Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-238/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4879/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən iqtisadi işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təbii qazdan istifadəyə görə hesablanmış 29.627,2 manat məbləğdə borcun **********90000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.12.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən **********90000 abonent kodu üzrə hesablanmış 29.274,4 məbləğdə borcun iddiaçının şəxsi hesabından silinməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddianın təmin edilən hissədə ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər Məhkəməyə 30.03.2022-ci il tarixli barışıq sazişi təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “1. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-238/2022 nömrəli iş üzrə iddia tələbindən tam olaraq imtina edir, mübahisə predmeti olan 29.627,20 manat (iyirmi doqquz min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) məbləğdə borcu qəbul edir və həmin məbləğin 10.000 (on min) manat hissəsini Saziş imzalanadək, borcun qalan 19.627,20 manat (on doqquz min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) hissəsini isə 3 (üç) ay müddətində 28.04.2022-ci il tarixədək 6.542 (altı min beş yüz qırx iki) manat, 28.05.2022-ci il tarixədək 6.542 (altı min beş yüz qırx iki) manat və 28.06.2022-ci il tarixədək 6.543,20 manat (altı min beş yüz qırx üç manat iyirmi qəpik) olmaqla Cavabdeh İB-nin hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür.
2. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.
3. Qubuşov X1 şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261 0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
7. X2 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir.” İddiaçıya məxsus abonentin saldosundan görünür ki, barışıq sazişi bağlandıqdan sonra iddiaçı Sazişin 1-ci bəndinə əsasən 10.000 manat ödəmişdir. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, saziş qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, iş üzrə icraata xitam verilməklə, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı və Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İş üzrə icraata xitam verilməklə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4879/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova