Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-229/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" (əvvəlki adı "xxxx") BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5356/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 avqust 2022-ci il tarixli, ML/4141nömrəli X6 üzrə 7.316,09 manat məbləğdə qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 94 manat məbləğdə dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 5356/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 295 (iki yüz doxsan beş) manat 35 (otuz beş) qəpik məbləğində pulun Cavabdeh2 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Cavabdeh2 tutularaq "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" BOKT MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5356/2024 saylı qətnamənin ləğv edilməsi, iddia tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, 24 avqust 2022-ci il tarixli, ML/4141 nömrəli X6, Müqaviləyə Əlavə №1 (qrafik), xx.xx.2024-cü il tarixli 924/24 nömrəli Maliyyə arayışı, ödənişlərin aparılmasında dair hesabdan çıxarış və s. tərəfimizdən təqdim edilməsinə baxmayaraq məhkəmə sübutları düzgün, ətraflı araşdırmamışdır. İddiaçı -"MONETRİ BOKT” MMC ilə cavabdeh - Cavabdeh2 arasında 24 avqust 2022-ci il tarixli, ML/4141 nömrəli X6 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışı olan “Chevrolet Cruze” minik markalı, 1G1PG5SB7F7276402 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 8.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 15608 (on beş min altı yüz səkkiz manat) AZN, bu məbləğdən 4408 (dörd min dörd yüz səkkiz manat) AZN lizinq verənin mükafatı təşkil etmişdir. 24 avqust 2022-ci il tarixli ML/4141 nömrəli X4 Əlavə №1 əsasən ona təqdim edilmiş qrafik üzrə ödənişlərini gecikdirərək aparmış və nəticədə cəmi xx.xx.2022-ci il tarixdə 434 AZN, xx.xx.2022-ci il tarixdə 850 AZN, xx.xx.2022-ci il tarixdə 461 AZN, xx.xx.2023-cü il tarixdə 434 AZN, xx.xx.2023-cü il tarixdə 1 AZN, xx.xx.2023-cü il tarixdə 895 AZN olmaqla cəmi 3075 AZN ödəniş edilmişdir. Məhkəmə ödənişləri hesablayarkən qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixindən 2024-cü il fevral ayınadək olan borc hesablanmalı və edilmiş ödənişlər çıxılmalıdır və bu zaman Əlavə №1 qrafik üzrə ödənişləri toplamış 7370.35 AZN təşkil etdiyini göstərmiş və lizinq alan tərəfindən 7075 AZN ödənildiyini qeyd edərək lizinq obyektinin qaytarıldığı tarixinədək cavabdehin ödənilməmiş 295.35 AZN borcunun qalması qənaətinə gələrək onun müqavilə üzrə ayrılmış (yəni 11200 AZN kredit məbləği və 4408AZN mükafat) və qrafik üzrə ödənişlərini tam nəzərə almadan qərar qəbul etmişdir. Cavabdeh2 tərəfindən hesabdan çıxarışda da göründüyü kimi cəmi 3075 AZN ödəniş etmiş, xx.xx.2024-cü il tarixdə isə nəqliyyat vasitəsi satılaraq hesaba cəmi 4000 AZN məbləğində vəsait mədaxil olunaraq onun gecikdirilmiş borcları üzrə silinmə aparılmışdır. Məhkəmə Əlavə №1 (qrafik) üzrə xx.xx.2022-ci il tarixindən 2024-cü il fevral ayınadək olan aylıq ödənişləri toplamaqla hesabdan çıxarışda qeyd olunan məbləğdən çıxmaqla gəldiyi nəticə həqiqətə uyğun olmamış və səhv nəticəyə gətirib çıxartmışdır. 24 avqust 2022-ci il tarixli ML/4141 nömrəli X2 8.2-ci bəndindən də görünür ki, lizinq ödənişlərinin ümumi məbləği 15608 AZN təşkil edir. Həmçinin Əlavə №1 qeyd olunduğu kimi ilkin lizinq məbləği 11200 AZN, cəmi ödəniləcək mükafat 4407,76 olmaqla cəmi 15607,76 AZN təşkil edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz sübutlarını təqdim etməsinə baxmayaraq məhkəmə qeyd olunanları nəzərə almayaraq, maddi və prosesual hüquq normalarını pozaraq düzgün olmayan qətnamə çıxarmışdır. Təqdim olunmuş xx.xx.2024cü il tarixli 924/24 nömrəli maliyyə arayışından da görsənir ki, ümumilikdə 7075 AZN (3075 borclunun ödədiyi məbləğ, 4000 alqı-satqı müqaviləsi üzrə satışdan daxil olmuş məbləğ) məbləğində vəsait hesaba mədaxil olunmuş və silinmələr aparılmış, həmin tarixə 24 avqust 2022-ci il tarixli ML/4141 nömrəli X4 əsasən Cavabdeh2 7316.09 AZN əsas borc məbləği üzrə borcu qalmışdır. Hakim iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan bütün halları ətraflı araşdırmadan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
9. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
10. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X6ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
11. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilməyən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
18. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" BOKT MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli ML/4141 saylı maliyyə lizinq müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" BOKT MMC-yə məxsus X11 markalı **-PV-*** qeydiyyat nişanı olan avtomobil müştəri Cavabdeh2 verilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq borcunu ödəmək vəzifəsi yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf, məhz lizinq müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Ona görə də, nəqliyyat vasitəsi iddiaçıya qaytarılarkən hansı vəziyyətdə və dəyərdə olması, onun sonradan hansı qiymətə satılması ilə bağlı olan hallar hazırkı işin həlli üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, tələb, nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı deyil, məhz lizinq müqaviləsi üzrə borcun tutulması ilə bağlıdır. Ona görə də, hazırkı mübahisənin həlli üçün müəyyən edilməli olan məqam, lizinq obyektinin hansı tarixdən hansı zamanadək lizinq alanda olması və məhz həmin dövr üzrə yaranmış borcun nə qədər olması təşkil edir. Yuxarıda da, qeyd edildiyi kimi, lizinq obyekti xx.xx.2022-ci il tarixində lizinq alana təhvil verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi, lizinq obyekti olan nəqliyyat vasitəsinin 2024-cü ilin yanvar ayında təhvil alındığını bildirmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixindən 2024-cü ilin fevral ayınadək olan borc hesablanmalı və edilmiş ödənişlər də, çıxılmalıdır. Lizinq müqaviləsi üzrə ödəniş qrafikinə nəzər yetirildikdə, görünür ki, aylıq ödəniş (mükafat daxil) 433,55 manat təşkil edir və lizinq obyektinin qaytarıldığı fevral ayınadək ödənilməli mükafat daxil məbləğ 7.370,35 (17x433,55) manat təşkil edir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən indiyədək ödənilmiş məbləğ 7.075 manat təşkil edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, lizinq obyektinin qaytarıldığı tarixədək cavabdehin ödənilməmiş 295,35 (7.370,35-7.075) manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 295,35 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. İddiaçı apellyasiya şikayətində lizinqin ümumi məbləği 15607,76 manat qeyd etmiş və borcu müqavilə müddətinin bütün tarixini hesablamış, lakin lizinq obyektinin cavabdehin sahibliyindən çıxmasına qədər borcu hesablamamışdır. Məhkəmə isə bu halı nəzərə almışdır. İddiaçının bu mövqeyi əsassız olmuşdur. Belə ki, lizinq müqaviləsi xx.xx.2025-ci ilə qədər qüvvədə olmamış, 2024-cü ilin yanvar ayında müqavilə münasibətləri dayanmışdır. Bu halı iddiaçı nəzərə almamışdır. Məhkəmə əsaslı olaraq aylıq öhdəlikləri hesablayarkən 2024-cü ilin yanvar ayını son tarix kimi qəbul etmişdir.
21. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
23. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5356/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.