Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-225/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1580/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 3.313 manat 44 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 3.343 manat 44 qəpik pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılanadək Cavabdeh MMC-nin (VÖEN:**********) “xxxx” ASC-də olan AZ33PAHA40040AZNHC********** hesab nömrəsi üzərinə iddia tələbi həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1580/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh MMC qeyd edilən qərardaddan şikayət verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-1580/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh MMC-nin “xxxx” ASC- də olan AZ33PAHA40040AZNHC********** nömrəli hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində, yəni 3.343,14 manat həcmində həbs qoyulmasının zəruriliyini təsdiq edən sübutların mövcudluğunu araşdırmadan qanunsuz və əsassız qərardad qəbul etmişdir. İşin faktiki halları iddia ərizəsində göstərilənlərə uyğun deyil və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin vəkili Vəkil oğlu məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1580/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırda iddiaçının tələbi maddi tələb, yəni pul tələbi olduğundan iddia təmin ediləcəyi təqdirdə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin hesablaşma hesablarındakı pul vəsaiti üzərinə iddia tələbi həddində həbs qoyulması məqsədəuyğundur. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə baxılarkən işin faktiki hallarının araşdırılması və iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməsi prosessual normaların tələblərinə zidd olduğundan məhkəmə tərəfindən iddiaçının ərizəsinə baxılarkən həmin araşdırmanın aparılmaması pozuntu kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1580/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1580/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-225/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-225/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver