zidd deyildir. Mülki Məcəllənin 570-ci maddəsi satıcının əşyanı vermək vəzifəsinin icrası məqamını tənzimləyən normadır (bax 21-ci bənd). Həmin normanın məzmunundan görünür ki, dispozitiv normadır. Yəni tərəflər başqa qayda müəyyən etməyiblərsə, qanun tətbiq edilir. Müqavilədən görünür ki, tərəflər başqa qayda barədə razılığa gəlmişlər. İddiaçının e-qaiməni göndərməsi təhviltəslimi əvəz edir, bundan sonra cavabdehin vəzifəsi isə pulu ödəməkdir. İddiaçı malı təhvil verməsinə dair sübutetmə vəzifəsini yerinə yetirdiyinə görə qarşılıqlı iddiaçının pul tələb etməsi tələbi əsassızdır.
44. Cavabdeh iddiaçının iddia tələbini dəqiqləşdirmə barədə verdiyi ərizəsinin mediasiya arayışında qeyd edilməməsini qanunvericiliyin pozuntusu hesab edir. İddiaçı xx.xx.2024-cü il tarixdə tələbin həcmini artırmışdır.
45. Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 14) ilə 3.2-ci maddədə, 28-ci maddənin adında, 28.1-ci maddədə və 29-cu maddənin adında “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilmişdir.
46. Göründüyü kimi iddiaçı tələbin həcmini artırmaq barədə ərizə verəndə kommersiya işlərində mediasiya prosesinin məcburiliyi barədə norma Mediasiya haqqında qanundan çıxarılmışdır. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi tələbin həcminin artırılması zamanı məhkəmə tərəfindən prosessual pozuntuya yol verilməmişdir.
47. Cavabdehin nümayəndəsi apellyasiya icraatında təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Vəsatət belə əsaslandırılmışdır ki, rəy mövcud reallığı əks etdirmir, natamamdır, həmçinin sualların bir qisminə düzgün cavab verilməmiş, ekspert şəxsi mülahizələrini əlavə etmişdir.
48. Ekspert rəyindən görünür ki, ekspert imzalı olan qaimələri və imzasız qaimələri ayrı-ayrılıqda hesablayaraq ödənilmiş və ödənilməyən məbləğləri müəyyən etmişdir. Eqaimələrə ekspert hüquqi qiymət verməmiş, şəxsi mülahizələrini əlavə etməmişdir. Məhkəmə e-qaimələrə hüquqi qiymət vermişdir. İmzası olmayan e-qaimənin ekspert tərəfindən hesablanma zamanı nəzərə alınması ekspertiza tədqiqatının təbiətinə zidd deyildir. Göründüyü kimi vəsatətin dəlilləri əsaslı hesab edilə bilməz. Odur ki, təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur.
49. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
51. Məhkəmə qeyd edilənləri rəhbər tutaraq ədalətli olaraq dəbbə pulunun miqdarını azaltmış, əsas borc əsaslı olduğu üçün dəbbə pulunun tutulması qanuni olmuşdur.
52. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-880/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.