Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-233/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Firmasına qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4906/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200.974,20 manat gecikdirilmiş əsas borc, 424.920,21 manat cərimə borcunun və xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat gecikdirilmiş əsas borc, 124.869,01 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi: 863.863,82 manat pul vəsaitinin cavabeh "xxxx" firmasından tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4906/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək "xxxx" Firmasından xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 200,974.20 (iki yüz min doqquz yüz yetmiş dörd manat, iyirmi qəpik) manat əsas borc, 20.000 (iyirmi min) manat cərimə, xx.xx.2013-cü il tarixli, 33-LA/13 nömrəli müqavilə üzrə 112,350.40 (bir yüz on iki min üç yüz əlli manat, qırx qəpik) manat əsas borc 12.486 (on iki min dörd yüz səksən altı) manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 (dörd yüz) manat, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" Firması apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4906/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4906/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Firmasına qarşı xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12- LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən xx.xx.2015-ci il tarixədək tələb edilən 89231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(83)-1005/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, tərəflər arasında 05 iyun 2008-ci il tarixli 12-LA nömrəli və 16 dekabr 2013-cü il tarixli 33-LA/13 nömrəli müqavilələri üzrə xx.xx.2015-ci il tarixədək yaranmış borcun tutulması barədə mübahisəyə baxılmışŞ lizinqverənin iddiası qismən təmin edilərək cavabdehdən iki müqavilə üzrə ümumilikdə 336029 manat məbləğində əsas borc, 330118 manat məbləğində cərimə tutulmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, 05 iyun 2008-ci il tarixli 12-LA nömrəli lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixdən iddia ərizəsində qeyd edilmiş xx.xx.2021-ci il tarixədək əsas borcu 111743 manat, cərimə borcu 402907,21 manat təşkil edir. Ekspert rəyinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırkı iddia ərizəsində xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə tələb etdiyi borcun 200.974,20 manat borcun xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış hissəsi 111.743 manat təşkil etdiyindən tələb edilən 89231,2 manat xx.xx.2015-ci il tarixədək hesablanmış borcdur. İddiaçının nümayəndəsi S.Ələkbərov xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, 05 iyun 2008-ci il tarixli 12-LA nömrəli lizinq müqaviləsi üzrə cavabdehin 2013-cü ildən xx.xx.2021-ci il tarixədək olan borcu tələb edilir. Əvvəl baxılmış mübahisə üzrə məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verilərkən texniki səhvə yol verilmiş, 2015-ci ilə qədər borc tələb edilsə də faktiki olaraq 2013-cü ilədək borc hesablandığından qalan borc hazırkı iddia ərizəsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə hesab edir ki, 05 iyun 2008-ci il tarixli 12-LA nömrəli lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixədək yaranmış borcunun tutulması barədə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia tələbinə artıq baxılaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(83)-1005/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hüquqi qiymət verildiyindən iddiaçının xx.xx.2015-ci il tarixədək cavabdehə hesabladığı 89231,2 manat borcun tutulması barədə tələbinə həmin dövr artıq əvvəlki iş üzrə məhkəmə baxışının predmeti olduğu üçün yenidən baxıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4906/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Firmasına qarşı xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən xx.xx.2015-ci il tarixədək tələb edilən 89231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4906/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Firmasına qarşı xx.xx.2021-ci il tarixə xx.xx.2008-ci il tarixli, 12-LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən xx.xx.2015-ci il tarixədək tələb edilən 89231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-233/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-233/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver