Məhkəmə qərarları › İş №2-2(103)-239/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-239/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-239/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pulun tutulması və sair tələblərinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7437/2022 qərardadından (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən X1 və zaminlik müqaviləsinə əsasən yaranmış 1,419.73 manat gecikdirilmiş əsas borc, 12.74 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 1,432.47 manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli KTA-KTT-20/005 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi, lizinq obyekti olan 1 ədəd solis 26 markalı traktor, 1 ədəd Gaspardo Futura 2000 markalı dərmansəpən, 1 ədəd Palazoğlu 4 markalı Lafet, 1 ədəd Gaspardo chiara 200 markalı Çöpdoğrayan, 1 ədəd Lisicki Z-178 markalı otbiçən, 1 ədəd Solis 90 RX markalı traktorun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7437/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7437/2022 saylı qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə 3 gün müddətində borcun ödənilməsi, borcun ödənilməyəcəyi təqdirdə tərəflər arasında bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xx.xx.2022-ci il tarixli, PLX-22/0062 nömrəli pretenziya məktubu göndərilmişdir. Elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubu göndərilməsi barədə məlumat və pretenziya məktubunun cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Buna baxmayaraq cavabdehlərə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə təklif göndərilməməsi əsas gətirilərək məhkəmə tərəfindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7437/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7437/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə və həmin normanın qeyd olunan şərtlərinə əməl etməmişdir. İddiaçının lizinq alana göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda lizinq müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edilməsi barədə təklif irəli sürülməmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv edilməsi və müqavilə şərtlərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7437/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7437/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar