Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-22/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili Əsədov Anar Əsədulla oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı “borcun silinməsi, pulun hesaba qaytarılması” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 298/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında arasında “Müəssisə və obyektlərin təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında” xx.xx.2010-cu il tarixli, 2794-12- 10 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Cavabdeh müqavilə üzrə öhdəliyini icra edərək iddiaçını təbii qazla təchiz etmiş, sonuncu da öz növbəsində Cavabdeh xeyrinə müvafiq ödənişləri həyata keçirmişdir. Lakin müəyyən dövrlər üzrə tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmışdır. Müəyyən dövrlərdə iddiaçı təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində iddiaçı barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır. Hazırda ilkin iddia tələbi üzrə iddiaçı "xxxx" MTK hesablanmış borcun silinməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə borcun tutulmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 732640,92 (yeddi yüz otuz iki min altı yüz qırx manat doxsan iki qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması və dövlət rüsumuna görə ödənilmiş 1049,78 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı şossesinin sol tərəfi ünvanda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus qeyri-yaşayış sahəsi (Qazanxana) xx.xx.2010-cu il tarixli, 2794- 12- 10 saylı müqavilə əsasında **********00700 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2016-cı ilin ikinci yarısına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MTK-ya 2016-cı ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək ayrı-ayrı tarixlərdə ümumi məbləği 759783,78 manat olan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Ümumi mübahisə məbləğinin bir hissəsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Ümumi mübahisə məbləğinin 347499,40 manat hissəsi Ali və Bakı Apellyasiya Məhkəmələrinin qətnamələrindən irəli gəlir. Belə ki, xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilat tərəfindən iddiaçının istifadəsində olan ELSTER G-100 tipli, 83045291 nömrəli qaz sayğacı çıxarılaraq götürülmüşdür. Qaz sayğacı olmadığı müddət ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh tərəf qanunvericiliyin tələblərinə zidd şəkildə iddiaçıya artıq borc hesablamışdır. Bununla bağlı "xxxx" MTK tərəfindən 2018-ci ildə ümumi məbləğdə 459986 manat olan əsassız hesablanmış borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100000 manat pulun iddiaçının xeyrinə tutulması tələbi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-2(102)-89/2021 saylı qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilərkən kassasiya şikayətinin təmin edilməsinə əsas iş üzrə iddiaçı qismində çıxış edən "xxxx" MTK-nın **********00700 abonent hesabı olan "xxxx" MTK-ya hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququnun olmaması olmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 895/2021 saylı qətnaməsi ilə "xxxx" MTK-nın iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Qətnamədən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-2(102)-314/2022 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)- 895/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “X7”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi. Abonent saldosuna baxdıqda 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmişdir. Belə olan halda gündəlik sərfiyyat 317 manat (9838,50 : 31 gün = 317 manat) təşkil edir. Sayğacsız istifadə dövrü nəzərə alınsa, xx.xx.2016 - xx.xx.2017-ci il, bu 98 gün və 31066 manat (98 X 317 = 31066) edir. Göründüyü kimi, sayğacsız dövr üzrə Cavabdeh tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat (378565,40-31066 = 347499,40) hissəsi qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablanmışdır. Mübahisələndirilən məbləğin 386597,18 manat hissəsi isə 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində guya qaz sayğacı işləmədiyinə görə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 23 ədəd akt əsasında hesablanmışdır. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilir ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hər ay borc hesablanmış, lakin bu azmış kimi cavabdeh tərəfindən heç bir qanuna, hüquqi akta əsaslanmadan sayğac göstəricilərindən əlavə borclar hesablanmışdır. Xüsusi ilə 2021-ci ilin yanvar ayı qeyd edilir. Belə ki, abonent saldosundan da göründüyü kimi, 2021-ci ilin yanvar ayında qaz sayğacı tam saz vəziyyətdə olmuş və cari ay ərzində 105354,40 manat məbləğində sərf edilmiş qazın dəyərini qeydə almışdır. Buna baxmayaraq, cavabdeh təşkilat həmin ay üçün xx.xx.2021-ci il tarixdə heç bir hüquqi əsası olmayan ******* saylı akt tərtib edərək, əlavə 148603,40 manat məbləğində borc hesablamışdır. Bu tendensiya 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək davam etmişdir. Bundan başqa, abonent saldosuna baxdıqda cavabdehin qanunsuz əməllərini digər hallardan da görmək olar. Belə ki, hazırda qaz sayğacı yerindədir və iddiaçı tərəfindən X10 edilmir, lakin buna baxmayaraq, cavabdeh öz qanunsuz əməllərindən geri qalmayaraq, MTK-ya 2022-ci ilin iyul, avqust və sentyabr aylarında borclar hesablayır. Hamıya bəlli olan haldır ki, yaşayış binalarının isidilməsi üçün nəzərdə tutulmuş qazanxanalarda təbii qazdan mövsümi istifadə edilir. Yəni yay aylarında istilik mövsümü olmadığından X10 edilmir. Buna baxmayaraq, cavabdeh təşkilat yay aylarında belə MTK-ya qanunsuz aktlar əsasında əlavə borclar hesablamışdır. Belə bir hesabat növü qanunsuzdur və heç bir hüquqi məntiqə sığmır. Mübahisələndirilən məbləğin 25687,20 manat hissəsi isə “X10 X2” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən iddiaçının müvəqqəti istifadəsində olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama rəyinə əsasən cavabdeh təşkilat tərəfindən 25687,20 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh təşkilat növbəti dəfə qanunsuz yoxlama aktına əsasən iddiaçıya əlavə borc hesablamışdır. Hazırda cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək, sözügedən qanunsuz aktları və onlar əsasında hesablanmış qanunsuz borcu qəbul edilməsinə dair təzyiqlər göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat 2016-cı ildən özlərinin müəyyən etdiyi tərzdə iddiaçıya əlavə 669689,96 manat məbləğində borc hesablamışdır. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyildir. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Mediasiya prosesinə dəvət olunmuş cavabdeh mediatorun çağırışlarına reaksiya verməmiş, bundan başqa, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin göründüyü kimi, müsbət nəticə əldə edilməmişdir. İlk olaraq qeyd edilir ki, aktlar iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, bu cür aktlar tərtib olunarkən iddiaçının iştirakı təmin edilməli idi. Digər bir məsələ isə hər ay qaz paylayıcının nümayəndəsi iddiaçının istixananın qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək, 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi iddiaçıya verir. MTK-ya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilməmişdir, bu səbəbdən də aktlar əsasında borcun hesablanmasından məlumatları olmamışdır. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, iddiaçının istifadəsində olan sayğacda qüsuru və hər hansı çatışmazlığı görür və bu barədə iddiaçıya məlumat vermir. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Abonent saldosundan göründüyü kimi, mübahisələndirilən ümumi məbləğin 732640,92 manat hissəsi ödənilməmiş borc kimi qalmışdır. "xxxx" MTK tərəfindən sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın dəyərinin ödənişi üçün edilmiş cavabdehin hesabına köçürülmüş pul məbləğləri iddiaçının məlumatı olmadan mübahisələndirilən ümumi məbləğin 27142,86 manat hissəsinin ödənişinə çıxılmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçıya təqdim edilən hesab fakturalarda hansı məbləğin aktlar əsasında hesablandığı əks olunmur. Bu da öz növbəsində istehlakçının hesablanmış borc haqqında məlumatsız olması, cavabdehin isə bu vəziyyətdən faydalanması deməkdir. Bununla yanaşı Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan X10yə görə yaranmış 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat borcun və 1020,47 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq Cavabdeh ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İstehsalat Birliyi AZAZ2X, Cavabdeh, VÖEN**********, İstehsalat Birliyi AN: AZ72İstehsalat Birliyi AZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə əsasında "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsini (qazanxana) təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPMnin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X7”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-298/2023 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 730472,97 (yeddi yüz otuz min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması, ödənilmiş dövlət rüsumuna görə 650 manat (altı yüz əlli) məbləğində pulun Cavabdehndən "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müəyyən dövrlərdə "xxxx" MTK təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində "xxxx" MTK barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən borc hesablanmışdır. Abonent saldosundan müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuşdur və “X7”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir. Həmçinin həmin dövr üzrə Cavabdeh tərəfindən "xxxx" MTK-ya 362.277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən, həmin məbləğdən 31.066 manat çıxılmalı və 331.211 manat məbləğində hesablanmış məbləğ "xxxx" MTKnın hesabından silinməlidir. Həmçinin, "xxxx" MTK 16.288,40 manat məbləği 2016-cı il 1 noyabr tarixindən 2017-ci il 6 fevral tarixinədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir. 16.288,40 manat məbləğində borc "xxxx" MTK-ya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. 2017-ci il 31 mart tarixli aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən, "xxxx" MTK-ya 211.828,80 manat borc hesablanmışdır. Ona görə, 2017- ci il 31 mart tarixli akt əsasında hesablanan 16.288,40 manat məbləğində borc da "xxxx" MTK-nın hesabından silinməlidi. "xxxx" MTK-nın nümayəndəsi sayğac olmadığı müddətdə qeyd olunan qaydada və məbləğdə hesablamanın aparılmasının hüquqi əsasını göstərə bilməmişdir. Eləcə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapmışdır) 386.597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə sərfiyyat məbləğləri hesablanmışdır, məsələn 2020-ci il üzrə 585.848,60 manat, 2021-ci il üzrə 662.469 manat və s. Mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi isə “X10 X2” 2022-ci il 31 yanvar tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən, müvəqqəti istifadədə olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən Cavabdeh tərəfindən "xxxx" MTK-ya akt əsasında 25.687,20 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən "xxxx" MTK-nın barəsində tərtib edilmiş və hazırda nəticələri mübahisələndirilən aktlardan müəyyən olunur ki, Cavabdeh "xxxx" MTK-nın barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ödənilmiş dövlət rüsumunun məbləği isə 650 manat təşkil etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq həmin məbləğdə pul Cavabdeh -dən tutularaq "xxxx" MTK-ya ödənilməlidir. Qarşılıqlı iddia isə 730.472,97 manat məbləğində borcun "xxxx" MTK-dan tutulmasından ibarət olmuşdur. Məhkəmə ilkin iddia tələbi ilə aktlar üzrə borc məbləğinin silindiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 3.5-1 və 3.5-2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, “X7”nın 5.4-cü bəndinə, Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində ləğv edilməsi, ilkin iddia üzrə tələbinin tam rədd olunması, qarşılıqlı iddia üzrə isə tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məbləğin 347499,40 manat hissəsi istehlakçı tərəfindən qaz sayğacı olmadan X10 nəticəsində yaranmış borcdur. Belə ki, xx.xx.2016-cı il tarixdə qaz sayğacı çıxarıldıqdan sonra xx.xx.2017-ci il tarixədək təbii qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri ötən ilin müvafiq dövrünə uyğun hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi ilkin iddia üzrə iddiaçının iddia etdiyi kimi qış mövsümündə 3 ay ərzində 31066 manat məbləğində X10 etməsi heç bir məntiqə sığmır. Müvafiq dövr üzrə digər illərin sərfiyyatına baxdıqda bunu aydın görmək olar. Hazırkı iş üzrə mübahisələndirilən məbləğin 382973,57 manat hissəsi istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Mübahisələndirilən borcun 27142,86 manat hissəsi ilkin iddia üzrə iddiaçının istifadəsində ola qaz sayğacı laboratoriyada müayinə edilən zaman sayğacın impuls ötürücüsünün nasaz olduğu müəyyən edilmiş və bu səbəbdən sayğacın elektron hissəsində qeydə alınmayan qaz həcminin dəyəri mexaniki göstəricilərə əsasən 27142,86 manat müyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Laboratoriya rəylərindən də göründüyü kimi borcun hesablanmasına sayğaca müdaxilə və ya hər hansı qanunsuz istifadə əsas olmamışdır. Sayğacda aşkar edilən qüsur texniki səbəblərdən əmələ gəlmişdir. Qətnamədən göründüyü kimi məhkəmə, mübahisələndirilən borcun silinməsinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını əsas gətirmişdir. Halbuki, “X7”nın 2.11-2-ci bəndinə əsasən yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) halları müəyyən etdikdə həmin qanunun tələblərinə riayət edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən isə göründüyü kimi borcun hesablanmasına nə sayğaca müdaxilə, nə də ki, qanunsuz istifadə halları əsas olmamışdır. Sayğacın göstəricilərinə və texniki parametrlərinə əsasən hesablanmış qazın dəyərinin silinməsi qazpaylayıcı olan ilkin iddia üzrə cavabdehin hüquqlarının pozulması, maddi zərərə uğraması deməkdir. İddia üzrə mübahisələndirilən borc məbləğinin sayğacsız dövr ərzində və qaz sayğacının texniki qüsur nəticəsində elektron hissəsinin işləməməsinə görə aktlar əsasında hesablanmış və aktların əksər hissəsi "xxxx" MTK tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd edilənlərdən, həmçinin iş materiallarında yer alan sübutlardan göründüyü kimi ilkin iddia üzrə mübahisələndirilən borc məbləği sırf iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və iddiaçı tərəfindən tam olaraq ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-420/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müəyyən dövrlər üzrə tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmış, nəticədə "xxxx" MTK Cavabdehnə qarşı iddialarla məhkəməyə müraciət etmişdir. Belə ki, müəyyən dövrlərdə "xxxx" MTK təbii qazdan qaz sayğacı olmadan istifadə etmiş, bununla bağlı, eləcə də qaz sayğacının olduğu müddətlər ərzində "xxxx" MTK barəsində aktlar tərtib olunmuş və tərtib olunan aktlara əsasən "xxxx" MTK-ya borc hesablanmışdır. Abonent saldosundan müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmişdir. Sayğacsız istifadə dövrü 98 gün (2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuş və “X7”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir. Həmin dövr üzrə Cavabdeh tərəfindən "xxxx" MTK-ya 362.277 manat məbləğində borc hesablanmışdır. Məhkəmənin qənaətinə əsasən, həmin məbləğdən 31.066 manat çıxılmalı və 331.211 manat məbləğində hesablanmış borc "xxxx" MTK-nın hesabından silinməlidir. "xxxx" MTK 16.288,40 manat məbləği 2016-cı il 1 noyabr tarixindən 2017-ci il 6 fevral tarixinədək olan müddətdə hesablanan borc məbləğinə daxil edərək silinməsini xahiş etmişdir. 16.288,40 manat məbləğində borc "xxxx" MTK-ya 2017-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. 2017-ci il 31 mart tarixli aktda mart ayı üçün qazdan sayğacsız istifadə yazılsa da, aktda sayğacsız istifadənin hansı müddəti əhatə etdiyi göstərilməmişdir. Eyni zamanda, 2017-ci ilin mart ayına sayğac göstəricisinə əsasən, "xxxx" MTK-ya 211.828,80 manat borc hesablanmışdır. Ona görə, 2017-ci il 31 mart tarixli akt əsasında "xxxx" MTK-ya hesablanan 16.288,40 manat məbləğində borc da "xxxx" MTK-nın hesabından silinməlidir. Eləcə də, sözügedən abonentin saldosunun aktlar bölməsindən görünür ki, 2019cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək abonentə aktlar üzrə (qeyd: iddia tələbində qeyd edilən 23 akt üzrə hesablanan məbləğlər öz əksini tapmışdır) 386.597,18 manat borc məbləğləri hesablanmışdır. Aktlarda aktın tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuş, halbuki həmin qeyd olunan dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə "xxxx" MTK-ya sərfiyyat məbləğləri hesablanmışdır. Məsələn: 2020-ci il üzrə 585.848,60 manat, 2021-ci il üzrə 662.469 manat və s. Bu səbəbdən həmin borc da "xxxx" MTK-nın abonent hesabından silinməlidir. Mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi isə “X10 X2” 2022-ci il 31 yanvar tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Akta əsasən, müvəqqəti istifadədə olan ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyinə əsasən, Cavabdeh tərəfindən "xxxx" MTK-ya akt əsasında 25.687,20 manat borc hesablanmışdır. Belə olan halda, Cavabdeh "xxxx" MTK-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə borc məbləğinin silindiyini nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd olunması və 650 manat dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi, 2016-cı il 31 oktyabr tarixində qaz sayğacı çıxarıldıqdan sonra 2017-ci il 6 fevral tarixinədək təbii qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri ötən ilin müvafiq dövrünə uyğun hesablanmışdır dəlilinə münasibətdə qeyd etmişdir ki, qaz sayğacı olmadığı müddətdə istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması “X7”nın 5.4-cü bəndində imperativ qaydada müəyyən edilmişdir. Cavabdeh "xxxx" MTK-nın “qış mövsümündə 3 ay ərzində 31.066 manat məbləğində X10 etməsi heç bir məntiqə sığmır” şəklində dedikləri isə apellyatorun mülahizəsi olmuşdur. Apellyasiya şikayətinin digər “mübahisələndirilən məbləğin 382.973,57 manat hissəsi istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır” dəlilinə isə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, 386.597,18 manat borc məbləği 2019-cu ilin avqust ayından 2022-ci ilin avqust ayına qədər olan dövrdə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən hesablanmışdır. Həmin dövrdə "xxxx" MTK-nın qaz sayğacı olmuş və sayğaca əsasən sərfiyyat hesablanmışdır. 25.687,18 manat borcun hesablanmasına əsas olmuş 2022-ci il 31 yanvar tarixli, ******* saylı akt “Təbii X7nın pozulması” adlanır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1, 2.3 və 3.2-ci maddələrinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydiyyatı aparılmalı idi. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5, 3.5.1 və 3.5-2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, “X7”nın 5.4-cü bəndinə, Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə, MPM-in 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 589/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-2(103)-420/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, abonent saldosundan müəyyən olunanlara əsasən, "xxxx" MTK tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9.838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat təşkil etmiş, sayğacsız istifadə dövrü 98 gün (2016-cı il 1 noyabr - 2017-ci il 6 fevral) olmuş və “X7”nın 5.4-cü bəndinə uyğun hesablama aparıldıqda bu 31.066 manat etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə “X7”nın 5.4-cü bəndinə uyğun olaraq hesablamanı qısa bir müddət üçün, yəni 2016-cı ilin noyabr ayı üçün apara bildiyi halda, məhkəmə sayğac olmadığı digər dövrlər (2016-cı il 1 dekabr - 2017-ci il 6 fevral) üzrə də gündəlik qaz sərfiyyatının məbləğini hesablayarkən sayğacsız dövrdən öncəki ayın, yəni 2016-cı ilin oktyabr ayının sərfiyyatını əsas götürmüş və beləliklə, yuxarıda qeyd olunan normanı mübahisəyə düzgün tətbiq etməmişdir. Kassasiya şikayətində bununla əlaqədar həmçinin qeyd edilmişdir ki, 2016-cı ilin noyabr ayında Respublika üzrə təbii qazın satış qiymətləri üzrə Tarif Şurasının yeni qərarı qüvvəyə minmişdir. Buna görə də 98 gün üzrə aparılmış qaz sayğacının işləmədiyi dövr üçün hesabat 2016-cı ilin oktyabr ayı üzrə mövcud olan tarif qiymətinə uyğun nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən, iş materiallarında olan abonent saldosundan da görünür ki, 2016cı ilin oktyabr ayı üzrə qaz sərfiyyatı analoji olaraq 2014-cü il noyabr-dekabr və 2015-ci ilin yanvar, fevral və mart ayları ilə müqayisədə kəskin şəkildə fərqlənir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən hallarına və sayğacın göstəricilərinə əsasən iddiaçının 2014-cü ilin yanvar ayında 686.004 kub.m., fevral ayında 466.036 kub.m., mart ayında 414.310 kub.m., noyabr ayında 150.440 kub.m., dekabr ayında isə 220.000 kub.m qaz sərfiyyatı olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu sərfiyyat 385.640 kub.m., fevral ayında 589.660 kub m. mart ayında 253.320 kub.m, noyabr ayında 298.448, dekabr ayında isə 353.147 kub.m. olmuşdur. Bu baxımdan, sayğacsız istifadə dövrünü əhatə edən bütün müddətlər üzrə qaz sərfiyyatının yalnız 2016-cı ilin oktyabr ayındakı gündəlik sərfiyyata uyğun hesablanması qeyd edilənlər nəzərə alınmaqla və həmçinin məhkəmə kollegiyasının qənaətinə görə qanuni və ədalətli hesab edilə bilməz. İş materiallarından da göründüyü kimi qaz sayğacının olmadığı bütün müddət ərzində qazdan istifadə etmiş, məhkəmələrin gəldiyi qənaət isə onun faktiki istifadə etdiyi qazın dəyərinin ödənilməməsinə, başqa sözlə istifadə etdiyi qazın dəyərinin silinməsi və beləliklə, iddiaçının əsassız varlanması ilə nəticələnə bilər ki, bu da heç bir halda qanuni hesab edilə bilməz. Bütün il boyu qaz sərfiyyatının həcminin yalnız ilin bir ayının göstəricilərinə uyğun olaraq müəyyən edilməsi ilkin olaraq elə iddiaçının özünün də mənafeyinə uyğun olmaya bilər. Belə ki, oktyabr ayının sərfiyyat göstəricilərinin ilin ümumiyyətlə istiliyə-qaza ehtiac olmayan may, iyun, iyul, avqust və sentyabr ayları üzrə sərfiyyat müəyyən edilərkən əsas götürülməsi isə heç bir halda doğru olmazdı. Məhkəmə isə digər illərin analoji dövrlərini də müqayisə edərək faktiki qaz sərfiyyatının həcmini müəyyən etmək üçün təşəbbüs belə göstərməmiş, bununla da MPM-in 14.1-ci maddəsinin müddəalarına riayət etməmişdir. Qeyd olunanlarla bağlı dəlillər həmçinin apellyasiya şikayətində vurğulansa da, apellyasiya məhkəməsi həmin dəlillərə müfəssəl və qanunauyğun hüquqi qiymət verməməklə işin hallarını lazımi qaydada araşdırmamış və cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. “X7”nın 4.9 və 5.4-cü bəndlərinin müqayisəli təhlili ona dəlalət edir ki, həmin bəndlərdə göstərilən hallarda zədələnmiş qaz sayğacı mümkün qədər qısa müddətdə dəyişdirilməli, yaxud nasazlıq tez bir müddətdə aradan qaldırılaraq sayğac yenidən öz yerinə quraşdırılmalı və bu qısa müddət üçün yarana biləcək sərfiyyat da istisna hal olaraq məhz əvvəlki ayın göstəricisinə uyğun olaraq hesablanmalıdır. Qazın sərfiyyatının yalnız sayğacın göstəricilərinə uyğun olaraq hesablanmalı olduğu barədə qanunvericinin güddüyü məqsəd nəzərə alındıqda da bu tədbirlərin ağlabatan vaxt ərzində, mümkün qədər qısa zaman kəsiyində həyata keçirilməli olduğu aydın olur və sayğac olmadan qazdan istifadə halının aylarla, illərlə davam etdiyi hallarda bütün sərfiyyatın bir ayın göstəricilərinə uyğun (bu ay yay aylarına da təsadüf edə bilər) hesablanması məhkəmə kollegiyasının qənaətinə görə qanuni hesab edilə bilməz. Digər tərəfdən, apellyasiya məhkəməsi, sayğacsız istifadə dövrü üzrə hesablama apararkən, işin obyektiv həlli məqsədi ilə qazanxanada olan avadanlıqların istehsal gücü müəyyən olunmaqla, onların texniki normaları əsasında faktiki sərfiyyatı müəyyən edə bildiyi halda, bu imkanlardan da istifadə etməmiş, iş üzrə hərtərəfli araşdırma aparılmasını, həmçinin işdəki sübutların düzgün qiymətləndirilməsini təmin etməmiş, əvvəlki illərin analoji dövrlərinə nisbətdə qaz sərfiyyatında əhəmiyyətli və kəskin fərqlərin olmasını nəzərə almamış, bu isə öz növbəsində qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Bundan başqa, apellyasiya məhkəməsi 2019-cu ilin avqust ayından 2022-ci ilin oktyabr ayınadək olan dövr üzrə hesablanan borc məbləğləri ilə bağlı qeyd etmişdir ki, abonentə 386.597,18 manat borc məbləğlərinin hesablandığı aktlarda onların tərtib olunma səbəbi kimi müəssisədə sayğacın işləmədiyi dövr qeyd olunmuşdur, halbuki həmin dövrlərdə "xxxx" MTK-nın istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən, hər ay üzrə sərfiyyat məbləğləri hesablandığından həmin borc da "xxxx" MTKnın abonent hesabından silinməlidir. İşə baxan məhkəmə tərkibi apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı isə ilkin olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh tərəfindən tərtib olunmuş və tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq olunan aktlardan müəyyən olunanlara əsasən, sayğacın işləmədiyi dövr üzrə abonentə sərfiyyatla bağlı anoloji müqayisə metodu ilə borc hesablanmışdır. Həmin aktlardan da göründüyü kimi, analogiya metodunun tətbiqi ilə sərfiyyatın hesablanması ilə tərəflər razılaşmış və aktları imzaları ilə təsdiq etmişlər. Lakin apellyasiya məhkəməsi aktda sayğacın işləməməsi qeydinə istinad edərək sərfiyyatın hesablanmasının əsassız olduğu qənaətinə gəlmiş və bu barədə mövqeyini hər hansı digər dəlillərlə əsaslandırmamış, uzun müddət qazdan sayğac olmadan istifadənin səbəblərini müəyyən edib, müvafiq hüquqi qiymət vermədən, həmin dövr üzrə istifadə olunmuş qazın dəyərini müəyyən etmədən borcun olmaması qənaətinə gələrək 386.597,18 manat borcu da silmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş materiallarının səthi araşdırılması və işin hallarının düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticə ilə razılaşmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi ilə bağlı olan borcu yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilmədiyi və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən silsə də, qətnamə bu hissədə də tam əsaslandırılmamış, işdə digər yoxlama və hesablama aktları da olduğu halda məhz hansı səbəbdən bu akta aid hissədə yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə riayət edilməməsi əsası ilə iddianın təmin edildiyi tam məlum olmur. Cavabdehin mövqeyi isə bu hissədə ondan ibarətdir ki, qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil, Cavabdeh öz təşəbbüsü ilə "xxxx" MTK-ya məxsus sayğacın əvəzlənməsini həyata keçirməmiş və yoxlama aparmaq kimi niyyəti olmamışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 275/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Lakin ekspertin vəsatətində göstərilənlər barədə Məhkəmə Ekspertiza Mərkəzinə hər hansı sənəd daxil olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-275/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-275/2025 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəmə-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin mütəxəssislərinə həvalə edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt filialının 03 fevral 2025-ci il tarixli, 3-15-2-3/2-58/2025 saylı məktubu ilə mütəxəssis rəyi daxil olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 22/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
“Qaz təchizatı haqqında” qanun:
3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın
5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:
1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, ilkin iddia tələbini Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə aktlar əsasında hesablanmış 759783,78 (yeddi yüz əlli doqquz min yeddi yüz səksən üç manat yetmiş səkkiz qəpik) manat məbləğində ümumi borcun 732640,92 (yeddi yüz otuz iki min altı yüz qırx manat doxsan iki qəpik) manat hissəsinin **********00700 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 27142,86 (iyirmi yeddi min yüz qırx iki manat səksən altı qəpik) manat hissəsinin isə **********00700 nömrəli abonent hesabına geri qaytarılması təşkil edir. İddiaçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə sayğacsız dövr üzrə Cavabdeh tərəfindən hesablanmış 378565,4 manat borcun 347499,40 manat hissəsinin qanunvericiliyin tələblərinə riayət edilmədiyindən artıq hesablandığına görə silinməsini xahiş etmişdir. İddiaçı həmin hissədə tələbin hüquqi əsası kimi “X7”nın 5.4-cü bəndinə istinad etmişdir. İddiaçı hesab etmişdir ki, “X7”nın 5.4-cü bəndinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə, yəni sayğac olmadığı müddətdə qazın dəyəri 2016-cı ilin oktyabr ayının, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalı idi. “X7”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 9838,50 manat dəyərində qaz sərf edilmiş, həmin ay üçün gündəlik sərfiyyat 317 manat (9838,50:31gün=317 manat) təşkil etmişdir. Birinci instansiya məhkəməsi isə “X7” nın 5.4-cü bəndinə uyğun olaraq hesablamanı qısa bir müddət üçün, yəni 2016-cı ilin noyabr ayı üçün apara bildiyi halda, məhkəmə sayğac olmadığı digər dövrlər (2016-cı il 1 dekabr - 2017-ci il 6 fevral) üzrə də gündəlik qaz sərfiyyatının məbləğini hesablayarkən sayğacsız dövrdən öncəki ayın, yəni 2016-cı ilin oktyabr ayının sərfiyyatını əsas götürmüş və beləliklə, qeyd olunan normanı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, nəzərə alınmalıdır ki, oktyabr ayı payız mövsümünə aid olmaqla uzun illərin təcrübəsi havaların əhəmiyyətli soyumasının oktyabr ayının axırlarından başlayaraq noyabr ayından başlanmasına təsadüf etdiyi göstərir. Digər tərəfdən, iş materiallarında olan abonent saldosundan da görünür ki, 2016cı ilin oktyabr ayı üzrə qaz sərfiyyatı analoji olaraq 2014-cü il noyabr-dekabr və 2015-ci ilin yanvar, fevral və mart ayları ilə müqayisədə kəskin şəkildə fərqlənir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən hallarına və sayğacın göstəricilərinə əsasən iddiaçının 2014-cü ilin yanvar ayında 686.004 kub.m., fevral ayında 466.036 kub.m., mart ayında 414.310 kub.m., noyabr ayında 150.440 kub.m., dekabr ayında isə 220.000 kub.m qaz sərfiyyatı olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu sərfiyyat 385.640 kub.m., fevral ayında 589.660 kub m. mart ayında 253.320 kub.m, noyabr ayında 298.448, dekabr ayında isə 353.147 kub.m. olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sayğacsız istifadə dövrünü əhatə edən bütün müddətlər üzrə qaz sərfiyyatının yalnız 2016-cı ilin oktyabr ayındakı gündəlik sərfiyyata uyğun hesablanması qanuni və ədalətli hesab edilə bilməz. İş materiallarından da göründüyü kimi ilkin iddia üzrə iddiaçı qaz sayğacının olmadığı bütün müddət ərzində qazdan istifadə etmiş, birinci instansiya məhkəməsinin gəldiyi qənaət isə onun faktiki istifadə etdiyi qazın dəyərinin ödənilməməsinə, başqa sözlə istifadə etdiyi qazın dəyərinin silinməsi və beləliklə, iddiaçının əsassız varlanması ilə nəticələnə bilər ki, bu da heç bir halda qanuni hesab edilə bilməz. Birinci instansiya məhkəməsi isə digər illərin analoji dövrlərini də müqayisə edərək faktiki qaz sərfiyyatının həcmini müəyyən etmək üçün təşəbbüs belə göstərməmiş, bununla da MPM-in 14.1-ci maddəsinin müddəalarına riayət etməmişdir. Bu baxımdan qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən hissə ilə bağlı dəlillərini qismən əsaslı olması qənaətinə gəlir. “X7”nın 4.9 və 5.4-cü bəndlərinin müqayisəli təhlili ona dəlalət edir ki, həmin bəndlərdə göstərilən hallarda zədələnmiş qaz sayğacı mümkün qədər qısa müddətdə dəyişdirilməli, yaxud nasazlıq tez bir müddətdə aradan qaldırılaraq sayğac yenidən öz yerinə quraşdırılmalı və bu qısa müddət üçün yarana biləcək sərfiyyat da istisna hal olaraq məhz əvvəlki ayın göstəricisinə uyğun olaraq hesablanmalıdır. Qazın sərfiyyatının yalnız sayğacın göstəricilərinə uyğun olaraq hesablanmalı olduğu barədə qanunvericinin güddüyü məqsəd nəzərə alındıqda da bu tədbirlərin ağlabatan vaxt ərzində, mümkün qədər qısa zaman kəsiyində həyata keçirilməli olduğu aydın olur və sayğac olmadan qazdan istifadə halının aylarla, illərlə davam etdiyi hallarda bütün sərfiyyatın bir ayın göstəricilərinə uyğun (bu ay yay aylarına da təsadüf edə bilər) hesablanması məhkəmə kollegiyasının qənaətinə görə qanuni hesab edilə bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi, sayğacsız istifadə dövrü üzrə hesablama apararkən, işin obyektiv həlli məqsədi ilə qazanxanada olan avadanlıqların istehsal gücü müəyyən olunmaqla, onların texniki normaları əsasında faktiki sərfiyyatı müəyyən edə bildiyi halda, bu imkanlardan da istifadə etməmiş, iş üzrə hərtərəfli araşdırma aparılmasını, həmçinin işdəki sübutların düzgün qiymətləndirilməsini təmin etməmiş, əvvəlki illərin analoji dövrlərinə nisbətdə qaz sərfiyyatında əhəmiyyətli və kəskin fərqlərin olmasını nəzərə almamış, bu isə öz növbəsində qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş və tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq olunan aktlardan müəyyən olunanlara əsasən, sayğacın işləmədiyi dövr üzrə abonentə sərfiyyatla bağlı analoji müqayisə metodu ilə borc hesablanmışdır. Həmin aktlardan da göründüyü kimi, analogiya metodunun tətbiqi ilə sərfiyyatın hesablanması ilə tərəflər razılaşmış və aktları imzaları ilə təsdiq etmişlər. Lakin aktlarda sayğacın işləməməsi qeydinə istinad edilməklə sərfiyyatın hesablanmasının əsassız olması barədə nəticəyə gəlinməməsi düzgün olmamışdır. Belə ki, həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi uzun müddət qazdan sayğac olmadan istifadənin səbəbləri müəyyən etməmiş, müvafiq hüquqi qiymət verməmiş, eləcə də həmin dövr üzrə istifadə olunmuş qazın dəyərini müəyyən edilmədən borcun olmaması qənaətinə gələrək 386.597,18 manat borcu da silmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən məbləğin 25.687,20 manat hissəsi ilə bağlı olan borcu yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilmədiyi və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması səbəbindən silsə də, qətnamə bu hissədə də tam əsaslandırılmamış, işdə digər yoxlama və hesablama aktları da olduğu halda məhz hansı səbəbdən bu akta aid hissədə yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə riayət edilməməsi əsası ilə iddianın təmin edildiyi tam məlum olmur. Həmin hissədə cavabdehin dəlilləri isə ondan ibarət olmuşdur ki, qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil, Cavabdeh öz təşəbbüsü ilə "xxxx" MTK-ya məxsus sayğacın əvəzlənməsini həyata keçirməmiş və yoxlama aparmaq kimi niyyəti olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası sayğac olmadan və sayğac işləmədiyi dövrdə qazdan istifadə halının hesabat dövründə mövcud qanunvericiliyə və qaydalara uyğun hesablanmasını aşağıda göstərilən qaydada aparılması qənaətinə gəlir. Belə ki, təkrar apellyasiya baxışı zamanı təqdim edilmiş 03 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1-ci sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, oktyabr və noyabr aylarının hava temperaturlarının fərqli olmasını, həmçinin isitmə mövsümünün noyabr ayının 15-dən başlanmasını nəzərə alınaraq 2016-ci ilin noyabr ayı üçün 2015-ci ilin noyabr ayının sayğacla müəyyən edilmiş 29844,8 manat məbləğində 298448 m3 həcmində qaz sərfiyyatının tətbiq olunması məqsədəuyğundur. 2-ci sual üzrə 2016-cı ilin noyabr ayının 15-dən 30-dək tədbiq edilmiş 298448 m3 qaz həcminin hesablanmış orta günlük qaz sərfiyyatını (18653 m3) dekabr ayına tətbiq etməklə (18653x31=578243) 115648.6 manat məbləğində 578243 m3 qaz həcminin hesablanması məqsədəuyğundur. 3-cü sual üzrə 2017-ci ilin mart ayında sayğac işlək vəziyyətdə olduğundan və hərhansı bir nasazlığını təsdiq edən əsasverici sənədlər təqdim olunmadığı üçün bu müddət ərzində MTK-da istifadə edilən təbii qazın ümumi həcmi sayğacın göstəricisinə əsasən ******* m3, dəyəri 211828,8 manat təşkil edir və əlavə qaz həcminin hesablanması məqsədəuyğun deyil. 4-cü sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, iyul və avqust aylarının hava temperaturlarının fərqli olmamasını, həmçinin 2019-cu ilin avqust ayında sayğacın mexaniki hissəsinin işlək olduğunu nəzərə alınaraq, 2019-cu ilin avqust ayı üçün 2019-cu ilin iyul ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2019-cu ilin avqust ayında sayğacın mexaniki göstəricisi Vm=7278 m3, elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olmamışdır. 2019-cu ilin iyul ayında elektron göstərici ilə mexaniki göstəricilərin (Vt=7936 m3 Vm=7372 m3) arasındakı əmsalı (7936/7372=1,0765) 1,0765 təşkil etmişdir. 2019-cu ilin iyul ayının əmsalını 2019cu ilin avqust ayının mexaniki göstəricisinə tətbiq etməklə (7278x1,0765=7835) 1567,0 manat məbləğində standart şəraitə gətirilmiş 7835 m3 qaz həcminin 2019-cu ilin avqust ayı üzrə istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. 5-ci sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, sentyabr və avqust aylarının hava temperaturlarının kəskin fərqlənmədiyini, həmçinin 2019-cu ilin sentyabr ayında sayğacın mexaniki hissəsinin işlək olduğunu nəzərə alınaraq, 2019-cu ilin sentyabr ayı üçün 2019-cu ilin avqust ayının mexaniki göstəricisinə tədbiq olunan 2019-cu ilin iyul ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2019-cu ilin sentyabr ayında sayğacın mexaniki göstəricisi Vm=2650 m3, elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. Hesabat ayından əvvəlki ayın hesabatı 2019-cu ilin iyul ayının faktiki korreksiya əmsalı nəzərə alınmaqla hesabladığından, həmin əmsalın (1,0765) 2019-cu ilin sentyabr ayının mexaniki göstəricisinə Vm=2650m3 tətbiq etməklə (2650x1,0765=2853) 570,6 manat məbləğində standart şəraitə gətirilmiş 2853 m3 qaz həcminin 2019-cu ilin sentyabr ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (2853- 2650=203) 203 m3 olmaqla 40.6 manat məbləğində hesablanması məqsədəuyğundur. 6-cı sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, 2018-ci ilin oktyabr ayında sayğac işlək vəziyyətdə olsa da sərfiyyatın olmadığını, həmçinin 2019-cu ilin oktyabr ayında sayğacın mexaniki hissəsinin işlək olduğunu nəzərə alınaraq, 2019-cu ilin oktyabr ayı üçün 2019-cu ilin sentyabr və avqust aylarının mexaniki göstəricilərinə tədbiq olunan 2019-cu ilin iyul ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tətbiq olunması məqsədəuyğundur.Bununla əlaqədar 2019-cu ilin oktyabr ayında sayğacın mexaniki göstəricisi Vm=8925 m3, elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. Hesabat ayından əvvəlki ayın hesabatı 2019-cu ilin iyul ayının faktiki korreksiya əmsalı nəzərə alınmaqla hesabladığından, həmin əmsalın (1,0765) 2019-cu ilin oktyabr ayının mexaniki göstəricisinə Vm=8925 m3 tətbiq etməklə (8925x1,0765=9608) 1921,6 manat məbləğində standart şəraitə gətirilmiş 9608 m3 qaz həcminin 2019-cu ilin oktyabr ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (9608-8925=317) 317 m3 olmaqla 63.4 manat məbləğində hesablanması məqsədəuyğundur. 7-ci sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, oktyabr və noyabr aylarının hava temperaturunda fərqlərin olmasını, isitmə mövsümünün noyabr ayının 15-dən başlanması, həmçinin 2019-cu ilin noyabr ayında sayğacın mexaniki hissəsinin işlək olduğunu nəzərə alınaraq, 2019-cu ilin noyabr ayı üçün 2018-ci ilin noyabr ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2019-cu ilin noyabr ayında sayğacın mexaniki göstəricisi Vm=249820 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2018-ci ilin noyabr ayında sayğacın mexaniki göstəricisi Vm=193088 m3, elektron göstərici Vt=335604 m3 arasındakı (335604/193088=1,7381) 1,7381 korreksiya əmsalı 2019-cu ilin noyabr ayının mexaniki göstəricisinə tətbiq etməklə (249820x1.7381=434212) 86842,4 manat məbləğində standart şəraitə gətirilmiş 434212 m3 qaz həcminin 2019-cu ilin noyabr ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (434212-249820=184392) 184392 m3 olmaqla 36878.4 manat məbləğində hesablanması məqsədəuyğundur. 8-ci sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, noyabr və dekabr aylarının hava temperaturunda fərqlərin olmasını, həmçinin 2019-cu ilin dekabr ayında sayğacın mexaniki Vm hissəsi işlək olduğunu nəzərə alınaraq 2019- cu ilin dekabr ayı üçün 2018-ci ilin dekabr ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur.Bununla əlaqədar 2019-cu ilin dekabr ayında sayğacın mexaniki göstəricisi Vm=270100 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2018-ci ilin dekabr ayında sayğacın mexaniki göstəricisi Vm=519332 m3 elektron göstərici Vt=694178 m3 arasındakı (694178/519332=1,3367) 1,3367 korreksiya əmsalı 2019-cu ilin dekabr ayının mexaniki göstəricisinə tətbiq etməklə (270100x1,3367=361042) 72208,4 manat məbləğində standart şəraitə gətirilmiş 361042 m3 qaz həcminin 2019-cu ilin dekabr ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (361042-270100=90942) 90942 m3 olmaqla 18188,4 manat məbləğində hesablanması məqsədəuyğundur. 9-cu sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, dekabr və yanvar aylarının hava temperaturunda fərqlərin olmasını, həmçinin 2020-ci ilin yanvar ayında sayğacın mexaniki Vm hissəsi işlək olduğunu nəzərə alınaraq 2020-ci ilin yanvar ayı üçün 2019-cu ilin yanvar ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2020-ci ilin yanvar ayında sayğacın mexaniki göstəricisi Vm=394388 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdur. 2019-cu ilin yanvar ayında sayğacın mexaniki göstəricisi Vm=438551 m3 , elektron göstərici Vt=595931 m3 arasındakı (595931/438551=1,3589) 1,3589 korreksiya əmsalı 2020-ci ilin yanvar ayının mexaniki göstəricisinə tətbiq etməklə (394388x1.3589=535934) 107186,8 manat məbləğində standart şəraitə gətirilmiş 535934 m3 qaz həcminin 2020-ci ilin yanvar ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (535934- 394388 = 141546)141546 m3 olmaqla 28309,2 manat məbləğində hesablanması məqsədəuyğundur. 10-cu sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, yanvar və fevral aylarının hava temperaturunda fərqlərin olmasını, həmçinin 2020-ci ilin fevral ayında sayğacın mexaniki Vm hissəsi işlək olduğunu nəzərə alınaraq 2020-ci ilin fevral ayı üçün 2019-cu ilin fevral ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2020-ci ilin fevral ayında sayğacın mexaniki göstəricisi Vm=448542 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2019-cu ilin fevral ayında sayğacın mexaniki göstəricisi Vm=439796 m3 elektron göstərici Vt=673401 m3 arasındakı (673401/439796=1,5312) 1,5312 korreksiya əmsalı 2020-ci ilin fevral ayının mexaniki göstəricisinə tətbiq etməklə (448542x1,5312=686808) 137361,6 manat məbləğində standart şəraitə gətirilmiş 686808 m3 qaz həcminin 2020-ci ilin fevral ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur.. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (686808- 448542=238266) 238266 m3 olmaqla 47653,2 manat məbləğində hesablanması məqsədəuyğundur. 11-ci sual üzrə 2017-ci ilin mart ayında sayğac işlək vəziyyətdə olduğundan və hər-hansı bir nasazlığını təsdiq edən əsasverici sənədlər təqdim olunmadığı üçün bu müddət ərzində MTK-da istifadə edilən təbii qazın ümumi həcmi sayğacın göstəricisinə əsasən ******* m3, dəyəri 211828,8 manat təşkil edir və əlavə qaz həcminin hesablanması məqsədəuyğun deyil. 15-ci sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, fevral və mart aylarının hava temperaturunda fərqlərin olmasını, həmçinin 2020-ci ilin mart ayında sayğacın mexaniki Vm hissəsi işlək olduğunu nəzərə alınaraq 2020-ci ilin mart ayı üçün 2019-cu ilin mart ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2020-ci ilin mart ayında sayğacın mexaniki göstəricisi Vm=333330 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2019-cu ilin mart ayında sayğacın mexaniki göstəricisi Vm=500884 m3 elektron göstərici Vt=703568 m3 arasındakı (703568/500884=1,4047) 1,4047 korreksiya əmsalı 2020-ci ilin mart ayının mexaniki göstəricisinə tətbiq etməklə (333330x1,4047=468229) 93645,8 manat məbləğində standart şəraitə gətirilmiş 468229 m3 qaz həcminin 2020-ci ilin mart ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (468229- 333330=134899) 134899 m3 olmaqla 26979,8 manat məbləğində hesablanması məqsədəuyğundur. 16-cı sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, mart və aprel aylarının hava temperaturunda fərqlərin olmasını, həmçinin 2020-ci ilin aprel ayında sayğacın mexaniki Vm hissəsi işlək olduğunu nəzərə alınaraq 2020-ci ilin aprel ayı üçün 2019-cu ilin aprel ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2020-ci ilin aprel ayında sayğacın mexaniki göstəricisi Vm=208014 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2019-cu ilin aprel ayında sayğacın mexaniki göstəricisi Vm=125415 m3 elektron göstərici Vt=220074 m3 arasındakı (220074/125415=1,7548) 1,7548 korreksiya əmsalı 2020-ci ilin aprel ayının mexaniki göstəricisinə tətbiq etməklə (208014x1.7548=365023) 73004,6 manat məbləğində standart şəraitə gətirilmiş 365023 m3 qaz həcminin 2020-ci ilin aprel ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (365023-208014=157009) 157009 m3 olmaqla 31401.8 manat məbləğində hesablanması məqsədəuyğundur. 17-ci sual üzrə Elekton korrektorla təchiz edilmiş G-1000 markalı 83047151 zavod nömrəli turbin tipli qaz sayğacı 13 may 2020-ci il tarixində quraşdırılan zaman üzərində elekton göstərici Vt=4031650 və may ayı ərzində istehlak olunan qazın hesabatının aparılması məqsədilə saldoya daxil edilmiş elektron göstərici Vt=4033187 təşkil etmişdir və 14-31 may tarixlərində müəssisə tərəfindən (4033***-*******=1537) gündəlik 85,39 m3 olmaqla cəmi 1537 m3 qaz həcmi istehlak edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar, orta gündəlik istehlak olunmuş qazın həcmini 1-13 may tarıxlərinə tətbiq edilməsini (85,39x13=1110) və 2020-ci ilin may ayı ərzində ümumi istehlak olunan qaz həcminin (1537+1110=2647) 2647 m3 529,4 manat məbləğində hesablanmasını məqsədəuyğun hesab edirik. Sayğac işləmədiyi dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi 1110 m3 olmaqla 222,0 manat məbləğində hesablanması məqsədəuyğundur. 18-ci sual üzrə Abonent saldosunun təhlili zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayının hesabatı aparılarkən sayğacın faktiki elektron göstəricisinə Vt əsasən (6101***-*******=526772) 526772 m3, Cavabdeh aktına əsasən əlavə hesablanmış qazın həcmi isə 743017 m3 təşkil etmişdir. Elekton korrektorla təchiz edilmiş G-1000 markalı 83047151 zavod nömrəli turbin tipli qaz sayğacının elektron korrektorunun xx.xx.2021ci il tarixində götürülmüş arxiv və abonentin saldosunun göstəricilərini təhlili zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixinə kimi sayğac işlək vəziyyətdə olmuyub. Sayğac işlək vəziyyətə gətirildikdən sonra xx.xx.2021-ci il tarixində arxiv məlumatlarında əks olunan sayğacın elektron göstəricisi Vt=5574847, xx.xx.2021-ci il tarixində elektron göstərici Vt=5659010 olmaqla 2 gün ərzində (5659***-*******=84163) 84163 m3 (orta gündəlik 42081,5 m3) faktiki müəssisə tərəfindən istehlak olunduğu müəyyən edilmişdir. Həmin tarixlərdə MTK tərəfindən faktiki olaraq istehlak olunmuş orta günlük 42081,5 m3 qaz həcmini 2021-ci ilin yanvar ayının hesabatına tədbiq etdikdə (42081,5x31=1304527) ******* m3 qaz həcminin 2021-ci ilin yanvar ayı ərzində MTK tərəfindən istehlak olunduğu müəyyən edilmişdir. Sayğac işləmədiyi dövr üzrə nəzərə alınmalı əlavə 155551,0 manat məbləğində (1304527-526772=777755) 777755 m3 qaz həcminin hesabatlarda nəzərə alınması məqsədəuyğundur. 19-cu sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə 2021-ci ilin may ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 870,40 manat məbləğində 4352 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 20-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə 2021-ci ilin iyun ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 892,40 manat məbləğində 4212 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 21-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə2021-ci ilin iyul ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 565,76 manat məbləğində 4352 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 22-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə 2021-ci ilin avqust ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 565,76 manat məbləğində 4352 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 23-cü sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə 2021-ci ilin sentyabr ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 547,56 manat məbləğində 4212 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 24-cü sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında sözügedən müəssisədə 2021-ci ilin oktyabr ayında sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 565,76 manat məbləğində 4352 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 25-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta xx.xx.2021-xx.xx.2021-ci il aralığları tarixlərində sözügedən müəssisədə 2021-ci ilin noyabr ayında sayğacın elektron hissəsi Vt işlək vəziyyətdə olmasa da mexaniki hissəsi Vm işlək vəziyyətdə olduğundan və sayğacın mexaniki hissəsində qazın sərfiyyatı qeydə alındığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 694,98 manat məbləğində 4212 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 26-cı sual üzrə MTK-da istismarda olan qaz qurğuları mövsümü xarakter daşıdığını, 2021-ci ilin oktyabr ayı ərzində sayğac işlək olsa da lakin sərfiyyat qeydə alınmadığından, oktyabr və noyabr aylarının hava temperaturunda fərqlərin olması, isitmə mövsümünün noyabr ayının 15-dən başlanması, həmçinin 2021-ci ilin noyabr ayında sayğacın mexaniki Vm hissəsi işlək vəziyyətdə olduğu nəzərə alınaraq 2021-ci ilin noyabr ayı üçün 2020-ci ilin noyabr ayının sayğacla müəyyən edilmiş mexaniki Vm və elektron Vt göstəriciləri arasında olan əmsalın tədbiq olunması məqsədəuyğundur. Bununla əlaqədar 2021-ci ilin noyabr ayında sayğacın mexaniki göstəricisi Vm=200954 m3 elektron korrektor işləmədiyindən elektron göstərici Vt əks olunmamışdır. 2020-ci ilin noyabr ayında sayğacın mexaniki göstəricisi Vm=309539 m3 elektron göstərici Vt=606318 m3 arasındakı (606318/309539=1,9588) 1,9588korreksiya əmsalı 2021-ci ilin noyabr ayının mexaniki göstəricisinə tətbiq etməklə (200954x1,9588=393629) 64948.8 manat məbləğində standart şəraitə gətirilmiş 393629 m3 qaz həcminin 2021-ci ilin noyabr ayı ərzində istehlak olunmuş qazın həcmi kimi qəbul olunması məqsədəuyğundur. Elektron korrektorun işləmədiyi üçün bu dövr üzrə nəzərə alınmalı əlavə qaz həcmi (393629-200954=192675) 192675 m3 olmaqla 31791 manat məbləğində hesablanması məqsədəuyğundur. 27-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında sözügedən müəssisədə 2022-ci ilin may, iyun ayları ərzində sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 1389,96 manat məbləğində 8424 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 28-ci sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında sözügedən müəssisədə 2022-ci ilin iyul ayı ərzində sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 303,76 manat məbləğində 1841 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 29-cu sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında sözügedən müəssisədə 2022-ci ilin avqust ayı ərzində sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 4352 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 30-cu sual üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında sözügedən müəssisədə 2022-ci ilin sentyabr ayı ərzində sayğac işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qazın sərfiyyatı qeydə alınmadığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 4212 m3 qaz həcminin hesablanması məqsədəuyğun deyil. 2022-ci ilin sentyabr ayı üçün abonent saldosuna hesabat daxil edilməyib. 31-ci sual üzrə ELSTER G-1000 tipli, 83047151 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, yoxlama rəyində əksini tapmış “X10 X2” 2022-ci il 31 yanvar tarixli, * * * * * * * saylı akta əsasən 25687,20 manat borc hesablanmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2014-cü il tarixli 394 saylı “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Qərarının 2.14-cü yarımbəndinə əsasən Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır. Lakin, yoxlama aktında müəssisənin nümayəndəsinin iştirakı ilə bağlı heç bir qeyd yoxdur. Eyni zamanda, Agentliyin Sumqayıt filialı tərəfindən qaz sayğacının arxiv məlumatlarının təqdim edilməsi üçün Cavabdehnə məktubla müraciət edilmişdir. Lakin, Cavabdeh tərəfindən həmin məlumatlar təqdim olunmadığı üçün “X10 X2” 2022-ci il 31 yanvar tarixli, * * * * * * * saylı akta əsasən hesablanmış 25687,20 manat borcun olması öz təsdiqini tapmamışdır. 32-ci sual üzrə 2016-cı ilin noyabr və dekabr aylarının qaz sərfi mütəxəssis rəyinin 1-ci, 2-ci suallarında cavablandırılmışdır. 2016-cı ilin dekabr ayının orta gündəlik qaz sərfiyyatını nəzərə alaraq yanvar 2017-ci ilə tətbiq etməklə 115648,6 manat məbləğində 578243 m3 qaz həcminin hesablanması məqsədəuyğundur. 2017-ci ilin fevral ayının 6-dan sonra 28 dək sayğac tam işlək vəziyyətdə olduğundan, həmin ayın son 22 gününə 430049 m3 qaz sərfiyyatı olmuşdur. Bu səbəbdən gündəlik 19547,6 m3 sərfiyyatı nəzərə alsaq fevral ayının 6 gününə 23457.2 manat məbləğində 117286 m3 qaz həcminin hesablanması məqsədəuyğundur. 33-cü sual üzrə 2016-cı ilin noyabr ayı – 29844,8 manat 2016-cı ilin dekabr ayı – 115648,6 manat 2017-ci ilin yanvar ayı – 115648,6 manat 2017-ci ilin fevral ayının 6 gününə - 23457,2 manat 2019-cu ilin avqust ayı – 1567 manat 2019-cu ilin sentyabr ayı – 40,6 manat 2019-cu ilin oktyabr ayı – 63,4 manat 2019-cu ilin noyabr ayı – 36878,4 manat 2019-cu ilin dekabr ayı – 18188,4 manat 2020-ci ilin yanvar ayı – 28309,2 manat 2020-ci ilin fevral ayı - 47653,2 manat 2020-ci ilin mart ayı – 26979,8 manat 2020-ci ilin aprel ayı – 31401,8 manat 2020-ci ilin may ayı – 222,0 manat 2021-ci ilin yanvar ayı – 155551,0 manat 2021-ci ilin noyabr ayı – 31791,0 manat Cəmi: 663 245 manat. 34-cü sual üzrə eyni zamanda, analogiya üzrə “X7” nın 6.5-ci, 6.5-1 və 6.5 2-ci bəndlərini əsas götürərək qazanxanada olan qaz işlədicilərinin gücünə, sayına və istifadə dövrünə uyğun (15 noyabr tarixdən 15 aprel tarixinədək, 151 gün) aşağıda qeyd olunduğu kimi hesabat aparılmalıdır: 1. Eversan 3 000 000 kkal.- 4 ədəd = 1500 m³/saat,
2. Eversan 250 000 kkal.- 1 ədəd = 31,25 m³/saat, 3. Alarko qazan 150 000 kkal.- 2 ədəd = 37,5 m³/saat. Cəmi: 1568,75 m³/saat x 24 saat x 30 gün = 1 129 500 m³ bir ay ərzində istifadə oluna biləcək qaz sərfiyyatı. Qış mövsümünü noyabr ayının 15 dən aprel ayının 15-nə dək (151 gün) nəzərə aldıqda, mövsüm ərzində 1568,75 m³/saat x 24 saat x 151 gün = 5 685 150 m³ qaz sərfiyyatı təşkil edər. Digər, il ərzində istifadə olunan qaz cihazlarının hesabatı aşağıda qeyd olunduğu kimi aparıla bilər: 1. PQ-4 restoran tipli 4 ədəd x 4,8 m³/saat = 19,2 m³/saat, 2. Təndir 2 ədəd x 3,5 m³/saat = 7 m³/saat, 3. Kombi 8 ədəd x 4,3 m³/saat = 34,4 m³/saat, cəmi: 60.6 m³/saat x 12 saat x 365 gün = 261792 m³ illik hesabat aparılmalıdır. Ümumi cəmi: 5 685 150 m³+ 261 792 m³ = 5 946 942 m³ illik hesabat aparılmalıdır. "xxxx" MTK-nın nümayəndəsi qeyd edilən mütüxəssis rəyinə etiraz təqdim edərək göstərmişdir ki, Elektron Məhkəmə sistemi üzərindən rəylə tanış olduqda iddiaçının hüquqlarının pozulması, 1,2,4,5,6,7,8,9,10,16,17,18,26,32,33 və 34-cü suallar üzrə qeyri-obyektiv araşdırmanın aparılması, bir biri ilə ziddiyət təşkil edən halların mövcudluğu və ümumiyyətlə mütəxəssis tərəfindən Agentliyin analoji mübahisələrlə bağlı mövqeyinə zidd mövqeyi tərəflərindən müəyyən edilmişdir. 1-ci və 2-ci suallar üzrə bildirir ki, mütəxəssis qarşısında 2016-cı ilin noyabr və dekabr aylarında qaz sayğacı olmadığı müddətdə aktlara əsasən hesablanmış borcun düzgün hesablanıb hesablanmadığı soruşulmuşdur. Mütəxəssis cavab olaraq qeyd etmişdir ki, “X7”nın (bundan sonra- Qaydalar) 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Daha sonra isə hazırki vəziyyəti konkret tənzimləyən və özünün istinad etdiyi Qaydaların 5.4-cü bəndinin tələblərinə zidd şəkildə ötən ayın deyil (ötən ayın sərfiyyatı mövcud olduğu halda) nədənsə məhs ötən ilin, yəni 2015-ci ilin noyabr ayının sərfiyyatını əsas götürmüşdür və bu azmış kimi heç bir araşdırma aparmadan noyabr ayına hesablanmış borcun isitmə mövsümünün başlanması adı altında 15 gün müddətinə hesablamışdır. Qeyd edir ki, "xxxx"MTK müstəqil hüquqi şəxsdir və təbii qazdan isitmə mövsümünün başlanmasını gözləmədən istifadə edə bilər. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, istər 2015-ci il istərsədə 2016-cı ildə X10 oktyabr ayından başlanmışdır. Bundan başqa 2016-cı ilin noyabr ayınadək sayğac vasitəsi ilə X10 edilmişdir və yuxarıda qeyd edilən normanın tələbinə uyğun məhz oktyabr ayının, yəni sayğac çıxarılandan sonra əvvəlki ayın, göstəriciləri nəzərə alınmalı idi. Mütəxəssis isə bu halları görməzdən gəlmişdir. Beləliklə, 1-ci və 2-ci suallar üzrə mövcud olan vəziyyəti qanun konkret tənzimlədiyi halda mütəxəssis qanunun tələblərinə zidd şəkildə heç bir hüquqi əsas göstərmədən tam əsassız hesabat aparmışdır. Mütəxəssis tərəfindən Qanunun konkret tələbini qeyd etməsi və daha sonra həmin qanuna zidd aparılmış hesabatın məqsədəuyğun hesab etməsi heç bir hüquqi məntiqə sığmır. 4,5,6,7,8,9,10,16,17,18,26,32 və 33-cü suallar üzrə bildirir ki, mütəxəssis qarşısında qaz sayğacı olmadığı və ya işləmədiyi müddət ərzində qazın dəyərinin hesablanması haqqında tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğlərin düzgün hesablandığı soruşulmuşdur. Mütəxəssis bu suallara cavab olaraq Azərbaycan Respublikası ərazisində qaz həcminin hesablanmasına dair qüvvədə olan standartların tələblərini qeyd etmiş və qaz sayğaclarının üzərində quraşdırılmış korrektorların rolunu bildirmişdir. Daha sonra isə qeyd edilən suallar üzrə heç bir hüquqi əsasını göstərmədən əsassız hesabat aparmışdır. 25 və 26-cı suallar üzrə mütəxəssisdən 2021-ci ilin noyabr ayında tərtib edilmiş ******* və ******* nömrəli aktlara əsasən hesablanmış borcun düzgün olub olmadığı soruşulmuşdur. Qeyd etmək lazımdır ki, hər iki akt eyni əsaslarla, yəni qaz sayğacının işləmədiyinə görə eyni ayda tərtib edilmişdir. Mütəxəssis 25-ci sual üzrə cavab verərək bildirmişdir ki, 2021-ci ilin noyabr ayında sayğacın elektron hissəsi Vt işlək vəziyyətdə olmasa da mexaniki hissəsi Vm işlək vəziyyətdə olduğundan və sayğacın mexaniki hissəsində qazın sərfiyyatı qeydə alındığından, Cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən 694,98 manat borcun hesablanması məqsədəuyğun deyil. Daha sonra 26-cı sual üzrə isə xüsusi əmsalın tədbiq edilməsini məqədəuyğun hesab edərək hesabat aparmışdır. Göründüyü kimi mütəxəssis 2021-ci ilin noyabr ayında eyni əsaslarla yazılmış iki aktdan biri üzrə qeyd edir ki, sayğacın mexaniki hissəsi işlək olduğundan sayğac göstəricisindən əlavə hesabatın aparılması əsassızdır digər akt üzrə isə həmin ay üzrə sayğac göstəricisindən əlavə hesabatın aparılmasını əsaslı hesab edir. Sayğacsız dövr istisna olmaqla qalan digər aktlar tərtib edilən zaman qaz sayğacının mexaniki hissəsi işlək olmuş və həmin göstəricilərə əsasən borc hesablanmışdır. Bundan başqa analoji işlər üzrə Cavabdehnə qarşı bir çox iddialar olmuşdur. Və müəyyən işlərdə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın dəyərinin hesablanması” haqqında aktlara əsasən Cavabdeh tərəfindən əlavə hesabatın aparılmasının əsaslılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin mütəxəssisləri işə cəlb ediliblər. Bu işlərin hər biri üzrə Agentlik tərəfindən bildirilmiş rəyi təqdim edə bilmirlər. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-88/2022 saylı qətnaməsində X3 Agentliyinin mütəxəssisi bildirmişdir ki, “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın dəyərinin hesablanması” haqqında aktlarda aparılmış hesabat növü (metodikası) müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərində öz əksini tapmamışdır. Bu əsasla iddiaçının iddiası təmin edilmişdir. Göründüyü kimi Agentliyin bü cür hesabat qaydasına münasibəti bir olmuşdur. Sözügedən qətnamədən Ali Məhkəməyədək şikayət verilsə də qətnamə qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilənlərdən aydın demək olar ki, mütəxəssis qərəzli mövqe tutaraq qanuna zidd şəkildə 4,5,6,7,8,9,10,16,17,18,26,32 və 33-cü sualları cavablandırmışdır. 34-cü sual üzrə bildirmək istəyirik ki, mütəxəssis qarşısında Borcun (zərərin) məbləğini müəyyən etmək olmasa analogiya üzrə “X7”nın 6.5- ci, 6.5-1 və 6.5-2-ci bəndlərinə əsaslanaraq qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarı nə qədər olmalıdır. Suala cavab olaraq mütəxəssis 7 ədəd su qızdırıcı qazanın, 4 ədəd PQ-4 restoran tipli qaz piltəsinin, 2 ədəd təndirin və 8 ədəd kombinin müəmmalı şəkildə maksimal saatlıq qaz sərfini müəyyən edərək su qızdırıcı qazanların 24 saat işləməsini digər cihazların isə 12 saat işləməsini qeyd edərək hesabat aparmışdır. Bununla bağlı qeyd edir ki, mübahisələndirilən borcun hesablandığı dövrdə “X7”nın 6.5-ci, 6.5-1 və 6.5- 2-ci bəndləri qüvvədə olmamışdır və bu qanunun geriyə güvvəsi yoxdur. Sözügedən bəndlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 218 nömrəli qərarı ilə Qaydalara əlavə edilmişdir, lakin buna baxmayaraq mütəxəssis tərəfindən bu sual üzrə cavab verilmiş və yerində belə araşdırılma aparılmaması səbəbindən qaz işlədicilərin sayı və növü düzgün göstərilməmiş, bundan başqa qaz işlədicilərin texniki pasportu olmadan mütəxəssis tərəfindən işlədicilərin növü, maksimal saatlıq qaz sərfi və işləmə müddəti qeyri müəyyən üsulla müəyyən edilmiş və hesabat aparılmışdır. “X7”nın 6.5-2-ci bəndinə əsasən vurulmuş zərərin məbləği cihazların işləmə müddəti nəzərə alınmaqla hesablanır. Mütəxəssis isə heç bir əsas gətirmədən, yəni hansı üsulla cihazların işləmə müddətini müəyyən etdiyini bildirmədən 24 saat işləmə müddəti götürmüşdür. Bu hal qəbuledilməzdir. Belə hesabatın aparılması mütəxəssisin obyektivliyində kifayət qədər şübhələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.1-ci maddəsinə əsasən Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Həmin məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Hazırki iş üzrə mütəxəssis rəyindən göründüyü kimi mütəxəssis sanki cavabdeh təşkilatın hüquqlarının müdafiəçisi rolunda iştirak edir. Rəydə 1,2,4,5,6,7,8,9,10,16,17,18, 26,32,33 və 34-cü suallar üzrə hansı qanuna əsasən mütəxəssis nəticələr çıxarmışdır bəlli deyil. Bundan başqa mütəxəssisin məhkəmələrdə analoji işlər üzrə Agentliyin mövqeyinə zidd şəkildə yanaşması, eyni əsaslarla tərtib edilmiş aktlara fərqli münasibət bildirməsi yalnız onun qərəzli mövqedə olması və cavabdeh təşkilatın qanunsuzluqlarına şərait yaratması deməkdir. X3 Agentliyinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “X3 Agentliyinin Nizamnaməsi” ilə tənzimlənir. Nizamnamənin 1.1-ci bəndində göstərilir ki, X3 Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restruktizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Göründüyü kimi, cavabdeh təşkilatın qanunsuz hərəkətləri ilə bağlı barəsində müvafiq tədbirlərin görülməsi əvəzinə mütəxəssis təmsil etdiyi şəxsin Nizamnaməsinə və qanunvericiliyə zidd şəkildə cavabdehin bu cür hərəkətlərinin davam etdirilməsinə şərait yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, xx.xx.2025-ci il tarixli Mütəxəssis rəyi qanunazidd şəkildə tərtib edildiyindən məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş ekspetiza ilə bağlı qəbul edilmiş qərardadda sualların qoyulması zamanı onların sıralanmasında texniki səhvə yol verilərək 11-dən sonra 15 yazıldığından mütəxəssis rəyi də eyni sıralama ilə verilmişdir. Eyni zamanda abonent saldosunda əks edilmiş 2021-ci il sentyabr ayında 547,56 manat akta görə borcla bağlı akt iş materiallarında mövcud olmasa da, həmin borc abonent saldosunda 2021-ci ilin oktyabr ayın üçün aktlara əsasən hesablanmış borclar qrafasında yer almış, odur ki, həmin borcun hesablanması əsaslılığı da məhkəmə tərəfindən yoxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis qarşısında qoyulan suallara texniki səhv olaraq xx.xx.2017-xx.xx.2017-cı il dövrü üçün 35.495 manat borcun düzgün hesablanması barədə sual qoyulsa da, verilmiş rəyin tətqiqi zamanı belə bir aktın iş materialların olmadığını, eləcə də abonent saldosunda həmin müddət üçün göstəilən məbləğdə borc hesablanmadığı aşkarlanmış, odur ki, məhkəmə kollegiyası həmin hissədə mütəxəssis rəyinin nəticələrini nəzərə almır. Vəsatət əsasında dindirilmiş mütəxəssis rəyi vermiş X6 rəyi müdafiə edərək verdiyi izahatında rəydə istifadə etdiyi mənbəni, yəni SSRİ-nin vaxtında qəbul edilmiş hazırki vaxta kimi istifadə edilən qazın həcminin müəyyən edilməsi şərtləri adlanan sənəddən çıxarışlar təqdim etmişdir. İddiaçı tərəf hesablama düсturu və metodika qanunverijiliyin tələblərində öz əksini tapmamasına dair digər iş üzrə Energetika Nazirliyinin Tovuz filialının xx.xx.2022-ci il tarixli məktubunun məzmununa istinad etsə də, kollegiya bu məktubun məzmununda göstərilənlərin hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, qeyd edilən məktubun məzmununda göstərilənlər hazırki iddianın predmeti ilə heç bir bağlılığı müəyyən edilmir. Həmçinin də, kollegiya Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerci Məsələləri Tənzimləmə Agentliyinin Sumqayıt filialının baş müfəttişi X4 mütəxəssis rəyini sübut növü kimi qiymətləndirir və hesab edir ki, "xxxx" MTK-nın nümayəndəsinin qeyd edilən mütəxəssis rəyinə etirazında göstərilənlər konkret sübutlar əsaslandırılmadığından həmin rəyin mötəbərliyini şübhə altına almır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə hesablanmış 157899 manat ( yüz əlli yeddi min səkkiz yüz doxsan doqquz manat ) məbləğində borc ilkin iddia üzrə iddiaçının abonent hesabından silinməli, cavabdeh "xxxx" MTK-dan X10yə görə yaranmış 572573,97 manat (beş yüz yetmiş iki min beş yüz yetmiş üç manat doxsan yeddi qəpik) məbləğində borc Cavabdeh xeyrinə tutulmalıdır. Belə ki, mütəxəssis rəyi üzrə silinmələr aşağıdakı hesablamalar əsasında aparılmalıdır:
1. 15 noyabr 2016-cı il tarixdən 2017-ci ilin fevral ayının 6-dək olan sayğacsız dövr üçün mütəxəssis rəyinə uyğun olaraq sərfiyyat 2015-ci ili noyabr ayının orta gündəlik sərfiyyatına uyğun olaraq hesablanmalı və xx.xx.2016xx.xx.2016-cı il tarixləri arası dövr üçün 29844,8 manat, dekabr 2016-cı il üçün 115648.6 manat (yeni tarifə əsasən), yanvar 2017-ci il üçün 115648,6 manat və fevral ayının 6 gününə 23.457,2 manat məbləğində müəyyən edilməlidir. Odur ki, həmin dövr üçün Cavabdeh tərəfindən artıq hesablanmış aşağıdakı borc məbləğləri silinməlidir.
2. xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arası dövr üçün 38721,20 manat (hesablanmış borc) - 29844,8 manat (hesablanmalı olan borc)= 8876,4 manat;
3. 2016-cı ilin dekabrı üçün 154679,40 manat (hesablanmış borc) - 115648.6 manat (hesablanmalı olan borc)= 39030,80 manat;
4. 2017-cı ilin yanvar ayı üçün 145.418,80(hesablanmış borc) - 115.648,6(hesablanmalı olan borc)=29.770,20 manat;
5. 2017-cı ilin fevral ayı üçün 23.457,60(hesablanmış borc) - 23.457,2(hesablanmalı olan borc)=0,40 manat
Cəmi silinməli olan məbləğ 77.677,80 manat.
Bununla yanaşı 2017-ci ilin mart ayında 03.3017-ci il tarixli 000253-cü il tarixli sayğacın işləmədiyi dövr üçün qazın hesablanması haqqında akta əsasən hesablanmış 16.288,4 manat borca münasibətdə kollegiya qeyd edir ki, həmin dövrdə sayğac işlək vəziyyətdə olduğundan və hər-hansı bir nasazlığını təsdiq edən əsasverici sənədlər təqdim olunmadığından həmin borcun hesablanması əsaslı hesab edilmir, odur ki, həmin borc da silinməlidir.
Bununla yanaşı 2019-cu ilin avqust ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən cəmi 2.284,8 manat sərfiyyat (sayğac göstəricisinə əsasən 1455 və 829,8 əlavə sərfiyyat) hesablandığı halda mütəxəssis rəyinə əsasən sərfiyyat 1567 manat təşkil etməli idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 718,40 (829,80 manat +1455,60 manat - 1567 manat ) manat silinməlidir. 2019-cu ilin sentyabr ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 302,2 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 40,60 manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 261,60 manat (302,20 manat - 40.6 manat) silinməlidir. 2019-cu ilin oktyabr ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 1071 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 63,4 manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 1007,60 manat (1071 manat – 63,4 manat) silinməlidir. 2019-cu ilin dekabr ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 27.010 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 18.188,4 manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 8821,60 manat (27.010 manat – 18.188,4 manat) silinməlidir.
2020-ci ilin yanvar ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 35.495 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 28.309,2 manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 7.185,80 manat(35495 manat- 28.309,2 manat) silinməlidir.
2020-ci ilin mart ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 37999,60 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 26.979,8 manat manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 11.019,80 manat(37.999,60 manat – 26.979,8 manat) silinməlidir.
2020-ci ilin may ayı üzrə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində Cavabdeh tərəfindən 347 manat əlavə sərfiyyat hesablandığı halda mütəxəssis rəyinə əsasən 222 manat manat əlavə sərfiyyat hesbalanmalı idi. Odur ki, həmin ay üçün artıq hesablanmış 125 manat(347 manat- 222 manat) silinməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, mütəxəssis rəyinə əsasən 2019-cu ilin noyabr, 2020-ci ilin fevral, aprel ayında və 2021-ci ilin yanvar ayında Cavabdeh tərəfindən sayğacsız, qaz sayğacının işləmədiyi dövr üçün hesablanmış əlavə sərfiyyat hesablanmalı olan məbləğə nisbətən az olduğundan həmin aylar üzrə hesablanmış borcdan silinmələr aparılması üçün əsaslar müəyyən edilmir.
2021-ci ilin may –noyabr ayları arası dövrdə sayğacın elektron hissəsi Vt işlək vəziyyətdə olmasa da mexaniki hissəsi Vm işlək vəziyyətdə olduğundan və sayğacın mexaniki hissəsində qazın sərfiyyatı qeydə alındığından, həmin dövr üçün sayğacsız, qaz sayğacının işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlara əsasən hesablanmış müvafiq olaraq 870,40 manat ; 892,40 manat; 565,76 manat; 565,76 manat; 547,56 manat; 565,76 manat, 694,98 manat məbləğində borclar silinməlidir.
2022-ci ilin may-sentyabr aylarında qaz sayğacı işlək vəziyyətdə olduğundan və sayğac tərəfindən qaz sərfiyyatı qeydiyyata alınmadığından sayğacsız, qaz sayğacının işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlara əsasən hesablanmış müvafiq olaraq 1389.96 manat; 303,76 manat; 718,08 manat 694,98 manat manat məbləğində borclarda əsassız hesablanmışdır. Odur ki, həmin borcların silinməsinə dair hissədə də iddia təmin edilməlidir.
Mübahisələndirilən məbləğin 25.687,20 manat və 1296,40 manat hissəsi isə “X10 X2” 2022-ci il 31 yanvar tarixli, ******* saylı və 02888180 saylı xx.xx.2020-ci il tarixli aktlara əsasən hesablanmışdır. Cavabdeh "xxxx" MTK-nin barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə tərəfindən əsaslılığı yoxlanılmış digər borclara münasibətdə kollegiya qeyd edir ki, yoxlamanın nəticəsi olaraq “X10 X2” aktlara əsasən tərtib edilmiş yuxarıda göstərilən iki borc məbləğindən fərqli olaraq, həmin borclar qaz sayğacının olmadığı və ya işləmədiyi dövr üçün istifadə edilmiş qazın dəyəri üzrə cavabdeh tərəfindən aparılmış hesablaşmaları əks etdirir və hər hansı yoxlamanın nəticəsi olaraq tərtib edilməmişdir. Odur ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınma barədə tələblərin həmin aktlara şamil eidlməsi üçün əsaslar yoxdur.
Məhkəmə kollegiyası hesab edir ki, təhqiqatı aparılmayan akta görə hesablanmış 1296,40 manat da hesablanmanın da silinməsi nəzərə alınmaqla ümumilikdə silinməli olan məbləğ 157899 manat ( 156602.60+ 1296,40) təşkil edir. Qarşılıqlı iddiaçı "xxxx" MTK-dan X10yə görə yaranmış 730472.97 manat tutulmalı olmasını iddia etsə də Məhkəmə kollegiyası hesab edir ki, 572573,97 manat borc Cavabdeh xeyrinə tutulmalıdır. Belə olan halda müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, yəni məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-298/2023 saylı qətnaməsi ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə hesablanmış 157899 manat ( yüz əlli yeddi min səkkiz yüz doxsan doqquz manat ) məbləğində borc ilkin iddia üzrə iddiaçının abonent hesabından silinsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan X10yə görə yaranmış 572573,97 manat (beş yüz yetmiş iki min beş yüz yetmiş üç manat doxsan yeddi qəpik) məbləğində borc Cavabdeh xeyrinə tutulsun. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə