Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-229/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4227/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələrinə əsasən, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyindən rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" QSC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" arasında bağlanılan xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli 516 nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri və xx.xx.2021-ci il tarixində “hüq 66828” nömrəli, xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətləri müqavilələrinin ləğv olunmasını, cavabdeh "xxxx"-dən icra edilməmiş öhdəliyə görə 553417,73 manat məbləğində əsas borc, ******* manat cərimə və 1608 manat dövlət rüsumu, cəmi 1636675,73 manatın alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində müvafiq olaraq “hüq 475”, “hüq 481”, “hüq 516”, “hüq 707” və “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələri imzalanmışdır. Satıcı ilə Alıcı arasında imzalanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 24000 manat təşkil edən malları (200 ton yararsız akkumulyator) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 1 496000 manat təşkil edən malları (1200 ton lokomotivlərin dartı mühərriklərinin qara metalı), (200 ton lokomotivlərin dartı mühərriklərinin misi) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında xx.xx.2017-ci il tarixində “hüq 516” nömrəli material qiymətlisinin alqısatqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 1 905000 manat təşkil edən malları (400 ton latun qırıntıları), (50 ton duralumin qırıntıları), (50 ton bronza qırıntıları) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2018-ci il tarixində “hüq 707” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 134000 manat təşkil edən malları (20 ton yararsız əlvan metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa satıcı ilə alıcı arasında imzalanmış xx.xx.2019-cu il tarixində “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 46500 manat təşkil edən malları (300 ton yararsız qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, ADY ilə "xxxx" arasında xx.xx.2021-ci il tarixində “hüq 66828” və xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətlərinə dair müqavilələr imzalanmışdır. Həmin müqavilələr üzrə "xxxx"-nin ADY qarşısında 117,96 manat borc öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunan (“hüq 475”, “hüq 481”, “hüq 516”, “hüq 707”, “hüq 07”) müqavilələrin 1.4-cü hissəsinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyinin təsdiqidir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun təhvil verilən malı satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının vəzifəsidir. Lakin cavabdeh "xxxx" təhvil aldığı malların dəyərini ödəməmiş və nəticədə 553417,73 manat məbləğində borcu yaranmışdır. xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli müqavilələrin 5.2-ci bəndinə, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. "xxxx" tərəfindən sözügedən müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 1 081650 manat əlavə olaraq penya hesablanmışdır.
5. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. "xxxx" QSC ilə "xxxx" MMC arasında qara metalın təhvil-təslimi 2017-2019-cu illərdə baş vermişdir. "xxxx" QSC iddia ərizəs ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötümüşdür.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4227/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqavilələrinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 109106,82 manat əsas borc, 5893,18 manat cərimə, cəmi 115000 manat və 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373, 421.1, 467, 567-ci maddələrinə, “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4227/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4227/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ADY ilə "xxxx" arasında bağlanmış müqavilələrin 4.1-ci maddəsinə əsasən müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və icra edilənədək qüvvədədir. "xxxx" müqavilələr üzrə əsas öhdəliyi olan malın dəyərinin ödənilməsi öhdəliyini hələ də icra etmədiyi üçün müqavilələr öz hüquqi qüvvəsini saxlamaqdadır. Lakin məhkəmə tərəflərin azad iradə ifadəsi əsasında qəbul etdikləri bu şərti nəzərə almamış, qarşı tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsini qəbul etmişdir. "xxxx" tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımı bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalıdır. ADY tərəfindən cərimə məbləği müqavilənin şərtlərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə tərəfindən isə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması əsaslandırılmamışdır. ADY tərəfindən iddia tələbinin əsası kimi göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara lazımi qiymət verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilələr öhdəliklər tam icra edilənədək qüvvədədir. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmədiyi üçün müqavilənin 4.1-ci maddəsi müqavilə münasibətlərinin hələ də davam etdiyini və müqavilənin qüvvədən düşmədiyini təsdiq edir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə münasibət bildirərkən, müqavilənin müvafiq maddəsini nəzərə almamışdır. Bundan başqa qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində “hüq 66828” nömrəli, xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşaiyət xidmətləri müqavilələri bağlansa da bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında mövcud olan müqavilə mühafizə və müşaiyət xidmətlərinin göstərilməsini təsdiq edən əsas sənəddir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli EAAX seriyalı 486741 nömrəli elektron qaimə 2019-cu ilin iyun ayında aparılmış təhvil-təslim aktlarına görə yaranmış borca görə göndərilmişdir. Həmin təhvil-təslim xx.xx.2019-cu il tarixli hüq 07 nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. Müqavilənin 3.3-cü maddəsinə əsasən mal satıcıdan təhvil alınmamışdan əvvəl satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən 5 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. Müqavilənin şərtinə əsasən elektron qaimə təhvil-təslimdən 5 bank günü əvvəl göndərilməli olduğu halda təhvil-təslimdən 29 gün sonra göndərilmişdir. Vergi Məcəlləsinə əsasən isə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Bu səbəbdən iddia müddətinin axımı qaimənin göndərildiyi tarixdən yox, təhvil-təslimin həyata keçirildiyi tarixdən etibarən hesablanmalıdır. Qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqaviləyə əsasən iddiaçı ödəmənin təhvil-təslim olunan günü ödənilməsini təmin etməli olduğu halda bunu etməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
16. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
18. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
19. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
29. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür.
30. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında Satıcıdan təhvil alındıqdan sonra 5 (beş) bank günü ərzində təqdim edilmiş qaimə-fakturaya uyğun şəkildə Alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir.
31. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
32. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür.
33. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında Satıcıdan təhvil alındıqdan sonra 5 (beş) bank günü ərzində təqdim edilmiş qaimə-fakturaya uyğun şəkildə Alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir.
34. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
35. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür.
36. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında Satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə Alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir.
37. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
38. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür.
39. Müqavilənin 3.2-ci bəndinə əsasən qiymət Mal Satıcıdan təhvil alınmamışdan əvvəl Satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) bank günü ərzində Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının bank hesabına ödənilir.
40. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
41. İddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə təhvil verməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini "xxxx" QSC-nin hesabına ödəməyi öhdəsinə götürür.
42. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən qiymət Mal Satıcıdan təhvil alınmamışdan əvvəl Satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) bank günü ərzində Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının bank hesabına ödənilir.
43. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
44. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ADY ilə "xxxx" arasında bağlanmış müqavilələrin 4.1-ci maddəsinə əsasən müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və icra edilənədək qüvvədədir. "xxxx" müqavilələr üzrə əsas öhdəliyi olan malın dəyərinin ödənilməsi öhdəliyini hələ də icra etmədiyi üçün müqavilələr öz hüquqi qüvvəsini saxlamaqdadır. Məhkəmə tərəfindən isə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması əsaslandırılmamışdır.
45. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, iddia müddətinin axımı qaimənin göndərildiyi tarixdən yox, təhvil-təslimin həyata keçirildiyi tarixdən etibarən hesablanmalıdır. Qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqaviləyə əsasən iddiaçı ödəmənin təhvil-təslim olunan günü ödənilməsini təmin etməli olduğu halda bunu etməmişdir.
46. xx.xx.2017-ci il tarixli 340642, 340612, 340667, 340657, 340653 nömrəli, xx.xx.2017-ci il tarixli 387906 nömrəli, xx.xx.2017-ci il tarixli 417322 nömrəli, xx.xx.2017- ci il tarixli 993078 nömrəli, xx.xx.2017-ci il tarixli 975897 nömrəli, xx.xx.2017-ci il tarixli 682885 nömrəli, xx.xx.2017-ci il tarixli 076627 nömrəli, xx.xx.2018-ci il tarixli EAAG seriyalı 148897 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389743 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389745 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389746 nömrəli elektron qaimələrdən görünür ki, "xxxx" QSC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 3767135,89 manat məbləğində mal satmışdır.
47. xx.xx.2019-cu il tarixli EAAX seriyalı 486741 nömrəli, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 117979 nömrəli, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 648427 nömrəli elektron qaimələrdən görünür ki, "xxxx" QSC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, ümumilikdə 109106,82 manat məbləğində mal satmışdır.
48. Göründüyü kimi, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli material qiymətlisinin alqısatqısı müqavilələri bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə yaranmış borcunu tam olaraq ödəməmişdir.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia xx.xx.2017-ci il tarixli “hüq 475” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 481” nömrəli, xx.xx.2017-ci il tarixli “hüq 516” nömrəli, xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli müqavilələrin ləğv edilməsi hissədə əsaslı olduğundan təmin edilməlidir.
50. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində “hüq 66828” nömrəli, xx.xx.2022-ci il tarixində “hüq 155800” nömrəli mühafizə və müşayiət xidmətləri müqavilələri ləğv olunması ilə bağlı tələb irəli sürülsə də, məhkəmə elektron sisteminə bununla bağlı heç bir sübut əlavə edilməmişdir.
51. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 5 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrdən xx.xx.2018-ci il tarixli “hüq 707” saylı, xx.xx.2019-cu il tarixli “hüq 07” saylı və xx.xx.2017-ci il tarixli “hüq 516” saylı “Material qiymətlisinin alqı-satqısı” mqavilələrinin müvafiq olaraq 3.2, 3.3 və 3.2-ci bəndlərində “mal satıcıdan təhvil alınmamışdan əvvəl satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir” şəklində qeyd edilmişdir.
52. Digər iki müqavilə xx.xx.2017-ci il tarixli “hüq 475” saylı və xx.xx.2017-ci il tarixli “hüq 481” saylı “material qiymətlisinin alqı-satqısı haqqında” müqavilələrin 3.2-ci bəndlərində isə “nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında satıcıdan təhvil alındıqdan sonra 5 (beş) bank günü ərzində təqdim edilmiş hesab-fakturaya uyğun şəkildə alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir” şəklində qeyd edilmişdir.
53. İlkin olaraq yuxarıda qeyd edilən və ödəmənin malın təhvil alınmamışdan əvvəl ödənilməsinin nəzərdə tutulduğu xx.xx.2018-ci il tarixli “hüq 707” saylı, xx.xx.2019-cu il tarixli “hüq 07” saylı və xx.xx.2017-ci il tarixli “hüq 516” saylı müqavilələr üzrə öhdəliklərin icra müddətini dəqiq müəyyən etmək mümkün olmadığından Mülki Məcəllənin 377.3-cü maddəsinə istinad edilməlidir. Həmin maddəyə əsasən isə “icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır”. Qeyd edilən üç müqavilə üzrə ödəmənin tarixi dəqiq müəyyənləşdirilmədiyindən iddia müddətinin axımı tələbetmə anından, yəni iddiaçı tərəfindən elektron hesab-fakturanın göndərildiyi tarixdən hesablanmalıdır.
54. Ödəmənin mal təhvil alındıqdan sonra ödənilməsini nəzərdə tutan digər iki xx.xx.2017-ci il tarixli “hüq 475” saylı və xx.xx.2017-ci il tarixli “hüq 481” saylı müqavilələr üzrə isə kollegiya qeyd edir ki, həmin müqavilələr üzrə öhdəliyin icra müddəti dəqiq müəyyən edildiyindən Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımı icra müddəti bitdikdə hesablanmağa başlanmalıdır. Bu isə hazırkı halda təhvil-təslim aktının imzalandığı tarixi nəzərdə tutur.
55. xx.xx.2017-ci il tarixli “hüq 475” saylı müqavilə üzrə təhvil-təslim aktı xx.xx.2017ci il tarixdə, xx.xx.2017-ci il tarixli “hüq 481” saylı müqavilə üzrə isə təhvil-təslim aktları xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 (2 ədəd akt), xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə imzalandığından həmin aktlar üzrə iddia müddəti ötürülmüşdür. Göründüyü kimi göstərilən müqavilələr üzrə müddətin hesablanması təhvil-təslim aktlarından götürülsə belə müddət ötürülmüşdür.
56. Beləliklə, məhkəmə kollegiyası əsas borc tələbi ilə bağlı qeyd edir ki, xx.xx.2017ci il tarixli 340642, 340612, 340667, 340657, 340653 nömrəli, xx.xx.2017-ci il tarixli 387906 nömrəli, xx.xx.2017-ci il tarixli 417322 nömrəli, xx.xx.2017-ci il tarixli 993078 nömrəli, xx.xx.2017-ci il tarixli 975897 nömrəli, xx.xx.2017-ci il tarixli 682885 nömrəli, xx.xx.2017-ci il tarixli 076627 nömrəli, xx.xx.2018-ci il tarixli EAAG seriyalı 148897 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389743 nömrəli, xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389745 nömrəli və xx.xx.2019-cu il tarixli EAAS seriyalı 389746 nömrəli elektron qaimələr üzrə iddiaçı iddia ərizəsi ilə 22 iyul 2022-ci il tarixdə müraciət etdiyindən və qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyündən, həmin hissədə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
57. Kollegiya həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli EAAX seriyalı 486741 nömrəli 5453,07 manat, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 117979 nömrəli 31149,76 manat, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 648427 nömrəli 72503,99 manat məbləğində, cəmi 109106,82 manat (5453,07+31149,76+72503,99) məbləğlərə dair sistemə yüklənilən elektron qaimələr üzrə isə iddia müddəti ötürülmədiyindən həmin məbləğlər üzrə əsas borcun tutulması hissəsində iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
58. Məhkəmə kollegiyası iddia tələbinin cərimə hissəsi ilə bağlı qeyd edir ki, müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hər bir gecikdirilmiş gün üçün "xxxx" QSC ilə ödənilməmiş məbləğin 3%-i olmaqla ancaq ümumi olaraq müqavilə dəyərinin 30%-dən çox olmayaraq cərimənin ödənilməsi barədə razılaşdığından, əsas borc yalnız 3 elektron qaimə üzrə sonuncu xx.xx.2018-ci il tarixli “hüq 707” nömrəli və xx.xx.2019-cu il tarixli “hüq 07” nömrəli müqavilələr ilə bağlı olduğundan və sözügedən müqavilələrin dəyəri müvafiq olaraq 134000 manat və 46500 manat cəmi 180500 manat olduğundan, həmin vəsaitin 30%-nin isə 54150 manat (tələb edilə biləcək vəsait) təşkil etdiyindən cərimə kimi tələb edilə biləcək vəsaitin 54150 manatadək olduğunu nəzərə alınaraq, həmin cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 5893,18 manat məbləğində təmin etməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir.
59. İddiaçının müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilmədiyi üçün iddia müddətinin axımının bu öhdəliklərin cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmasına dair dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlil ümumiyyətlə reallıqdan uzaqdır. Belə ki, borclu öz öhdəliklərini tam yerinə yetirdikdən sonra kreditorun hər hansı hüququ pozulmuş olmur. Bu səbəbdən də pozulmamış hüquq üzrə iddia qaldırılmasına və müvafiq olaraq həmin tələb üzrə iddia müddətinin tətbiqinə hər hansı lüzum qalmır.
60. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın verilməsi, həmçinin apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir.
61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova