Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-228/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 nümayəndəsi X6, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Birinci iş üzrə İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi”, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4480/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üçün xırda çınqıl daşlarının Horadiz stansiyasından daşımaqla məşğul olan zamanı, xx.xx.2021-ci il tarixində saat 15:00 radələrində baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin 50 % itirməklə əlil olmuş İddiaçı2 iddiaçı ilə cavabdeh arasında bağlanmış **********12 /80 nömrəli xx.xx.2020-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsinə” Əlavə N: **********2/80 saylı xx.xx.2021-ci il tarixli Müqaviləyə uğun olaraq 44.000 manat məbləğində sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə İddiaçı2 arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə kimi, yəni 3 ay müddətinə Əmək müqaviləsi bağlanmışdır. İddiaçının xx.xx.2021-ci l tarixli 101 nömrəli Əmri ilə İddiaçı2 xx.xx.2021-ci il tarixindən 3 ay müddətinə müvəqqəti bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Xudafərin Qubadlı-Laçın avtomobil yolunun tikinti sahəsinə 6-cı dərəcəli yük avtomobili sürücüsü peşəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsi 2HF7CHU000400 nömrə ilə xx.xx.2021-ci ildə Əmək və Əhalini Sosial müdafiəsi Nazirliyini Sisteminə daxil edilmişdir. İddiaçı2 əmək kitabçasında bu barədə qeyd edilmişdir. Sonradan tərəflər arasında müqavilənin müddəti xx.xx.2022-ci tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış Əmək müqaviləsi 2HF7CHU000405 nömrə ilə xx.xx.2021-ci ildə Əmək və Əhalini Sosial müdafiəsi Nazirliyini Sisteminə daxil edilmişdir. İddiaçı2 ilə iddiaçı arasında işə qəbul barədə əmək müqaviləsi bağlandıqdan sonra ilkin olaraq “X4 Təhlükəsizlik üzrə Təlimat” üzrə təlimatlandırılmışdır. Bu barədə “X13 X2 Jurnalı”nda xx.xx.2021-ci il tarixində imza etdirilmişdir. Həmçinin, iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında İX.İH -Ş/01-10-21 nömrəli 01 oktyabr 2021-ci il tarixli “Horadiz – Ağbənd dəmir yolunun” tikintisi üzrə subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən “Müqavilənin predmetini təşkil edən işlərin icrası zamanı işçilərin texniki-təhlükəsizlik qaydaları barədə təlimatlandırılması bu qaydalara riayət etməsinə nəzarət etməyi Subpodradçı öhdəsinə götürür”. Müqavilənin 9.3-cü bəndinə əsasən “İşlər görülən zaman işçiləri fərdi mühafizə vasitələri ilə təmin etmək vəzifəsi Subpodraçının üzərinə düşür”. Müqavilənin 9.4-cü bəndinə əsasən “İşlər görülən zaman baş verə biləcək bütün bədbəxt hadisələrə görə tam məsuliyyəti Subpodratçı daşıyır”. İddiaçı ilə cavabdeh arasında **********12 nömrəli xx.xx.2020-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsi” bağlanmışdır. Sonradan, iddiaçı ilə cavabdeh arasında **********12/80 nömrəli xx.xx.2020-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsinə” Əlavə **********2/80 saylı xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 2-ci abzasına əsasən “İddiaçı2 93754.11 manat məbləğində, Sığorta tarifi 0.50000 % olmaqla, geri qaytarılacaq ödəniş sığorta haqqı 27.222 manat olmaqla” müəyyən edilmişdir. Sonradan, iddiaçı ilə cavabdeh arasında **********12/83 nömrəli xx.xx.2021-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsinə” Əlavə **********2/80 saylı xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. İddiaçı2 öz peşə və funksional vəzifələrinin icra edilməsi məqsədi ilə Cəbrail rayonu, Mehdili kəndi ərazisində “Horadiz-Ağbənd dəmir yolunun tikintisi” layihəsi üzrə aparılan torpaq işlərinin görmək üçün Horadiz stansiyanına iş yerinə gəlmişdir. Ona verilmiş tapşırıq əsasında idarə etdiyi “Mercedes” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı özü boşaldan avtomaşını Horadiz stansiyasından təxminən 3-4 km məsafəyə, Mehdili kəndi ərazisində yerləşən Horadiz- Ağbənd dəmir yolunun tikintisi üçün xırda çınqıl daşlarının Horadiz stansiyasından daşımaqla məşğul olmuşdur. xx.xx.2021-ci il tarixində saat 15:00 radələrində gətirdiyi yükü tikinti sahəyə boşaltdıqdan sonra avtomaşına baxış keçirərkən yol çəkilişində iştirak edən zaman idarə etdiyi avtomaşının yükünü boşaldaraq avtomaşının ətrafına baxmış və yolun kənarına çıxmış və həmin vaxtı partlayış baş vermis və İddiaçı2 yerə yıxılmış və təxminən 5-6 metr sürünüb avtomobil tərəfə gəlmiş və iş yoldaşlarının köməyi ilə servis avtobusu vasitəsi ilə Fizuli şəhərində yerləşən hərbi Hospitalına aparılmış, orada cərrahiyyə əməliyyatı olunduqdan sonra, həmin gecə Bakı şəhərində Elmi -Təhqiqat Travmatologiya və Ortopediya İnstitununa köçürülmüş və təxminən 2 həftə stasionar şəraitdə müalicə aldıqdan sonra evə buraxılmışdır. Baş vermis bədbəxt hadisə zamanı İddiaçı2 “Mina partlayışı travması, Sağ baldır sümüklərinin orta 1/3 -nin travmatik amputasiyası” diaqnozu üzrə xəsarət almışdır.” Baş vermis hadisə ilə əlaqədar “İstehsalatda bədbəxt hadisə haqqında 06 yanvar 2022-ci il tarixində İZ formalı 01/2022 saylı” akt tərtib edilmişdir. Həmin aktın 6-cı bəndinin ikinci abzasına əsasən “İddiaçı2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci l tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bəbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına müvafiq olaraq istehsalatda baş vermis bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən uçota alınmalıdır”. Baş vermis bədbəxt hadisə ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunda araşdırma aparılmış və iş üzrə Prokurorluq tərəfindən Ekspertiza təyin edilmişdir. Ekspertiza tərəfindən iş üzrə xx.xx.2021-ci il tarixində 812/21 saylı Rəy tərtib edilmiş və həmin Rəydə göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixində baş vermis mina partlayışı nəticəsində ətrafa səpələnmiş metal qırıntıları zərbəsi nəticəsində İddiaçı2 aldığı xəsarət əmək qabiliyyətinin 1/3-indən çox hissəsinin dayanaqlığının itirilməsi ilə nəticələnmişdir ki, bu əlamətə görə sağlamlığa ağır zərər vurmaya aiddir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0002 nömrəli Qərarına əsasən İddiaçı2 əmək qabiliyyətinin 50%-ni itirməklə müddətsiz 3-cü dərəcəli əlil hesab edilmişdir. İstehsalatda baş vermis bədbəxt hadisə ilə əlaqədar sığorta ödənişlərinin edilməsi ilə əlaqədar cavabdehə müraciət edilmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli O-H-2022-0341 saylı cavab məktubunda qeyd edilmişdir ki, “İstehsalatda bədbəxt hadislər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin ititrilməsi hallarından icbari sığorta haqqında” Qanunun 20.0.3-cü maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.3-cü maddəsinə əsasən müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi sığorta ödənişlərin verilməsindən imtinaya əsasdır”. Cavabdeh sığorta ödənişinin edilməsindən imtina etməsi və öz dəlilini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.3-cü maddəsəinə istinad etməsi qanunsuzdur. Belə ki, bədbəxt hadisənin baş verdiyi sahə hərbi xarakterli tədbirlər hesab edilən ərazi deyildir. Həmin zonada hər hansı bir formada hərbi əməliyyatlar aparılmır. Ona görə də formal olaraq Mülki Məcəlləyə istinad edilərək sığorta ödənişlərindən imtina qanunsuzdur. Lakin sonradan Sığorta Şirkəti sığorta ödənişlərinin edəcəyini bildirsə də, lakin bir müddət vaxt keçsə də cavabdeh şirkət sığorta ödənişlərini etməmişdir. Ona görə də mübahisənin Mediasiya qaydasında həll edilməsi üçün müraciət edilmişdir. Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6- 7235 saylı xx.xx.2022-ci il tarixli Arayışı tərtib edərək bildirilmişdir ki, cavabdeh mübahisənin Mediasiya qaydasında həll edilməsi üçün gəlməmiş və bu barədə heç bir yazılı məlumat bildirməmişdir. İşin Mediasiyada məsələni həll edilməsi üçün 200 manat dövlət rüsumu ödənilmişdir.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi üzrə Cavabdeh1 Sığorta Şirkətində sığorta olunan İddiaçı2 29 noyabr 2021-ci il tarixində Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. İddiaçı2 sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq, iş üzrə araşdırmalar başlanmışdır. Belə ki, iş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 24 mart 2022-ci il tarixli Qərarı və alınmış izahatlarla müəyyən olunmuşdur ki, 29 noyabr 2021-ci il tarixində İddiaçı2 Mehdili kəndi ərazisində mina təhlükəsi barədə qadağanedici lövhəyə məhəl qoymayaraq öz təbii ehtiyaclarını ödəmək məqsədilə minalanmış zonaya daxil olmuş və erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət almışdır. Qeyd olunan Qərardan görünür ki, cinayət işi üzrə əməl 14 oktyabr 2021-ci il tarixində CM-nin 100.1-ci maddəsindən həmin məcəllənin 100.2 (Təcavüzkar müharibəni aparma), 116.0.1 (mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.10 (mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə), 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələrinə tövsif edilərək istintaq davam etdirilmişdir. Həmçinin “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 verdiyi 13 dekabr 2021-ci il tarixli 2808N°li “Xəstəlik tarixindən Çıxarış”da əsas xəstəlik kimi “Mina partlayışı travması, Sağ baldır sümüklərinin orta 1/3- nin travmatik amputasiyası” qeyd olunmuşdur. Bundan əlavə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Sosial Ekspert Komissiyasına 0319003AAJU6 nömrəli göndərişində göndəriş üçün əsas kimi hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” göstərilmişdir. Odur ki, yuxarıda qeyd olunanlar sözügedən hadisənin bas verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olduğunu deməyə əsas verir. Həmçinin digər tərəfdən iş materialları araşdırılan zaman o da müəyyən olunmuşdur ki, İddiaçı2 xəsarətinə münasibətdə X1 (bundan sonra XBT) tam fərqli kodlarına uyğun diaqnoz qoyulmuşdur. Belə ki, 2808NQİİ “Xəstəlik tarixindən Çıxarış”nda əsas xəstəlik kimi “Mina partlayışı travması, Sağ baldır sümüklərinin orta 1/3nin travmatik amputasiyası” qeyd olunmasına baxmayaraq, İddiaçı2 sözügedən xəstəliyin deyil, tam fərqli, yəni “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı” xəstəliyinin XBT-nin S82 (kodunun, S82.7 (“baldırın çox saylı sınıqları”) altkoduna uyğun diaqnozu qoyulmuşdur. Həmçinin Tərtər Rayon X9 X18 Sosial Ekspert Komissiyasına 0319003AAJU6 nömrəli göndərişində isə İddiaçı2 XBT-nin Y35.1 koduna uyğun olaraq diaqnoz qoyulmuşdur. Bir sözlə, 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da əsas xəstəlik kimi “Mina partlayışı travması, Sağ baldır sümüklərinin orta 1/3- nin travmatik amputasiyası”, 0319003AAJU6 nömrəli göndərişində göndəriş üçün əsas kimi “hərbi əməliyyatiar keçirilən zonada olmaqla əlaqədar” qeyd olunmağına baxmayaraq, bunlara uyqun olmayan XBT-nin müvafiq koduna uyğun diaqnoz təyin edilmişdir. Baxılan halda qeyd olunanlar iş materialları ilə birgə onu deməyə əsas vermiş ki, İddiaçı2 xəsarəti nə XBT-nin S82.7, yəni baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, nə də Y35 və Y35.1 kodunda qöstərilənlərlə bağlı olmamış, XBT-nın Y36 (hərbi əməliyyatlar) kodunun Y36.8 (Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr. Döyüş əməliyyatlarının qedisində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bomba və ya minanın partlaması zamanı alınmıs zədələnmə) koduna uyğun olmuşdur. Bu səbəbdən, hadisənin tənzimlənməsi üçün Tərtər Rayon X9 Hüquqi Şəxsinin üzərinə İddiaçı2 barəsində olan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu" X14 üzərinə isə 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da S82.7 kodunun dəyişdirilərək Y38.8 kodu ilə əvəz edilməsinə dair məhkəmə tərəfindən öhdəliyin qovulması üçün cavabdeh tərəfindən Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 14 fevral 2023-cü il tarixli e2(006)-510/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Nəticədə, hazırda qeyd olunan qərar icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra şöbəsinə qöndərilmisdir. Bir sözlə, yuxarıda qevd olunan məhkəmə qərarı ilə Y35.1 və S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair iddianın təmin edilməsi bir daha onu göstərir ki, İddiaçı2 xəsarəti “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələrdir. Döyüş əməliyyatlarının gedişində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bomba və va minanın partlaması zamanı alınmış zədələnmə” ilə bağlı olmuşdur. Bu isə, sözügedən hadisənin bas verməsinin hərbi əməliyyatlar və va hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasını bir daha təsdiq edir. 08 yanvar 2022-ci il tarixində tərtib edilmiş “Təhqiqat Aktı”nda İddiaçı2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla iş verən əlaqələndirilməsinə baxmayaraq, “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, işçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və ciayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. Göründüyü kimi, cinayət törədilərkən cinayət faktları hüquq mühafizə orqanları tərəfindən təsdiq edildikdə, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İs üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 24 mart 2022-ci ii tarixli Qərarı və alınmış izahatlarla müəyyən olunmuşdur ki, 29 noyabr 2021-ci ii tarixində İddiaçı2 Mehdili kəndi ərazisində mina təhlükəsi barədə qadağanedici lövhəyə məhəl qoymayaraq öz təbii ehtiyaclarını ödəmək məqsədilə minalanmış zonaya daxil olmuş və erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət almışdır. Baxılan halda, hadisə ilə bağlı cinayət faktları Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 24 mart 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 verdiyi 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” qeydinin öz əksini tapdığı Tərtər Rayon Mərkəzi Xəstəxanası Ekspert Komissiyasına 0319003AAJU6 nömrəli göndəriş iş materialları ilə birgə onu deməyə əsas verir ki, İddiaçı2 xəsarəti istehsalatla (yəni əmək alət və avadanlıqları ilə düzgün davranılmaması və ya əmək təhlükəsizliyi qaydalarının başqa formada pozulması ilə) bağlı olmamış, erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində baş vermişdir. Deməli hadisə istehsalatda bas vermiş bədbəxt hadisə kimi qiymətləndirilə, rəsmiləşdirilə və uçota alına bilməz. “Atəşgah Həyat" Sığorta Şirkəti ASC tərəfindən hadisə sığorta hadisəsi kimi hesab edilməmiş, bu səbəbdən 15 iyul 2022-ci il tarixli O-H2022-0341 saylı məktubla sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
4. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3993/2023 saylı qərardadı ilə İddiaçı2 Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(006)-3993/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı1 MMC-nin Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin itirməklə əlil olmuş İddiaçı2 iddiaçı ilə cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair e2- 2(113)-4480/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
5. Birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının öhdəsində azyaşlı övladı var, iş yeri yoxdur, çətinliklə dolanır, əmək qabliyyətini itirmiş, ayağı ampultasiya olunub, 3-cü qrup müddətsiz əlildir. İddiaçı1 ilə əmək müqaviləsinə uyğun olaraq Horadiz-Ağbənd dəmir yolunun tikintisi Lahiyyəsi üzrə aparılan torpaq işlərində özüboşaldan avtomobil sürücüsü işləyirmiş, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayon Mehdili kənd ərazisində torpaq daşıyırmış, həmin gün saat 15 radələrində beşinci reysi yerinə yetirərkən gətirdiyi yükü tikinti gedən sahəyə boşaltdıqdan sonra avtomobilə baxış keçirən zaman ani anda ayağının altında piyada əleyhinə mina partlaması nəticəsində sağ ayağının topuqdan yuxarı hissəsi ampultasiya olunmuşdur. xx.xx.2021-ci il tarixli **********12 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində, peşə əmək qabliyyətinin itirilməsi hallarında icbari sğorta müqaviləsi vardır. Lakin xəsarət aldığı vaxtdan bu günkü günə qədər cavabdehdən sığorta ödənişini ala bilmir, müəyyən bəhanələr edir, imtinalar verir, bu səbəbdən də məhkəməyə müraciət etmək məqsədə uyğundur.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4480/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üçün xırda çınqıl daşlarının Horadiz stansiyasından daşımaqla məşğul olan zamanı, xx.xx.2021-ci il tarixində saat 15:00 radələrində baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin 50% itirməklə əlil olmuş İddiaçı2 İddiaçı1 ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış **********12/80 nömrəli xx.xx.2020-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsinə” Əlavə N: **********2/80 saylı xx.xx.2021-ci il tarixli Müqaviləyə uğun olaraq 44.000 manat məbləğində sığorta ödənişlərinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilməsi, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
7. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4480/2023 saylı Qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi risklərin sığortalanması müqavilə və ya icbari sığorta qanunları ilə nəzərdə tutula bilər. Əks halda isə, yəni nə müqavilədə, nə də qanunda bu cür riskə təminat nəzərdə tutulmasa, hərbi əməliyyatların nəticəsi olan hadisə sığorta hadisəsi hesab edilmir. Göründüyü kimi, qanunvericilik hərbi əməliyyatların nəticəsi halını qeyd edir. Yəni bu zaman hadisənin məhz hərbi əməliyyatlar aparılan zaman baş verməsi şərtləndirilmir. Bu zaman əsas diqqət yetirilməsi məqam odurki, hadisə hərbi əməliyyatın nəticəsidirmi? Bu səbəbdən bu halın araşdırılması əhəmiyyət kəsb edir. Baxılan halda, iş materiallarından da görünür ki, İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. Mina partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif növdə olur. Ermənistan Azərbaycan münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur və hələdə bu say artmaqdadır. İş materialları da təsdiq edir ki, İddiaçı2 xəsarəti birbaşa əvvəlcədən basdırılmış minanın partlaması ilə əlaqədardır, hansı ki sözügedən mina hərbi əməliyyatlar zamanı basdırılmışdır. Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(006)-510/2023 saylı qərarı ilə Y35.1 və S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair iddianın təmin edilməsi bir daha onu göstərir ki, İddiaçı2 xəsarəti “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr. Döyüş əməliyyatlarının gedişində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bomba və ya minanın partlaması zamanı alınmış zədələnmə”ilə bağlı olmuşdur. Bir sözlə, hərbi əməliyyatlar dayandırılmağına baxmayaraq, hərbi əməliyyatlar zamanı basdırılmış minanın partlaması nəticəsində İddiaçı2 xəsarət almışdır. Məhkəmənin diqqətinə çatdırır ki, sığortaçı sığortalı ilə bağlanmış olan sığorta müqaviləsi ilə hərbi risklərə təminat verməmiş, nəticədə hərbi əməliyyatların nəticəsi olan hadisələrə münasibətdə imtina hüququ yaranmışdır. Buna baxmayaraq məhkəmə İddiaçı2 xəsarətinin hərbi əməliyyatların nəticəsi kimi hüquqi qiymət verməmiş, Mülki Məcəllənin sığortaçıya vermiş olduğu imtina hüququnun, yəni 935.1.3-cü maddəsinin tətbiqində və təfsirində səhvə yol vermişdir. İddiaçı2 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə Cavabdeh1 Sığorta Şirkətində sığorta olunmuşdur. Sözügedən sığorta növü icbari sığorta qanunları ilə tənzimlənir, hansı ki, icbari sığorta qanunvericiliyi hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasını birbaşa olaraq aydın şəkildə sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri kimi müəyyən etmişdir. Bir sözlə, hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi icbari sığorta qanunvericiliyi ilə imtina əsası kimi müəyyən olunmuşdur. Buna baxmayaraq məhkəmə İddiaçı2 xəsarətinin hərbi əməliyyatların nəticəsi kimi hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 922-ci maddəsinin tətbiqində və təfsirində səhvə yol vermişdir. Hərbi əməliyyatlar dayandırılmağına baxmayaraq, hərbi əməliyyatlar zamanı basdırılmış minanın partlaması nəticəsində İddiaçı2 xəsarət almışdır. Yəni İddiaçı2 xəsarəti birbaşa hərbi əməliyyatlar ilə bağlıdır. Lakin məhkəmə bunu nəzərə almamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Sözügedən maddənin məzmunundan aydın olur ki, sığorta riski dedikdə, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Baxılan halda, iş materiallarına da əlavə olunmuş sığorta müqaviləsindən aydın görünür ki, sığortaçı hərbi əməliyyatlara, yaxud onun nəticəsinə təminat verməmiş, üzərinə öhdəlik götürməmişdir. Lakin məhkəmə bunu nəzərə almamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Baxılan halda, imtinanın ümumi əsası olan AR Mülki Məcəlləsinin 935.1.3-cü maddəsi, habelə “İcbari sığortalar haqqında” AR Qanununun 21.1.1-ci maddəsi sığortaçı tərəfindən tətbiq edilmiş, buna baxmayaraq məhkəmə hadisəyə sığorta hadisəsi kimi hüquqi qiymət vermişdir. Bu isə dolayısı ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun 20.0.3-cü maddəsinin də pozulması ilə nəticələnmişdir. Məhkəmə nəzərə almamışdır ki: 1) İddiaçı2 xəsarəti birbaşa əvvəlcədən basdırılmış minanın partlaması ilə əlaqədardır; 2) Sığortaçı sığortalı ilə bağlanmış olan sığorta Müqaviləsi ilə hərbi risklərə təminat verməmişdir; 3) İcbari sığorta qanunvericiliyi hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasını birbaşa olaraq aydın şəkildə sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri kimi müəyyən etmişdir; 4) Nəsimi rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(006)-510/2023 saylı qərarı ilə Y35.1və S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilmişdir. Sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, bu zaman iş materiallarında olan və İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almasını, yəni hərbi əməliyyatların nəticəsi olmasını göstərən sənədlər, Nəsimi rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(006)-510/2023 saylı qərarı nəzərə alınmamışdır. Həmçinin hesab edirik ki, iş üzrə hansı qanunun tətbiq edilməli olduğu da müəyyən edilməmişdir. Belə ki, bu zaman “Mülki Məcəllə”nin, “Sığorta fəaliyyəti haqqında” Qanunun,“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun tələbləri nəzərə alınmamışdır. O cümlədən, nə kimi halların müəyyən edilmədiyi də araşdırılmamışdır. Yəni bu zaman hərbi əməliyyatları, onların nəticələrinin hansı hadisələr olması araşdırılmamışdır. Baxılan halda, İddiaçı2 sığortalandığı “İstehsalatda bədbəxt hadisələr və peşə sığortalandığı nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi araşdırılmamış, ona diqqət yetirilməmişdir. Məhkəmə sığortaçının üzərinə sığorta ödənişinə dair öhdəlik qoyan zaman hansı səbəbə görə İddiaçı2 xəsarəti hərbi əməliyyatların nəticəsi hesab edilmir, hansı səbəbə görə sığortaçının ödəniş etmək öhdəliyi yaranan hallarını aydınlaşdırmamışdır. İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almasına baxmayaraq, xəsarət hərbi əməliyyatların nəticəsi hesab edilməmiş, baxılan halda isə hansı əməliyyatların hərbi əməliyyatların nəticəsi hesab edilməsinə dair dəlillər göstərilməmişdir. Məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, işin hallarından da görünür ki, İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. Lakin məhkəmə buna baxmayaraq sığortaçının imtina hüququna dair maddələrinin tətbiqini pozmuş, sığortaçının üzərinə sığorta ödənişinə dair öhdəlik qoymuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.
14. “İcbari sığortalar haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
15. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı.
16. Həmin Qanunun 20.0-cı maddəsinə əsasən sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir: 20.0.1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda; 20.0.2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə; 20.0.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının birinci iş üzrə iddianın təmin edilməsi hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi əsaslıdır.
23. Hazırkı işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə İddiaçı1nə yük avtomobili sürücüsü peşəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mamedov X11 rayonunun Mehdili kəndi ərazisində əmək fəaliyyətini icra edərkən erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər almışdır.
24. xx.xx.2020-ci il tarixli **********12 saylı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin İtirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülkü-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür.
25. xx.xx.2021-ci il tarixli **********12/80 saylı Əlavədən görünür ki, Mamedov X7 bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin İtirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilməklə 93754,11 manat sığorta məbləğində sığortalanmışdır.
26. 01/2022 saylı İstehsalatda bədbəxt hadisə haqqında aktdan görünür ki, İddiaçı1 6-cı dərəcəli yük avtomobili sürücüsü İddiaçı2 xx.xx.2021-ci M tarixdə saat 08:00-da Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində “Horadiz-Ağbənd dəmir yolunun tikintisi” layihəsi üzrə aparılan torpaq işlərini görmək üçün Horadiz stansiyasına iş yerinə gəlmişdir. O, iş geyimlərini geyindikdən sonra digər işçilərlə birlikdə səhə rəisi X8 tərəfindən təhlükəsizlik texnikası qaydalarına dair iş öncəsi təlimat və görəcəyi işlər barədə şifahi tapşırıq almışdır. Verilmiş iş tapşırığına uyğun olaraq İddiaçı2 idarə etdiyi “Mercedes” markalı 90-JM280 dövlət qeydiyyat nişanlı özü boşaldan yük avtomobili ilə bədbəxt hadisə baş verənə qədər Horadiz-Ağbənd dəmir yolunun tikintisi üçün xırda çınqıl daşların Horadiz stansiyasından təxminən 3-4 km məsafəyə, Mehdilİ kəndi ərazisində yerləşən dəmir yolu tikinti sahəsinə daşınması ilə məşğul olmuşdur. Nahara kimi 4 gediş edərək xırda çınqıl daşları tikinti sahəsinə daşımışdır. İddiaçı2 izahatında xx.xx.2021-ci i! tarixdə təxminən saat 15:00 radələrində növbəti 5-ci reyslə gətirdiyi yükü tikinti gedən sahəyə boşaltdıqdan sonra avtomobilə baxış keçirərkən bir anlıq başının qarışdığını, diqqətsizlikdən bilməyərəkdən minalanmış sahəyə daxil olduğunu və piyada əleyhinə olan minanı tapdaladığı üçün partlayış baş verdiyini bildirmişdir. Partlayışdan sonra İddiaçı2 təxminən 5-6 metr sürünüb avtomobilə tərəf təhlükəsiz əraziyə çıxdıqdan sonra iş yoldaşları tərəfindən yaxınlıqda olan servis avtobusu vasitəsilə Füzuli şəhər hərbi hospitalına aparılmış, orada cərrahiyyə əməliyyatı olunduqdan sonra həmin gecə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülmüş, təxminən 2 həftə stasionar şəraitdə müalicə aldıqdan sonra evə buraxılmışdır. Hazırda İddiaçı2 müalicəsi ambulator şəraitdə davam edir.
27. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1nə və İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli O-H-2022-0341 saylı məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 20.0.3-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.3-cü maddələrinə (müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi) istinad edilməklə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir.
28. Göründüyü kimi İddiaçı2 Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər alması və nəticədə İddiaçı2 sağ baldırının orta üçdə birinin travmatik amputasiyasının (ayrılması) olması işin mübahisəsiz halıdır.
29. Hazırda, müəyyənləşdirilməli hal İddiaçı2 aldığı zədənin istehsalatda bədbəxt hadisə, yoxsa hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsində almasıdır.
30. İddiaçı1 MMC-nin işçisi İddiaçı2 xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, İddiaçı2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və İddiaçı1 tərəfindən uçota alınmalıdır.
31. Qanunvericiliyə əsasən stehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı kimi başa düşülür ki, hazırkı halda İddiaçı2 bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının pozulması ilə bağlı hadisə də İddiaçı1 işçisi kimi əmək funksiyalarını yerinə yetirərkən baş vermişdir.
32. Göründüyü kimi İddiaçı2 sağlamlığını itirməsi onun İddiaçı1 işçisi kimi əmək funksiyalarını yerinə yetirərkən, hətta hərbi əməliyyatların dayandırıldığı vaxtdan 1 il sonra baş vermiş hadisə nəticəsində olmuşdur ki, bu halda Mülki Məcəllənin 935.1.3-cü maddəsində göstərilən hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların təsir dairəsinə düşmür.
33. Odur ki, kollegiya hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı2 xx.xx.2020-ci il tarixli **********12 saylı icbari sığorta müqaviləsinin tələblərinə uyğun olaraq sığorta ödənişini ödəmək vəzifəsi yarandığından birinci iş üzrə iddia tələbi 44.000 manat məbləğində sığorta ödənişinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 ödənilməsi hissəsində əsaslıdır və təmin edilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4480/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov