Məhkəmə qərarları › İş №2-2(103)-227/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-227/2022

09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-227/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız borc məbləğinin silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli e-2-2(113)-3315/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş 77798,52 manat borc məbləğinin əsassız olması və silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş “debitor borcun araşdırılmasına dair” 30.10.2020-ci il tarixli RO-01/7-871 nömrəli məktubuna əsasən su istehlakçısı kimi cavabdehin 30.10.2020-ci il tarixinə 76512,80 manat borc məbləğinin olduğu bildirilmişdir. Qeyd edilən borc məbləğinin əsassız olması barədə 26.11.2020-ci il tarixli 62 nömrəli məktubla cavabdehə iddiaçı tərəfindən müraciət olunmuş və həmin borc məbləğinin silinməsindən ötrü xahiş edilmişdir. Cavabdeh tərəfindən 30.12.2020-ci il tarixli 03/01-7/6/18799 nömrəli məktubla borcun 77798,52 manat olduğu göstərilməklə ödənilməsinin təmin olunması bildirilmişdir. Lakin iddiaçı tərəfindən müraciətlərə baxmayaraq həmin borcun yaranma mənbəyi və hansı dövrə aid olması bildirilməmişdir. Bununla belə, həmin borc məbləğlərinin əsassız olduğu, yəni iddiaçı tərəfindən xidmət göstərilməyən səfirliklər tərəfindən yarandığı və iddiaçının abonent kodu altında göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli e-2-2(113)-3315/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinə hesablanmış 70641,13 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi, 30 manat məbləğində dövlət rüsumunun 27,24 manat məbləğin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın rədd edildiyi hissədə dəyişdirilərək hesablanmış 77798,52 manat borcun əsassız olması və silinməsi barədə yeni qətnamə qəbul xahiş etmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və 161.70 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız borc məbləği və 2019-cu ilin yanvar-fevral ayları üzrə təqdim edilmiş hesab-fakturalar tam araşdırılmamışdır. "İnterseryis"ə taqdim edilmiş ********* nömrəli 09.01.2019-cu il tarixli hesab-fakturada 09.01.2019-cu il tarixinə qalıq borcu 71268,46 manat göstərilmiş, ********* nömrəli 10.02.2019-cu il tarixli hesab-fakturada isə 10.02.2019-cu il tarixinə qalıq borcu 77842,58 manat təşkil etmişdir. Nəzərə alsaq ki, 2019-cu il yanvar ayı üzrə 542,36 manat istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqı 24.01.2019-cu il tarixində ödənildiyi halda və 2019-cu il fevral ayı üzrə xidmət haqqı 222 manat təşkil edirdisə beləliklə, 10.02.2019-cu il tarixinə borc məbləği 70948,08 manat təşkil etməli idi. Lakin təqdim edilmiş ********* nömrəli 10.02.2019-cu il tarixli hesab-fakturada borc 77842,58 manat, yəni 6894,5 manat fərqlə göstərilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 551.1. və 553.1.1-ci maddələrinin tələblərini pozmuşdur. Mülki Məcəllənin tələbindən görünür ki, hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımım kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, 2011-ci il üzrə 7544,52 manat, 2012-ci il üzrə 9824,25 manat, 2013-cü il üzrə 7213,48 manat , 2014-cü il üzrə 314,11 manat , 2015-ci il üzrə 4372,09 manat artıq ödəmələr etmişdir. Bundan əlavə 2016-cı ildə 1793,04 manat, 2017-ci il üzrə 2889,72 manat, 2018-ci il üzrə 3571 manat, 2019-cu il üzrə 3466 manat, 2020-ci il üzrə isə 2442,34 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində də öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqəsi sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia ərizəsində mübahisələndirilən məbləğin hansı sübutlara və faktlara istinad olunmasını müəyyənləşdirməli idi. İş materiallarına əsasən işə baxan məhkəmə ümumiyyətlə bu məsələyə toxunmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh "Azərsu” ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli 2-2(113)-3315/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin iddiası 6352,12 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə sentyabr 2021-ci il tarixə olan borcu 77382,74 manat təşkil edir. Məhkəmə kollegiyası iddiaçının 01.01.2002-ci il tarixədək yaranmış 70641,13 manat borcu üzrə tələbetmə müddətinin keçdiyi və həmin borc tələbi ilə bağlı öhdəliyin xitam olunduğu hissədə qətnaməni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Cavabdeh apellyasiya şikayətində iddiaçının 2011-ci il üzrə 7544,52 manat, 2012-ci il üzrə 9824,25 manat, 2013-cü il üzrə 7213,48 manat , 2014-cü il üzrə 314,11 manat , 2015-ci il üzrə 4372,09 manat artıq ödəmələr etmişdir. Bundan əlavə 2016-cı ildə 1793,04 manat, 2017-ci il üzrə 2889,72 manat, 2018-ci il üzrə 3571 manat, 2019-cu il üzrə 3466 manat, 2020-ci il üzrə isə 2442,34 manat ödəmələr etmiş, bununla da tələbetmə müddətinin axımı kəsilmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən silinmiş borc məbləği 01.01.2002-ci il tarixədək yarandığından və iddiaçı 01.01.2002-ci ildən sonrakı 5 il ərzində həmin borc məbləği üzrə ödəniş etmədiyindən 01.01.2008-ci il tarixədək artıq həmin borc üzrə öhdəlik xitam olunduğu üçün iddiaçının 2011-ci ildən etibarən cari borcdan artıq ödənişlər etməsi tələbetmə müddətinin axımının kəsilməsinə əsas ola bilməz. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti məhkəmə tərəfindən əsassız hesab edilir. İş materiallarından görünür ki, iddiaçının tələbi 7157,39 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, bu hissədə tələbin təmin edilməsi üçün əsaslar mövcud deyil. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 09.01.2019-cu il tarixdə Cavabdeh ASC tərəfindən göndərilmiş hesab fakturada həmin tarixə olan qalıq borcun məbləğinin 71268,46 manat olduğu qeyd edilmiş, 10.02.2019-cu il tarixdə göndərilmiş hesab fakturada isə hesabat dövrü üçün yaranmış 222 manat borcla birlikdə qalıq borcun 77842,58 manat təşkil etdiyi qeyd edilmişdir. (iş mat. 54-55-ci vərəqlər) Halbuki 09.01.2019-cu il tarixə olan 71268,46 manat qalıq borcla 222 manat məbləğində fevral ayı üzrə borcu topladıqda iddiaçının borcu 10.02.2019-cu il tarixə 71490,46 manat təşkil etməli idi. Qeyd edilənlərə əsasən 10.02.2019-cu il tarixdə iddiaçıya 6352,12 manat borcun artıq hesablandığı müəyyən olunur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi 2019-cu ilin yanvar ayında göndərilmiş hesab fakturada texniki səhvə yol verildiyini, abonent saldosuna əsasən 09.01.2019-cu il tarixə olan borcun 71268,46 manatdan çox olduğunu göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, iddiaçıya 2019-cu ilin yanvar ayında hesab faktura göndərilərkən qeyd edilmiş borcun məbləği, növbəti ayın hesab fakturası ilə borcun səhvən hesablanması əsası ilə tələb edilə bilməz. Məhkəmə eyni zamanda “Sudan istifadə Qaydaları”nın 7.2-ci bəndinin tələbini nəzərə alaraq hesab edir ki, borcun məbləğin dair abonent saldosuna daxil edilmiş məlumatlarla istehlakçıya göndərilmiş hesab fakturalardakı məbləğlər arasında uyğunsuzluq olduqda hesab fakturadakı məbləğlər əsas götürülməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın rədd edildiyi hissədə qətnamə ləğv edilərək iddia 6352,12 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin apelyasiya şikayəti qismən təmin edilməli, cavabdeh "Azərsu” ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli 2-2(113)-3315/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin iddiası 6352,12 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Azərsu” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən İddiaçı Müdiriyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 18.10.2021-ci il tarixli 2-2(113)-3315/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət göstərən “İnterservis Müdiriyyətinin iddiası 6352,12 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar