Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-243/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, üçüncü şəxsin nümayəndələri Vəkil1 və Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4171/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli e-2-2(113)-4171/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 Azərbaycan Respublikasındakı filialına, X4 Madencilik Ticaret Anonim” Şirkətinə qarşı X3 Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 ASC tərəfindən şikayətin verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 18.01.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 18.01.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh3 Azərbaycan Respublikasındakı filialına, X4 Madencilik Ticaret Anonim” Şirkətinə qarşı X3 Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-243/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-243/2022
15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver