Məhkəmə qərarları › İş №2-2(103)-224/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-224/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-224/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdehnə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, alqı-satqı müqaviləsi üzrə pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçınin Cavabdehnə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4075/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki: iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin seçdiyi mebelləri hazırlayaraq sonuncunun mülkiyyətinə verməyi və mebelləri Azərbaycan Respublikasında quraşdırmağı, cavabdeh isə malları iddiaçıdan qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, müqavilənin ümumi dəyəri ümumi dəyəri 463002,55 ABŞ dolları (malın dəyəri) və 16997,45 ABŞ dolları (xidmət haqqı - 4 x Türk mühəndis heyətinin bütün xərcləri: montaj /yol / uçuş +yemək və s.) olmaqla 480 000 ABŞ dolları təşkil edir;

2. Müqavilənin ödəniş şərtlərinə əsasən malın dəyəri 20% əvvəlcədən qarşı tərəfə ödənilməli, qalan məbləğ mallar hazır olduqca avans şəklində həyata keçirilməlidir. Müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 420 000 ABŞ dolları (köçürmə yolu ilə) və 4200 manat məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların təchizatı üzrə müqaviləyə əsasən 86800 ABŞ dolları əsas borc, 4340 ABŞ dolları dəbbə pulunun və ödənilmiş 444,94 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 avqust 2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli mebel mallarının təchizatı üzrə müqavilə bağlanılıb. Müqavilənin 3.1-ci bəndinə əsasən təchiz olunan mebel avadanlığının dəyəri 463 002,55 ABŞ dolları (malın dəyəri) və 16997,45 ABŞ dolları, yəni cəmi 480 000 ABŞ dolları təşkil edir. İddiaçı müqavilə üzrə təchiz olunmalı olan mebel avadanlığını cavabdehə çatdırmışdır və beləliklə, öhdəliklərini layiqincə icra etmişdir. Lakin həmin avadanlığın çatdırılmasından sonra iddiaçı tərəfindən elektron qaimələrin cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən ödənilməli olan 86 800 ABŞ dolları məbləğində borcunu indiyədək ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması bildirilərək pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki hazırda cavabdehdən 86800 ABŞ dolları məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin 04 avqust 2022-ci il tarixli NVC KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilənin 4.3cü bəndinin 2-ci abzasına əsasən, satıcının (i) ödəmənin hər gecikdirilmiş gününə görə alıcıya borc məbləğindən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin borc məbləğinin 5%dən çox olmamaq şərti ilə; və/yaxud (ii) alıcı müqavilənin qiymətinin müvafiq hissəsini müqavilə ilə müəyyən edilmiş vaxt ərzində ödəmədiyi halda, müqavilənin hər hansı əlavəsinə görə müqavilənin icrasını (o cümlədən malların ötürülməsini (boşaldılmasını) dayandırmaq), həmçinin tərəflər arasında hər hansı digər müqavilənin icrasını dayandırmaq hüququ vardır. Qeyd olunan bəndə əsasən, hazırda cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirildiyinə görə borc məbləğinin 5% məbləğində pulun da tutulması zərurəti vardır. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 427, 445, 448, 567-ci və s. maddələri göstərilmişdir.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək, İddiaçınin Cavabdeh MMC-yə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: tərəflər arasında 04 avqust 2022-ci il tarixli NVC KMBMİ001 nömrəli müqavilə imzalanmışdır. Bu, işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə uyğun olaraq malları hazırlayıb, cavabdehə təhvil verməli və cavabdeh də müqavilə şərtlərinə əsasən ödənişlər etməli idi. Müqavilə üzrə malların dəyəri 463 002,55 ABŞ dolları olsa da, əlavə olaraq malların montaj və quraşdırılması üçün (4 nəfər işçi üçün) 16997,45 ABŞ dolları ödəniş də nəzərdə tutulmuşdur. Müqavilə tələblərinə riayət olunduğu təqdirdə, cavabdehin işçilik tutarı (montaj və quraşdırma) ilə birlikdə ümumilikdə 480 000 ABŞ dolları ödəniş etməsi nəzərdə tutulmuşdur. Məsələ burasındadır ki, iddiaçı müqavilə üzrə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqaviləyə əsasən, müqavilə dəyərinin 20 faizi avans şəkildə ödənilməli, qalan hissələr isə mallar hazır olduqca ödənilməli (4.1-ci bənd), ilkin avans ödənişi aldıqdan sonra iddiaçı 2 gün ərzində istehsala başlamalı və sifariş edilən, müqavilənin əlavəsində göstərilən malları 60 gün ərzində cavabdehə təhvil verməli idi (7.8-ci bənd). Cavabdeh ilkin avans ödənişi tam olaraq (artıq ödəmə də olmuşdur) və vaxtında etmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının hesabına ilkin avans ödənişi kim nəzərdə tutulmuş vəsaiti, yəni müqavilənin 20 faiz dəyərini (bir az da artıq) – 100 000 ABŞ dollarını (4000 ABŞ dolları artıq) köçürmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixdə əlavə olaraq 100 000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 150 000 ABŞ dolları ödəniş etmişdir. Daha sonrakı tarixlərdə malların hazır olmadığını görüb ödənişlərə ara vermiş və xx.xx.2022-ci il tarixdə 50 000 ABŞ dolları, son olaraq xx.xx.2023-cü il tarixində 20000 ABŞ dolları vəsait ödəniş etmişdir. Beləcə cavabdeh müqavilə üzrə ümumilikdə iddiaçıya rəsmi olaraq bank hesabına köçürmə vasitəsilə 420 000 ABŞ dolları vəsait köçürmə etmişdir. Müqavilə üzrə öhdəlikləri müəyyən olunmuş iddiaçı malları vaxtında istehsal edib cavabdehə təhvil verməmişdir. Əvvəldə də qeyd edildiyi kimi, iddiaçı müqavilə üzrə ödəniş edildikdən, yəni xx.xx.2022-ci il tarixdən 2 gün sonra istehsala başlamalı və ümumilikdə 60 gün ərzində, yəni xx.xx.2022-ci il tarixdə (xx.xx.2022 – xx.xx.2022 – 60 gün) malları tam təhvil verməli idi. Lakin reallıqda malların tam yox, bir qismi, özü də bərbad vəziyyətdə olan malların partiyası xx.xx.2022-ci il tarixdə, yəni 14 gün gecikmə ilə təhvil alınmışdır. Mallar bərbad vəziyyətdə olmaqla bərabər, ümumi malların kiçik bir hissəsini təşkil etmişdir. Malların ümumilikdə 12 tır vasitəsilə göndərilməsi nəzərdə tutulmuş, xx.xx.2022-ci il tarixdə yalnız 3 tır mal göndərilmişdir. Həmin tırlar üzrə göndərilən malların invoys dəyəri 171 243,70 (42.653,60+573892,90+70.697,20) ABŞ dolları təşkil etmişdir. Bununla da iddiaçı müqavilə şərtlərini həm malın keyfiyyəti, eləcə də təhvil verilmə tarixi baxımından pozmuşdur. Daha sonra malın digər bir hissəsi 2022-ci ilin noyabr ayının 11-də 1 tır ilə göndərilmiş, göndərilən malın dəyəri 37174,25 ABŞ dolları təşkil etmişdir. Bundan sonra malların növbəti partiyası 3 tırla xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır ki, həmin malların da dəyəri ümumilikdə 84801,37 (33.566,80+17.904,32+33.330,25) ABŞ dolları olmuşdur. xx.xx.2022-ci il tarixdə daha 1 tır mal təhvil alınmış, dəyəri 31614,52 ABŞ dolları təşkil etmişdir. Növbəti partiya mal xx.xx.2022-ci il tarixində 1 tır olaraq təhvil alınmış, dəyəri 25158,35 ABŞ dolları təhvil alınmışdır. xx.xx.2023-cü il tarixdə daha 2 tır mal daxil olmuş, dəyərləri ümumilikdə 74630,80 (37.520+37.110,8) ABŞ dolları olmuşdur. xx.xx.2023-cü il tarixində daha 1 tır gəlmiş, dəyəri 29859,88 ABŞ dolları olmuşdur. Son olaraq ümumi dəyəri 8520 ABŞ dolları olan 1 ədəd tır xx.xx.2023-cü il tarixdə göndərilmişdir Göründüyü kimi, müqavilə üzrə iddiaçı tərəfindən hələ xx.xx.2022-ci il tarixində təhvil verilməli malın son partiyası xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu hal özü müqavilənin digər bir maddəsinin də tələbini kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən, satıcı malların ötürülməsi üzrə öhdəliklərini icra etmədikdə gecikdirdikdə, alıcı hər gecikdirilən günə görə çatdırılmayan malların qiymətinin 0,1% həcmində, lakin həmin malların qiymətinin 5%-dən çox olmamaqla, satıcıdan penyanın (cərimənin) ödənilməsini tələb etmək hüququna malikdir. Bu bəndə əsasən hesablama aşağıdakı cədvəl üzrə təqdim edilir və cavabdehin yox, məhz qarşı tərəfin cərimə formasında ödənilməli olan borcunun olduğu təsdiq edilir: Bundan əlavə, qeyd edilməlidir ki, malların 12 tırda göndərilməsi razılaşdırılmış olsa da, iddiaçının keyfiyyətsiz mallar göndərməsi nəticəsində əlavə olaraq 1 tır da mal gəlmişdir ki, həmin mallara görə də cavabdeh əlavə gömrük və digər rüsumları ödəmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində cavabdehə əlavə ziyan dəymişdir. Eyni zamanda o hal da qeyd edilməlidir ki, müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar ödəniş edilməsi nəzərdə tutulan 16997,45 ABŞ dolları 4 nəfər iddiaçıya məxsus işçilərin uçuş, mehmanxana, yemək, gündəlik və s. xərcləri kimi nəzərdə tutulmuş olsa da, iddiaçı yalnız 2 nəfər işçisini bu işlər üçün göndərmiş, habelə onların hotel və gündəlik xərcləri də cavabdeh tərəfindən ödənilmişdir. Ödənişin 4 nəfər üçün nəzərdə tutulduğunu, reallıqda isə 2 nəfər göndərildiyini nəzərə alaraq, ödəniş də məntiqlə mütənasib olaraq yarıya qədər azaldılmalıdır, yəni 8498,72 (16997,45/2) ABŞ dolları olmalıdır. Üstəgəl, həmin 2 nəfər işçinin hotel, yemək və gündəlik xərclərinin cavabdeh tərəfindən ödənilməsi də nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh iddiaçının göstərişinə əsasən, onun ölkədə yaşayan və işləyən işçisi olduğunu qeyd edən Hakan adlı şəxsə nağd şəkildə 15000 ABŞ dolları vəsaiti də birbaşa vermişdir. Bütün bunlar bir daha sübut edir ki, məsələ heç də iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi deyildir. Ümumiyyətlə, iddiaçının iddia ərizəsində qeyd etdiyi və ödənilməyən vəsait kimi göstərdiyi 86800 ABŞ dollarının haradan meydana gəldiyi heç kimə məlum deyildir. O vəsaitin açıqlaması ərizədə göstərilməmiş, bununla bağlı hər hansı məlumat verilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4075/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2022-ci il tarixində bağlanmış malların təchizatı müqaviləsi üzrə 42 529,41 ABŞ dolları əsas borc, 1300 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 43 829,41 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə “satıcı”, “alıcı” ifadələrindən istifadə olunaraq tərəflərin satmaq və almaq üçün razılığa gəlməsindən bəhs edilsə də, müqavilə və əlavəsininin əşyanın ölçüləri, xüsusiyyətləri göstərilməklə sifariş verilməsi, əşyanın hazırlanaraq quraşdırılması, fərdi-müəyyən əşyaların müqavilənin obyektini təşkil etməsi elementlərinə əsasən müəyyən olunur ki, bağlanmış müqavilə podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, podrat müqaviləsinin tərəfi kimi podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə yerinə yetirilmiş işi qəbul etməli və podratçıya razılaşdırılmış muzdu ödəməlidir. Hazırkı iş üzrə cavabdeh işin görüldüyünü, təhvil alındığını mübahisələndirmir. Lakin muzdun ödənilməməsini etirazının əsası kimi istinad etdiyi hallarla əlaqələndirir. Cavabdehin etirazının bir qrup dəlili malların gecikmə ilə təhvil verildiyi və beləliklə, 51032,04 manat dəbbə pulunu tələb etmək hüququnun olduğu və iddia tələbində həmin məbləğin nəzərə alınmalı olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin qarşılıqlı iddiası mövcud olmadığından dəbbə pulu üzrə tələbinin qiymətləndirilməsi və həmin məbləğin iddia tələbi ilə əvəzləşdirilməsi mümkün deyildir. Başqa sözlə, cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ - malların verilməsinin gecikdirilməsi, dəbbə pulunun yaranması və s. heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin cavabdehin təqdim etdiyi tərəflərin səlahiyyətli şəxsləri arasında aparılan yazışmalardan görünür ki, tərəflər malların hazırlanma müddətini (“üretim”) 60 gün razılaşdırsa da, tərəflər arasında işgüzar münasibət fərqli şəkildə formalaşmış, qarşılıqlı razılıq əsasında mallar hissə-hissə hazırlanaraq göndərilmişdir. Cavabdehin digər dəlilləri xx.xx.2022-ci il tarixli mallarda qüsurlar olduğu, malların 12 tırla daşınması nəzərdə tutulduğu halda, 13 tırla daşındığı və əlavə tırın da daşıma xərcini çəkdiyi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur. Hazırkı iş üzrə araşdırma zamanı ilk partiyada göndərilən əşyaların daşınması zamanı müəyyən hissədə zədələndiyi, həmin zədələrin sonradan aradan qaldırıldığı müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya müraciətləri əsasında hazırlanan əşyaların bir hissəsində bəzi qüsurlar aradan qaldırılmış, iddiaçının direktoru bununla bağlı Azərbaycan Respublikasına gəlmiş, iddiaçının işçiləri əşyaların quraşdırılması ilə bağlı fəaliyyətlərini davam etdirmişlər. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əlavə icra tələbindən imtina etməmiş, cavabdehin bildirdiyi qüsurları aradan qaldırmışdır. Cavabdeh isə təqdim olunan sübutlar əsasında məhkəmənin müəyyən etdiyi bu hallardan başqa qüsurların olması, bu qüsurlarla bağlı iddiaçıya müraciət etməsi, əlavə icra tələb etməsi, lakin iddiaçının qüsuru aradan qaldırmaqdan imtina etməsi və ya əlavə icradan imtina etməsə də, əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtardığından cavabdehin qüsuru özünün aradan qaldırmasına, xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin əlavə daşıma xərcləri çəkdiyinə istinad edən cavabdeh bu daşımanın razılaşmadan kənar olduğuna, bu xərcin iddiaçı tərəfindən ödənilməli olduğuna və daşıma xərclərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, tərəflər arasında olan yazışmadan belə bir etirazın edilməsi, daşımanın razılaşmadan kənar edilməsi, daşıma xərcinin bu hissədə iddiaçıya aid olmalı olması görünmür. Cavabdeh isə bu halları təsdiq edən başqa sübut təqdim etməmişdir. Mebellərin quraşdırılması və s. ilə bağlı 4 işçinin gəlməsinin nəzərdə tutulduğu halda, 2 işçinin gəldiyi və əlavə işçiləri öz hesabına tapdığına dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə göstərir ki, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə 16997,45 ABŞ dolları məhz 4 mühəndisin xərcləri üçün, yəni mebellərin montajı, yol, uçuş və yemək xərcləri üçün nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçının mühəndisləri Ramazan Türk və Murat Gökdaş 18 dekabr 2022-ci il tarixdə Bakıya gəlmiş, Ramazan Türk 12 yanvar 2023-cü il tarixdə yenidən Bakıya gəlmişdir. Cavabdeh iddiaçının 2 işçi göndərməsi səbəbindən əlavə işçiləri cəlb etməsi barədə hər hansı sübut təqdim etməmiş, bütün mebellərin iddiaçının işçiləri tərəfindən quraşdırılmasını mübahisələndirməmiş, mebellərin quraşdırılması üzrə işlərin tam görülməməsini də bildirməmişdir. Belə olan halda, mebellərin quraşdırılması tam həyata keçirildiyindən 2 işçinin və ya 4 işçinin bu prosesdə iştirakının razılaşdırılmış haqqın ödənilməsinə təsiri yoxdur. Nəzərə alınmalıdır ki, cavabdehin də etirazda göstərdiyi kimi, həmin məbləğ müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar şərtləşdirilmiş, həmin işlər də görülmüşdür. Bu səbəbdən də məhkəmə cavabdehin həmin arqumentləri ilə razılaşmır. Məhkəmə cavabdehin 15000 ABŞ dolları və 300 manat da ödəniş etməsi ilə bağlı arqumentlərinə münasibətdə isə aşağıdakıları qeyd edir. İddiaçının direktoruna məxsusluğu təsdiq edilən “+**********84” nömrəsi ilə cavabdehin əməkdaşı arasında aparılan vatsap danışıqlarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının direktoru 4200 manat aldıqlarını qəbul edir, cavabdeh 15000 ABŞ dollarının Hakan adlı şəxsə ödənildiyini bildirir, iddiaçının direktoru 15000 ABŞ dolları aldıqlarını təsdiq edir. Göründüyü kimi, iddiaçı eyni danışıqlarla təsdiq edilən 4200 manatı məhkəmə iclasında qəbul etsə də, 15000 ABŞ dollarını qəbul etməmiş, pulun Hakan adlı şəxsə verildiyini bildirmişdir. Lakin iddiaçının qanuni təmsilçisi həmin məbləği də qəbul etdiyini göstərmişdir. Adıçəkilən vatsap danışıqlarından həmçinin görünür ki, 04 mart 2023-cü il tarixdə iddiaçının qanuni təmsilçisi Ramazan adlı şəxsə 300 manat verə bilib-bilməyəcəyini cavabdehdən soruşur, cavabdeh isə verəcəyini bildirir. Lakin yuxarıda göstərilən məbləğlərdən fərqli olaraq, növbəti danışıqlarda iddiaçı həmin məbləğin verildiyini təsdiq etmir, cavabdeh də 300 manat məbləğində pulun verilidiyini sübut edən hər hansı sənəd təqdim edə bilmir. Belə olan halda, məhkəmə hesab edir ki, 15000 ABŞ dolları məbləğində pul xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə ödənilmiş hesab edilməli, 300 manat məbləğində pulun isə ödənildiyi sübut edilmədiyindən nəzərə alınmamalıdır. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753-cü maddələri təşkil edir və iddiaçı həmin maddələrdən irəli gələn hüququnu realizə edir. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ- 001 nömrəli malların təchizatı müqaviləsi üzrə 42529,41 ABŞ dolları (müqavilənin dəyəri 480 000 ABŞ dolları – hər iki tərəfin qəbul etdiyi 420 000 ABŞ dolları və 4200 manat (4200/1.7 ABŞ dolları) – məhkəmənin ödənildiyini müəyyən etdiyi 15000 ABŞ dolları) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. İddiaçı həmçinin 4340 ABŞ dolları dəbbə pulunun da cavabdehdən tutulmasını tələb edir. xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqaviləsinin 4.3-cü bəndinə əsasən, satıcı aşağıdakı hüquqları saxlayır, (i) ödəmənin hər gecikdirilmiş gününə görə Alıcıya borc məbləğdən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin həmin borc məbləğin 5%-dən çox olmamaq şərti ilə tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1300 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385, 386, 442, 443, 445, 448, 462, 467, 752, 753, 759, 763, 764, 765, 770, 773-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən tərəflər arasında bağlanmış 04 avqust 2022-ci il tarixli NVC KMBMİ- 001 nömrəli müqavilənin (bundan sonra - Müqavilə) şərtlərinə İddiaçı tərəfindən əməl edilməməsinə diqqət etməmiş, cavabdeh tərəfindən bununla bağlı təqdim edilən sübutlara əhəmiyyət verməmişdir. İlk növbədə Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə diqqət yetirsək aydın olur ki, iddiaçı cavabdehin sifarişinə uyğun olaraq malları hazırlayıb cavabdehə təhvil verməli və cavabdeh də müqavilə şərtlərinə əsasən ödənişlər etməli idi. Müqavilə əlavəsi olan TƏKLİF FORMU adlı sənəddə malların dəyəri 463.002,55 ABŞ dolları olaraq qeyd edilmiş, əlavə olaraq 4 nəfər işçi heyətinin montaj üçün bütün xərcləri (yol/uçuş, yemək, qalma və s.) üçün əlavə olaraq 16.997,45 ABŞ dolları ödəniş də nəzərdə tutulmuşdur. Müqavilə tələblərinə riayət olunduğu təqdirdə cavabdehə işçilik tutarı ilə birlikdə ümumilikdə 480.000 ABŞ dolları ödəniş nəzərdə tutulmuşdur. Lakin, iddiaçı müqavilə üzrə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Müqaviləyə əsasən, müqavilə dəyərinin 20 faizi avans şəkildə, qalan hissələr isə mallar hazır olduqca hazır mala münasibətdə ödənilməli (4.1. bənd), ilkin avans ödənişi aldıqdan sonra iddiaçı 2 gün ərzində istehsala başlamalı və sifariş edilən, Müqavilənin Əlavəsində göstərilən malları 60 (altmış) gün ərzində cavabdehə təhvil verməlidir (7.8. bənd). Cavabdeh ilkin avans ödənişini tam olaraq (artıq ödəmə də olmuşdur) və vaxtında etmiş, xx.xx.2022-ci il tarixdə İddiaçının hesabına ilkin avans ödənişi kim nəzərdə tutulmuş vəsaiti, yəni Müqavilənin 20 faiz dəyərini (bir az da artıq) – 100.000 (yüz min) ABŞ dollarını (4.000 ABŞ dolları artıq) köçürmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixdə əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 150.000 (yüz əlli min) ABŞ dolları ödəniş etmişdir. Daha sonrakı tarixlərdə malların hazır olmadığını görüb ödənişlərə ara vermiş və xx.xx.2022-ci il tarixdə 50.000 (əlli min) ABŞ dolları, son olaraq xx.xx.2023-cü il tarixində 20.000 (iyirmi min) ABŞ dolları vəsait ödəniş etmişdir. Məlumat üçün bildiririk ki, cavabdeh müqavilə üzrə ümumilikdə iddiaçıya rəsmi olaraq bank hesabıma köçürmə vasitəsilə 420.000 (dörd yüz iyirmi min) ABŞ dolları vəsait köçürmə etmişdir. Bunun əksinə olaraq iddiaçı Müqavilə üzrə ödəniş edildikdən, yəni xx.xx.2022-ci il tarixdən 2 gün sonra istehsala başlamalı və ümumilikdə 60 (altmış) gün ərzində, yəni hesablama aparsaq xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-xx.xx.2022 – 60 gün) malları tam təhvil verməli olsa da reallıqda malların tam yox bir qismi özü də bərbad, qüsurlu vəziyyətdə olan birinci partiyasını yalnız xx.xx.2022-ci il tarixdə, yəni 14 gün gecikmə ilə çatdırmışdır. Mallar bərbad vəziyyətdə olmaqla bərabər ümumi malların kiçik bir hissəsini təşkil etmişdir. Həmin tırlarla göndərilən malların ümumi invoys dəyəri 171.243,70 (42.653,60+573892,90+70.697,20) ABŞ dolları təşkil etmişdir. Bununla da, İddiaçı müqavilə şərlərini həm malın keyfiyyəti, eləcə də təhvil verilmə tarixi baxımından pozmuşdur. Daha sonra malın digər bir hissəsi 2022-ci ilin noyabr ayının 11-də yalnız 1 tır göndərilmiş, göndərilən malın dəyəri isə 37.174,25 ABŞ dolları təşkil etmişdir. Bundan sonra malların növbəti partiyası 3 tırla xx.xx.2022-ci il tarixdə təhvil alınmışdır ki, həmin malların da dəyəri ümumilikdə 84.801,37 ABŞ dolları (33.566,80+17.904,32+33.330,25) olmuşdur. xx.xx.2022-ci il tarixdə daha 1 tır mal təhvil alınmış, dəyəri 31.614,52 ABŞ dolları təşkil etmişdir. Növbəti partiya mal xx.xx.2022-ci il tarixində 1 tır olaraq göndərilmiş, dəyəri 25.158,35 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə daha 2 tır mal daxil olmuş onların dəyərləri ümumilikdə 74.630,80 (37.520+37.110,8) ABŞ dolları olmuşdur. xx.xx.2023-cü il tarixində daha 1 tır gəlmiş, onun dəyəri 29.859,88 ABŞ dolları olmuşdur. Son olaraq ümumi dəyəri 8520 ABŞ dolları olan 1 ədəd tır xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi müqavilə üzrə iddiaçı tərəfindən hələ xx.xx.2022-ci il tarixində təhvil verilməli malın son partiyası xx.xx.2023-cü il tarixdə gəlib çıxmışdır. Göründüyü kimi malların Müqavilə üzrə son təhvil verilmə tarixindən xeyli müddət sonra, o da cavabdehin səyləri və iddiaçıya iradları nəticəsində nəhayət ki, malların son partiyası gecikmə ilə göndərilmişdir. Malların gec gəlməsi ilə bağlı bütün gömrük sənədləri tərəfimizdən məhkəməyə təqdim edilsə də, məhkəmə təqdim edilən sübutlara əhəmiyyət verməmişdir. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər bağladıqları Müqavilədə malların gec təhvil verilməsi halında dəbbə pulunun hesablanması qaydası və onun faiz dərəcəsini şərtləşdirmişlər. Lakin, birinci instansiya məhkəməsi nədənsə iş üçün əhəmiyyətli olan bu hala diqqət yetirməmiş, vacib olmasına baxmayaraq buna əhəmiyyət verməmiş, ümumiyyətlə malların gec göndərilməsinə münasibət bildirməmişdir.Bundan əlavə, məhkəmə mübahisəli qətnaməsində Müqavilə üzrə malların ümumi dəyərindən əlavə olaraq məhz malların montaj ediləməsi üçün gəlməli olan 4 nəfər türk işçi heyətinin bütün xərcləri (yol/uçuş, yemək, qalma və s.) üçün nəzərdə tutulmuş 16.997,45 ABŞ dollarının yarıbayarı, yəni 8498,72 (16997,45/2) ABŞ dolları azaldılmasını qəbul etməmişdir. Halbuki məhkəmə faktiki olaraq mübahisəli qətnaməsində Bakıya xx.xx.2022ci il tarixdə İddiaçının yalnız 2 nəfər mühəndisinin (Ramazan Türk və Murat Gökdaş) gəldiyini göstərmiş, lakin nədənsə bunun görülən montaj işinə heç bir təsirinin olmadığını qeyd etmişdir. Bu hal qəbuledilməzdir. Belə ki, Müqaviləyə Əlavədə (TƏKLİF FORUMU) qeyd olunan 16.997,45 ABŞ dollarının məhz 4 nəfər işçi heyətinin bütün xərcləri (yol/uçuş, yemək, qalma və s.) üçün nəzərdə tutulduğu açıq şəkildə göstərilmişdir. 4 nəfərin əvəzinə 2 nəfərin gəlməsi təbii olaraq xərclərə də öz əsirini göstərməlidir. Məhkəmə bu halı bilməsinə, qətnamədə qeyd etməsinə baxmayaraq heç bir əsas olmadan azaldımanı qəbul etməmiş, həmin xərclərin heç bir əsas olmadan İddiaçıya tam ödənilməsini qət etmişdir. Əlavə olaraq qeyd etməliyik ki, məhkəmə gələn işçilərə cavabdeh tərəfindən ödənilmiş 4200 manatı nəzərə alsa da, əlavə olaraq ödənilmiş 300 manat vəsaiti heç bir əsas olmadan, yalnız iddiaçının bu vəsaitin ödənilməsini qəbul etməməsi əsası ilə nəzərə almamışdır. Halbuki tərəflərin vastup yazışmalarında açıq şəkildə iddiaçı cavabdehdən həmin vəsaitin ödənilməsini xahiş etmiş cavabdeh isə bunu edəcəyini bildirmiş və etmişdir. Əgər belə olmasaydı sonrakı yazışmalarında iddiaçı pulun ödənilməməsi ilə bağlı hər hansı fikir bildirə və ya ödənilməməsini qeyd edə bilərdi. Belə bir halın olmaması, təbii olaraq həmin vəsaitin cavabdeh tərəfindən ödənildiyini sübut edir. Lakin, məhkəmə bu nüansa nədənsə diqqət etməmiş və bununla da məsələyə real, həqiqi münasibət sərgiləməmişdir. Bu azmış kimi, məhkəmə tərəflərin Müqavilədə sərbəst şəkildə müəyyən etdikləri malların gecikdirilməsi halında dəbbə pulunun ödənilməsi ilə bağlı müddəaları isə ümumiyyətlə nəzərə almamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Müqavilə üzrə malların 12 tırda göndərilməsi razılaşdırılmış olsa da, iddiaçının keyfiyyətsiz mallar göndərməsi nəticəsində əlavə olaraq 1 tır da mal gəlmişdir ki, həmin mallara görə də cavabdeh əlavə gömrük və digər rüsumları ödəmək məcburiyyətində qalmışdır ki, bunun nəticəsində cavabdehə əlavə ziyan dəymişdir. Həmin 13 tıra dair gömrük rəsmiləşdirilmə sənədləri məhkəməyə təqdim edilmiş olmasına, habelə Müqavilə şərtləri üzrə nəqliyyat xərclərinin məhz cavabdehin üzərində olmasına, qarşı tərəfin bunu təkzib edəcək hər hansı bir sənəd təqdim etməməsinə baxmayaraq məhkəmə gömrük bəyannaməsində göstərilən xx.xx.2023-cü il tarixdə gələn və ümumi dəyəri 8520 ABŞ dolları olan 1 ədəd tıra görə ödənilmiş rüsumları, eləcə də nəqliyyat xərclərini cavabdehə dəymiş ziyan kimi nəzərə almamış, ümumilikdə bununla bağlı hər hansı sənəd təqdim edilməmişdir göstərməklə işini bitmiş hesab etmişdir. Hesab edirik ki, işin faktiki hallarında bu hal aydın şəkildə məlum olsa da, məhkəmə qəbul etdiyi mübahisəli qətnaməsində fərqli yanaşma nümayiş etdirmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Qeyd olunan normadan göründüyü kimi, podrat müqaviləsi üzrə sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər. Hazırkı iş üzrə cavabdeh etirazının əsası qismində işin gecikdirilməsi və s. hallara istinad etsə də, işin hallarından görünür ki, müqavilə münasibətlərini davam etdirmiş, görülmüş işləri qəbul etmiş, bu müddətdə ödənişin azaldılması, cərimənin tələb olunması tələbini irəli sürməmişdir. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 765-ci maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773-cü madəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4075/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə “satıcı”, “alıcı” ifadələrindən istifadə olunaraq tərəflərin satmaq və almaq üçün razılığa gəlməsindən bəhs edilsə də, müqavilə və əlavəsininin əşyanın ölçüləri, xüsusiyyətləri göstərilməklə sifari ş verilməsi, əşyanın hazırlanaraq quraşdırılması, fərdi-müəyyən əşyaların müqavilənin obyektini təşkil etməsi elementlərinə əsasən müəyyən olunur ki, bağlanmış müqavilə podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, podrat müqaviləsinin tərəfi kimi podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə yerinə yetirilmiş işi qəbul etməli və podratçıya razılaşdırılmış muzdu ödəməlidir. Hazırkı iş üzrə cavabdeh işin görüldüyünü, təhvil alındığını mübahisələndirmir. Lakin muzdun ödənilməməsini etirazının əsası kimi istinad etdiyi hallarla əlaqələndirir. Cavabdehin etirazının bir qrup dəlili malların gecikmə ilə təhvil verildiyi və beləliklə, 51032,04 manat dəbbə pulunu tələb etmək hüququnun olduğu və iddia tələbində həmin məbləğin nəzərə alınmalı olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin qarşılıqlı iddiası mövcud olmadığından dəbbə pulu üzrə tələbinin qiymətləndirilməsi və həmin məbləğin iddia tələbi ilə əvəzləşdirilməsi mümkün deyildir. Başqa sözlə, cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ - malların verilməsinin gecikdirilməsi, dəbbə pulunun yaranması və s. heç bir hüquqi əhəmiyyət kəsb etmir. Həmçinin cavabdehin təqdim etdiyi tərəflərin səlahiyyətli şəxsləri arasında aparılan yazışmalardan görünür ki, tərəflər malların hazırlanma müddətini (“üretim”) 60 gün razılaşdırsa da, tərəflər arasında işgüzar münasibət fərqli şəkildə formalaşmış, qarşılıqlı razılıq əsasında mallar hissə-hissə hazırlanaraq göndərilmişdir. Cavabdehin digər dəlilləri xx.xx.2022-ci il tarixli mallarda qüsurlar olduğu, malların 12 tırla daşınması nəzərdə tutulduğu halda, 13 tırla daşındığı və əlavə tırın da daşıma xərcini çəkdiyi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur. Hazırkı iş üzrə araşdırma zamanı ilk partiyada göndərilən əşyaların daşınması zamanı müəyyən hissədə zədələndiyi, həmin zədələrin sonradan aradan qaldırıldığı müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya müraciətləri əsasında hazırlanan əşyaların bir hissəsində bəzi qüsurlar aradan qaldırılmış, iddiaçının direktoru bununla bağlı Azərbaycan Respublikasına gəlmiş, iddiaçının işçiləri əşyaların quraşdırılması ilə bağlı fəaliyyətlərini davam etdirmişlər. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əlavə icra tələbindən imtina etməmiş, cavabdehin bildirdiyi qüsurları aradan qaldırmışdır. Cavabdeh isə təqdim olunan sübutlar əsasında məhkəmənin müəyyən etdiyi bu hallardan başqa qüsurların olması, bu qüsurlarla bağlı iddiaçıya müraciət etməsi, əlavə icra tələb etməsi, lakin iddiaçının qüsuru aradan qaldırmaqdan imtina etməsi və ya əlavə icradan imtina etməsə də, əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtardığından cavabdehin qüsuru özünün aradan qaldırmasına, xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin əlavə daşıma xərcləri çəkdiyinə istinad edən cavabdeh bu daşımanın razılaşmadan kənar olduğuna, bu xərcin iddiaçı tərəfindən ödənilməli olduğuna və daşıma xərclərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, tərəflər arasında olan yazışmadan belə bir etirazın edilməsi, daşımanın razılaşmadan kənar edilməsi, daşıma xərcinin bu hissədə iddiaçıya aid olmalı olması görünmür. Cavabdeh isə bu halları təsdiq edən başqa sübut təqdim etməmişdir. Mebellərin quraşdırılması və s. ilə bağlı 4 işçinin gəlməsinin nəzərdə tutulduğu halda, 2 işçinin gəldiyi və əlavə işçiləri öz hesabına tapdığına dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə göstərir ki, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqavilədə 16997,45 ABŞ dolları məhz 4 mühəndisin xərcləri üçün, yəni mebellərin montajı, yol, uçuş və yemək xərcləri üçün nəzərdə tutulmuşdur. İş materiallarına əsasən iddiaçının mühəndisləri Ramazan Türk və Murat Gökdaş 18 dekabr 2022-ci il tarixdə Bakıya gəlmiş, Ramazan Türk 12 yanvar 2023-cü il tarixdə yenidən Bakıya gəlmişdir. Cavabdeh iddiaçının 2 işçi göndərməsi səbəbindən əlavə işçiləri cəlb etməsi barədə hər hansı sübut təqdim etməmiş, bütün mebellərin iddiaçının işçiləri tərəfindən quraşdırılmasını mübahisələndirməmiş, mebellərin quraşdırılması üzrə işlərin tam görülməməsini də bildirməmişdir. Belə olan halda, mebellərin quraşdırılması tam həyata keçirildiyindən 2 işçinin və ya 4 işçinin bu prosesdə iştirakının razılaşdırılmış haqqın ödənilməsinə təsiri yoxdur. Nəzərə alınmalıdır ki, cavabdehin də etirazda göstərdiyi kimi, həmin məbləğ müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar şərtləşdirilmiş, həmin işlər də görülmüşdür. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin həmin arqumentləri ilə razılaşmır. Məhkəmə cavabdehin 15000 ABŞ dolları və 300 manat da ödəniş etməsi ilə bağlı arqumentlərinə münasibətdə isə aşağıdakıları qeyd edir. İddiaçının direktoruna məxsusluğu təsdiq edilən “+**********84” nömrəsi ilə cavabdehin əməkdaşı arasında aparılan vatsap danışıqlarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının direktoru 4200 manat aldıqlarını qəbul edir, cavabdeh 15000 ABŞ dollarının Hakan adlı şəxsə ödənildiyini bildirir, iddiaçının direktoru 15000 ABŞ dolları aldıqlarını təsdiq edir. Göründüyü kimi, iddiaçı eyni danışıqlarla təsdiq edilən 4200 manatı məhkəmə iclasında qəbul etsə də, 15000 ABŞ dollarını qəbul etməmiş, pulun Hakan adlı şəxsə verildiyini bildirmişdir. Lakin iddiaçının qanuni təmsilçisi həmin məbləği də qəbul etdiyini göstərmişdir. Adıçəkilən vatsap danışıqlarından həmçinin görünür ki, 04 mart 2023-cü il tarixdə iddiaçının qanuni təmsilçisi Ramazan adlı şəxsə 300 manat verə bilib-bilməyəcəyini cavabdehdən soruşur, cavabdeh isə verəcəyini bildirir. Lakin yuxarıda göstərilən məbləğlərdən fərqli olaraq, növbəti danışıqlarda iddiaçı həmin məbləğin verildiyini təsdiq etmir, cavabdeh də 300 manat məbləğində pulun verilidiyini sübut edən hər hansı sənəd təqdim edə bilmir. Belə olan halda, məhkəmə hesab edir ki, 15000 ABŞ dolları məbləğində pul xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə ödənilmiş hesab edilməli, 300 manat məbləğində pulun isə ödənildiyi sübut edilmədiyindən nəzərə alınmamalıdır. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753-cü maddələri təşkil edir və iddiaçı həmin maddələrdən irəli gələn hüququnu realizə edir. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli NVC-KMBMİ- 001 nömrəli malların təchizatı müqaviləsi üzrə 42529,41 ABŞ dolları (müqavilənin dəyəri 480 000 ABŞ dolları – hər iki tərəfin qəbul etdiyi 420 000 ABŞ dolları və 4200 manat (4200/1.7 ABŞ dolları) – məhkəmənin ödənildiyini müəyyən etdiyi 15000 ABŞ dolları) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. İddiaçı həmçinin 4340 ABŞ dolları dəbbə pulunun da cavabdehdən tutulmasını tələb edir. xx.xx.2022-ci il tarixli NVC- KMBMİ-001 nömrəli malların təchizatı üzrə müqaviləsinin 4.3-cü bəndinə əsasən, satıcı aşağıdakı hüquqları saxlayır, (i) ödəmənin hər gecikdirilmiş gününə görə Alıcıya borc məbləğdən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin həmin borc məbləğin 5%-dən çox olmamaq şərti ilə tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2022-ci il tarixli NVC-KMBMİ-001 nömrəli malların təchizatı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1300 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi naminə tərəflər arasında işgüzar münasibətlər çərçivəsində imzalanmış müqavilələr vaxtında və qüsursuz şəkildə icra edilməlidir. Əks halda bu müqavilənin hüquqi təbiətinə zidd ola bilər. Müqavilə 2 və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsidir, müəyyən hüquq və öhdəliklərin məcmusu barədə yazılı sənəddir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən müqavilə üzrə müəyyənləşdirilmiş mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malları təhvil almışdır. Belə olan halda malların dəyərinin ödənilməməsi müqavilələrin icra edilməsini əngəlləyər, kreditorun haqlı mənafeyini təhlükə altında qoyar. Cavabdehin müqavilənin razılaşdırılmış şəkildə icra edilməməsi ilə bağlı gətirdiyi dəlillər kifayət qədər əsaslandırılmamış, həmçinin həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, kollegiya isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4075/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar