Məhkəmə qərarları › İş №2-2(103)-235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-235/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-235/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı, cavabdehin nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti”nə qarşı pul tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks X8 cavabdeh İddiaçı firmasına qarşı müqavilələrin və s. etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-1829/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti” tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Trestin”dən 17879359,58 manat məbləğində pulun tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti”dən 17879359,58 manat borc, ödənilmiş dövlət rüsumu və vəkilə çəkilmiş 520 manat xərcin tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı firması və KQİT arasında təsdiq edildiyi idda edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı və İddiaçı firmasına KQİT tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-15/2-1110/2023 nömrəli məktubun etibarsız hesab edilməsi, İddiaçı firması ilə KQİT arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 26025- 18T nömrəli, xx.xx.2018-ci il tarixli, 26161-18T nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-1829/2024 nömrəli qərardadı ilə ilkin iddia üzrə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti”nin cavabdeh İddiaçı firmasına qarşı “müqavilələrin və s. etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə icraata qarşılıqlı iddia tələbinin İddiaçı firması və KQİT arasında təsdiq edildiyi idda edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı və İddiaçı firmasına KQİT tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-15/2- 1110/2023 nömrəli məktubun etibarsız hesab edilməsi hissəsində xitam verilmişdir. Qərardaddan ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10 Tresti” apellyasiya şikayəti vermişdir. Tərəflər məhkəməyə barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə barədə ərizələri təqdim etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi barışıq sazişin şərtləri ilə razı olduqlarını və sazişdə nəzərdə tutulmuş ilkin ödənişin artıq edildiyi bildirdi. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1829/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1829/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1829/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin: 1.X9 tərəflər arasında imzalanaraq Tərəflərin qarşılıqlı razılığı ilə onların arasındakı yuxarıda göstərilmiş Müqavilələr üzrə Tərəflər arasında yuxarıda göstərilən Müqavilələr ilə bağlı mübahisənin Bakı Apellyasiya məhkəməsində baxılma mərhələsində olan 2-2(103)- 235/2025 saylı kommersiya işinin Apellyasiya instansiyası mərhələsində barışıq vasitəsilə həll edərək mübahisənin məhkəmə qaydasında həllinə xitam verilməsi məqsədi ilə bağlanır. 2.X9 ilə KQİT onunla Arzu-NNN arasında Müqavilələr əsasında Arzu-NNN tərəfindən KQİT-nə təchiz edilmiş və onun tərəfindən qəbul olunmuş mallar üçün cəmi – məbləğ-- 17,879,359.57 (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat 57 qəpik) manat pul vəsaitinin KQİT tərəfindən Arzu-NNN -ə ödənilməsi qarşılığında onun KQİT-nə qarşı iddiası üzrə 2-2(103)-235/2025 saylı işə məhkəmə qaydasında baxılmasına xitam verilməsinə razılaşır. 3.KQİT-nin X6 yuxarıdakı 2-ci bəndində göstərilən öhdəliyi KQİT şamil edilir.

4. İddiaçı firması bu barışıq sazişini imzalamaqla razılaşır və təsdiq edir ki, KQİT tərəfindən Barışıq Razılaşmasının imzalanma tarixinə KQİT-nin İddiaçı qarşısında olan ödəniş öhdəliklərinin ödənilməsi məqsədi ilə KQİT tərəfindən X6 2-ci maddəsində göstərilən ödənişin X6 5-ci maddəsində göstərilən qaydada həyata keçirilməsi X6 3-cü maddəsində göstərilən şəxslərə qarşı onun 2-2(103)-235/2025 saylı iş üzrə məhkəmə baxışı predmeti olan iddia tələbini tam ödəyir.

5. KQİT öhdəlik götürür ki, müqavilələr üzrə İddiaçı firması qarşısında borcunu bu razılaşmanın imzalanmasından sonra 5 gün ərzində Borcun 20%-ni ödəməklə bu razılaşmanın 1 saylı qoşmasında göstərilən qaydada onunla İddiaçı firması arasında imzalanmış Müqavilələrdə və ya hesab-fakturada qeyd olunmuş bank hesablarına İddiaçı firması tərəfindən təqdim edilmiş/ edilməli hesab-faktura (invoys) və elektron qaimə faktura qarşılığında ödənilməsini təmin edəcəkdir. Ödənişlər hər cari ayın 25-dən etibarən 5 gün ərzində icra ediləcəkdir.

6. Tərəflərin X9 üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımınca yaxud vaxtında və tam həcmdə icra edilməməsi X6 kobud pozuntusu hesab edilir və bu zaman yalnız hər iki tərəfin razılığı ilə tərəflər ilk addım olaraq öhdəliklərinin vaxtının maksimum 2 (iki) ay müddətində uzadılması ilə bağlı razılığa gələ bilərlər. Uzadılmış müddət də öhdəlik pozuntusuna məruz qalmış Tərəf digər Tərəfin X9 üzrə öhdəliklərinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi hüququ əldə edir və bununla əlaqədar pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi bütün xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Pozuntu törətmiş Tərəf bu halda pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi hər hansı və bütün xərcləri həmin Tərəfin ilk tələbi əsasında ödəməyə borclu olur.

7. KQİT öhdəlik götürür ki, KQİT-nin X9 ilə nəzərdə tutulan öhdəliyinin KQİT tərəfindən X9 ilə nəzərdə tutulan qaydada yerinə yetirilməsini təmin edəcək. KQİT Arzu- NNN qarşısında X9 üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. KQİT tərəfindən X9 üzrə öhdəliklərin pozulduğu halda Arzu-NNN öhdəliyin icrasını ondan tam həcmdə yerinə yetirilməsini tələb etmək hüququna malikdir.

8. KQİT razılaşır və təsdiq edir ki, X6 lazımi qaydada icraya yönəlməsi məqsədi ilə onun tərəfindən imzalanmalı və təqdim edilməli olan bütün və hər hansı sənədləri, o cümlədən Arzu-NNN tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq, tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək.

9. KQİT razılaşır və təsdiq edir ki, KQİT tərəfindən X6 14-cü maddəsində göstərilən öhdəliyin X9 ilə nəzərdə tutulan qaydada və müddətlərdə yerinə yetirilməsi üçün lazım və ya məqsədəmüvafiq olan bütün və hər hansı sənədləri o cümlədən, Arzu-NNN tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq, tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək.

10. KQİT razılaşır və təsdiq edir ki, onun bu müqavilənin 9 və 10-cu maddələrində göstərilən öhdəliklərinin hər hansı bir pozuntusu onlar tərəfindən X6 kobud pozuntusunu təşkil edir və X6 icraya yönəldilməsi üçün əsas təşkil edir.

11. X6 hər hansı bir müddəasının və ya onun bir hissəsinin etibarsızlığı onun digər müddəalarının etibarsızlığına səbəb olmur.

12. Tərəflər bildirir və bəyan edirlər ki, onlar X9nı imzalamaq və burada nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi (hər bir Tərəfə xüsusi olaraq tətbiq oluna bilən) razılıqlara və səlahiyyətlərə malikdirlər və X9nı imzalamaq üçün qanunla və ya onların təsis sənədləri və ya digər daxili qaydaları ilə nəzərdə tutulan bütün prosedurlara, qaydalara və tələblərə əməl edilmiş və bütün gərəkən sənədlər tərtib edilmiş, imzalanmış və ya təsdiq edilmiş, bütün zəruri qərarlar verilmişdir.

13. Tərəflər X9nı imzalamaqla təsdiq edirlər ki, X6 imzalanmasının hüquqi nəticələri üzrə hüquqi məsləhət almışlar, X9ndan doğan hüquqi nəticələr hüquq sahəsində ixtisaslaşan mütəxəssislər tərəfindən onlara izah edilmişdir və onlara tam aydındır, onlar X9na könüllü şəkildə, öz iradələrinə uyğun olaraq girirlər.

14. X9 3 (üç) əsl nüsxədə Azərbaycan dilində imzalanmışdır və Tərəflərdən hər birində onun bir əsl nüsxəsi qalır. Nüsxələrdən biri 2-2(103)-235/2025 saylı işə əlavə olunaraq iş üzrə icraata xitam verilməsi üçün əsas olur. Nüsxələrin hamısı eyni hüquqi qüvvəyə malikdir və üçü də eyni bir razılaşmanı təşkil edir. ÖDƏNİŞ CƏDVƏLİ

s/s Tarix ƏDV-siz məbləğ ƏDV məbləği Yekun məbləğ 20% ödəniş razılaşma 545,471.99 3,575,871.91 imzalandığı gündən 5 3,030,399.93 gün ərzində 1 272,735.99 1,787,935.96 25-xx.xx.2025 1,515,199.96 2 25-xx.xx.2025 1,515,199.96 272,735.99 1,787,935.96 3 25-xx.xx.2025 1,515,199.96 272,735.99 1,787,935.96 4 25-xx.xx.2025 1,515,199.96 272,735.99 1,787,935.96 5 25-xx.xx.2025 1,738,854.04 49,081.91 1,787,935.96 6 25-xx.xx.2025 1,787,935.96 1,787,935.96 7 25-xx.xx.2025 1,787,935.96 1,787,935.96 8 25-xx.xx.2025 1,787,935.96 1,787,935.96 1,685,497.87 17,879,359.57 Cəmi 16,193,861.70

Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar