Məhkəmə qərarları › İş №2-2(103)-230/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-230/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-230/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (hakim Fərid Mədətli) iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh "Cavabdeh" MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 3.114,49 (üç min bir yüz on dörd manat qırx doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 3 144.40 (üç min bir yüz qırx dörd manat qırx doqquz qəpik) manat pul vəsaitinin cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "Cavabdeh" MMC-nə qarşı 3 114-49 (üç min bir yüz on dörd manat qırx doqquz qopik) manat və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 3 144.40 (üç min bir yüz qırx dörd manat qırx doqquz qəpik) manat pul vəsaitinin cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2019-cu il tarixdə elektron qaydada məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(81)1162/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qaytarılmış, apellyasiya şikayətinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada prosessual müddəti ötürməmək (əks halda prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmək) şərti ilə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Həmin qərardadan iddiaçı şikayət verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” daxil olduqda 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2 (81)-1162/2019 saylı qətnaməsinin xx.xx.2019-cu iltarixdə elektron kabinetə yerləşdirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Qanunvericiliyin tələbinə görə məhkəmə sənədləri elektron kabinetə yerləşdirildikdə bu barədə işdə iştirak edən şəxsə elektron poçt, sms vasitəsilə məlumat verilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 1162/2019 saylı qətnaməsi xx.xx.2019-cu il tarixdə elektron kabinetə yerləşdirildiyi halda bu barədə iddiaçının nümayəndəsinə elektron poçt və sms vasitəsilə məlumat verilməmişdir. Bəhz olunan qətnamənin kabinetə yerləşdirilməsi barədə iddiaçıya məlumat verilmədiyi üçün iddiaçı məlumatsız olmuşdur. Buna görə də qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə iddiaçıya məlumat verilmədiyi və xx.xx.2019-cu il tarixdə kabinetə daxil olduqda qətnamənin elektron kabinetə yerləşdirilməsi məlum olduğu üçün qətnamədən apellyasiya şikayəti verilməsi içün müəyyən olunmuş prosessual müddət qurtarmamışdır. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu hökumət ödəniş portalı vasitəsilə xx.xx.2019-ci il tarixdə ödənilmiş, apellyasiya şikayəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” vasitəsi ilə göndərilən zaman dövlət rüsumu qrafasında rüsumun ödənilməsi barədə mədaxil qəbzinin nömrəsinin əlavə edilməsi zəruri olduğundan mədaxil qəbzinin nömrəsi həmin hissəyə daxil edilmişdir. Apellyasiya şikayətinin göndərilməsi isə texniki baxımdan onu deməyə əsas verir ki, iddiaçı həmin vaxt dövlət rüsumunun ödənilməsi barədə qəbzin nömrəsini müvafiq xanaya daxil etmiş, yəni dövlət rüsumunu ödəmişdir. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu ödənilmiş və apellyasiya şikayətinə əlavə edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməlidir. Qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətini həm dövlət rüsumu ödənilməməsi, həm də qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi əsası ilə geri qaytarmışdır. İş materiallarından görunür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)1162/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi elektron sistem vasitəsilə elektron qaydada xx.xx.2019-cu il tarixdə imzalanmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının elektron kabineti olduğundan qətnamə imzalanan tarixdən bir ay müddətində, yəni xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini alıb. İddiaçı isə apelyasiya şikayətini elektron qaydada xx.xx.2019-cu il tarixdə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi şikayətində qətnamənin elektron kabinetə yerləşdirilməsindən xx.xx.2019-cu il tarixdə elektron kabinetə daxil olduqdan sonra məlumatlı olduğunu və bu səbəbdən də prosessual müddətin ötürülmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəlləninin 135.5.-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İstinad olunan qanunvericiliyin tələbinə görə məhkəmə sənədləri elektron kabinetə yerləşdirildikdə bu barədə işdə iştirak edən şəxsə elektron poçt, SMS vasitəsilə məlumat verilir. Lakin məhkəmə qətnaməsinin elektron kabinetdə yerləşdirilməsindən sonra iddiaçıya bu barədə elektron poçt və yaxud SMS vasitəsilə məlumat verilməsi iş materiallarından müəyyən olunmur. Məhkəmə hesab edir ki, məhkəmə sənədi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildikdən sonra iddiaçıya bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmadığından qətnamənin iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilməsinin xx.xx.2019-cu il tarixdən hesablanması əsassızdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə qətnamədən apellyasiya şikayəti verilən zaman həmin tarixdə də elektron qaydada 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC-nin şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1162/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar