Məhkəmə qərarları › İş №2-2(103)-239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-239/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-239/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı, İddiaçıxxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3289/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıxxxx“xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış PİC/xx/xx/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645,0 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MMC tərəfindən tutularaq İddiaçı MMC –yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin mülkiyyətində olan ** JF *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQÜ” markalı; ** AB *** dövlət nömrə nişanlı, “HONDA CİTY MİNİK” markalı;** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQÜ” markalı; ** PB *** dövlət nömrə nişanlı, “FİAT MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı, ** AZ *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E240 MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “OCETRANS XÜS.TƏYİN. YARİMQOŞQÜ” markalı; ** PZ *** dövlət nömrə nişanlı, “VOLVO MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “BAKAZ YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “SAMRO QOŞQU” markalı; ** JX *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “ODAZ YARİMQOŞQÜ” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “MAGYAR SR34EF2NA” markalı; ** JD *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “SAMRO QOŞQU” markalı; 10 J0 075 dövlət nömrə nişanlı, “MERCEDES BENZ AXOR YÜK”markalı; ** ZX *** dövlət nömrə nişanlı, “PACTON YARİMQOŞQÜ” markalı; ** JZ *** dövlət nömrə nişanlı, “RENAULT YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “M YARİMQOŞQU” markalı; ** JG *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “OCETRANS” markalı; ** JP *** dövlət nömrə nişanlı, “KİA YÜK” markalı; ** JF *** dövlət nömrə nişanlı “DAF YÜK” markalı; ** JD *** dövlət nömrə nişanlı DAF YÜK” markalı; ** AJ *** dövlət nömrə nişanlı “MİTSUBİSHİ ASX MİNİK” markalı; ** JX *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; 99JN075 dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** PV *** dövlət nömrə nişanlı, “VOLVO MİNİK” markalı; ** ZX *** dövlət nömrə nişanlı, “DAZ YARİMQOŞQU” markalı; ** JK *** dövlət nömrə nişanlı, “DAF YÜK” markalı; ** JC *** dövlət nömrə nişanlı, “RENAULT PREMİUM YÜK”xxxx“xxxx” MMC və üçüncü şəxslər tərəfindən istismara və istifadəsinə qadağa qoyulması və Baş Dövlət X1 xüsusi duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3289/2020 saylı qərardadı ilə İddiaçıxxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsinin təmin edilərək, həmin ərizədə adları qeyd olunan nəqliyyat vasitələri üzərinə həbs qoyulması, habelə cavabdeh “xxxx” MMC və üçüncü şəxslər tərəfindən həmin nəqliyyat vasitələrinin istismarına və istifadəsinə qadağa qoyulması və Baş Dövlət X2 xüsusi duracağına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işin başlanmasına əsas olmuş iddianın məzmunundan görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblər -174.772.75 manat məbləğində cərimənin, 1.218.645,0 manat və 225.000 manat məbləğində əldən çıxmış fayda, 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədədir. İddianın gələcəkdə rədd olunması ehtimalı mövcud olduğu kimi təmin edilməsi də istisna edilmir. Lakin hazırki mərhələdə buna hüquqi qiymətin verilməsi qeyri-mümkündür, çünki iş araşdırma mərhələsindədir. Belə olan halda işə baxılıb qurtaranadək cavabdehə məxsus nəqliyyat vasitələrinin tamlığı qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edir ki, işə baxılıb nəticə verilənədək, borcun qaytarılması barədə qətnamə çıxarıldığı təqdirdə, həmin qətnamənin icrasının təmin edilməsi üçün nəqliyyat vasitələri barəsində iddianın təmini tədbiri görülməlidir. Lakin ərizəni rədd etmiş Bakı Kommersiya Məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə almamış və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3289/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3289/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan müvəqqəti xarakterli prosessual tədbirdir. İddianın təmin edilməsi tədbiri o zaman tətbiq edilir ki, həmin tədbirin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, həmin tədbirin tətbiq edilməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi baxımından zəruriliyini əsaslandırmamış və həmin tədbirin tətbiq edilməməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəyini, o cümlədən cavabdehin qətnamənin icrasını təmin edəcək vəsaitə və digər əmlaka malik olmamasını təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizədə cavabdehin hazırkı maddi vəziyyətinin iddia təmin ediləcəyi təqdirdə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını qeyri-mümkün edəcək dərəcədə pis olduğuna dair əsaslandırma olmadığından ərizə təmin edilə bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3289/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3289/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar