Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-223/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx"-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, istinad edilən hüquq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx"-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1501/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 446092 saylı faturanın surətində 29937.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446099 saylı faturanın surətində 16478.50 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446104 saylı faturanın surətində 16.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446106 saylı faturanın surətində 14060 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446134 saylı faturanın surətində 17000 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446150 saylı faturanın surətində 18160 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446215 saylı faturanın surətində 12350 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2020-ci il tarixli GİB**********011 saylı faturanın surətində 10100 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi və xx.xx.2020-ci il tarixli GİB**********059 saylı faturanın surətində 17430 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi qeyd edilmişdir.
2. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş gömrük bəyanamələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi müxtəlif tarixlərdə mallar göndərilmişdir.
3. İşdə olan dekontların surətlərindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları iddiaçıya ödəniş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən satılmış mallara görə yaranmış 27624,10 ABŞ dolları (46690 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC şirkəti xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC-nə ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac etmiş, bunlar gömrük bəyannamələri ilə təsdiqini tapır. "xxxx" MMC məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə şirkətə cəmi 135533,10ABŞ dollardan 107909 ABŞ dolları ödəniş etmiş, qalan 27624,10 ABŞ dolları məbləğini (46690 manat) ödəməmişdir. Bu vaxt ərzində şirkətin rəhbərliyi müxtəlif bəhanələrlə yayınmış telefon zənglərinə cavab verməmişdir. İki ildən sonra isə yenə pulu tələb etməyinə baxmayaraq cəmiyyət pulunu ödəməkdən imtina edir və bildirir ki, pulu hansısa bir adama nağd vermiş və şirkətə heç bir veriləcək vəsaiti yoxdur. Şirkət Türkiyədən çıxan mallara görə vergi və sair hesabatlar verməlidir. Şirkət olaraq pulu kiməsə nağd şəkildə ödənilməsində maraqlı olmamış və şirkət tərəfindən pulu almaq üçün hər hansı fiziki və ya hüquqi şəxsə etibarnamə verilməmişdir. Gətirilmiş mallara görə şirkətə cəmiyyətin hesabından xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350ABŞ dolları, cəmi 107909 ABŞ dolları ödəniş olunmuşdur. Qalan 27624,10 ABŞ dolları (46690 manat) borc ödənilməmişdir. Bakı şəhər prokurorluğuna müraciət edilmiş, prokurorluq xx.xx.2023-cü il tarixli 23-0000-xx-xx- 004258 nömrəli məktubla, işin mülki mühakimə qaydasında baxılmasını və yalnız məhkəmə işə baxarkən, prosses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə o, bu barədə xüsusi qərardadla prokurora xəbər verilməsi barədə cavab yazmışdır. İddiaçı pretenziya məktubu göndərmiş və məsələnin mübahisəsiz həlli üçün mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya sesiyalarında iştirak etməmişdir. 6 saylı Mediasiya təkilatından arayış təqdim edilmişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2024- cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135.533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac etdiyini, cavabdehin məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə 27.624,10 ABŞ dolları məbləğini (46690 manat) ödəmədiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində və ödəniş qəbzlərində malların Azərbaycana ixrac edilməsinin, tərəflər arasında olan alqısatqı münasibətlərinin və cavabdehin iddiaçıya etdiyi ödəniş qəbzlərində hüquqi əsas olaraq kimi 01 saylı xx.xx.2018-ci il tarixli müqavilənin olduğu göstərilmişdir. Məhkəmə iclasının gedişatında Bakı Kommersiya Məhkəməsi tərəfindən Dövlət Gömrük Komitəsinə müraciət edilərək, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə (VÖEN **********) 2018- 2020-ci illər ərzində göndərilən mallarla bağlı gömrük bəyanamələrinin və onlara aid olan mövcud olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Dövlət Gömrük Komitəsi tərəflər arasında 2018-2020-ci illər ərzində olan gömrük əməliyyatlarına aid bəyanamə, müqavilə, invoislər və sair mövcud olan sənədləri elektron daşıyıcıda məhkəməyə təqdim etmişdir. Həmin sənədlərlə tanış olunmuş, və bir daha təsdiq edilmişdir ki, tərəflər arasında 01 saylı xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər həmin müqavilənin 10-cu bəndində mövcud qanunvericilik və arbitraj ilə bağlı şərtlər müəyyən etmişlər. Həmin müqavilənin 10.2-ci bəndinə görə bütün mübahisəli məsələlər X3 Məhkəməsində həll oluna bilər və Ali İqtisad Məhkəməsinin qəbul etdiyi qərar hər iki tərəf üçün mütləq və sonuncudur.
7. Daha sonra cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət cavabdeh "xxxx" MMCyə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi məhkmənin icraatına qəbul edilmişdir. İddia alqı-satqı müqaviləsini, münasibətlərini tənzimləyən maddələr ilə əsaslandırılmış və iddia göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müxtəlif vaxtlarda cavabdeh "xxxx" MMC ilə əməkdaşlıq edərək aralarında bağlanmış müqavilələrə əsasən toplam 135533,10 ABŞ dolları məbləğində dərman və kosmetik malları Türkiyə Respublikasından Azərbaycana ixrac edilmiş, cavabdeh məhsulları qəbul etməsinə baxmayaraq həmin mallara görə xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018- ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları ödəniş olunmuş, qalan 27624,10 ABŞ dolları məbləğini (46690 manat) ödənilməmişdir. İlk əvvəl bildirilir ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallar barəsində iddia ərizəsinə əlavə etdiyi sənədlərin hamısı xarici dildə - türk dilindədir, tərcümə olunmamışdır və adi surətlərdən ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi dekontların surətlərindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları iddiaçıya ödəniş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 446092 saylı faturanın surətində 29937.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446099 saylı faturanın surətində 16478.50 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446104 saylı faturanın surətində 16.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446106 saylı faturanın surətində 14060 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446134 saylı faturanın surətində 17000 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446150 saylı faturanın surətində 18160 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446215 saylı faturanın surətində 12350 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2020-ci il tarixli GİB**********011 saylı faturanın surətində 10100 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi və xx.xx.2020-ci il tarixli GİB**********059 saylı faturanın surətində 17430 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, cavabdeh həmin sessiyada iştirak etməmiş və bu barədə hazırki arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Ona görə də hazırkı iddiyaya dair kommersiya işi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, yuxarıda sadalanandan göründüyü kimi iddiaçı iddia edir ki, cavabdeh arasında birinci alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə, sonuncu alqı-satqı müqaviləsi isə xx.xx.2020-ci il tarixdə bağlanmış və iddia ərizəsinə əlavə etdiyi gömrük bəyannamələrinin surətlərinə əsasən malları cavabdehə təqdim etmişdir. Birinci tarixdən təxminən 5 (beş) il 4 (dörd) ay, sonuncu - xx.xx.2020-ci il tarixdən isə 3 (üç) il 10 (on) aydan çox müddət keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı şirkətin cavabdeh "LİLİT” MMC-yə qarşı “borc” tələbinə dair iddia ilə bağlı e-2-2(113)-1501/2024 saylı kommersiya işi üzrə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1501/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçı “X6 San. TİC.LTD.ŞTİ”-yə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə şifahi qaydada (razılaşdırılmış) bağlanılmış (alqı-satqı) malların satılmasına dair müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı–satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsindən irəli gəlir. Müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), Cavabdeh MMC-dir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində iddiaçı xx.xx.2024- cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. Ona görə də hazırkı iddiyaya dair kommersiya işi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, yuxarıda sadalanandan göründüyü kimi iddiaçı iddia edir ki, cavabdeh arasında birinci alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə, sonuncu alqı-satqı müqaviləsi isə xx.xx.2020-ci il tarixdə bağlanmış və iddia ərizəsinə əlavə etdiyi gömrük bəyannamələrinin surətlərinə əsasən malları cavabdehə təqdim etmişdir. Birinci tarixdən təxminən 5 (beş) il 4 (dörd) ay, sonuncu - xx.xx.2020-ci il tarixdən isə 3 (üç) il 10 (on) aydan çox müddət keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə “borc” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərkən 3 ildən çox müddət keçmiş və iddia müddətini ötürmüşdür. İşdən göründüyü kimi tərəflər arasıda bağlanmış müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları olmuşdur. Sonuncu dəfə cavabdehə təqdim edilən mallara dair gömrük bəyannaməsinin tarixi isə xx.xx.2020-ci il tarixə təsadüf edir. Buna görə də məhkəmə hazırkı iş üzrə iddia müddətinin tətbiqi məsələsini xx.xx.2020-ci il tarixdən, yəni satıcı tərəfindən sonuncu mal sifarişini icra etdiyi (malların Azərbaycan Respublikasına çatdırıldığı) tarixdən aparılmasını (bundan sonra ödənişə dair hər-hansı sənəd mövcüd deyil) qanuna uyğun hesab edir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixində başa çatmışdır. İddiaçı ilkin olaraq cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərmiş və xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmiş, o cümlədən iddia ərizəsi arayışı aldıqdan xeyli müddət sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 440.1, 443.0, 443.0.1, 443.0.7, 450.2, 28-ci maddələrini, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.1, 1.2, 2.1, 2.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 329.2, 329.3, 385.1, 372.1, 372.2, 373.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 379.1.6, 379.4-1, 380.1-ci maddələrini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarını tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1501/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə tərəfləri Türkiyə və Azərbaycan dövlətinin hüquqi şəxsləridir, tərəflər arasında bağlanmış şifahi beynəlxalq kommersiya müqavilələridir, həmin müqavilələrə görə satıcı-iddiaçı Türkiyə dövlətinin hüquqi şəxsi “X6 X8. ve TİC.LTD.ŞTİ” ilə alıcı-cavabdeh Azərbaycan dövlətinin hüquqi şəxsi "xxxx" MMC arasında bağıanmış şifahi alqı-satqı müqavilələrinə görə satıcı alıcıya bioloji aktiv qida əlavələri müvafiq gömrük rəsmiləşdirilməsi ilə Türkiyədən Azərbaycana göndərir, alıcı isə həmin malları Dövlət Gömrük orqanından qəbul edərək malın pulunu bank vasitəsilə köçürmə yolu ilə satıcıya ödəyir. Yəni burada iki dövlətin subyekləri arasındakı ticarət münasibətlərini nizamlayan, beynəlxalq ticarət qanunvericiliyi və “lex marcatoria” ilə tənzimlənən şifahi müqavilələr nəzərdə tutulur. Azərbaycan Respublikasının 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulması barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanmış Azərbaycan Respublikası Qanununda öz əksini tapan “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası” müxtəlif dövlətlərdə yerləşən kommersiya obyektləri arasında olan alqı-satqı müqavilələrinə tətbiq olunur. Nə müqavilə tərəflərinin milli mənsubiyyəti, nə vətəndaşlığı konvensiyanın tətbiq edilmə meyarına təsir göstərmir. 1980-ci il Vyana Konvensiyasına əsasən alqı-satqı müqaviləsinin obyekti şəxsi ailə və ya ev istifadəsi ilə bağlı olmayan daşınar əmlak olmalıdır. “Malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” 1980-ci il Vyana Konvensiyasının 9-cu maddəsində deyilir: 1) Tərəflərin barəsində razılığa gəldikləri istənilən adət və qarşılıqlı münasibətlərində müəyyən etdikləri istənilən təcrübə onlar üçün məcburi xarakter daşıyır. (2) Tərəflərin, aralarında digər qaydada razılaşma olmadıqda, bildikləri və ya bilməli olduqları və beynəlxalq ticarətdə müvafiq ticarət sahəsində eyni növlü müqavilələrin tərəflərinə geniş məlum olan və onların müntəzəm riayət etdikləri adətin tərəflərin müqavilələrinə və ya onun bağlanmasına tətbiqini nəzərdə tutduqları hesab edilir. Bakı Kommersiya Məhkəməsi beynəlxalq kommersiya müqaviləsindən yaranan xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsini tətbiq edir. Bu düzgün deyildir. Əvvəla, qeyd olunmalıdır ki, xarici elementli kommersiya mübahisəsinə satıcının dövlətinin maddi hüququnun tətbiqi barədə satıcı-iddiaçınınn məhkəməyə maddi hüququn tətbiqi barədə ərizə ilə müraciəti vardır. Həmin müraciətə iddiaçı xarici hüquqi şəxs X5 Məclisinin xx.xx.2011-ci ildə qəbul etdiyi Türkiyə dövlətinin “Türk borclar Qanunu”nu əlavə edərək məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə qətnaməsində yanlışlıqla qeyd edir ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş və iddiaçı tərəf sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı xarici hüquqi şəxs “E- Mehkeme” X1 dövlətinin “Türk borclar Qanunu”nu əlavə etmişdir. Həmin Qanunun tərcüməsinin notariat qaydada təsdiqlənməsi mümkün deyildir, çünki bu Qanun Türkiyə dövlətinin qanunvericilik orqanı tərəfindən rəsmi qəbul edilmiş qanundur. Türkiyə dövlətinin “Türk borclar Qanunu”nu X5 Məclisininhttps://www.tbmm.gov.tr/Arama/Sonuc? q=borclar rəsmi internet səhifəsində vardır, həmin internet səhifəsindən bu Qanunun mövcudluğu barədə məhkəmə lazımi məlumatı əldə edə bilərdi. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 16/2023 saylı Qərarının 5.11-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq, “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olubolmaması məhkəmələr tərəfindən araşdırılmalıdır. Hazırki xarici elementli kommersiya mübahisəsinə Türkiyə Dövlətinin “Türk borclar Qanunu” tətbiq edilməklə baxılmalıdır, iddia tələbi təmin edilməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olmasını xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
3.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. 3.2.-ci maddəsinə əsasən, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axmı dayandırılır. 379.4-1ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
16. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 2.2.-ci maddəsinə əsasən, bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 25.1.-ci maddəsinə əsasən, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 16/2023 saylı Qərarı
17. Türkiyə Respublikasının 6098 saylı “Türk borçlar Kanunu”nun (11 yanvar 2011-ci ildə qəbul edilib, 4 fevral 2011-ci ildə qüvvəyə minib): İİ Bölməsi, Müddətlər adlı A fəsli: İ maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti 10 ildir. İİ maddədə beş illik müddətləri nəzərdə tutur. 147-ci maddəyə əsasən, aşağıdakı tələblər üzrə beş illik iddia müddəti tətbiq olunur:
1. Kirayə haqqı, əsas borca hesablanan faizlər və vaxtaşırı ödənməli olan haqqlar,
2. Otel, motel, pansionat və tətil düşərgəsi kimi yerlərdəki qonaqlama haqqları və kafe ve buna bənzər yerlərdəki yeme-içmə xərcləri.
3. Kiçik sənət əsərlərinin və kiçik həcmdə pərakəndə alqı-satqı irəli gələn tələblər.
4. Bir ortaqlıqda, ortaqlıq müqaviləsindən irəli gələn ve ortaqların birinin digərinə qarşı və ya onlarla ortaqlıq arasındakı; bir ortaqlığın rəhbərləri, təmsilçiləri, yoxlayıcıları ilə ortaqlıq və ya ortaqlar arasındakı tələblər üzrə;
5. Agentlik, komisyon və agentlik müqavilələri və broker müqavilələrindən yaranan debitor borcları, kommersiya vasitəçiliyi haqqı üzrə debitor borcları istisna olmaqla.
6. Podratçının öz öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı kobud səhlənkarlığı istisna olmaqla, işlərin görülməsi ilə bağlı müqavilələrdən irəli gələn iddialar. Maddə 207- Alqı-satqı müqaviləsi, satıcının satılan əşyaya sahiblik və mülkiyyət hüququnu alıcıya verdiyi və alıcının bunun müqabilində qiymət ödəməyi öhdəsinə götürdüyü müqavilədir. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa və ya bunun əksi işgüzar adətlərlə tənzimlənmirsə, satıcı və alıcı eyni vaxtda öz öhdəliklərini yerinə yetirməyə borcludurlar. Vəziyyətə və şərtlərə uyğun təyin oluna bilən qiymət razılaşdırılmış qiymət hesab olunur. Maddə 232 - Alıcı, alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi, ona təklif olunan satış qiymətini ödəməyə və satılan şeyi təhvil almağa borcludur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
19. Azərbaycan Respublikası Mediasiya haqqında qanununun:
36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı "xxxx" tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(103)-223/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qət edilməlidir.
24. Apellyasiya şikayəti onunla əsaslandıırıb ki, 1-ci instansiya məhkəməsi mülki və mülki prosessual qanunvericiliyin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normaların tələblərini pozaraq, xarici elementli kommersiya mübahisəsinə əsaslar olmadan Azərbaycan Respublikasının mülki qanunvericiliyini tətbiq etmiş, iddianı əsassız olaraq rədd etmişdir. Belə ki, məhkəmənin araşıdırdığı hallar və iş üzrə sübutlardan da göründüyü kimi, aşağıdakı hallar işin mübahisələndirilməyən hallarıdır:
25. Hazırkı iş xarici elementli kommersiya mübahisəsidir (Tərəflərinin biri alıcı Azərbaycan Respublikasında, digəri isə satıcı olmaqla Türkiyə Respublikasında qeydiyyata alınmış və fəaliyyət göstərən hüquqi şəxslər olan, aralarında alqı-satqı münasibətlərinin rəsmiləşdiyi yazılı müqavilə mövcuddur)
26. Mübahisənin əsaslandığı alqı-satqı müqaviləsində mübahisə halında işə baxan məhkəmə üçün tərəflərin hansının ölkəsinin qanunvericiliyinin tətbiq edilməsi nəzərdə tutulmayıb.
27. Mübahisənin əsaslandığı alqı-satqı müqaviləsində mübahisə halında mübahisəyə baxacaq məhkəmə və ya digər orqan dəqiq müəyyən olunmayıb.
28. Birinci instansiya məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanun”u və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 16/2023 saylı Qərarını bu işə tətbiq etməyib və bu nəticəni onunla əsaslandırıb ki, xarici ölkə qanunvericiliyinin tərcümə edilməsi çox xərc tələb edirsə məhkəmə milli qanunvericiliyi tətbiq etməlidir. 1-ci instansiya məhkəməsi əslində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinə müraciət edərək, həmin ölkənin hazırkı mübahisəyə tətbiq ediləcək müvafiq qanununun tərcümə olunaraq məhkəməyə təqdim edilməsini xahiş edib, lakin həmin təşkilatdan cavab ala bilmədiyi üçün, milli qanunvericiliyi tətbiq etmək qərarına gəlib. Halbuki, Türkiyə Respublikasının mülki qanunvericiliyinə, o cümlədən 6098 saylı “Türk borçlar Kanunu” əlçatandır və onun tərcümə olunması zəruri deyildir. Belə olan halda, məhkəmə Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsini deyil, 25.1-ci və 25.1.1.– ci maddələrini tətbiq etməli idi. Çünki, həmin norma birmənalı şəkildə müəyyən edir ki, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, alqı-satqı müqaviləsi üzrə satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir.
29. Türkiyə Respublikasının 6098 saylı “Türk borçlar Kanunu”nundan göründüyü kimi, alqı-satqı münasibətlərində tərəflərin hüquq və vəzifələrini tənzimləyən normaların məzmunu klassik məzmuna uyğundur, yəni satıcının malı vermək vəzifəsi ilə alıcının malı qəbul edib razılaşdırılmış dəyərini ödəmək vəzifəsi qarşılıqlıdır. Həmin qanun Azərbaycan Respublikasının milli qanunvericiliyindən fərqli olaraq alqı-satqı münasibətlərinin bəzi növləri üçün daha uzun iddia müddətləri nəzərdə tutur. Düzdür, ümumi iddia müddəti Azərbaycan Respublikası mülki qanunvericiliyində olduğu kimi 10 il olaraq müəyyən edilib. Lakin, həmin qanunda daha qısaldılmış iddia müddəti nəzərdə tutulan iddia növləri arasında yalnız kiçik həcmdə pərakəndə alqı-satqı müqaviləsi üçün 5 illik müddət nəzərdə tutulduğundan, digər alqı-satqı müqavilələri üzrə iddia müddətinin 10 il olaraq təyin edilməsi qanunun məzmunundan aşkar görünür. Hazırkı işdə mübahisəli alqı-satqı müqaviləsi 2018-ci ildə bağlanıb və son partiya mal alıcıya 23 aprel 2020-ci il tarixdə təqdim edilib. Göründüyü kimi, alıcının aldığı malın əvəzini ödəmədiyi vaxtdan, yəni satıcının hüququnun pozulduğunu bildiyi andan 10 ildən çox müddət keçməyib. Belə olan halda, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin verdiyi ərizəni əsassız hesab edir.
30. İddianın əsaslılığına gəldikdə isə, məhkəmə hesab edir ki, alıcının aldığı mala münasibətdə etməli olduğu ödəniş iddiaçının bildirdiyi kimi 135533.1 ABŞ dolları məbləğində deyil, 133.133.1 ABŞ dolları qədərdir. Belə ki, yük gömrük bəyannamələrində qeyd edildiyi kimi, ölkəyə idxal olunan mal 135533.1 ABŞ dolları məbləğində olsa da, elektron qaimələrdəki məbləğ 133.133.1 ABŞ dolları olub. Bunu tərəflər onunla izah edir ki, cavabdeh 2400 ABŞ dolları dəyərində malı qəbul etməkdən imtina etmiş və ona münasibətdə tərəflərin razılaşmasına əsasən əsas borcdan azalma edilməsi qərara alınmışdır. Belə olan halda, cavabdehin iddiaçıya borcu 27624.1 ABŞ dolları deyil, 25224.1 ABŞ dolları təşkil edir. Belə ki, ölkəyə idxal edilmiş və cavabdeh tərəfindən qəbul edilmiş 133133.1 ABŞ dolları dəyərində malın yalnız 107909 ABŞ dolları hissəsi ödənilmişdir. Odur ki, yaranmış fərq 25224.1 ABŞ dolları (133133.1 ABŞ dolları - 107909 ABŞ dolları) təşkil edir.
31. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhv olmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1501/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx"-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən ona satılmış mallara görə yaranmış 25224.1 ABŞ dolları (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borc, 400 manat mediasiya xərci tutulub iddiaçı "xxxx" ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx"-yə ödənilsin. Qətnamədən Cavabdeh MMC-yə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.