Məhkəmə qərarları › İş №2-2(103)-222/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-222/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-222/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2576/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli e-2-2(113)-2576/2021 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia təmin olunaraq, Cavabdehndən 31200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul olunması barədə cavabdeh tərəfin məlumatı olmamış və onlar qətnaməni rəsmi şəkildə almamışdır. Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, e-2-2(113)-2576/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 06.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 64-cü vərəqəsində olan xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli e-2-2(113)-2576/2021 nömrəli qətnaməsi cavabdehin hüquqi ünvanı olan ünvan 1ına göndərilmiş və 03 avqust 2021-ci il tarixdə Salıyeva Sədaqət (qohum) adlı şəxsə rəsmi qaydada verilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 06.10.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 04 sentyabr 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 06.10.2021-ci il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə cavabdehə təqdim edilməmişdir. Halbuki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli e-2-2(113)-2576/2021 nömrəli qətnaməsi 03 avqust 2021-ci il tarixdə cavabdehin ünvanına göndərilmiş və rəsmi qaydada çatdırılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2576/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar